“İstehlakçı
hüquqlarının
müdafiəsi prioritet
vəzifəmizdir”
mövzusunda seminar
Ağciyər patologiyasına dair
beynəlxalq konfrans
Ana və uşaq sağlamlığının mühafizəsinə
həsr edilmiş müzakirə aparılıb
Yunus Emre
İnstitutunun
direktoru
ATU-da
qonaq olub
Endokrinologiya üzrə
elmi-praktik seminar
Qəzet 1933 -cü ildən çıxır. № 04 (1622) 29 fevral 2016 - cı il Qiyməti 50 qəpik
ATU-nun Stomatoloji
Klinikasında tələbələrin
bilik və bacarıqlarının
qiymətləndirmə
meyarlarına həsr edilmiş
seminar-müşavirə
keçirilib
“Orqan transplantasiyası ” mövzusunda II
beynəlxalq elmi konfrans
XOCALI SOYQIRIMININ 24-CÜ
İLDÖNÜMÜ ANILDI
BU SAYIMIZDA
Prezident İlham Əliyev Xocalı faciəsi qurbanlarının
xatirəsini anma mərasimində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva anma mərasimində iştirak etdilər.
Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının
xatirəsinə ehtiramını bildirdi.
Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Ad-
ministrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva abidənin önünə gül
dəstələri qoydular.
Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları,
nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qır-
ğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.
Anma mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzdülər.
Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 24-cü
ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın
26-da səhər tezdən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə
ucaldılmış abidənin önünə toplaşmışdı.
2
3
4
4
5
3
5
8
http://www.amu.edu.az
29 fevral 2016-cı il
2
Tədbiri açan ATU-nun rektor əvəzi,
tədris işləri üzrə prorektor, professor
Sabir Əliyev ən qəddar və amansız
terror hadisələrindən biri olan Xocalı
soyqırımı haqqında danışarkən XX
əsrdə Azərbaycan xalqının yaşadığı
faciələri, soyqırımları, qətliamları
demək olar ki, heç bir xalqın
yaşamadığını vurğuladı:
“Xalqımız
1905 və 1918-ci illərdə soyqırıma,
1948-ci ildə deportasiyaya, 1988-
ci ildə isə təkrarən həm deportasi-
ya, həm də soyqırıma məruz qalıb.
Bunu ona görə xatırladıram ki, bi-
zim xalq çox unutqan xalqdır. Amma
bəzi xalqlar, xüsusilə ermənilər
olmayan hadisələri, uydurduqla-
rı yalanları dünyaya həqiqət kimi
təqdim etməkdən çəkinmirlər. Ona
görə də bütün başımıza gətirilən bu
faciələri indiki və gələcək nəslə ol-
duğu kimi çatdırmaq borcumuzdur.
Əgər bunu etməsək, tarix bizi bağış-
lamaz. Özümüzdən başqa heç kimə
güvənə bilmərik. Tarix də göstərir ki,
başqa yolumuz yoxdur. Ümummil-
li liderimiz Heydər Əliyevin daxili və
xarici siyasət xəttini uğurla davam
etdirən Prezidentimizin ətrafında sıx
birləşməliyik”.
Son illərdə Amerikanın 20-dən
artıq ştatında, bəzi Avropa, Şərq
ölkələrində Xocalı soyqırımının ta-
nınmasını ölkə başçısının apardığı
uğurlu xarici siyasətin nəticəsi kimi
dəyərləndirən S.Əliyev işğal altında-
kı torpaqlarımızın tezliklə milli or-
dumuzun gücü ilə azad ediləcəyinə
inandığını da söylədi.
Xocalı faciəsində həlak olmuş in-
sanlar bir dəqiqəlik sükutla anıldıq-
dan sonra tədbir öz işinə davam etdi.
ATU-nun insan anatomiyası ka-
fedranın professoru Mübariz Allah-
verdiyev bütövlükdə Azərbaycan
xalqına qarşı yönəldilmiş Xo-
calı soyqırımını öz ağlasığılmaz
qəddarlığı və qeyri-insani cəza üsul-
ları ilə bəşər tarixində bir vəhşilik
aktı kimi səciyyələndirdi: “Xoca-
lı soyqırımı, eyni zamanda, bütün
bəşəriyyətə qarşı tarixi bir cinayətdir
- bu sözləri ilk dəfə ümummilli li-
der Heydər Əliyevin dilindən eşit-
dim. Bu sözlərin mənası çox dərindir.
Məhz ulu öndər ilk dəfə Xocalı soy-
qırımına siyasi qiymət verərkən bu
ifadələri işlətmişdi. Bu ifadələr lako-
nik şəkildə həm Xocalı soyqırımının
əsas mahiyyətini açıqlayır, həm də
bu günümüzdə, gələcəyimizdə Xo-
calı soyqırımını tanıtmaq, bəşəriyyəti
erməni vəhşiliklərindən qorumaq
istiqamətində güclü projektor kimi
yolumuzu işıqlandırır”.
M.Allahverdiyev həmçinin qeyd etdi
ki, Xocalı sakinlərinə qarşı edilən hü-
cumun səbəbi nə olursa olsun, on-
ların heç birinə bəraət qazandırmaq
olmaz: “Yüzlərlə insan qətlə yetirilib.
Onların arasında 106 nəfər qadın, 63
nəfər az yaşlı uşaq, 70 nəfər qoca öl-
dürülüb. 8 ailə tamamilə məhv edilib.
25 uşaq hər iki valideynini, 130 uşaq
valideynlərindən birini itirib. Faciə
baş verən gecə 1275 nəfər dinc sakin
girov götürülüb, onlardan 150-sinin
taleyi indi də məlum deyil.
1000 nəfərdən çox müxtəlif yaşlı
dinc sakin aldığı güllə və qəlpə yara-
larından əlil olub”.
Öz ailəsinin, doğmalarının ba-
şına gələn faciələri ürək ağrı-
sı ilə yada salan M.Allahverdiyev
Xocalı sakinlərinin qəhrəmanlıq
səhifəsindən də söhbət açdı: “Dörd
ildən artıq blokada vəziyyətində olan
Xocalılar dəfələrlə silahlı erməni qul-
durlarının hücumlarına məruz qal-
dılar. Belə hücumlardan biri 1988-ci
il sentyabrın 18-də olmuşdu. Mosk-
vadan televiziya ilə xəbər verilmiş-
di ki, Xocalılarla ermənilər arasın-
da qanlı toqquşma olub. Sentyabrın
19-da qatarla Ağdama getdim, çünki
Xocalıya gedən yollar bağlı idi.
Xocalıya getmək üçün bir gürcü
hərbçisinin BTR-ini gözləməli ol-
dum. Ağdamda dedilər ki, yalnız
o, hərdənbir Xocalıları Ağdam-
dan Xocalıya gizlin aparır. Xo-
calıya çatanda gürcü hərbçi lükü
açıb məni düşürdü. 19-u axşam
Həsən Həsənov da vertolyotla
Xocalıya gəlmişdi. Həmin gün
5-6 min erməni Xankəndində
mitinq keçirdikdən sonra Xocalıya
hücum etmək və kəndi yandırmaq
qərarına gəlmişdilər. Xocalılar qəfil
hücumu gözləməsələr də, ermənilərlə
əlbəyaxa döyüşdən qalib çıxmışdı-
lar. Bundan sonra ermənilər Xoca-
lıya hücum etməyə cürət etmirdilər.
Bu, Xocalıların ilk qalibiyyəti idi. Bu
qalibiyyət tarixə düşüləsi, gələcək
nəsillərə çatdırılası bir qalibiyyət idi”.
Ulu öndərin apardığı siyasətin son
illər Xocalı soyqırımını tanıtmaq yo-
lunda daha inamlı şəkildə yerinə ye-
tirildiyini söyləyən M.Allahverdiyev
bu istiqamətdə Heydər Əliyev Fondu-
nun vitse-prezidenti Leyla Əliyevanın
möhtəşəm işlər gördüyünü, bu ya-
xınlarda çəkilişi tamamlanan “Sonsuz
dəhliz” sənədli filminin dünyanın bir
çox ölkələrində nümayiş etdirildiyini
dedi.
Daha sonra ATU-nun ictimai fənnlər
kafedrasının müdiri, professor Qoş-
qar Əliyev çıxış edərək bildirdi ki,
Xocalı soyqırımı XX əsrin sonu üçün
ilk soyqırım deyil: “Düzdür, bütün
əvvəlki soyqırımların ən dəhşətlisidir.
Burada insanlara qarşı edilən rəftar
heç bir müharibə qanunlarına tabe
deyil. Müharibənin də, işğalın da öz
qanunları var”.
Xocalıda törədilən vəhşiliklərin
hətta erməni yazıçılarının əsərlərində
təsvir olunduğuna dair nümunələr
gətirən natiq bu soyqırımı eyni za-
manda arxeloji baxımdan zəngin
olan qədim yaşayış məskənindən
xalqımıza məxsus tarixi mədəniyyət
abidələrinin izini silmək cəhdi kimi
dəyərləndirdi.
“Hazırda 60-dan çox ölkədə
yüzlərlə könüllünün iştirakı ilə uğur-
la davam etdirilən “Xocalıya ədalət”
beynəlxalq informasiya və təşviqat
kampaniyası bu işə öz töhfəsini
verməkdədir” – deyən ATU-nun
II müalicə və profilaktika fakültəsinin
IV kurs tələbəsi Xatın Məmmədova
bildirdi ki, biz gənclər görünməz
həqiqətlərimizi bütün dünyaya tanı-
dacaq, eşidilməyən haqq səsimizin
eşidilməsinə nail olacağıq. Qaraba-
ğımızı geri qaytaracağıq. Milyonlarla
Azərbaycan gənci inanır ki, günahsız
yerə qətlə yetirilmiş soydaşlarımızın
qanı yerdə qalmayacaq.
Azərbaycan xalqının qan yadda-
şı olan Xocalı faciəsi, ermənilərin
zaman-zaman
xalqımıza
qar-
şı törətdikləri vəhşiliklər və soy-
qırımı ilə bağlı həqiqətlərin dün-
ya ictimaiyyətinə çatdırılması üçün
görülməsi vacib olan işlərdən da-
nışan natiqlər ölkə rəhbərliyinin
qətiyyəti ilə Xocalının azad olunacağı
günü səbirsizliklə gözlədiklərini və
bu günün tezliklə gələcəyinə əmin
olduqlarını bildirdilər.
Heç vaxt unutmamalıyıq ki, Xocalı
soyqırımı 200 ildən artıq müddətdə
erməni millətçiləri tərəfindən xalqı-
mıza qarşı aparılan etnik təmizləmə
və soyqırımı siyasətinin qanlı
səhifəsidir. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə Dağlıq Qarabağda
erməni quldur birləşmələri keçmiş
sovet ordusuna məxsus 366-cı alayın
əsgər və zabitləri ilə birlikdə 7 min
nəfərədək əhalisi olan Xocalı şəhərini
yerlə-yeksan edib, dinc əhalini,
xüsusilə uşaqları, qadınları, qocaları,
ağlasığmaz vəhşiliklə öldürüblər.
Rəsmi məlumatlarda göstərilir ki,
Xocalı soyqırımı zamanı 613 nəfər
vəhşiliklə, amansızcasına qətlə yeti-
rilib.
Arif MƏMMƏDLİ
Fotolar Cənnətalı Çingizindir
XOCALI SOYQIRIMININ 24-CÜ İLDÖNÜMÜ ANILDI
F
evralın 23-də Azərbaycan Tibb Universitetində Xocalı soyqırımının
24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi.
29 fevral 2016-cı il
http://www.amu.edu.az
3
Fevralın 19-da Azərbaycan Tibb
Universitetinin Tədris Cərrahiyyə
Klinikasında Türkiyənin İnönü
Universiteti ilə ATU – nun birgə təşkil
etdiyi “Orqan transplantasiyası”
mövzusunda II beynəlxalq elmi
konfrans keçirildi.
Konfrans iştirakçıları ilk öncə bu
günlərdə qardaş Türkiyədə baş ver-
miş terror aktında həlak olan insan-
ların xatirəsini bir dəqiqəlik sükutla
yad etdilər.
Tədbiri giriş sözü ilə açan ATU-
nun rektor əvəzi, tədris işləri üzrə
prorektor, professor Sabir Əliyev
universitetimizin ənənəvi ola-
raq bir çox beynəlxalq əhəmiyyətli
konfrans, konqres və simpozium-
lara ev sahibliyi etdiyini vurğula-
dı, bu istiqamətdə aparılan işlər
üçün əlverişli şəraitin yaradıldığını
diqqətə çatdırdı.
Mövzunun aktuallığından bəhs
edən S.Əliyev orqan nəqlinin son
illərdə dünyada və ölkəmizdə geniş
vüsət aldığını bildirdi: “Bu gün or-
qan transplantasiyası inkişaf etmiş
ölkələrdə olduğu kimi ölkəmizdə də
tibbi xidmətin ayrılmaz bir hissəsini
təşkil edir. Artıq xəstələrimiz or-
qan transplantasiyası üçün xaricə
üz tutmur. Son dövrlər ölkəmizdə
səhiyyənin başqa sahələri kimi or-
qan köçürülməsi işində də uğur-
lu nailiyyətlər əldə olunub. Bizim
hal-hazırda Tədris Cərrahiyyə Kli-
nikasında bu istiqamətdə ciddi işlər
gedir. Bir neçə il bundan qabaq bi-
zim mütəxəssislərimiz Türkiyənin
bir sıra universitetlərinə getdilər və
orada böyük təcrübə toplayaraq kli-
nikalarımıza qayıdıblar”.
Universitet klinikalarının son
illər ən müasir tibb avadanlıqla-
rı ilə təchiz olunduğunu qeyd edən
prorektor orqan transplantasiyası
sahəsində yüksək səviyyəli kadr-
ların hazırlanmasında qardaş
Türkiyənin bu sahə ilə məşğul olan
mütəxəssislərinin rolunun danılmaz
olduğunu vurğuladı: “Malatya İnö-
nü Universitetinin, Qaraciyər Trans-
plantasiyası İnstitutu bu sahədə
özünü tanıtmış, hər il 300- dən ar-
tıq qaraciyər əməliyyatlarını uğurla
həyata keçirildiyi bir institutdur. Av-
ropada bu sahədə irəliləmiş ilk ins-
titutun bizim universitetlə belə sıx
əlaqələrinin olması sevindirici hal-
dır”. Sözünə davam edən S.Əliyev
ATU-nun əməkdaşlıq etdiyi bir çox
universitetlər sırasında İnönü və
Başkent universitetlərinin də oldu-
ğunu diqqətə çatdırdı və konqresin
işinə uğurlar arzuladı.
Tədbirdə Malatyanın İnönü Uni-
versitetinin Qaraciyər Köçürülməsi
İnstitutunun direktoru, professor
Sezayi Yılmaz ölkələrimiz arasında
gündən-günə möhkəmlənən dost-
luq əlaqələrindən danışdı, konqre-
sin gənc mütəxəssislər üçün faydalı
olacağını, belə tədbirlərin klinika-
larımız arasında işgüzar əlaqələrini
daha da möhkəmləndirəcəyini bil-
dirdi. “Dünyada və Türkiyədə can-
lıdan–canlıya qaraciyər transplan-
tasiyası” mövzusunda çıxış edən
S.Yılmaz rəhbərlik etdiyi institutun
dünyanın sayılıb-seçilən klinikaları
ilə rəqabət apardığını və onun uni-
versitet əməkdaşları ilə birgə hər il
neçə-neçə insan üzərində qaraciyər
əməliyyatlarını uğurla həyata keçir-
diyi haqqında tədbir iştirakçılarına
məlumat verdi.
Sonra Tədris Cərrahiyyə Klinika-
sının direktoru, AMEA-nın müx-
bir üzvü, professor Nuru Bayramov
rəhbərlik etdiyi klinikada tibbin bu
sahəsi üzrə mütəxəssislərin rahat
işləməsi üçün hər cür şəraitin yara-
dıldığını, yeni avadanlıqların quraş-
dırıldığını diqqətə çatdırdı və sözü
məruzəçilərə verdi.
Məruzəçilərin mövzularında ölkə-
mizdə və Türkiyədə tibbin bu
sahəsindəki mövcud problemlərdən
bəhs olundu. Onlar çıxışlarında bu
konfransın təcrübə mübadiləsi ba-
xımından əhəmiyyətini xüsusi vur-
ğuladı və konfransın təşkilinə yara-
dılan şəraitə görə təşkilatçılara öz
minnətdarlıqlarını bildirdilər.
Çıxışlardan sonra konfrans panel
iclasları üzrə öz işini davam etdir-
di. İclaslarda səhiyyənin ən va-
cib sahələrindən biri sayılan orqan
transplantasiyasına dair ən son
yeniliklər, bu sahədə əldə olunan
nailiyyətlər və gələcəkdə qarşıda
duran problemlərlə bağlı məruzələr
edildi. İclaslarda həmçinin orqan
transplantasiyasında
infeksiya,
anes teziya və belə xəstələrdə vi-
rus hepatitləri barədə də məruzələr
dinlənildi, dünyada və o cümlədən
Türkiyə və Azərbaycanda orqan
köçürülməsinin müasir problemləri
barədə hərtərəfli müzakirələr apa-
rılaraq geniş fikir mübadiləsi oldu.
Konfransın işində orqan trans-
plantasiyası ilə məşğul olan hər iki
ölkənin qabaqcıl mütəxəssisləri ilə
yanaşı, gənc alimlər və rezidentlər
də iştirak edirdilər.
MƏNSUR
“Orqan transplantasiyası ” mövzusunda
II beynəlxalq elmi konfrans
Bu günlərdə Türkiyənin
Yunus Emre İnstitutu-
nun nümayəndə heyəti
Azərbaycan Tibb Universite-
tinin qonağı olub.
ATU rəhbərliyi ilə görüş
zamanı universitetin rektor
əvəzi, tədris işləri üzrə pro-
rektor, professor Sabir Əliyev
qonaqları salamlayaraq on-
lara ali məktəb haqqında
qısa məlumat verərərk ATU-
nun ali tibbi təhsil sahəsində
Azərbaycanın ilk və yeganə
məktəbi olduğunu bildirib.
S.Əliyev bu müəssisədə tələbə
və rezidentlər üçün yaradılan
şərait, uğurlu tədris prosesi,
universitetin professor-müəl-
lim heyəti, peşəkar həkimləri
haqqında da bilgi verib. O,
qeyd edib ki, 6 fakültəsi olan
bu ali təhsil ocağında 160-
dan çox professor, 320 do-
sent, 800-ə yaxın elmlər
namizədi və ümumilikdə 1300
nəfər akademik personal ça-
lışır. Hazırda universitetdə
7000-dən çox tələbə və re-
zident, həmçinin 1000-dən
çox xarici ölkə vətəndaşları
olan tələbələr təhsil alır. On-
lar arasında Türkiyədən olan
tələblər üstünlük təşkil edir.
ATU-nun
beynəlxalq
əlaqələr üzrə prorektoru
Rəhimə Qabulova universite-
tin beynəlxalq əlaqələrindən
söz açaraq son illər ərzində
dünyanın bir çox aparı-
cı ali təhsil müəssisələri ilə
münasibətlər
yaradıldığı-
nı bildirib. Xanım Qabulova
ATU ilə Türkiyənin Hacette-
pe, İstanbul, Ankara və bir
çox tanınmış universitetləri
ilə əməkdaşlıq sazişi im-
zalandığını, birgə tədbirlər
reallaşdırıldığını
söyləyib.
Həm çinin, ATU-nun iştirak
etdiyi beynəlxalq təcrübə və
mübdilə proqramları haqqın-
da məlumat səsləndirilib.
Yunus Emre İnstitutu-
nun direktoru İbrahim Yıldı-
rım təkcə Azərbaycanda de-
yil, hətta regionda da özünü
təsdiqləmiş Tibb Universiteti
ilə tanışlıqdan çox məmnun
olduğunu bildirib. Qonaq,
ATU-dan Türkiyəyə gələn
tələ bələrin olduqca fəallıq
nümayiş etdirdiklərini, lakin
onların Türk dilini mükəmməl
bil məməsi üzündən bəzi çə-
tinliklər yaşadıqlarını da
qeyd edib. Buna görə də
cənab Yıldırım Azərbaycan
Tibb Universitetinin tələbə və
rezidentlərinə, həkimlərinə
Türk dilinin özəlliklərini
öyrətmək niyyətində olduqla-
rını bəyan edib.
Müzakirələr zamanı Yu-
nus Emre İnstitutu ilə birlikdə
tanıtım xarakterli seminar
keçirilməsi haqqında razılıq
əldə olunub.
Qeyd edək ki, Yu-
nus
Emre
İnstitutunun
əsas missiyası türk dili-
ni, mədəiyyətini tanıtmaq,
Türkiyənin di gər ölkələrlə
dostluğunu genişləndirmək,
türk dili üzrə təhsil almaq
istəyənlərə xaricdə də xidmət
göstərməkdən ibarətdir.
ATU-nun mətbuat xidməti
Yunus Emre İnstitutunun direktoru ATU-da qonaq olub
http://www.amu.edu.az
29 fevral 2016-cı il
4
•
Fevralın 15-də Azərbaycan Tibb Universiteti-
nin Stomatoloji Klinikasında terapevtik sto-
matologiya, ortopedik stomatologiya, uşaq sto-
matologiyası və stomatologiya kafedralarının
müəllimləri ilə tələbələrin bilik və bacarıqları-
nın qiymətləndirmə meyarlarına həsr edilmiş
seminar-müşavirə keçirilib.
Müşavirədə tədris-metodik və innovasiya şöbəsinin
müdiri professor Akif Qurbanov tələbə məm-
nun luğunun vacibliyindən danışaraq bu sahədə
qiymətləndirmənin mühüm əhəmiyyətini göstərərək
qeyd etdi ki, istənilən halda tələbə onun bilik və ba-
carıqlarının düzgün qiymətləndirilməsinə əmin ol-
malıdır. O, semestrin sonunda tələbələrin yekun
qiymətinin məhz gündəlik qiymətləndirmədən asılı
olmasını bir daha nəzərə çatdırmaqla, bu sahəyə xü-
susi diqqət yetirməyin vacib olduğunu bildirib. Belə
ki, imtahana qədərki (gündəlik) qiymətləndirmə za-
manı yekun qiymətin nəzəri biliklərdən, bacarıqlar-
dan, sərbəst işlərdən və dərsə davamiyyətdən topla-
nılan balların cəmindən asılıdır.
Stomatologiya fakultəsinin tələbələri üçün ba-
carıqların öyrədilməsinin mühüm əhəmiyyəti qeyd
edilib, bacarıqlarının tədrisi və qiymətləndirilmə
xüsusiyyətləri bir daha müəllimlərin nəzərinə
çatdırılıb.
Bununla
yanaşı
nəzəri
biliklərin
qiymətləndirilməsi, eləcə də, sərbəst işlərin hazır-
lanması və qəbul edilməsi prinsipləri şərh edilib.
Müşavirədə iştirak edən Stomatologiya fakültəsinin
dekanı, professor Zöhrab Qarayev və Stomatoloji kli-
nikanın direktoru, professor Alqış Səfərov klinikada-
kı kafedralarda bacarıqların öyrədilməsi üçün bütün
mümkün şəraitin olmasını, eləcə də Stomatoloji Kli-
nikada bu məqsədlə xüsusi Laboratoriyanın fəaliyyət
göstərməsini qeyd etdilər. Tədris prosesində qarşıya
çıxan problemlərin vaxtında həll edilməsində kafed-
raların qarşısında duran vəzifələrdən danışdılar.
Sonda müəllimləri maraqlandıran suallar cavab-
landırıldı.
Oxucuların nəzərinə
Bu gün Azərbaycan Tibb Universitetinin növbəti Elmi
Şurasının iclası keçiriləcək. İclasda “ATU-da 2015-2016-
cı tədris ilinin payız semestrinin imtahan sessiyasının
yekunları və yaz semestrində tədris prosesinin daha
da yaxşılaşdırılması işində universitet kollektivinin
vəzifələri” və digər məsələlər müzakirə olunacaq. Bu
Dostları ilə paylaş: |