Microsoft Word 00 KeyNote Speakers Materiallar


COĞRAFİ MƏLUMAT SİSTEMLƏRİNİN QƏRAR



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə84/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   80   81   82   83   84   85   86   87   ...   148

COĞRAFİ MƏLUMAT SİSTEMLƏRİNİN QƏRAR  

VERMƏ PROSESİNDƏ TƏTBİQİ 

 

Tünzalə XOSROVOVA  

Qafqaz Universiteti 



tunzale93@yahoo.com 

AZƏRBAYCAN 

 

Müasir dövrdə  məlumat sistemləri məlumatın informasiyaya çevrilməsi və bunların idarə edil-



məsi üçün yaradılmış sistemlərdir. Məlumat və informasiyanın sistemli şəkildə toplanıb depolanması, 

işlənməsi üçün yaradılmış sistemlərə məlumat sistemi deyilir. Məlumat sistemlərinin əsas funksiyası 

qərar vermə işlərini asanlaşdırmaq və bu müddəti qısaltmaqdan ibarətdir. Həmçinin məlumat sistem-

ləri qərar vermə zamanını qısaldarkən qərar vermə funksiyasına da müsbət yöndə təsir edir. Məlumat 

sistemləri istifadəçilərin ehtiyac duyduğu məlumatların əlaqələndirilib anlaşılmasına da köməkçi olur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

458



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Məlumat sistemləri : 

  Məlumatları istifadəçiyə təqdim edir. 



  Məlumatların informasiyaya çevrilməsi prosesindəki əməliyyatlara kömək edir. 

  Məlumatların problemlərin həll edilməsində istifadə edilməsi və analiz edilməsi 



zamanıüstünlüklərini üstün cəhətlərini ortaya çıxarır. 

  Qərar vericilərin qərarlarını dəstəkləyən analiz imkanları təqdim edir. 



CBS-NİN QƏRAR VERMƏ PROSESİNDƏ TƏTBİQİ 

Bu çalışmada Azərbaycanda yağ  məhsulları istehsal edən bir müəssisəsinin yeni nümayəndəlik 

açma qərarının verilməsi zamanı edilın tətbiqi göstərilmişdir.  Əhalinin sayı  və paylanması haqqında 

məlumatlar Dövlət Statistika Komitəsinin 2011-ci il açıqlamasına  əsasən götürülmüşdür. Məhsulun 

istehsal olunduğu Bakı şəhəri, işğal olunan bölgələr və sərhədlər və Muxtar Respublikaolması səbəbi 

ilə Naxçıvan yer almamışdır. Müəssisə nümayəndəlik açarkən  şəhər  əhalisinin sayını  nəzərə alaraq 

qərar verəcəkdir. Hər 50 000 nəfərə bir nümayəndəlik açmaq nəzərdə tutmuşdur. 

Burada problem bəzi  şəhərlərdə  əhalinin sayı göstərilən rəqəmə yaxın olduğu halda 

nümayəndəliyin yetərli olmamasıdır. 

 Şəhərlər və orda yaşayan əhalinin sayı, həmçinin hər şəhərə düşən nümayəndəlikləri sayı ilə tanış 

olaq. 

 

Cədvəl 1. Əhalənin Rayonlar Üzrə Paylanması 



Toplam 

Ehtiyac Olunan 

Nümayəndləlik Sayı 

Mövcud 


Nümayəndləliklərin Sayı 

Abşeron 195100 

3.902 



Xızı rayonu 



15300 

0.306 


Sumqayıt 318700 

6.374 



Gəncə 321100 



6.422 

Qazax 91400 



1.828 

Ağstafa 81900 



1.638 

Tovuz 162800 



3.256 

Şəmkir 199000 



3.98 

Gədəbəy 95400 



1.908 

Daşkəsən 33300 



0.666 

Samux 55000 



1.1 

Göygöl 59100 



1.182 

Goranboy 96900 



1.938 

Naftalan 9300 



0.186 

Balakən 92100 



1.842 

Zaqatala 121300 



2.426 

Qax 54100 



1.082 

Şəki 175700 



3.514 

Oğuz 41300 



0.826 

Qəbələ 97200 



1.944 

Astara 99800 



1.996 

Lənkəran 213200 



4.264 

Lerik 77500 



1.55 

Yardımlı 60600 



1.212 

Masallı 205800 



4.116 

Cəlilabad 198800 



3.976 

Qusar 90500 



1.81 

Xaçmaz 164500 



3.29 

Quba 157600 



3.152 

Şabran 53900 



1.078 

Siyəzən 38900 



0.778 

Göyçay 112400 



2.248 

Beyləqan 89700 



1.794 

Ağcabədi 125700 



2.514 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

459



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Bərdə 146600 

2.932 



Neftçala 82200 



1.644 

Biləsuvar 92300 



1.846 

Salyan 126500 



2.53 

Yevlax 121200 



2.424 

Mingəçevir 98800 



1.976 

Ağdaş 102300 



2.046 

Ucar 80700 



1.614 

Zərdab 54800 



1.096 

Kürdəmir 107500 



2.15 

İmişli 118600 



2.372 

Saatlı 97000 



1.94 

Sabirabad 158900 



3.178 

Hacıqabul 68300 



1.366 

Şirvan 80000 



1.6 

Qobustan 41800 



0.836 

İsmayıllı 81700 



1.634 

Ağsu 73200 



1.464 

Şamaxı 95300 



1.906 

 Sonra bu siyahını  xəritə üzərinə köçürməyə başlayırıq.  İlk öncə bütün şəhərlərin sərhədlərin 



müəyyənləşdirməliyik. Nəzərə almadığımız  şəhərləri xəritədən çıxırıq.  Əlimizdə olan məlumatları 

şəhərləri çıxdıqdan sonra əldə etdiyimiz xəritəyə əlavə edirik. Bütün bu məlumatları girdikdən sonra 

istifadə etdiyimiz bölgələr qırmızı rənglə göstəriləcək. 

 

Şəkil-1. Əhalinin Rayonlar Üzrə Paylanma Xəritəsi 

Əvvəlcə hər 50 000 nəfər bir qrup olmaqla əhalinin say xəritəsi hazırlanır. Bundan sonrakı addım 

isə nümayəndəliyin paylanması xəritəsi olacaq. Xəritələri hazırladıqdan sonra bu iki xəritəni üst-üstə 

yerləşdirdikdə hansı bölgədə  nə  qədər nümayəndəliyə ehtiyac olduğu və hansı bölgədə  nə  qədər 

nümayəndəliyin artıq olduğunu müəyyən etmiş oluruq. Nümayəndəliyin az olduğu yerlərə ehtiyac 

olunan miqdarda yeni nümayəndəliklər açılmalıdır. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

460



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

 

Şəkil-2. Nümayəndəlik Saylarının Qarşılaşdırılması Xəritəsi 

 

 

 



YÜNGÜL SƏNAYE MÜƏSSİSƏLƏRİNDƏ KEYFİYYƏT 

MENECMENTİ SİSTEMİNİN PROSES-FUNKSIONAL                

MODELİNİN QURULMASI 

 

Тəranə MUSAYEVA

 

Azərbaycan Dövlət İqtisad Universiteti 



taranamusayeva@mail.ru 

AZƏRBAYCAN 



 

t.e.d., prof. Məhəmmədəli NURIYEV 

Azərbaycan Dövlət İqtisad Universiteti 



mehman62@mail.ru 

  

AZƏRBAYCAN 



 

Yüngül sənaye müəssisəsində KMS-nin səmərəliliyinin yüksəldilməsi müəyyən fəaliyyət proq-

ramı  və ya alqoritm əsasında həyata keçirilə bilər. Bu alqoritm müəssisənin struktur bölmələrində 

texnoloji proseslərin funksional analizinə (FA) əsaslanır. Bu analiz baza kimi qəbul edilir və yüngül 

sənaye müəssisəsinin struktur bölmələrinin işinin yaxşılaşdırması proseslərini seçməyə imkan verir.  

Yüngül sənaye müəssisəsi struktur bölmələrinin proseslərinin yaxşılaşdırılmasının metodoloji 

təminatı aşağıdakı məsələləri əhatə etməlidir: struktur bölmələri proseslərini əlaqəli modellər şəbəkəsi 

kimi təsvir edən KMS-nin struktur-funksional modelinin qurulması; struktur bölmələrində proseslərə 

çəkilən xərcləri təyin etməyə imkan verən metodun işlənməsi; KMS-nin səmərəliliyinə ciddi təsir edən 

proseslərin  əhəmiyyətliliyinin qiymətləndirilməsi; struktur bölmələri proseslərinin optimallıq 

kriteriyalarına görə səmərəli variantın seçilməsi. 

Məlumdur ki, İSO 9000-2001-in tələblərinə görə giriş elementlərini çıxışa çevirən hər cür fəaliy-

yət proses adlandırıla bilər. Bu mənada KMS-nin funksionallığı və əlaqəli prosesləri modellər şəbəkəsi 

formasında təqdim etmək və onu “KMS-nin proses-funksional modeli” adlandırmaq mümkündür.  

KMS-də proseslərə çəkilən xərclər struktur bölmələri proseslərinin səmərəliliyinin qiymətləndiril-

məsi məqsədilə  təyin olunur. Bu isə  İSO 9000:2000 seriyalı standartların tələblərinə uyğun olaraq 

məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş  xərclərin və resursların səmərəli istifadəsinə 

nəzarətin gücləndirilməsinə imkan yaradır. 

Təqdim edilən metod yüngül sənaye müəssisəsində fəaliyyət göstərən müəssisələrdə həyata keçi-

rilən texnoloji proseslərə çəkilən xərclərin təyinində istifadəyə yararlıdır. Metod proseslərin iyerarxi-

yasının hər hansı bir səviyyəsi üçün tətbiq oluna bilər. Xərclərin təyini yüngül sənaye müəssisəsinin 

mövcud muhasibat hesabatlarına əsaslanır və müəssisənin ümumi xərclərindən konkret prosesə çəkilən 

xərclərin ayırd edilməsi yolu ilə tapılır.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

461



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Bu məqsədlə əvvəlcə keyfiyyətə dair xərclərin təsnifatının aparılması təklif olunur. Təsnifat bütün 

növ xərclərin qeydə alınmasını və maksimal dərəcədə nəzərə alınmasına şərait yaradır.  

Prosesə  çəkilən ümumi xərclər  əvvəlcə iki kateqoriyaya bölünür: prosesin uyğunluğuna və uy-

ğunsuzluğuna çəkilən xərclər. I kateqoriya öz növbəsində 3 xərc qrupuna ayrılır: prosesin normal 

gedişinə  çəkilən xərclər, xəbərdaredici fəaliyyətlərə  çəkilən xərclər, nəzarət və  sınaqlara çəkilən 

xərclər. II kateqoriyadan olan xərclər də 2 qrupa ayrılır: daxili və xarici itkilər. 

Prosesin normal fəaliyyətinə  çəkilən xərclər – normativ-texniki sənədlərin tələblərinə uyğun 

funksional fəaliyyətə  çəkilən səmərəli xərclərdir. Xəbərdaredici xərclər qüsurların və imtinaların 

aşkarlanması, zayların azaldılmasına yönəlmiş fəliyyətin xərcləridir. Yoxlama və sınaq xərcləri məh-

sulun keyfiyyət səviyyəsinin təsdiqinə  çəkilən xərclərdir. Daxili itkilər səmərəsiz təsirlərə  və  fəaliy-

yətə çəkilən xərclərdir. Xarici itkilər məhsul reallaşdırıldıqdan sonra müəyyən edilmiş çatışmazlıqlar 

ilə əlaqədar xərclərdir.  

Prosesin icraçılarının əmək haqqının təyini üçün əsas məsələ onların yerinə yetirdiyi işlərin əmək 

tutumunun müəyyən edilməsidir. Prosesin əməktutumu keyfiyyətə dair xərclərin təsnifat qruplarına 

görə icraçıların hər bir kateqoriyası üzrə qiymətləndirilir. Hər bir qrup üzrə  əmək tutumunu təyini 

etmək üçün işcilərin yerinə yetirdiyi əsas işlər identifikasıya edilməlidir.  

Prosesə çəkilən xərclər cari ilin bir ayına görə hesablanır. Lakin prosesə çəkilən xərclər planlaş-

dırılan dövr üçün də müəyyən edilə bilər. Misal üçün, p-saylı prosesə  çəkilən yekun xərclər belə 

hesablanır: 



с

с

c

р

бвш

р

бвн

p

ij

j

i

p

C







)



OT

ЗМ

ПР



(

р

р



р

4

1



5

1

t,  



burada C

P

 – işçilərin j-saylı kateqoriyasının i-saylı  xərc qrupuna görə p-saylı prosesin bütün növ 



işlərinin yerinə yetirilməsinə çəkilən ümumi xərclər, manat; C

P

 – məhsulun istehlakçıya çatdırılmasın-



dan əvvəl p-saylı prosesdə daxili itkilərlə əlaqədar xərclər, manat; C

P

 – məhsulun istehlakçıda aşkar 



olunan p-saylı prosesindəki xarici itkilərlə əlaqədar xərclər, manat; ПР

P

 – avadanlığın dayanması ilə 



əlaqədar xərclər, manat; ЗМ

P

 – dəyişdirilmiş keyfiyyətsiz dəstləşdirici hissələrin dəyəri, manat; OT



P

 – 


texnoloji qaydalarda nəzərdə tutulmamış tullantıların qiyməti, manat. 

Prosesə çəkilən xərclərin təyini işçilərin j-saylı kateqoriyasının i-saylı xərc qrupuna görə p-saylı 

prosesin işlərinin yerinə yetirilməsinə  çəkilən C

P

 ümumi xərclərin hesablanmasından ibarətdir. Bu 



hesablamalar j-saylı kateqoriya işçilərindən bu tədbirdə  iştirak edən hər bir icraçının  əmək haqqına 

əsaslanır. Sözügedən hesabatda i-saylı xərc qrupuna görə p-saylı prosesin işlərini yerinə yetirən j-saylı 

kateqoriyanın əmək haqqı təyin olunur. 

Daxili qüsurlarla əlaqədar xərclər müəssisə daxilində meydana gələn düzəldilməsi mümkün və 

düzəldilməsi qeyri-mümkün olan qüsurlardan əmələ gəlir. Məhsul üçün p-saylı prosesdə yaranmış və 

düzəldilməsi qeyri-mümkün olan daxili qüsurlar ilə əlaqədar xərclər belə hesablanır: 









m

j

взj

ytj

обj

p

н

бван

C

З

З

C

1

)



(

 , 


burada  З

oбj 


– aradan qaldırıla bilməyən qüsurlara malik j-saylı  məhsulun ləğv olunması ilə  əlaqədar 

xərclər, manat;  З

yтj 

– aradan qaldırıla bilməyən qüsurlara malik j-saylı  məhsulun utilizasiyası ilə 



əlaqədar xərclər, manat; 

Xarici qüsurlarla əlaqədar xərclər aradan qaldırıla bilən və aradan qaldırılması mümkün olmayan 

xarici qüsurlardan əmələ  gəlir. Bu zaman p-saylı prosesə aid məhsulun aradan qaldırılması qeyri-

mümkün olan xarici qüsurlar və digər xarici itkilər ilə əlaqədar xərclər analoji düsturlarla hesablana 

bilər.  

Beləliklə, yüngül sənaye müəssisələrində keyfiyyət menecmenti sisteminin qiymətləndirmək üçün 

sistemin proses-funksional modeli qurulmalı və keyfiyyətə çəkilən xərclər təhlil olunmalıdır. Keyfiy-

yəti idarəetmə xidməti hər ay müəssisənin rəhbərliyinə proseslərə çəkilən xərclərin analizinin nəticələ-

rini təqdim etməlidir. Bu isə KMS-nin fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş qərarların 

qəbul edilməsinə imkan verir. Proseslərə çəkilən xərclər əvvəlki dövrlərə nisbətən dinamikada qiymət-

ləndirilir. Xərclər  əvvəlki dövrlərlə müqayisə edilməli və keyfiyyət üzrə  həyata keçirilən tədbirlərin 

səmərəliliyi müəyyən edilməlıdir. 

 

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

462



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

DAĞ-MƏDƏN SƏNAYESİ TULLANTILARININ TEXNOLOJİ VƏ 

EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNƏ DAİR  

BƏZİ MÜLAHİZƏLƏR 

 

Gülnarə KƏRİMOVA 

Azərbaycan Texniki Universiteti 



ekologiya.qrup.85@mail.ru

 

AZƏRBAYCAN 

 

Atmosferə və hidrosferə təsirlərin müasir miqyası, eləcə də qlobal kimyəvi mübadilənin texnogen 



fəallaşdırılması yer qabığında gedən geoloji proseslərlə müqayisə olunan səviyyəyə çatmışdır. 

Aydındır ki, insan cəmiyyətinin inkişafı  ətraf mühitə  təsirsiz ötüşür. Təbii resurslardan istifadə 

etmədən və  təbiətə  zərərli təsir göstərmədən texnologiyaların inkişafı mümkün deyildir. Lakin təbii 

ehtiyatlardan maksimal istifadə  cəhdləri, təbiətin resurslarının təkrar istehsalı  və özünü tənzimləmə 

qabilliyyəti barədə kifayət qədər biliklərə malik olmadan aparılan işlər ciddi ekoloji nəticələrə gətirib 

çıxara bilər. Çünki indi dünyada çıxarılan bütün mineral xammal ehtiyatlarından faydalı ictimai 

məhsul qismində ancaq 2% istifadə olunur, qalan 98% şəklini dəyişmiş halda tullantı kimi atılır və heç 

cür tətbiq tapılmır.  

Mineral xammalın dünya hasilatı bu gün ildə az qala 100 mlrd ton təşkil edir, tullantı poliqonları 

altında qalan və təsərrüfat dövriyyəsindən çıxarılan torpaqların sahasi isə 10 mln hektara çatır. Tullantı 

poliqonlarına bir çox illər  ərzində  əhəngin, odadavamlı gillərin, kaolinitli xammalın, qumluqların, 

kvarsitlərin, florlu və nefelinli zənginləşdirmə tullantıları  və duz şlamları göndərilir. Müxtəlif dağ 

süxurlarının yüz milyard tonlarla tullantıları toplanmışdır, onlar keyfiyyətinə görə çox vaxt bir sıra 

sahələrdə, məsələn metallurgiya və ya inşaat materialları müəssisələrində toplanan qeyri-filiz xamma-

lından daha yaxşıdır. Təkrar resursların daha bir əhəmiyyətli mənbəyi energetika kompleksinin kül və 

posalarıdır. Hazırda poliqonlarda bu texnogen xammalın 1,2 mlrd tondan çox ehtiyatları toplanmışdır. 

Öz xassələrinə görə bu xammal inşaat materialları və məmulatları, habelə maşınqayırma sənayesində 

tökük almaq üçün qəlib qarışıqlarında əvəzsiz xammal kimi istifadə oluna bilər. 

 Hazırda müxtəlif sənaye sahələrində posa və küllərin ancaq 10%-i, fosfoqipsin və zənginləşdirmə 

tullantılarının 4%-i, metallurji posaların 20%-i, dağ-mədən kompleksi tullantılarının isə 2%-dən azı 

istifadə olunur. Azərbaycanda hər il azı 1mln ton tullantı yaranır,onun yalnız 10%-i istifadə olunur, 

poliqonlar altında 2 mln ha-dan çox təsərrüfat əhəmiyyətli torpaqlar qalır. 10 mln tondan çox bərk tul-

lantılar poliqonlarda yığılıb qalmışdır. Bərk tullantıların  əhəmiyətli hissəsi dağ-mədən, energetika, 

metal hissəsi dağ-mədən, energetika və metallurgiya sənaye komplksinə məxsusdur. İlkin hesablamara 

görə ölkədə  hər il azı 10.000 ton dağ-mədən tullantıları  əmələ  gəlir. Ekologiya və  təbii ehtiyatlar 

nazirliyinin məlumatlarına görə, ölkədə istifadə olunan tullantiların payı  cəmi 5-8% təşkil edir. 

Məsələn, 2000-2014-cü illərdə 10% artmışdır. Lakin bu göstərici, hətta keçmiş SSRİ  sənayesindəki 

vəziyyətlə müqayisədə belə uduzur, o vaxtlar bu göstərici 29% təşkil edirdi. Dünya təcrübəsi ilə 

müqayisədə bu tamamı ilə aşağı göstəricisidir. Qərbi Avropada (Fransa, Almanya, İtaliya, İngiltərə) bu 

göstərici 58%, Şimali Amerikada (ABŞ, Kanada) 63%-ə dək, Yaponiyada 87%, Çində 40% təşkil edir. 

Metallurji, energetik, dağ-mədən və neft-kimya sənayesi müəssisələrinin xammal və texnogen 

tullantılarının kompleks istifadəsi nəiniki Azərbaycan, eləcə də istənilən iqtisadi inkişaf yolu tutmuş 

istənilən ölkənin ən ciddi problemidir. Təcrübə göstərir ki, məhz bu sahələrin tullantıları, əvvəla çox 

böyük miqdarlarda yaranır, ikincisi isə ciddi ekoloji təhlükə törədirlər. Bu problem xüsusilə aktuallıq 

kəsb edir, ona görə ki, son zamanlar ölkədə sənayenin qeyri-neft sektorunda dirçəliş müşahidə olunur. 

Yeni və iri sənaye müəssisələri işə salınır, bir çoxları istehsal gücünü artırır. Amma tətbiq edilən 

texnika və texnologiyalar heç də müasir dövrün tələblərinə cavab vermir. Onların bir çoxu fiziki və 

mənəvi köhnəlmişdir. Bu şəraitdə  təkrar resursların və xammalın, istehsal tullantılarının ekoloji 

rasional istifadəsi problemi xüsüsi əhəmiyyət kəsb edir. Tullantılardan, xüsusilə  bərk tullantılardan 

əmtəə məhsulu istehsalının yeni texnoloji reqlamentlərinin işlənməsinin elmi prinsiplərinin işlənməsi 

materiallar texnologiyasının mühüm elmi - texniki bir problemdir. 

 Aydındır ki, dağ-mədən, metallurgiya və energetika kompleksi müəsisələrinin bərk tullantıla-

rından inşaat materiallarının istehsalı, xüsusilə sənayecə inkişaf etmiş Daşkəsən iqtisadi rayonu tullan-


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

463



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

tılarının istifadəsi yaxşı perspektivlərə malikdir. İnşaat materialları  sənayesi müəssisələrində  hər il 

müxtəlif çeşidli inşaat materialları istehsal olunur, lakin texnoloji proseslər, başlıcası isə bu material-

ların istismar prosesləri ekoloji kriteriyalara görə qiymətləndirilir. Bu təkrar resurslardan material və 

məmulatların alınması və istismarı proseslərinin fiziki mahiyyəti barədə sadələşmiş təsəvvürlərlə izah 

olunur. Bütövlükdə, iqtisadiyyatda təkrar resurslara münasibət arzu olunan səviyyədə deyildir. Bunun 

üçün uzaq görən texnoloji siyasət işlənməlidir. Təkrar resursların fiziki kimyəvi xassələrinin dəqiq 

normativ reqlamentləri işlənməlidir. 

Odur ki, dağ-mədən sənayesi istehsalı tullantılarının inşaat materialları və məmulatları hazırlamaq 

üçün xammal qismində ekoloji rasional istifadəsinin yeni nəzəri müddəalarının işlənməsi aktual elmi-

texniki problem kimi qarşıda durur. Fəaliyyətin məqsədi dağ-mədən metallurgiya kompleksi tullan-

tılarının kompleks istifadəsi üçün ekoloji rasional texnoloji reqlametlərinin işlənməsidir. Bu məqsəd 

dağ-mədən sənayesi rayonunda və ölkədə ətraf mühitə texnogen təsirin azaldılması və təkrar resurs-

ların səmərəli istifadəsinin təmin edilməsinə yönəlmişdir. Burada ideya ondan ibarətdir ki, dağ-mədən 

sənayesi tullantılarından müxtəlif sahələrdə məmulatların ekoloji təhlükəsizliyini və onların istehsalı-

nın ekoloji rasional üsullarının yaradılmasını təmin edən texnoloji və texniki məsələlərin həlli, məsa-

məli struktura malik materialların hava mühitinə qazların mübadilə imkanlarının artırılmasının inten-

sivliyinə  təsir edən komponentlərin fizikivi - kimyəvi qanunauyğunluqlarına, habelə optimal enerji 

tutumlu texnoloji reqlamentlərə əsaslanır. 

Bu ideyanın reallaşdırılması aşağıdakı əsas elmi müddəaların müdafiə olunmasını nəzərdə tutur: 

•   texnogen tullantıların fiziki-kimyəvi və texnoloji xassələrinin orta qiymətlərinin paylanma xarak-

teri dəqiqləşdirilməlidir;tullantıların saxlanma müddətində bu qiymətlər müəyyən qeydə alınmış 

qiymətlərə qədər dəyişir, sonra isə material öz istehlak xassələrini itirə bilər, bu isə formal olaraq 

sıfır qiymətinə yaxınlaşan faydalı komponentin parsial sıxlığının qiyməti ilə ifadə olunur; 

•   dag-mədən və digər yaxın sənaye sahələrinin bir-biri ilə asan qarışan iki və ya bir neçə tullantı 

qarışığında gedən idarəolunan sintezin mexanizmi; kimyəvi reaksiyalar nəticəsində qeyri-zəhərli 

son məhsullar yarana bilər, bunlar inşaat materialları istehsalı üçün xammal və ya qiymətli əlavə-

lər kimi istifadə oluna bilər; 

•   dağ-mədən sənayesi tullantılarından inşaat materiallarının alınması prosesinin eko-loji optimallaş-

dırılması formal olaraq xətti riyazi proqramlaşdırma məsələsinə gətirilmişdir; burada tullantıların 

təkrar emal texnologiyasının enerji tutumunu səciyyələndirən məqsəd funksiyasının azalmaması 

şərti göstərir ki, onun minimumu tərkibinə daxil olan bütün funksiyaların minimumluğu zamanı 

təmin oluna bilər; 

•   inşaat materialının məsaməli strukturuna nüfuz edən oksigenin qatılığı; belə  məsafəli mühitdə 

yaranan qazların qatılığının qeyri-stasionar birölçülü sahələri parabolik tipli təkliklərlə korrekt 

ifadə oluna bilər; 

•   inşaat məmulatlarının (məsələn, betonun) okratirlənməsi zamanı istifadə olunan qaz-ların 

diffuzion qeyri-stasionar birölçülü qatılıq sahələri müəyyən asimptotik qiymətə yaxınlaşan 

monoton azalan funksiya şəklində təqdim olana bilər; 

•   okratirləmə zamanı atmosferə atılan qazların ümumi həcmini hesablamaq üçün inteqral qaz dina-

mikası metodlarından istifadə etmək fiziki əsaslandırılmış və təcrübi məqsədəuyğun sayıla bilər; 

İdeyanın reallaşdırılması nəticəsində aşağıdakı yeniliklər gözlənilir: 

texnogen tullantıların fiziki-kimyəvi və texnoloji xassələrinin orta qiymətlərinin paylanma dina-



mikasını  təsvir etmək üçün xüsusi törəməli hiperbolik tipli birölçülü tənliklərin istifadəsi  əsas-

landırılmışdır; 

sübut olunmuşdur ki, tullantıların qarışıqda məqsədyönlü sintezi zamanı gedən kimyəvi reaksi-



yalar yeni qiymətli xammal və məhsulların əmələ gəlməsinə, həm də bərk fazanın disperləşmə-

sinə şərait yaradır; 

materialların məsaməli strukturunda kimyəvi reaksiyaların oksigen və qazaoxşar məhsullarının 



diffuzion miqrasiya qanunauyğunluqları müəyyən edilmişdir; bu qanunauyğunluqla qaz kompo-

nentlərinin qatılıq profilləri makrokinetik səviyyədə bərk faza ilə sorbsion qarşılıqlı təsir kineti-

kası və kimyəvi reaksiyaların intensivliyi nəzərə alinmaqla təsvir olunur; 

termodinamik hesablamalarla dağ-mədən sənayesi tullantılarından alınan material-larda kimyəvi 



reaksiyaların mümkün sxemləri və təbii materiallarda analoji proses-lərin yüksək ehtimala malik 

olması müəyyən edilmişdir; 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin