COĞRAFİ MƏLUMAT SİSTEMLƏRİNİN QƏRAR
VERMƏ PROSESİNDƏ TƏTBİQİ
Tünzalə XOSROVOVA
Qafqaz Universiteti
tunzale93@yahoo.com
AZƏRBAYCAN
Müasir dövrdə məlumat sistemləri məlumatın informasiyaya çevrilməsi və bunların idarə edil-
məsi üçün yaradılmış sistemlərdir. Məlumat və informasiyanın sistemli şəkildə toplanıb depolanması,
işlənməsi üçün yaradılmış sistemlərə məlumat sistemi deyilir. Məlumat sistemlərinin əsas funksiyası
qərar vermə işlərini asanlaşdırmaq və bu müddəti qısaltmaqdan ibarətdir. Həmçinin məlumat sistem-
ləri qərar vermə zamanını qısaldarkən qərar vermə funksiyasına da müsbət yöndə təsir edir. Məlumat
sistemləri istifadəçilərin ehtiyac duyduğu məlumatların əlaqələndirilib anlaşılmasına da köməkçi olur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
458
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məlumat sistemləri :
Məlumatları istifadəçiyə təqdim edir.
Məlumatların informasiyaya çevrilməsi prosesindəki əməliyyatlara kömək edir.
Məlumatların problemlərin həll edilməsində istifadə edilməsi və analiz edilməsi
zamanıüstünlüklərini üstün cəhətlərini ortaya çıxarır.
Qərar vericilərin qərarlarını dəstəkləyən analiz imkanları təqdim edir.
CBS-NİN QƏRAR VERMƏ PROSESİNDƏ TƏTBİQİ
Bu çalışmada Azərbaycanda yağ məhsulları istehsal edən bir müəssisəsinin yeni nümayəndəlik
açma qərarının verilməsi zamanı edilın tətbiqi göstərilmişdir. Əhalinin sayı və paylanması haqqında
məlumatlar Dövlət Statistika Komitəsinin 2011-ci il açıqlamasına əsasən götürülmüşdür. Məhsulun
istehsal olunduğu Bakı şəhəri, işğal olunan bölgələr və sərhədlər və Muxtar Respublikaolması səbəbi
ilə Naxçıvan yer almamışdır. Müəssisə nümayəndəlik açarkən şəhər əhalisinin sayını nəzərə alaraq
qərar verəcəkdir. Hər 50 000 nəfərə bir nümayəndəlik açmaq nəzərdə tutmuşdur.
Burada problem bəzi şəhərlərdə əhalinin sayı göstərilən rəqəmə yaxın olduğu halda
nümayəndəliyin yetərli olmamasıdır.
Şəhərlər və orda yaşayan əhalinin sayı, həmçinin hər şəhərə düşən nümayəndəlikləri sayı ilə tanış
olaq.
Cədvəl 1. Əhalənin Rayonlar Üzrə Paylanması
Toplam
Ehtiyac Olunan
Nümayəndləlik Sayı
Mövcud
Nümayəndləliklərin Sayı
Abşeron 195100
3.902
3
Xızı rayonu
15300
0.306
0
Sumqayıt 318700
6.374
6
Gəncə 321100
6.422
6
Qazax 91400
1.828
2
Ağstafa 81900
1.638
1
Tovuz 162800
3.256
3
Şəmkir 199000
3.98
4
Gədəbəy 95400
1.908
2
Daşkəsən 33300
0.666
0
Samux 55000
1.1
1
Göygöl 59100
1.182
1
Goranboy 96900
1.938
2
Naftalan 9300
0.186
0
Balakən 92100
1.842
2
Zaqatala 121300
2.426
2
Qax 54100
1.082
1
Şəki 175700
3.514
2
Oğuz 41300
0.826
0
Qəbələ 97200
1.944
2
Astara 99800
1.996
2
Lənkəran 213200
4.264
4
Lerik 77500
1.55
1
Yardımlı 60600
1.212
1
Masallı 205800
4.116
4
Cəlilabad 198800
3.976
4
Qusar 90500
1.81
2
Xaçmaz 164500
3.29
3
Quba 157600
3.152
3
Şabran 53900
1.078
1
Siyəzən 38900
0.778
0
Göyçay 112400
2.248
2
Beyləqan 89700
1.794
2
Ağcabədi 125700
2.514
2
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
459
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bərdə 146600
2.932
3
Neftçala 82200
1.644
1
Biləsuvar 92300
1.846
2
Salyan 126500
2.53
2
Yevlax 121200
2.424
2
Mingəçevir 98800
1.976
2
Ağdaş 102300
2.046
2
Ucar 80700
1.614
1
Zərdab 54800
1.096
1
Kürdəmir 107500
2.15
2
İmişli 118600
2.372
2
Saatlı 97000
1.94
2
Sabirabad 158900
3.178
3
Hacıqabul 68300
1.366
2
Şirvan 80000
1.6
1
Qobustan 41800
0.836
1
İsmayıllı 81700
1.634
1
Ağsu 73200
1.464
1
Şamaxı 95300
1.906
2
Sonra bu siyahını xəritə üzərinə köçürməyə başlayırıq. İlk öncə bütün şəhərlərin sərhədlərin
müəyyənləşdirməliyik. Nəzərə almadığımız şəhərləri xəritədən çıxırıq. Əlimizdə olan məlumatları
şəhərləri çıxdıqdan sonra əldə etdiyimiz xəritəyə əlavə edirik. Bütün bu məlumatları girdikdən sonra
istifadə etdiyimiz bölgələr qırmızı rənglə göstəriləcək.
Şəkil-1. Əhalinin Rayonlar Üzrə Paylanma Xəritəsi
Əvvəlcə hər 50 000 nəfər bir qrup olmaqla əhalinin say xəritəsi hazırlanır. Bundan sonrakı addım
isə nümayəndəliyin paylanması xəritəsi olacaq. Xəritələri hazırladıqdan sonra bu iki xəritəni üst-üstə
yerləşdirdikdə hansı bölgədə nə qədər nümayəndəliyə ehtiyac olduğu və hansı bölgədə nə qədər
nümayəndəliyin artıq olduğunu müəyyən etmiş oluruq. Nümayəndəliyin az olduğu yerlərə ehtiyac
olunan miqdarda yeni nümayəndəliklər açılmalıdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
460
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Şəkil-2. Nümayəndəlik Saylarının Qarşılaşdırılması Xəritəsi
YÜNGÜL SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ KEYFİYYƏT
MENECMENTİ SİSTEMİNİN PROSES-FUNKSIONAL
MODELİNİN QURULMASI
Тəranə MUSAYEVA
Azərbaycan Dövlət İqtisad Universiteti
taranamusayeva@mail.ru
AZƏRBAYCAN
t.e.d., prof. Məhəmmədəli NURIYEV
Azərbaycan Dövlət İqtisad Universiteti
mehman62@mail.ru
AZƏRBAYCAN
Yüngül sənaye müəssisəsində KMS-nin səmərəliliyinin yüksəldilməsi müəyyən fəaliyyət proq-
ramı və ya alqoritm əsasında həyata keçirilə bilər. Bu alqoritm müəssisənin struktur bölmələrində
texnoloji proseslərin funksional analizinə (FA) əsaslanır. Bu analiz baza kimi qəbul edilir və yüngül
sənaye müəssisəsinin struktur bölmələrinin işinin yaxşılaşdırması proseslərini seçməyə imkan verir.
Yüngül sənaye müəssisəsi struktur bölmələrinin proseslərinin yaxşılaşdırılmasının metodoloji
təminatı aşağıdakı məsələləri əhatə etməlidir: struktur bölmələri proseslərini əlaqəli modellər şəbəkəsi
kimi təsvir edən KMS-nin struktur-funksional modelinin qurulması; struktur bölmələrində proseslərə
çəkilən xərcləri təyin etməyə imkan verən metodun işlənməsi; KMS-nin səmərəliliyinə ciddi təsir edən
proseslərin əhəmiyyətliliyinin qiymətləndirilməsi; struktur bölmələri proseslərinin optimallıq
kriteriyalarına görə səmərəli variantın seçilməsi.
Məlumdur ki, İSO 9000-2001-in tələblərinə görə giriş elementlərini çıxışa çevirən hər cür fəaliy-
yət proses adlandırıla bilər. Bu mənada KMS-nin funksionallığı və əlaqəli prosesləri modellər şəbəkəsi
formasında təqdim etmək və onu “KMS-nin proses-funksional modeli” adlandırmaq mümkündür.
KMS-də proseslərə çəkilən xərclər struktur bölmələri proseslərinin səmərəliliyinin qiymətləndiril-
məsi məqsədilə təyin olunur. Bu isə İSO 9000:2000 seriyalı standartların tələblərinə uyğun olaraq
məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş xərclərin və resursların səmərəli istifadəsinə
nəzarətin gücləndirilməsinə imkan yaradır.
Təqdim edilən metod yüngül sənaye müəssisəsində fəaliyyət göstərən müəssisələrdə həyata keçi-
rilən texnoloji proseslərə çəkilən xərclərin təyinində istifadəyə yararlıdır. Metod proseslərin iyerarxi-
yasının hər hansı bir səviyyəsi üçün tətbiq oluna bilər. Xərclərin təyini yüngül sənaye müəssisəsinin
mövcud muhasibat hesabatlarına əsaslanır və müəssisənin ümumi xərclərindən konkret prosesə çəkilən
xərclərin ayırd edilməsi yolu ilə tapılır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
461
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu məqsədlə əvvəlcə keyfiyyətə dair xərclərin təsnifatının aparılması təklif olunur. Təsnifat bütün
növ xərclərin qeydə alınmasını və maksimal dərəcədə nəzərə alınmasına şərait yaradır.
Prosesə çəkilən ümumi xərclər əvvəlcə iki kateqoriyaya bölünür: prosesin uyğunluğuna və uy-
ğunsuzluğuna çəkilən xərclər. I kateqoriya öz növbəsində 3 xərc qrupuna ayrılır: prosesin normal
gedişinə çəkilən xərclər, xəbərdaredici fəaliyyətlərə çəkilən xərclər, nəzarət və sınaqlara çəkilən
xərclər. II kateqoriyadan olan xərclər də 2 qrupa ayrılır: daxili və xarici itkilər.
Prosesin normal fəaliyyətinə çəkilən xərclər – normativ-texniki sənədlərin tələblərinə uyğun
funksional fəaliyyətə çəkilən səmərəli xərclərdir. Xəbərdaredici xərclər qüsurların və imtinaların
aşkarlanması, zayların azaldılmasına yönəlmiş fəliyyətin xərcləridir. Yoxlama və sınaq xərcləri məh-
sulun keyfiyyət səviyyəsinin təsdiqinə çəkilən xərclərdir. Daxili itkilər səmərəsiz təsirlərə və fəaliy-
yətə çəkilən xərclərdir. Xarici itkilər məhsul reallaşdırıldıqdan sonra müəyyən edilmiş çatışmazlıqlar
ilə əlaqədar xərclərdir.
Prosesin icraçılarının əmək haqqının təyini üçün əsas məsələ onların yerinə yetirdiyi işlərin əmək
tutumunun müəyyən edilməsidir. Prosesin əməktutumu keyfiyyətə dair xərclərin təsnifat qruplarına
görə icraçıların hər bir kateqoriyası üzrə qiymətləndirilir. Hər bir qrup üzrə əmək tutumunu təyini
etmək üçün işcilərin yerinə yetirdiyi əsas işlər identifikasıya edilməlidir.
Prosesə çəkilən xərclər cari ilin bir ayına görə hesablanır. Lakin prosesə çəkilən xərclər planlaş-
dırılan dövr üçün də müəyyən edilə bilər. Misal üçün, p-saylı prosesə çəkilən yekun xərclər belə
hesablanır:
с
с
c
р
бвш
р
бвн
p
ij
j
i
p
C
)
OT
ЗМ
ПР
(
р
р
р
4
1
5
1
t,
burada C
P
– işçilərin j-saylı kateqoriyasının i-saylı xərc qrupuna görə p-saylı prosesin bütün növ
işlərinin yerinə yetirilməsinə çəkilən ümumi xərclər, manat; C
P
– məhsulun istehlakçıya çatdırılmasın-
dan əvvəl p-saylı prosesdə daxili itkilərlə əlaqədar xərclər, manat; C
P
– məhsulun istehlakçıda aşkar
olunan p-saylı prosesindəki xarici itkilərlə əlaqədar xərclər, manat; ПР
P
– avadanlığın dayanması ilə
əlaqədar xərclər, manat; ЗМ
P
– dəyişdirilmiş keyfiyyətsiz dəstləşdirici hissələrin dəyəri, manat; OT
P
–
texnoloji qaydalarda nəzərdə tutulmamış tullantıların qiyməti, manat.
Prosesə çəkilən xərclərin təyini işçilərin j-saylı kateqoriyasının i-saylı xərc qrupuna görə p-saylı
prosesin işlərinin yerinə yetirilməsinə çəkilən C
P
ümumi xərclərin hesablanmasından ibarətdir. Bu
hesablamalar j-saylı kateqoriya işçilərindən bu tədbirdə iştirak edən hər bir icraçının əmək haqqına
əsaslanır. Sözügedən hesabatda i-saylı xərc qrupuna görə p-saylı prosesin işlərini yerinə yetirən j-saylı
kateqoriyanın əmək haqqı təyin olunur.
Daxili qüsurlarla əlaqədar xərclər müəssisə daxilində meydana gələn düzəldilməsi mümkün və
düzəldilməsi qeyri-mümkün olan qüsurlardan əmələ gəlir. Məhsul üçün p-saylı prosesdə yaranmış və
düzəldilməsi qeyri-mümkün olan daxili qüsurlar ilə əlaqədar xərclər belə hesablanır:
m
j
взj
ytj
обj
p
н
бван
C
З
З
C
1
)
(
,
burada З
oбj
– aradan qaldırıla bilməyən qüsurlara malik j-saylı məhsulun ləğv olunması ilə əlaqədar
xərclər, manat; З
yтj
– aradan qaldırıla bilməyən qüsurlara malik j-saylı məhsulun utilizasiyası ilə
əlaqədar xərclər, manat;
Xarici qüsurlarla əlaqədar xərclər aradan qaldırıla bilən və aradan qaldırılması mümkün olmayan
xarici qüsurlardan əmələ gəlir. Bu zaman p-saylı prosesə aid məhsulun aradan qaldırılması qeyri-
mümkün olan xarici qüsurlar və digər xarici itkilər ilə əlaqədar xərclər analoji düsturlarla hesablana
bilər.
Beləliklə, yüngül sənaye müəssisələrində keyfiyyət menecmenti sisteminin qiymətləndirmək üçün
sistemin proses-funksional modeli qurulmalı və keyfiyyətə çəkilən xərclər təhlil olunmalıdır. Keyfiy-
yəti idarəetmə xidməti hər ay müəssisənin rəhbərliyinə proseslərə çəkilən xərclərin analizinin nəticələ-
rini təqdim etməlidir. Bu isə KMS-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarların
qəbul edilməsinə imkan verir. Proseslərə çəkilən xərclər əvvəlki dövrlərə nisbətən dinamikada qiymət-
ləndirilir. Xərclər əvvəlki dövrlərlə müqayisə edilməli və keyfiyyət üzrə həyata keçirilən tədbirlərin
səmərəliliyi müəyyən edilməlıdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
462
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
DAĞ-MƏDƏN SƏNAYESİ TULLANTILARININ TEXNOLOJİ VƏ
EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNƏ DAİR
BƏZİ MÜLAHİZƏLƏR
Gülnarə KƏRİMOVA
Azərbaycan Texniki Universiteti
ekologiya.qrup.85@mail.ru
AZƏRBAYCAN
Atmosferə və hidrosferə təsirlərin müasir miqyası, eləcə də qlobal kimyəvi mübadilənin texnogen
fəallaşdırılması yer qabığında gedən geoloji proseslərlə müqayisə olunan səviyyəyə çatmışdır.
Aydındır ki, insan cəmiyyətinin inkişafı ətraf mühitə təsirsiz ötüşür. Təbii resurslardan istifadə
etmədən və təbiətə zərərli təsir göstərmədən texnologiyaların inkişafı mümkün deyildir. Lakin təbii
ehtiyatlardan maksimal istifadə cəhdləri, təbiətin resurslarının təkrar istehsalı və özünü tənzimləmə
qabilliyyəti barədə kifayət qədər biliklərə malik olmadan aparılan işlər ciddi ekoloji nəticələrə gətirib
çıxara bilər. Çünki indi dünyada çıxarılan bütün mineral xammal ehtiyatlarından faydalı ictimai
məhsul qismində ancaq 2% istifadə olunur, qalan 98% şəklini dəyişmiş halda tullantı kimi atılır və heç
cür tətbiq tapılmır.
Mineral xammalın dünya hasilatı bu gün ildə az qala 100 mlrd ton təşkil edir, tullantı poliqonları
altında qalan və təsərrüfat dövriyyəsindən çıxarılan torpaqların sahasi isə 10 mln hektara çatır. Tullantı
poliqonlarına bir çox illər ərzində əhəngin, odadavamlı gillərin, kaolinitli xammalın, qumluqların,
kvarsitlərin, florlu və nefelinli zənginləşdirmə tullantıları və duz şlamları göndərilir. Müxtəlif dağ
süxurlarının yüz milyard tonlarla tullantıları toplanmışdır, onlar keyfiyyətinə görə çox vaxt bir sıra
sahələrdə, məsələn metallurgiya və ya inşaat materialları müəssisələrində toplanan qeyri-filiz xamma-
lından daha yaxşıdır. Təkrar resursların daha bir əhəmiyyətli mənbəyi energetika kompleksinin kül və
posalarıdır. Hazırda poliqonlarda bu texnogen xammalın 1,2 mlrd tondan çox ehtiyatları toplanmışdır.
Öz xassələrinə görə bu xammal inşaat materialları və məmulatları, habelə maşınqayırma sənayesində
tökük almaq üçün qəlib qarışıqlarında əvəzsiz xammal kimi istifadə oluna bilər.
Hazırda müxtəlif sənaye sahələrində posa və küllərin ancaq 10%-i, fosfoqipsin və zənginləşdirmə
tullantılarının 4%-i, metallurji posaların 20%-i, dağ-mədən kompleksi tullantılarının isə 2%-dən azı
istifadə olunur. Azərbaycanda hər il azı 1mln ton tullantı yaranır,onun yalnız 10%-i istifadə olunur,
poliqonlar altında 2 mln ha-dan çox təsərrüfat əhəmiyyətli torpaqlar qalır. 10 mln tondan çox bərk tul-
lantılar poliqonlarda yığılıb qalmışdır. Bərk tullantıların əhəmiyətli hissəsi dağ-mədən, energetika,
metal hissəsi dağ-mədən, energetika və metallurgiya sənaye komplksinə məxsusdur. İlkin hesablamara
görə ölkədə hər il azı 10.000 ton dağ-mədən tullantıları əmələ gəlir. Ekologiya və təbii ehtiyatlar
nazirliyinin məlumatlarına görə, ölkədə istifadə olunan tullantiların payı cəmi 5-8% təşkil edir.
Məsələn, 2000-2014-cü illərdə 10% artmışdır. Lakin bu göstərici, hətta keçmiş SSRİ sənayesindəki
vəziyyətlə müqayisədə belə uduzur, o vaxtlar bu göstərici 29% təşkil edirdi. Dünya təcrübəsi ilə
müqayisədə bu tamamı ilə aşağı göstəricisidir. Qərbi Avropada (Fransa, Almanya, İtaliya, İngiltərə) bu
göstərici 58%, Şimali Amerikada (ABŞ, Kanada) 63%-ə dək, Yaponiyada 87%, Çində 40% təşkil edir.
Metallurji, energetik, dağ-mədən və neft-kimya sənayesi müəssisələrinin xammal və texnogen
tullantılarının kompleks istifadəsi nəiniki Azərbaycan, eləcə də istənilən iqtisadi inkişaf yolu tutmuş
istənilən ölkənin ən ciddi problemidir. Təcrübə göstərir ki, məhz bu sahələrin tullantıları, əvvəla çox
böyük miqdarlarda yaranır, ikincisi isə ciddi ekoloji təhlükə törədirlər. Bu problem xüsusilə aktuallıq
kəsb edir, ona görə ki, son zamanlar ölkədə sənayenin qeyri-neft sektorunda dirçəliş müşahidə olunur.
Yeni və iri sənaye müəssisələri işə salınır, bir çoxları istehsal gücünü artırır. Amma tətbiq edilən
texnika və texnologiyalar heç də müasir dövrün tələblərinə cavab vermir. Onların bir çoxu fiziki və
mənəvi köhnəlmişdir. Bu şəraitdə təkrar resursların və xammalın, istehsal tullantılarının ekoloji
rasional istifadəsi problemi xüsüsi əhəmiyyət kəsb edir. Tullantılardan, xüsusilə bərk tullantılardan
əmtəə məhsulu istehsalının yeni texnoloji reqlamentlərinin işlənməsinin elmi prinsiplərinin işlənməsi
materiallar texnologiyasının mühüm elmi - texniki bir problemdir.
Aydındır ki, dağ-mədən, metallurgiya və energetika kompleksi müəsisələrinin bərk tullantıla-
rından inşaat materiallarının istehsalı, xüsusilə sənayecə inkişaf etmiş Daşkəsən iqtisadi rayonu tullan-
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
463
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
tılarının istifadəsi yaxşı perspektivlərə malikdir. İnşaat materialları sənayesi müəssisələrində hər il
müxtəlif çeşidli inşaat materialları istehsal olunur, lakin texnoloji proseslər, başlıcası isə bu material-
ların istismar prosesləri ekoloji kriteriyalara görə qiymətləndirilir. Bu təkrar resurslardan material və
məmulatların alınması və istismarı proseslərinin fiziki mahiyyəti barədə sadələşmiş təsəvvürlərlə izah
olunur. Bütövlükdə, iqtisadiyyatda təkrar resurslara münasibət arzu olunan səviyyədə deyildir. Bunun
üçün uzaq görən texnoloji siyasət işlənməlidir. Təkrar resursların fiziki kimyəvi xassələrinin dəqiq
normativ reqlamentləri işlənməlidir.
Odur ki, dağ-mədən sənayesi istehsalı tullantılarının inşaat materialları və məmulatları hazırlamaq
üçün xammal qismində ekoloji rasional istifadəsinin yeni nəzəri müddəalarının işlənməsi aktual elmi-
texniki problem kimi qarşıda durur. Fəaliyyətin məqsədi dağ-mədən metallurgiya kompleksi tullan-
tılarının kompleks istifadəsi üçün ekoloji rasional texnoloji reqlametlərinin işlənməsidir. Bu məqsəd
dağ-mədən sənayesi rayonunda və ölkədə ətraf mühitə texnogen təsirin azaldılması və təkrar resurs-
ların səmərəli istifadəsinin təmin edilməsinə yönəlmişdir. Burada ideya ondan ibarətdir ki, dağ-mədən
sənayesi tullantılarından müxtəlif sahələrdə məmulatların ekoloji təhlükəsizliyini və onların istehsalı-
nın ekoloji rasional üsullarının yaradılmasını təmin edən texnoloji və texniki məsələlərin həlli, məsa-
məli struktura malik materialların hava mühitinə qazların mübadilə imkanlarının artırılmasının inten-
sivliyinə təsir edən komponentlərin fizikivi - kimyəvi qanunauyğunluqlarına, habelə optimal enerji
tutumlu texnoloji reqlamentlərə əsaslanır.
Bu ideyanın reallaşdırılması aşağıdakı əsas elmi müddəaların müdafiə olunmasını nəzərdə tutur:
• texnogen tullantıların fiziki-kimyəvi və texnoloji xassələrinin orta qiymətlərinin paylanma xarak-
teri dəqiqləşdirilməlidir;tullantıların saxlanma müddətində bu qiymətlər müəyyən qeydə alınmış
qiymətlərə qədər dəyişir, sonra isə material öz istehlak xassələrini itirə bilər, bu isə formal olaraq
sıfır qiymətinə yaxınlaşan faydalı komponentin parsial sıxlığının qiyməti ilə ifadə olunur;
• dag-mədən və digər yaxın sənaye sahələrinin bir-biri ilə asan qarışan iki və ya bir neçə tullantı
qarışığında gedən idarəolunan sintezin mexanizmi; kimyəvi reaksiyalar nəticəsində qeyri-zəhərli
son məhsullar yarana bilər, bunlar inşaat materialları istehsalı üçün xammal və ya qiymətli əlavə-
lər kimi istifadə oluna bilər;
• dağ-mədən sənayesi tullantılarından inşaat materiallarının alınması prosesinin eko-loji optimallaş-
dırılması formal olaraq xətti riyazi proqramlaşdırma məsələsinə gətirilmişdir; burada tullantıların
təkrar emal texnologiyasının enerji tutumunu səciyyələndirən məqsəd funksiyasının azalmaması
şərti göstərir ki, onun minimumu tərkibinə daxil olan bütün funksiyaların minimumluğu zamanı
təmin oluna bilər;
• inşaat materialının məsaməli strukturuna nüfuz edən oksigenin qatılığı; belə məsafəli mühitdə
yaranan qazların qatılığının qeyri-stasionar birölçülü sahələri parabolik tipli təkliklərlə korrekt
ifadə oluna bilər;
• inşaat məmulatlarının (məsələn, betonun) okratirlənməsi zamanı istifadə olunan qaz-ların
diffuzion qeyri-stasionar birölçülü qatılıq sahələri müəyyən asimptotik qiymətə yaxınlaşan
monoton azalan funksiya şəklində təqdim olana bilər;
• okratirləmə zamanı atmosferə atılan qazların ümumi həcmini hesablamaq üçün inteqral qaz dina-
mikası metodlarından istifadə etmək fiziki əsaslandırılmış və təcrübi məqsədəuyğun sayıla bilər;
İdeyanın reallaşdırılması nəticəsində aşağıdakı yeniliklər gözlənilir:
-
texnogen tullantıların fiziki-kimyəvi və texnoloji xassələrinin orta qiymətlərinin paylanma dina-
mikasını təsvir etmək üçün xüsusi törəməli hiperbolik tipli birölçülü tənliklərin istifadəsi əsas-
landırılmışdır;
-
sübut olunmuşdur ki, tullantıların qarışıqda məqsədyönlü sintezi zamanı gedən kimyəvi reaksi-
yalar yeni qiymətli xammal və məhsulların əmələ gəlməsinə, həm də bərk fazanın disperləşmə-
sinə şərait yaradır;
-
materialların məsaməli strukturunda kimyəvi reaksiyaların oksigen və qazaoxşar məhsullarının
diffuzion miqrasiya qanunauyğunluqları müəyyən edilmişdir; bu qanunauyğunluqla qaz kompo-
nentlərinin qatılıq profilləri makrokinetik səviyyədə bərk faza ilə sorbsion qarşılıqlı təsir kineti-
kası və kimyəvi reaksiyaların intensivliyi nəzərə alinmaqla təsvir olunur;
-
termodinamik hesablamalarla dağ-mədən sənayesi tullantılarından alınan material-larda kimyəvi
reaksiyaların mümkün sxemləri və təbii materiallarda analoji proses-lərin yüksək ehtimala malik
olması müəyyən edilmişdir;
|