Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə82/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   78   79   80   81   82   83   84   85   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

445



 

Qafqaz University                                                                    29-30 April 2016, Baku, Azerbaijan

ÜÇLAYLI  ÇUBUQLARIN TERMO-MEXANİKİ YÜKLƏRİN 

TƏSİRİNDƏN  MƏXSUSİ  RƏQSLƏRİ 

 

Fəxrəddin İSAYEV 

Qafqaz Universiteti 



fisayev@qu.edu.az 

AZƏRBAYCAN 



Ramil MƏMMƏDLİ 

   

  

 

 

 

 Cavid ƏLİYEV  

Qafqaz Universiteti   

  

 

 



 

                  Qafqaz Universiteti 

           AZƏRBAYCAN   

 

 



 

 

 



        AZƏRBAYCAN 

 

Məqalədə qeyri müntəzəm paylanmış temperatur sahəsində yerləşən və en kəsiyi iki simmetriya 

oxuna malik olan üçlaylı düzxətli çubuqların məxsusi rəqsləri məsələsi tədqiq edilir.Koordinat sistemi 

aşağıdakı kimi qəbul edilmişdir:OX-oxu çubuğun orta layının oxu boyu yönəlib;OY və OZ-oxları isə 

çubuğun en kəsiyində yerləşir.Məsələnin qoyuluşunda fərz edilir ki,çubuğun layları müxtəlif qeyri 

bircins izotrop elastik materiallardan hazırlanıb və materialların elastiklik modulları  koordinatların və 

temperaturun kəsilməz  funksiyalarıdır və aşağıdakı şəkildə dəyişirlər: 

 

 



   

 

 



 

Burada da 

 - uyğun bircins materialların elastiklik modullarıdır. 

 - material-

ların temperatur əmsallarıdır, T=T(z) temperaturun paylanmasıdır. 

 isə sabit temperaturdur. 

Müstəvi kəsiklər prinsipinin  çubuğun bütün qalınlıq elementi üçün doğru olduğu qəbul edilərək 

 

                               



            

(2) 


burada   – çubuğun oxunun əlavə deformasiyası,   - əyriliyidir. 

Huk qanununun köməyi ilə gərginlik və deformasiyalarin artımları arasındakı 

əlaqələr təyin edilmişdir,yəni: 

 

 



 

,       


(3)                              

 

 



burada 

  layların qalınlıqlarıdır. 

Bu  əlaqələrin köməyi ilə  məlum qaydaya əsasən çubuğun en kəsiyində yaranan qüvvə  və 

momentin artımları hesablanır və çubuğun ümumiləşmiş sərtlik xarakteristikaları təyin edilir: 

  

           (4) 



  

burada 


 - çubuğun en kəsiyinin enidir. Qüvvə  və momentlərin artımları üçün alınmış ifadələr 

baxı-lan çubuğun hərəkət tənliklərində diqqətə alınaraq, bəzi çevirmələrdən sonra aşağıdakı  rəqs 

tənliyi alınır: 

    


 

 

 



 

(5)                                

BuradaKİ-çubuğun ümumiləşmiş  sərtlik xarakteristikasıdır;m-çubuğun vahid uzunluğunun 

kütləsidir,v-isə çubuğun oxunun əyintisidir.(5)-tənliyinə    sərhəd  şərtlərini  əlavə edərək baxılan 

çubuğun məxsusi rəqsləri məsələsinin riyazi qoyuluşunu alarıq.  (5)-tənliyini həll edə bilmək üçün (1)-

ə daxil olan funksiyaların necə dəyişdiyini bilmək lazım gəlir. Xüsusi  halda temperaturun dəyişməsini 

aşağıdakı kimi qəbul edək:                        

      


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

446



 

Qafqaz University                                                                    29-30 April 2016, Baku, Azerbaijan

Bu halda çubuğun ucları oynaqlı  bərkidildiyi zaman (2)- tənliyi həll edilərək məxsusi rəqs 

tezliyi üçün aşağıdakı formul alınır: 

                                (7) 

Burada Kİ – çubuğun ümumiləşmiş sərtlikxarakteristikasıdır. 

Parametrlərin müxtəlif qiymətləri üçün ədədi hesablamalar aparılaraq baxılan çubuğun məxsusi 

rəqs tezliyinin qiyməti  (7)-dən təyin edilir. 

 

 



 

 

 



 

 

 



 

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

447



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

INDUSTRIAL ENGINEERING 

 

 

 

 

İSTEHSAL PROSESİNİN TƏŞKİLİNDƏ 4PL METODUNUN ÖNƏMİ 

 

Pərvin OSMANLI 

Qafqaz Universiteti 



parvinosmanli@yahoo.com 

AZƏRBAYCAN 

 

Müştəri ehtiyaclarının təmini və müştəri məmnuniyyətinin artırılması istiqamətində edilən çalış-



malardan birisinə daha ehtiyac duyulmuş və 3 PL ortaya çıxmışdır.PL ingilis dilində “party logistic” 

sözünün dilimizdəki qarşılığı olan- iştirakçı tərəf deməkdir.Hər hansı bir məhsulu istehsal edən tərəf 

bu sistemdə 1Pl yəni birinci tərəf, istehlak edən tərəf 2PL yəni ikinci tərəf, onların arasındakı axışı 

təmin edib məhsulu müştəriyə çatdıran tərəf isə 3Pl yəni üçüncü tərəf olaraq bilinir.Uzun müddət 

istehsalçı firmaların bu metodla çalışma səbəbəri getdikcə artan müştəri tələblərini nisbətən daha qısa 

bir müddətdə qarşılamaq və xərcləri minimuma endirmək idi.Zaman keçdikcə və rəqabət artdıqca 3PL 

şirkətlərin bu zəncirdə tam istənilən  şəkildə faydalı ola bilmədiyi ortaya çıxdı.Çünki 3PL şirkətlər 

yalnız istehsalçının məhsulunu daşımaqla məşğul idi.Fəaliyyətləri bir tək nəqliyyatın təhlil olunma-

sından ibarət idi.Nəticədə isə ya istehsalçının düzgün qablaşdırmamaq, ya da nəqliyyatçının düzgün 

yükləməmək və düzgün daşımamaq səbəblərindən müştəri  şikayətləri çoxalmağa başlamışdı.Bütün 

problemləri aradan qaldırmaq və tədarük zəncirini dahada mükəmməl hala gətirmək üçün 4PL ortaya 

çıxdı.4PL  şirkətlərin fəaiyyəti təkcə  məhsulu istehsalçıdan alıb son istifadəçi olan müştəriyə  təhvil 

verməklə kifayətlənmir. 

4PL-in ortaya çıxma səbəblərindən biri də 3PL-in daha mürəkkəb tərkibli logistik fəaliyyətlərin 

təşkili zamanı istifadəyə qismən yararlı olması, müştəri tələb və ehtiyaclarını tam qarşılaya bilməməsi-

dir. Bir çox istehsalçı firmalar xüsusəndə son vaxtlarda qablaşdırma, yükləmə, depolama, xüsusi 

şəraitdə saxlama və müştərinin tələb etdiyi anda təmin etmə kimi bütün mərhələləri təşkil etməkdə 

çətinlik çəkdikləri üçün bu işləri həvalə edə biləcəyi şirkətlər axtarmağa başladılar.Bir neçə istehsalçı 

şirkət ya bu mərhələlərin təşkilində tam lazımi maddi-texniki bazasının olmaması səbəbilə, bəziləri isə 

ümumiyyətlə bu işə vaxt ayırıb qətiyyən məşğul olmamaq üçün həmin addımı atmağa qərar verdilər. 

4PL  şirkətlərin fəaliyyət prinsipi ehtiyacların analiz edilməsi ilə başlayır.Həll yollarını  təqdim 

edərkən təkcə istehsalçı firmanın yox, özlərinin də bütün texniki imkanlarını nəzərə alaraq həll üsulu 

ortaya qoyurlar. İşin icrası zamanı isə nəzərdə tutulan məhsulu qaynağından alıb son istehlakçıya çat-

dırmağa qədər bütün tədarük zənciri mərhələlərini öz öhdəliklərinə götürürlər. Məqsəd bütün tələb və 

ehtiyacların tam qarşılanmasıdır. 

4PL anlayışını ilk tətbiq edən firma Accenture firması olmuşdur. Ümumiyyətlə 4PL anlayışının 

qəbul edilməsi və tətbiqinə geniş yer verilmə səbəbi tədarük zəncirini özlərinin dizayn edib ən optimal 

həll üsulunu təqdim edərək zaman, işçi qüvvəsi, texnologiya-teknika və maddi vəsait baxımından işi 

ən əlverişli şəkildə təşkil edərək müştəri məmnuniyyətlərini artıra bilməkdir.Bunun yanında isə müvəf-

fəq olmalarının digər bir səbəbi bərabər çalışdıqları firmaların mövcud və meydana gələ biləcək ehti-

yaclarının təmini və həllində istifadə edə biləcəkləri yüksək texnologiyaları, məlumat sistemləri, insan 

resursları və yüksək səmərəli təşkilatçılıq bacarıqlarının olmalarıdır.4PL firmaları fəaliyyətlərini dörd 

mərhələli şəkildə təşkil edirlər: 

İlk mərhələ yenidən kəşf etmə mərhələsidir.Burda məqsəd gəliri ən yüksək səviyyədə əldə etmək 

olduğu üçün partnyor seçimində və tədarük zəncirinin təminindəki ən önəmli addımdır. 

İkinci mərhələ isə dönüşüm mərhələsidir.Tədarük zəncirini təşkil edəcək bütün fəaliyyətlərin və 

strategiyaların təşkili, planlaması kimi çox strateji əhəmiyyəti olan bir mərhələdir.Həmçinin satış, 

məhsulun logistika mərkəzlərinə paylaşdırılması, satınalma fəaliyyəti və  təxminlərin hesablanması, 

müştəri dəstək sistemlərinin təşkilini əhatə edir. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

448



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Üçüncü mərhələ sistemin təşkili üçün bütün sadalanan funksiya və  fəaliyyətlərin təyin olunma-

sının qrafik əsasında hansı müddətdə icra ediləcəyini göstərir. 

Sonuncu dördüncü mərhələdə isə tərəflər arasında bu axışın bütün hesablamalar nəzərə alınmaqla 

icra edilməsini nəzərdə tutur. 

Yekun olaraq 4PL vaxt və  səmərəlilik baxımından çox sərfəli bir metoddur. Nisbi olaraq yeni 

sayılsa da tədarük zəncirinin təşkili və idarə olunması üçün optimal bir üsuldur. 

 

 

HACHTAG-SHAPED MÜHƏNDİSLİK VƏ LAYİHƏLƏRDƏ 

FAYDALARI 

 

Alvina İSKƏNDƏRLI 

Qafqaz Universiteti  

alvinaiskandarli@yahoo.com 

AZƏRBAYCAN 

 

Sənayeləşmənin ilkin mərhələsində daha çox fərqli sahələrdə də məlumat, bilgi və bacarığı olan 



mütəxəssislərə üstünlük verilirdi. Həmin səbəbdən də T-Shaped bacarıqlar qrafiki ortaya çıxdı. Bu 

anlayış 1991-ci ildə David Guest adlı bir şəxs tərəfindən kəşf edilib. Daha sonra isə  İDEO, IBM, 

Proctor & Gamble və Nike kimi firmalar bu qrafikdə göstərilən xüsusiyyətdəki işçilərəüstünlük 

verərək öz iş yerlərində  tətbiq etdilər. Ardınca isə bu mövzuda bir neçə universitetdə araşdırmalar 

aparılmış və elmi məqalələr dərc edilmişdir. 

Bu qrafikdə  ən maraqlı  tərəf qrafikə T adının verilməsidir. Qrafikə bu adın verilmə  səbəbi 

həqiqətən də böyük T hərfinə  bənzəməsi idi. T-nin yuxarı üfiqi hissəsində  işçinin göstərilən ixtisas 

haqqında ümumi məlumatı olurdu. Generalist skills olaraq təyin edilən bu bilgilərin çox yox, yalnız 

müəyyən dərəcədəolması yetərli idi.   

      


 

 

          Şəkil 1. Generalist və Expert Qarşılaşdırılması                                        Şəkil 2. T-Shaped Bacarıqlar



 

Bu qismə misal olaraq sənaye mühəndisliyi, hüquq, cərrahiyyə, filologiya, turizm və s. kimi ixti-

saslar aid olurdu. Şaquli hissəyə isə  həmin işçinin iş sahəsində  fəaliyyət göstərdiyi və  

birbaşa professionallaşdığı tək bir sahə yazılırdı. Məsəslən: satınalma mühəndisi ixtisası. Bu o demək 

idi ki, həmin adam mühəndislik fakültəsini bitirib iqtisadiyyat, idarəetmə, mühəndislik  

sahələrində generalist səviyyəsində  təhsilə malikdir, amma satınalma ixtisası üzrə peşəkarlaşıb və 

uzun müddətdir ki, bu işi icra edir. Həmin sahə üzrə mütəxəssis specialist olaraq qrafikin şaquli 

hissəsindəsatınalmanı qeyd edirdi. Müəyyən müddət keçdikdən sonra, xüsusən də işçilik 

maliyyətlərinin artığı  sənaye sahələrində firmaların bir çoxu təkcə bir istiqamətdə peşəkarlaşan yox, 

eyni zamanda bir neçə sahəni mükəmməl səviyyədə bilən və icra edən işçilər axtarmağa başladı. 

Sənayenin bu tələbi də  həmin xüsusiyyətdə mühəndislərin formalaşmasına gətirib çıxardı. Vəziyyət 

belə olduqda T qrafikininbir sütunu daha artırılaraq Pi-Shaped halına çevrildi.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

449



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

Şəkil 3. Pi-Shaped Bacarıqlar

 

Yəni işçinin generalist bilgiləri eyni qalmaqla, specialist bilgiləri iki oldu. Daha əvvəl bəhs edilən 



mühəndis satınalma işi ilə yanaşı layihələndirmə və ya istehsalat işini də mükəmməl bilərsə bu vəziy-

yət bir çox firmalar üçün arzu edilən hala çevrildi. Amma yenə  də getdikcə artan rəqabət mütəxəs-

sislərin daha da təkmilləşməsini tələb etdi. Professionallıq sahəsinin iki yox daha çox olmaq məcburiy-

yəti ortaya çıxdı. Məsələn, bəhs etdiyimiz mühəndisin artıq iki yox, üç və daha artıq peşəkar səviyyədə 

tətbiq sahəsi olmalı idi. Satınalma, layihələndirmə, istehsalat, satış kimi sahələri dəicraedə bilməsi onu 

digər rəqiblərindən daha üstün bir kadr kimi göstərdi. Qrafikdə T-nin bir neçə ayağı formalaşdı  və 

Comb-shaped bacarıqlar olaraq adlandırıldı. Zaman keçdikcə sənaye, elm və texnologiya inkişaf etdik-

cə mühəndis və mütəxəsislər daha da təkmilləşmək məcburiyyətində qaldılar. Çünki artıq firmalar 

işçilərdən bu xüsusiyyətlərinin yanında soft skills adlanan fərdi inkişaf bacarıqları olan kadrlara 

üstünlük verməyə başladılar. Soft skills adı verilən bu xüsusiyyətlərə misal olaraq kreativlik, zamanın 

idarəedilməsi, risklərin idarəedilməsi, kommunikasiya bacarığının yüksək olması, komanda ilə 

birlikdə çalışma bacarığının olması vəs. göstərilə bilər.  

 

Şəkil 4. Comb-Shaped Bacarıqlar

 

Bunları da qrafikə əlavə etdikdə qrafikdə ikinci bir üfuqi xətt meydana gəlmiş olur ki, bu fiqura 



hachtag-shaped bacarıqlar adı verilir. Hal-hazırda bir çox firmalar xüsusən də yüksək vakansiyalara 

işçi tələb edərkən bu xüsusiyyətlərə malik olan işçilərə üstünlük verirlər.  

Layihələrdə xüsusən də hachtag-shaped bacarıq və xüsusiyyətə malik işçilərin çalışdırılması daha 

məqsədə uyğundur. Çünki layihəni icra edən komandadakı  işçilik növləri və  tələb olunan ixtisaslar 

layihənin mürəkkəbliyinə görə fərqlilik göstərirlər. Bu xüsusiyyətdə işçiləri layihələrə cəlb etmək həm 

işçilik maliyyətini azaldacaq, həm də iki və daha artıq işi icra edə bilən bir mütəxəsisi çalışdırdıqda 

o sahələrdə çalışan başqa bir çalışanınız layihədən ayrılarsa işinizdə  hərhansı bir gecikmə  və ya 

dayanma hadisəsi olmayacaq. 

 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

450



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

İSTEHSALAT PROSESLƏRİNDƏ ATELYE TİPLİ İSTEHSALDAN 

AXIŞ TİPLİ İSTEHSALA KEÇƏRƏK GƏLİRİN ARTIRILMASI 

 

Seymur İLYASOV 

Azertexnolayn MMC 



ilyasov@itu.edu.tr 

AZƏRBAYCAN 

 

Müasir dövrümüzdə xüsusən də istehsal sahələrində rəqabətin getdikcə artması, eyni vəya bənzər 



tipli məhsulların bazara çıxarılması istehsalçı firmalar üçün optimallaşdırma amilini qaçınılmaz edib. 

İqtisadi cəhətdən tələb sabit qalıb, amma təklif çoxaldıqca məcburiyyət qarşısında təklif edilən 

məhsulun satış qiyməti endirilməlidir. Təbii hazırki bu məqamda məhsulun keyfiyyətində də heç bir 

azalma müşahidə edilməməlidir. Məqaləmizdə göstərilən məsələ yerli istehsalçı firmalardan birindəki 

isthesal proseslərinin analizi və optimallaşdırma nəticəsində dəzgahların səmərəli istifadəsinin yanında 

daha çox bazar payına sahib olmaq və daha çox müştəri qazanmaqla əlaqəlidir. Nümunəmizdə içmə 

suyu üçün texniki avadanlıq isthesal edən bir zavodun istehsal prosesləri incələnmişdir.  

 

Şəkil 1. Optimallaşdırmadan əvvəl proses axışı 

Şəkil 1-də göstərilən məhsulun istehsalı zamanı yeddi fərqli ehtiyat hissəsi altı dəzgahda, yeddi 

fərqli funksiyadan istifadə edilməklə istehsal edilir. Prosesin mürəkkəbliyi baxımından atelye tipli 

proses axışı təyin olunub. Birinci parça bir nömrəli dəzgahda yeddi dəqiqə müddətinə işlənir. Birinci iş 

tamamlanır. İkinci parça birinci dəzgahda dörd dəqiqə, ikinci dəzgahda isə üç dəqiqə işlənir. Birinci və 

ikinci iş tamamlanır. Üçüncü parça proses baxımından biraz daha mürəkkəbdir və on beş dəqiqə vaxt 

almaqla dördüncü dəzgahda işlənir. İkinci iş tamamlanır. Dördüncü parça üç nömrəli dəzgahda iyirmi 

dəqiqə proses müddəti almaqla dördüncü iş tamamlanır. Kritiklik baxımından ən uzun və ən önəmli 

proses sayılır. Beşinci parça həm altıncı, həm də üçüncü dəzgahlarda prosesə tabe tutulmalıdır. 

Ardıcıllıq baxımından  əvvəlcə altıncı  dəzgahda üç dəqiqə müddətinə üçüncü iş icra edilməli daha 

sonra isə üçüncü dəzgahda dördüncü iş icra edilməlidir. Burdakı problem isə bundan ibarətdir ki bu iki 

iş arasında nə az nə çox onyeddi dəqiqə boş vaxt var. Ona görə  də  məhsulun  əmələ  gəlməsində 

müddəti uzadan ən önəmli amil olaraq nəzərə alınır. Altıncı parça səkkiz nömrəli dəzgahda üç dəqiqə 

müddətinə altı nömrəli işi tamamladıqdan sonra ən son parça olan yeddi nömrəli parça altı nömrəli 

dəzgahda üç dəqiqə müddətini yeddi nömrəli işin tamamlanması ilə birlikdə başa çatır. Ümumilikdə 

vahid məhsulun istehsal müddəti iyirmi beş  dəqiqəyə  bərabər olur. Planlama olaraq çəkmə sistemi 

əsasında istehsal edən zavodlarda müştərinin  ən çox maraqlandığı hissə  məhsulun istehsal edildiyi 

yox, təhvil verilə biləcəyi müddətdir. Müştəri üçün məhsulun necə  və  nə  qədər müddətə istehsal 

edilməsi maraqlı deyil. Əgər müştəri tələb olunan məhsulu tələb olunan zaman periodunda əldə edə 

bilməsə başqa bir tədarükçüdən təmin edəcək. İstehsalçı isə nəticə etibarilə müştərini itirmiş olacaq. Ona 

görə  də daha çox müştəri ehtiyaçlarını qarşılamaq və müəssisə  gəlirlərini artıqmaq üçün prosesləri 

optimallaşdırmaq lazımdır. Prosesləri yenidən incələdiyimizdə diqqətimizi çəkən bir məqam var. 

Ümumiyyətlə istehsal zamanı  ən problemli hissə  ən uzun proses müddətinin icra edildiyi hissə 

sayılır.  Ən uzun hissə isə beşinci parçanın işlənməsinə  sərf olunan müddətdir. Çünki burda beş 

nömrəli dəzgah daha əvvəl məşğul olduğu üçün altı nömrəli dəzgahdakı beş nömrəli işin bitməsindən 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

451



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sonra icra edilməlidir. Hesablamalarımıza görə dördüncü işi tamamlamaq üçün dəzgah beşin eynisin-

dən bir ədəd zavodda boş qaldığı və gözlədiyi üçün onu işə sala bilərik. Onda beş nömrəli prosesi cəmi 

səkkiz dəqiqəyə tamamlaya bilərik. Belə olduqda məhsulunun istehsal müddəti iyirmi dəqiqəyə 

enəcək. Burda çox cüzi bir maliyyət artışı ortaya çıxacaq. Çünki yeni bir dəzgahın işə salınması üçün 

setup cost (dəzgahın isinmə maliyyəti) dörd faiz artacaq. Onda vahid məshulun qiymətinə cəmi 1.6 % 

əlavə olunacaq. Nəzərə alsaq ki istehsal müddətini iyirmi beş dəqiqədə iyirmi dəqiqəyə endirsək onda 

min  ədəd sifarişdə 5000 dəqiqə vaxt qazanmış oluruq ki 83 saatdan daha artıq vaxt edir ki bu da 8 

saatlıq bir iş rejimi üçün 10 iş günü deməkdir. Belə bir optimallaşdırılmanın tətbiq edilməsi arzu 

ediləndir. Nəticəni Şəkil 2-də müşahidə etmək olar.  

 

Şəkil 2. Optimallaşdırmadan sonra proses axışı 

 

 



 

İSTEHSAL XƏTTİNİN BALANSLAŞDIRILMASININ KƏSİKLİ 

İSTEHSAL SİSTEMİNƏ TƏTBİQİ –YAMAZUMI 

 

Orxan MAMEDOV

 

Azertexnolayn MMC 



orxan.mamedov@azertexnolayn.com 

AZƏRBAYCAN



 

Mehmet Yasin DEMIREL

 

Azertexnolayn MMC 



yasin.demirel@azertexnolayn.com 

AZƏRBAYCAN



 

 

Modern istehsal sistemlərində ən çox qarşılaşılan problem bundan ibarətdir ki, dəzgahlar davamlı 



işləyir, işçilər də eyni şəkildə dayanmadan işləyir, amma nəticə istənilən kimi olmur. Ümumiyyətlə hər 

hansı bir dəzgah vəya avadanlığın məhsuldar olub-olmadığına qərar vermək üçün əvvəlcə onun tutu-

mu (capacity) hesablanmalıdır. Tutumu isə hesablayarkən bir yox bir neçə dəfəki statistiki göstərici-

lərə görə hesablamaq lazımdır. Probelmin dəzgahdan vəya onu istifadə edən işçidən qaynaqlandığını 

aydınlaşdırmalıyıq. Bəs bunu necə etməliyik? 

Əvvəlcə feli zamanı ölçməliyik. Dəzgahda işləyən işçilərin hərəkətlərini müşahidə edə biləcəyi-

miz bir yerdə dayanıb hər bir işçi üçün ölçmələr etməliyik. Bu ölçmələr müxtəlif zamanlarda təkrar-

lanmalıdır. Əldə etdiyimiz rəqəm müxtəlif zamanlardakı qeyd edilən göstəricilərin içərisində  ən çox 

təkrarlanan bərabər olacaqdır. Hesablama zamanı isə diqqət ediləcək üç xüsus var: Birincisi dəzgahın 

avtomatik işləmə müddəti, ikincisi işçinin dəzgaha parça yükləmə müddəti, sonuncu isə  işçinin 

dəzgahın  ətrafında gəzdiyi müddətdir. Bu vaxtların cəmi tək bir göstərici  şəklində qeyd edilməlidir. 

İstehsal xəttini balanslaşdırmaq üçün əvvəlcə “takt time’’ adlanan müştəri tələbini qarşılama sürətimi-

zi hesablamalıyıq. Bunun üçün iş etdudu hesablarını  dəqiq apararaq lazım ola biləcək dəzgah və  iş 

stansiyası saylarını  əldə edəcəyik. Nümunəmizdə illik məhsul tələbi 10 000 ədəd olan bir zavodun 

istehsal xəttinin balanslandırılmağa ehtiyacı olub-olmadığına baxacağıq. Aylıq tələb 10 000/12= 834 

ədəd/ay olacaq. Günlük iş rejimi 8 saat olan bu istehsal müəssisəsində həftəlik beş gün çalışılmaqda və 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

452



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

günlük 2 saat nahar fasiləsi ilə 25 dəqiqə də çay fasiləsi təyin edilib. Onda takt time = 8*60-2*60-25= 

335 dəqiqə olacaq. Onu da saniyə olaraq hesablasaq və zavodun aylıq iyirmi gün çalışdığını göz 

önündə tutsaq, 335*60*20=402 000 olacaq. Son nəticəni də aylıq tələb miqdarına bölsək 402 000/834 

= 482 saniyə/ məhsul əldə etmiş olarıq ki, bu da təxminən səkkiz dəqiqədə bir məhsulun hazır olması 

deməkdir.  İstehsal xəttinin balanslaşdırılmasının  ən birinci şərti tam zamanında istehsal prinsipinə 

riayət edərək yalnız müştəri tərəfindən tələb gəldikdə istehsala başlanmalıdır. Prosesdəki asılılıq və 

ardıcıllıqlar müəyyən edilməli və bütün hesablamalar bundan sonra aparılmalıdır. Əgər iş stansiyaları-

nızın hər hansı birində vəya bir neçəsində yuxarıda sadalanan müddətlətinin toplamı tatk time-ı keçirsə 

onda həmin iş stansiyalarında darboğaz problemi meydana gəlib deməkdir. 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin