Günel ASLANOVA
Öskürəyin formaları hansı
xəstəliklərdən xəbər verir?
Mütəxəssis sözü
A
zərbaycan Tibb Uni-
versitetinin
Tədris
Cərrahiyyə Klinikasında “I
Azərbaycan-Türkiyə Kolo-
rektal Cərrahiyyə Gün ləri”
keçirildi. Qeyd edək ki,
simpozium Türkiyə Kolo-
rektal Cərrahiyyə Dərnəyi
və ATU-nun Kolorek-
tal Cərrahiyyə Dərnəyinin
birgə təşkilatçılığı ilə təşkil
olunub
.
Tədbirdə giriş sözü ilə
çıxış edən ATU-nun Tədris
Cərrahiyyə Klinikasının di-
rektoru, professor Nuru
Bayramov beynəlxalq konf-
ransın əhəmiyyətindən bəhs
etdi. Bu cür konfransların
təşkilinin həm alimlər ara-
sında əlaqələrin daha da
genişləndirilməsinə,
həm
də dünyanın hər yerindən
olan mütəxəssislərlə fikir və
təcrübə mübadiləsi apar-
mağa kömək etdiyini dedi:
“Bu tip simpozium və elmi
konfranslarda tibbdə olan
son nailiyyətlər, yeniliklər
barədə məlumatları açıqlayır,
hər birimiz öz təcrübəmizi
paylaşa
bilirik.
Tədris
Cərrahiyyə Klinikası olaraq
hədəfimiz dünyanın aparı-
cı klinikası səviyyəsinə çat-
maqdır. Bu məqsədlə xarici
əlaqələrimizdən faydalanırıq”.
N.Bayramov həmçinin öl-
kə
mizdə
kolorektologiya
sahəsində əldə olunan na-
iliyyətlərdən danışdı. O, Tür-
kiyədən gəlmiş qonaqla-
rı simpozium iştirakçılarına
uğurlar dilədi.
Tədbirin
davamında
ATU-nun II cərrahi xəs-
təliklər kafedrasının mü-
diri, akademik Böyükki-
şi Ağayev də Azərbaycan
Tibb Universitetində ənə-
nəvi olaraq xarici ölkə
mütəxəssislərinin
iştirakı
ilə bu cür elmi toplantıların
keçirildiyini bildirdi. Qeyd
olundu ki, ilin əvvəlindən
indiyədək klinikada tibbin
müxtəlif sahələri üzrə 5
beynəlxalq konfrans təşkil
olunub. Növbəti aylarda da
yerli və xarici ekspertlərin
iştirakı ilə elmi konfransların
keçirilməsi nəzərdə tutulur.
Daha sonra simpozium
işini türkiyəli mütəxəssislərin
maraqlı mövzularda müha-
zirələri ilə davam etdirdi.
“Türkiyə kolorektal xər çəng
skrininq təcrübəsi”, “Rek-
tum xərçənginin müalicə-
sində daha az ilə kifa yətlənə
bilərikmi?”, “Lokal yayılmış
və residiv rektum xərçənginə
yanaşma”, “Kolorektal xər-
çəng mənşəlli qaraciyər me-
tastazlarının müalicəsi” və
digər mövzularda məruzələr
dinlənildi. Ankara Numu-
ne Eğitim və Araşdırma
xəstəxanasından dosent Dr.
Ahmet Serdar Karaca, Ankara
Universiteti Tibb Fakültəsinin
professoru Dr. İbrahim Ethem
Geçim və dosent Dr. Deniz
Balcı, Türk Kolon və Rektum
Cərrahi Dərnəyi Başqanı pro-
fessor Dr. Selman Sökmenin
çıxışları maraqla qarşılandı.
Müzakirələr zamanı dünya-
da, həmçinin Türkiyədə və
Azərbaycanda kolorektolo-
giyanın problemləri barədə
diskussiya aparıldı. Hər il ko-
lorektal xərçəngdən əziyyət
çəkən bir milyon insanın
qeydə alındığı bildirildi.
ATU-nun mətbuat xidməti
Tədris Cərrahiyyə Klinikasında beynəlxalq simpozium keçirildi
29 fevral 2016-cı il
http://www.amu.edu.az
7
Fevralın 23-də və 26-da
Xocalı faciəsinin 24-cü ildönümü
münasibəti ilə Azərbaycan dili
kafed
rasında tədbir keçirilib.
Birinci tədbirdə 50-dən artıq tələbə
və müəllim iştirak edib. Əvvəlcə
tələ
bələr 24 il qabaq törədilmiş
faciəni əks etdirən jurnalist yazıları,
kitablar, video-görüntülərlə tanış
edilib.
Sonra kafedra müdiri, do-
sent Akif Miriyev “1992-ci il
Xocalı faciəsi və qonşularımı-
zın işğalçılıq siyasəti” adlı möv-
zu ilə çıxış edib. Akif müəllim
Azərbaycan torpaqlarına ermə-
nilərin xəbis münasibətinin
tarixi köklərindən danışıb və
onların törətdiyi bu faciə ilə
bağlı səsimizin hələ də dün-
ya
ictimaiyyəti
tərəfindən
eşidilmədiyinin
səbəblərini
diqqətə çatdırıb.
Fevralın 26-da isə 100-ə
yaxın tələbə və müəllimin iş-
tirakı ilə keçirilən tədbir İranlı
Tələbələrin Elmi-Mədəni və İd-
man Birliyinin yaxından iştirakı
ilə təşkil olunub. Birliyin sədri Zo-
heiv Mirzayani söz alaraq, İranla
Azərbaycan arasındakı dostluq
və qardaşlıq münasibətlərinin
gündən-günə artdığını deyib.
Azərbaycanlıların
faciələrini
İran xalqının öz faciəsi kimi
qəbul etdiyini və hər zaman
bunu törədənləri lənətlədiklərini
bəyan edib. Natiq Xocalı faciəsi
haqqında
İranda
hamının
məlumatlı olduğunu diqqətə
çatdırıb və o, rəhbərlik etdi-
yi təşkilatın Xocalı soyqırımı ilə
bağlı hazırladıqları bəyənatın
tam mətni ilə iştirakçıları ta-
nış etmək üçün sözü Stoma-
tologiya fakültəsinin tələbəsi
Əli Pişqədəmə verib. Bəyənatda
iranlı tələbələrin xalqımızın
dərdinə yaxından şərik olduq-
ları, faciəni törədənlərin tezliklə
cəzəlandırılmalı olduğun vacib-
liyi vurğulanıb.
Hər iki tədbirdə faciə
qurbanlarının ruhu iştirakçılar
tərəfindən bir dəqiqəlik sükutla
yad edilib.
Tədbir tələbələrin təqdi-
matında faciəmizi əks etdirən
şeirlərlə sona çatıb
.
F.HACIYEVA
Azərbaycan dili kafedrasının
laborantı
Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının
24-cü ildönümünə həsr olunan bir sıra anım tədbirləri
keçirilib.
“Tibbi biologiya və genetika” kafedrasında ingilis bölməsində
təhsil alan xarici ölkə vətəndaşları ilə də anım tədbiri keçirildi. Xocalı
soyqırımı qurbanlarının xatirəsi, ehtiram əlaməti olaraq, 1 dəqiqəlik
sükutla yad edildi. Anım tədbirini giriş sözü ilə açan kafedranın
baş müəllimi Leyla Süleymanova Xocalı qətliamından, erməni
işğalının tarixindən, həmçinin Ermənistan-Azərbaycan-Dağlıq
Qarabağ münaqişəsi haqqında məlumat verdi. Tədbirdə erməni
işğalçılarının rus hərbi qüvvələri ilə birləşərək dinc əhaliyə qarşı
törətdikləri insanlığa sığmayan vəhşiliyi, erməni cinayətlərini əks
etdirən film nümayiş etdirildi. Tədbirin sonunda “Tibbi biologiya və
genetika” kafedrasının müdiri, professor Canbaxış Nəcəfov və xarici
tələbələrlə iş üzrə dekan müavini Niyazi Hacızadə çıxış edərək,
bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdılar və
xalqımızın bu faciəni heç vaxt unutmayacağını söylədilər.
24 il bundan əvvəl Azərbaycanın dilbər guşəsi Qarabağda - əhalisinin sayı 7000
nəfər olan Xocalı adlı bir şəhərdə misli görünməmiş dəhşətli bir soyqırımı hadisəsi
baş verdi. Erməni silahlı birləşmələrinin törətdikləri bu vəhşilik nəticəsində 106
qadın, 63 uşaq və 70 qoca olmaqla, 613 dinc sakin amansızcasına qətlə yetirildi,
1000 nəfər yaralandı, 1275 nəfər əsir və 150 nəfər isə itkin düşdü.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan,
beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulması ilə nəticələnən Xocalı
soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun
müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsi idi.
Təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı törədilmiş belə dəhşətli soyqırımı aktlarına
baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz
qiymətini almayıb. İkili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə
uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, səlahiyyətli
beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlərə qarşı
sanksiyalar tətbiq edilməlidir.
Artıq 24 ildir dünya, o cümlədən İran xalqı Xocalı faciəsini Azərbaycan xalqı ilə birgə yad
edir, konfranslar, tədbirlər, sərgilər təşkil etməklə, Azərbaycanla həmdərd olduğunu nümayiş
etdirir. Biz, iranlı tələbələrin Elmi-Mədəni və İdman Birliyi olaraq XX əsrdə ən ağır beynəlxalq
terror cinayətlərindən biri hesab olunan Xocalı faciəsi qurbanlarının xatirəsini dərin ehtiramla
yad edir və bəşəriyyətə qarşı törədilən hər növ cinayətləri pisləyirik. Əmin olduğumuzu
bildirmək istəyirik ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və Xocalı soyqırımını törədən
cinayətkarlar öz cəzalarına çatacaqlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xarici ölkə vətəndaşları ilə
anım tədbiri keçirildi
Azərbaycanda təhsil alan iranlı tələbələrin
Elmi-Mədəni və İdman Birliyinin Xocalı
faciəsinin 24-cü ildönümü ilə bağlı bəyanatı
Bu ilin mart ayının 3-də epi-
demiologiya kafedrasının pro-
fessoru, biologiya elmləri dok-
toru, professor Fərid Paşa oğlu
Ələkbərovun anadan olmasının
75 ili tamam olacaq.
F.Ələkbərov 1941-ci ilin mar-
tın 3-də Bakı şəhərində ziyalı
ailəsində anadan olmuşdur. O,
1948-ci ildə Bakı şəhərində 8
saylı orta məktəbə daxil olmuş
və 1958-ci ildə oranı bitirmişdir.
1958-ci ildə S.M.Kirov adına
ADU-nun (indiki BDU)biologi-
ya fakültəsinə daxil olmuş və
1963-cü ildə oranı bitirib, Elmi
Tədqiqat Tibbi Parazitologiya
və Tropik Təbabət İnstitutuna
elmi işçı vəzifəsinə qəbul edil-
mişdir. 1968-ci ildə “Lənkəran
fiziki-coğrafi vilayətində xırda
məməli heyvanların ekologiyası
və leptospirozun təbii ocaqla-
rında onların rolu” mövzusun-
da namizədlik dissertasiyası
müdafiə etmişdir. 1981-ci ildə
“Hebdomadis leptospirozunun
təbii ocaqları və landşaftlarının
antropogen transformasiyası
(Şərqi Zaqafqaziya timsalında)
mövzusunda Tbilisidə doktorluq
dissertasiyası müdafiə etmişdir.
1969-cu ildə həmin institutda
baş elmi işçi vəzifəsinə seçil-
mişdir.
1974-cü il fevral ayında
N.Nəri manov adına Azər bay-
can Dövlət Tibb İnstitutunun
(indiki ATU) epidemiologiya
kafedrasına müsa biqə yolu ilə
assistent vəzifəsinə seçilmişdir.
Bu andan etibarən onun
həyatı tibb institutu ilə bağlanır
ki, burada o, assistentdən ka-
fedranın professoruna qədər bir
yol keçir. Epidemiologiya kafed-
rasında 26 illik əmək fəaliyyəti
F.Ələkbərovu ölkədə və ölkə
xaricində məhşur leptospiroloq
alim, yüksək erudisiyalı peda-
qoq, bacarıqlı təşkilatçı etmiş-
dir.
Onun bu səviyyədə yetişmə-
sində əməkdar elm xadimi,
professor T.Tağızadənin xüsusi
əməyi olmuşdur. F.Ələkbərovun
Azərbaycanda leptospiroz xəs-
tə liyinin öyrənilməsində xüsusi
zəhməti olmuşdur. O, 150-dən
artıq elmi məqalə, monoqrafiya,
metodik göstəriş cap etdirmiş,
dəfələrlə SSRİ və Azərbaycan
SSR Səhiyyə Nazirliyinin fəxri
fərmanları ilə təltif etmişdir.
Onun rəhbərliyi altında çoxsaylı
namizədlik və doktorluq disser-
tasiyaları müdafiə olunmuşdur.
F.Ələkbərov gözəl və böyük
təcrübəsi olan müəllim kimi öz
mühazirələrini təkcə həddindən
artıq aydın, səlis və sadə dildə
şərh etməyi deyil, həm də tədris
materiallarını həmişə dünya
tibb elminin ən yeni nailiyyətləri
ilə məharətlə əlaqələndirərək,
tələbələrdə dərsə canlı maraq
oyatmağı, onların dünyagörü-
şünü genişləndirməyi bacarırdı.
Professor P.Ələkbərovun bö -
yük təşkilatçılıq qabiliyyəti diq-
qətdən qaçmamışdır.
Əvvəlcə kafedranın parti-
ya qrupunun rəhbəri,sonra
fakültə partiya bürosu katibinin
müavini, 1982-ci ildən isə par-
tiya bürosunun katibi seçilmiş-
dir. Onun bu işdəki qabiliyyəti
nəzərə alınaraq 1985-ci ildə
xarici tələbələrlə iş üzrə dekan
təyin edilmişdir. 1992-ci ilin fev-
ral ayından isə o, xarici əlaqələr
üzrə prorektor vəzifəsinə irəli
çəkilmişdir.
F.Ələkbərov uzun illər disser-
tasiya şurasının və Azərbaycan
epidemioloqları, mikrobioloq-
ları və parazitoloqları elmi cə-
miy yətinin elmi katibi olmuş-
dur. Professor F.Ələkbərovun
zəngin bilik və təcrübəsi, tükən-
məz enerjisi onun müxtəlif
icti mai işlərdə, elmi-praktik
cəmiyyətlərin işində fəal iştirak
etməsinə zəmin yaratmışdır.
Professor
F.Ələkbərov
Azərbaycanda
və
xarici
ölkələrdə səhiyyənin aktu-
al problemlərinə həsr edil-
miş bir sıra beynəlxalq konf-
ransların iştirakçısı olmuşdur.
F.Ələkbərovun tibb elminin və
respublika səhiyyəsinin inkişa-
fında mühüm xidmətləri vardır.
Bununla yanaşı o, respublika-
da baytarlıq sahəsində leptospi-
roz xəstəliyinin öyrənilməsində
və kadr hazırlığında da çox mü-
hüm işlər görmüşdür.
Onun ən gözəl keyfiy yət lə-
rindən biri də insanı dinləmək
mədəniyyəti, yüksək dünyagö-
rüşü, auditoriyanı ələ almaq ba-
carığı idi.
Böyük alim, görkəmli elm
xadimi və səhiyyə təşkilatçısı,
sadə və təvazökar insan, yaxşı
dost və məsləhətçi təəsüflər ol-
sun ki, ömrünün çiçəkləndiyi bir
vaxtda, 1999-cu il dekabr ayı-
nın 12-də 59 yaşında həyatdan
vaxtsız köçdü.
Bu görkəmli alim, gözəl insan
onu tanıyanların, tələbələrinin
və epidemiologiya kafedrasının
əməkdaşlarının
yaddaşında
daim yaşayacaqdır.
İbadulla AĞAYEV,
Epidemiologiya kafedrasının
müdiri, ə.e.x, professor
Şərəfli ömür yolu
Kafedrada Xocalı faciəsi
tədbirlərlə yad edildi
http://www.amu.edu.az
29 fevral 2016-cı il
F
evralın
17-də
Azərbay can
Tibb
Universitetinin (ATU) Tədris
Cərrahiyyə Klinikası ilə Tədris
Terapevtik Klinikasının birgə
iştirakı nəticəsində Endok-
rinologiya üzrə elmi-praktik
seminar keçirilib.
ATU-nun Tədris Cər-
rahiy yə Klinikasının di-
rektoru, I Cərrahi Xəs-
təliklər kafedrasının müdiri,
Azərbaycan Milli Elmlər Aka-
demiyasının müxbir üzvü,
professor Nuru Bayramov
tədbiri açaraq, seminar iş-
tirakçılarına uğurlar diləyib.
“Əvvəllər Tibb Universite-
tinin müxtəlif klinikala-
rı yox idi, bütün kafedra-
lar respublikanın ayrı-ayrı
hissələrində yerləşirdi. Biz
bu dövlət klinikalarında çalı-
şırdıq.” - deyə, N. Bayramov
bildirib.
N.Bayramov həmçinin
universitetin
qarşısın-
da duran vəzifələrdən də
söz açıb. O bildirib ki, bu
vəzifələrdən birincisi, təhsil,
ikincisi praktika, üçüncü-
sü isə elmdir: “Artıq bizim
4 klinikamız var. Axırıncı
Tədris Cərrahiyyə Klinikası
fəaliyyətə başladıqdan son-
ra imkanlarımız daha da
genişləndi. İndi işimizi daha
rahat apara bilirik. Həmçinin
artıq bizim universitetə
xaricdən gələn gənc nəslin
sayı da gündən-günə artır”.
N.Bayramovun
söz-
lə ri nə görə, indi dünyada
təbabətin inkişafı yüksək
səviyyədə ixtisaslaşmış bri-
qadaların sayəsində müm-
kün olur: “Və biz də bu
hədəfi seçdik. Terapevtlər
və cərrahlar bir olmalı, ortaq
işlər ortaya çıxarılmalıdır. Bu
istiqamətdə artıq bizim kli-
nikada bir neçə sahədə top-
lantılar keçirilib. I hepatoloji
qrup bu gün nəinki toplanıb,
hətta onların seminarları da
keçirilib. Keçən il isə İstan-
bulda seminar keçirilib. II
praktoloqlar qrupu da ar-
tıq bir neçə seminar təşkil
ediblər. III Bariatik cərrahlar
və endokrinoloqlar da artıq
öz işlərinə başlayıblar və bu
işi uğurla davam etdiriləcək.
Sonda direktor bir ləş-
mələrdə iştirak edən bütün
həkimlərə uğurlar diləyərək,
belə seminarların davamlı
olmasını arzuladığını bildi-
rib.
Daha sonra ATU-nun
I cərrahi xəstəliklər kafed-
rasının dosenti, cərrah-
endokrinoloq Abbas Abba-
sov çıxış edərək seminarın
mahiyyətindən danışıb: “Se-
minar ilk olaraq bir-birimizi
daha yaxından tanımaq,
kollektiv şəklində çalışmaq
üçündür”.
Tədbirin
davamın-
da müxtəlif mühazirələr
dinlənilib. Mühazirələr “En-
demik ura endokrinoloqun
baxışı” (III daxili xəstəliklər
kafedrasının
assistent
həkim-endokrinoloq Könül
İsmayılova), “Düyünlü urda
İncə İynə Aspirasion Biopsi-
yanın əhəmiyyəti” (I cərrahi
xəstəliklər
kafedrasının
t.ü.f.d. cərrah-endokrinoloq
Azər Hümmətov), “Qalxana-
bənzər vəzi düyünü sito-
loji müayinə rəyinin həkim
taktikası seçilməsində əhə-
miyyəti: müasir standartlar”
(Mərkəzi Kömrük Hospitalı,
patohistoloq İlqar Həsənov),
“Düyünlü ura cərrahın ba-
xışı” (I cərrahi xəstəliklər
kafed rasının dosenti, cər-
rah-endokrinoloq
Abbas
Abbasov) mövzularını əhatə
edib.
ATU-nun mətbuat xidməti
Məmmədova Tahirə Ağalar qızına
1992-ci ildə Azərbaycan Tibb Universite-
ti tərəfindən pediatr ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün etibarsız
sayılır.
Əczaçılıq fakültəsinin III kurs, 887
c
qrup
tələbəsi Rasool Ahmed Riyadhın adına
Azərbaycan Respublikasında müvəqqəti ya-
şamağa görə verilmiş miqrasiya kartı itdiyi
üçün etibarsız sayılır.
Məmmədova Təranə Əhməd qızına
1987-ci ildə Azərbaycan Tibb Universiteti
tərəfindən pediatr ixtisası üzrə verilmiş in-
ternatura vəsiqəsi itdiyi üçün etibarsız sayı-
lır.
I müalicə-profilaktika fakültəsinin III
kurs, 90
c
qrup tələbəsi Abuşova Leyla İslam
qızının adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin III
kurs, 70
a
qrup tələbəsi Cabbarlı Aqşin Aqil
oğlunun adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin II
kurs, 35
b
qrup tələbəsi Rəhimova Cəmilə
Əmrah qızının adına verilmiş tələbə bileti
itdiyi üçün etibarsız sayılır.
Əlirzayev Aqil Arif oğlunun adına
2008-ci ildə Azərbaycan Tibb Universiteti
tərəfindən stomatoloq ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün etibarsız sa-
yılır.
Abbasova Əminə Mirəhməd qızına
2010-cu ildə Azərbaycan Tibb Universiteti
tərəfindən terapevt ixtisası üzrə verilmiş
internatura vəsiqəsi itdiyi üçün etibarsız sa-
yılır.
Baş
redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 3000
Sifariş: 296
Endokrinologiya üzrə elmi-praktik seminar
ABŞ-ın Vaşinqton və İllinoys universitetlərinin
əməkdaşları tərəfindən beyinə implantasiya edilən
simsiz sensorlar hazırlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasın-
dan AZƏRTAC-a bildiriblər ki, hitech.newsru.
com saytının məlumatına görə, yeni tip sen-
sorlar zərurət yarandıqda kəllədaxili tempe-
ratur, təzyiq, turşuluq dərəcəsi daxil olmaq-
la, müxtəlif parametrlərin müayinəsini həyata
keçirməyə imkan verir.
Yeni texnologiyada böyük ölçülü naqil-
li sensorlarda olan çatışmazlıqlar (infeksiya
keçirmə və toxumaların arzuolunmaz reaksi-
yası) yoxdur. Alimlərin sözlərinə görə, yeni həll
istənilən orqanın vəziyyətinin monitorinqində
istifadə edilə bilər. Yaxın vaxtlarda yeni texno-
logiya insanlar üzərində sınaqdan keçiriləcək.
İstənilən orqanın
vəziyyətini dəqiq
müayinə edən sensor
yaradılıb
Xocalı soyqırımının iyirmi dördüncü
ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki
səfirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində
Ankaranın Qızılcahamam rayonunda yerləşən
Xocalı Abidə və Muzey Kompleksində anım
mərasimi keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Ankarada
təhsil alan tələbə və kursantlarımız, diaspor və
ictimaiyyət nüma yəndələri, KİV təmsilçiləri və Qı-
zılcahamam rayonunun sakinləri iştirak ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edildikdən sonra Azərbaycanın və Türkiyə
himnləri səsləndirilib.
Türkiyə Baş nazirinin müavinləri Lütfi Elvan
və Numan Kurtulmuşun tədbirə ünvanladıqları
məktublar oxunduqdan sonra çıxışlar olub.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov,
Qızılcahamam rayon bələdiyyəsinin başçısı Mu-
hittin Güney, tələbə və kursantlarımız çıxışlarında
Xocalı soyqırımı, ümumiyyətlə ermənilərin xal-
qımıza qarşı uzun zaman kəsiyində törətdikləri
vəhşiliklər barədə məlumat veriblər.
Səfir Xocalı Abidə və Muzey Kompleksinin
Azərbaycan ilə Türkiyənin birgə qan yaddaşını
nümayiş etdirdiyini bildirib, Xocalıda törədilmiş
soyqırımının daim yaddaşlarda qalmasının vacib-
liyini diqqətə çatdırıb.
Tədbirdə Xocalı soyqırımı ilə bağlı iştirakçı-
lara əyani vəsaitlər paylanılıb.
Ankarada keçirilən anım mərasiminin iştirakçıları
Xocalı soyqırımı barədə məlumatlandırılıblar