Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə85/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   81   82   83   84   85   86   87   88   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

464



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

əsaslandırılmışdır ki, optimallığın emergent ekoloji-texnoloji göstəricisi elə bir məq-səd 



funksiyasıdır ki, dağ-mədən istehsalı tullantılarının təkrar emal texnologiya-larının enerji 

tutumunu dolğun səciyyələndirir; 

qapalı mühitdə qaz mübadiləsi kinetikasını  nəzərə almaqla məsaməli strukturlu ma-teriallarda 



hava axınının təyini üçün hesablama asılılıqları alınmışdır; 

betonların okratirlənməsi zamanı atmosferə qazların ayrılmasına dair asılılıqlar alınmışdır. 



Elmi müddəa, nəticə və tövsiyələrin dürüstlüyü belə təsdiqlənir: fiziki-kimya, riyazi-fizika, riyazi 

statistikanın klassik metodikaları  və hesablama texnikası  və informasiya texnologiyalarının 

müasir nailiyyətlərinin əsaslandırılmış istifadəsi; 

laboratoriya və hesablama eksperimentlərinin kifayət edən həcmdə yerinə yetiril-məsi və onların 



nəticələri  əsasında işlənmiş modellərin adekvatlığını, təklif və tövsiyələrin  əsaslandırılmış 

olduğunu göstərir; 

işlənmiş metodların təcrübi-sənaye sınaqlarının nəticələri, habelə  təklif edilən tex-niki həllərin 



Dövlət Patent ekspertizasının müsbət qərarları ilə təsdiqlənməsi. 

 

 



 

ECOTOURISM AND RECREATIONAL SOURCES IN AZERBAIJAN 

 

Flora ALLAHVERDIYEVA 

Qafqaz University 

flora.penah@gmail.com 

AZERBAIJAN 

 

Tourism plays the significant role in the development of economics, human health sectors, 



rational use of rest time and gives impetus to the social development of regions, establishes favorable 

conditions to attract supplementary funds to budget. The 10% gross domestic product, the world's 

investment, jobs and world consumptions are ensured directly by the tourism industry. The 

development of tourism opens a possibility for improvement of transportation, agriculture, local good 

consumer production, areas. Ecotourism has become a priority direction of tourism since 1980.The 

development rate of ecotourism is 2-3 times as much compared to than another sphere of a tourism 

industry. Ecotourism has been growing quickly over the last decades. Ecotourism not just only 

consisted sensitive travelers activities. This concept is connected culture, economy, plants, animals 

and all of these protecting. Yet, while ecotourism has the potential to make positive environmental and 

social impacts, it can, unfortunately, be as damaging as mass tourism if not done decently. In 1980 

Mexican architect Hector Ceballos Lascurain is offered a term of Ecology tourism. In 1990 Ecology 

tourism is received official status. This is the definition of the International Union for Conversation of 

Nature: "Ecology tourism or ecotourism is to enjoy and learn nature and cultural beauties and this is 

the type of travel which to complies rule of law, to approach responsibly to the environment. The 

International Ecotourism Society is determined of ecotourism like the travel which protects the 

environment and overseeing the welfare of the people. In 1990 World Wildlife Fund has defined this 

definition for ecotourism: "Ecotourism is directed to the protection of nature." In recent years, the 

geography of ecotourism is increased. The main direction of flow is from developed countries to 

developing countries. These countries are very attractive countries for moderate zone's residents- 

"Kenya, Tanzania, Costa-Rica, Nepal, Australia, New Zealand, CAR etc." Eco-tourists are preferred to 

go area which away from technology and an area less use of human labor. However, such areas are 

decreasing. In 2002 The World Tourism Organization is declared "International Year of ecotourism" 

and over one thousand participants coming from 132 countries, from the public, private and non-

governmental sectors met at the World Ecotourism Summit, hosted in Quebec City, Canada between 

19 and 22 May. The purpose of the Summit was to bring together governments, international agencies, 

tourism enterprises, NGOs, representatives of local and individuals with an interest in ecotourism. 

Ecotourism or ecology tourism is increased in recent years. Ecotourism is not only consisted sensitive 

travelers activities. This concept is connecting culture, economy, plants, animals and all of these 

protecting. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

465



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Ecotourism in Azerbaijan  

Azerbaijan is a one of the countries of rich natural resources, biodiversity, and hospitality. 

Azerbaijan has a great potential to increasing ecotourism because there are have various biodiversity, a 

different landscape of doesn't affecting urbanization and agriculture. According to the information of 

the Ministry of Ecology and Natural Resources today there is 9 national park covering 322,316 ha, 11 

State Nature Reserve with 209,083 ha, 24 State Nature Sanctuary with 361157 ha and more than 3000 

worlds, state and locally protected monuments. The total area of reserves is 892,556 ha (10,3%). All of 

these show that there is an enormous need for systematic classification of tourism recreational 

potential. Azerbaijan situated in the junction of Europe and Asia, in the east part of South Caucasus. In 

the north of Azerbaijan have mountains of Great Caucasus which peaks are snowy. There are 11 

landscapes, basically plains and lowlands. The climate of Azerbaijan is the Northern frontier of 

subtropical climate zone. The country is representing more than 40000 species. According to State 

Statistical Committee of Azerbaijan Republic, there are 8 natural protected parks and 11 reserves 

which account for 519,8 thousand ha which provides the protection of available ecological systems. 

Rich nature of Azerbaijan opens affluent possibilities for ecotourism. İn Azerbaijan Hirkan, Shahdagh, 

Goygol national parks, a mud volcanoes areas of, Baku and Absheron peninsula has been developed 

ecotourism. Hirkan National Park was originated on 09 February 2004. The National Park is situated 

on the shores of the Caspian Sea in the southeast of Azerbaijan. By the Decree dated on 23 April 2008 

of the President of Azerbaijan, the area of Hirkan National park was enlarged to 40358 hectares. The 

park encompasses a virgin part of the Talish Mountains which are distinguished for its unique natural 

components. The mission of the National Park is to provide the conservation of relict and endemic 

plant species of the Tertiary period, the protection of typical flora and fauna representatives of this 

area listed in the Red Data Book of the Republic of Azerbaijan, the implementation of environmental 

monitoring, public environmental education as well as creating conditions for research, tourism and 

recreation. Shahdagh National Park was originated on 08 December 2006 by the Decree of the 

President of the Azerbaijan Republic in an area of 115 895 hectares. By the Decree dated on 08 July 

2010 of the Cabinet of Ministers of the Azerbaijan Republic the area of Shahdagh National Park was 

enlarged to 130 508,1 hectares. The objective of the creation of the national park is the protection, 

restoration and management of the mountainous forests with the global importance, pasture ecosystem 

in the high mountain areas, endemic and endangered fauna and flora species, creation of more suitable 

condition in order to carry out scientific-research works, environmental monitoring, ecological 

awareness of population and development of ecotourism in the tourist potentially areas. Eco tourism 

tours are created in Natural Parks and reserves, as well as buffer zones and forest areas for the 

implementation various ecology tourism activities and there are organized with participation travel 

agencies and media representatives. There are as follows:  

  Shirvan National Park in 2011, "Bird Watching" ecological tourist route; 

  In 2013, the National Park Hirkan "tracking" ecological tourist route; 

  State Nature Reserve in 2011, the territory of mud volcanoes in Azerbaijan  

  "mud volcanoes" ecological tourism route. 

 

 



ABŞERON YARIMADASINDA NEFTLƏ ÇİRKLƏMİŞ TORPAQLARIN 

EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ VƏ BƏRPA ÜSULLARI 

 

Bulud ABUŞOV

 

Qafqaz Universiteti 



abushovb@gmail.com 

AZƏRBAYCAN 

 

Azərbaycan torpaqları qədim zamanlardan öz nefti ilə məşhurdur. Ölkəmizin ərazilərində neftin 



çıxarılmasına XIX əsrin ortalarından başlanılmışdır. Azərbaycanda ilk dəfə neft 1848-ci ildə Abşeron 

rayonunda Bibi- Heybət adlanan ərazidə çıxarılmağa başlandı. O dövrlərdə ölkədə neft hasilatı çox az 

həcmdə idi. Lakin sonradan 1872-ci ildə məşhur Nobel ailəsi Bakıda ilk neft şirkəti yaratdıqdan sonra 

artıq yeni boru kəmərləri inşa edilməyə başlandı və ölkəmizdə neftin istehsal səviyyəsi xeyli yüksəldi.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

466



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Keçmiş Sovetlər  İttifaqı dövründə 1950-ci ilə  qədər neftin əsas hissəsi Abşeron yarımadasında 

hasil olunurdu. Lakin sonradan dünya neft istehsalı sənayesində bir ilkə imza atıldı və ilk dəfə olaraq 

açıq dənizdə neft yataqları aşkar olunaraq istismara verildi. Bundan sonra Azərbaycanın neft sənayesi 

sürətlə inkişaf etməyə başladı.  

Daha sonra Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra respublikamız 1991-ci ilin 18 oktyabrında 

müstəqillik qazandı və müstəqil dövlət kimi özünü dünyaya tanıtdı. Bundan sonra Azərbaycanda neft 

sənayesinin  ən müasir dövrünün əsası qoyuldu. Müstəqillik qazandığımız ilk vaxtlarda, respublika 

daxilində gərgin-ictimai siyasi proseslər baş verən ərəfədə, Azərbaycan respublikasının keçmiş prezi-

denti Heydər Əliyev xarici investorların marağını ölkəmizə cəlb edə bildi və 1994-cü il sentyabrın 20-

də Bakıda Gülüstan sarayında “Əsrin müqaviləsi” imzalandı.  Əsrin müqaviləsində dünyanın 8 

ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və  Səudiyyə 

Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, 

Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. 

Xəzər dənizində neft yataqları  kəşf olunub istismara verilməmişdən öncə Azərbaycanın quru 

ərazilərində xeyli sayda neft çıxarılmışdı. Təbii ki, istismar zamanı quru əraziləri neftlə az və ya çox 

dərəcədə çirklənməyə məruz qalmışdı. Ölkənin quru ərazisində ən çox çirklənməyə məruz qalan məhz 

əsas neft quyularının yerləşdiyi Abşeron yarımadasıdır. Lakin “Salyanneft”, “Siyəzənneft”, 

“Neftçalaneft” və digər mədən sahələrindədə qismən çirklənmiş ərazilərə rast gəlmək mümkündür.  

Abşeron yarımadasında neftlə çirklənmiş və bərpa tələb edən torpaqlar əsasən Qaradağ, Sabunçu, 

Binəqədi, Suraxanı, Əzizbəyov rayonlarını və Azad Dövlət Torpaq fondu sahələrini əhatə edir. Ən ağır 

çirklənmiş  və  təkrar  şorlamış  ərazilər Qala, Maştağa, Ramana, Sabunçu, Suraxanı, Binəqədi və 

Qaradağ neft yataqları  ərazilərindədir. Abşeronda istismar altında olan və olmayan torpaqlar boz-

qonur, qranulometrik tərkibcə qumlu, qumsal, gillicəli və ağır gilli torpaqlardır. Yarımadanın şərq və 

qərb hissələri kənd təsərrüfatı üçün yararlılıq cəhətdən xeyli fərqlənir. Abşeronun qərb hissəsi litogen 

mənşəli şor olması ilə bərabər Puta və Lökbatan hissəsində minerallı qrunt sularının təsiri nəticəsində 

torpaq örtüyü təkrar  şorlaşmışdır. Yarımada  ərazisində neftlə  dərindən çirklənmiş sahələrdə bitki 

örtüyü yox səviyyəsindədir. Lakin az və səthi çirklənmiş bəzi sahələrdə vegetasiya müddəti qısa olan 

efemer ot bitkiləri, o cümlədən yonca, yovşan, dəvətikanı, çayır, müxtəlif duzadavamlı şoranlıq bitki-

ləri yayılmışdır. Neft mədənləri ətrafında süni ağaclar, bağlar, bağçalar, Abşerona məxsus sitrus ağac 

bitkiləri və kolları müşahidə etmək olur. Bunların içərisində birillik və çoxillik ot bitkiləri daha çoxdur. 

Düşünülməmiş antropogen təsirlər bəzən arzuolunmaz və bərpası illər tələb edən mənfi təsirlərə 

gətirib çıxarır. Neftlə çirklənmənidə buna misal olaraq göstərmək mümkündür. Azərbaycanda illərdir 

ki, çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Eyni zamanda 

dünya təcrübəsinə əsaslanan müasir rekultivasiya tətbirləri və təmizləmə texnologiyaları işlənib hazır-

lanır. Rekultivasiya olunacaq ərazilərdə öncəliklə  tədqiqat işləri aparılmalıdır. Tədqiqat zamanı tor-

paqların tipoloji təsnifatı, səthdəki bərkimiş neft örtüyünün qalınlığı, çirklənmə  dərinliyi və sahənin 

bioloji mənimsəmə dəyərliliyi müəyyən edilməlidir. Tətbiq olunacaq rekultivasiya üsulundan asılı ola-

raq torpaqların fiziki-kimyəvi, aqrokimyəvi göstəriciləri, sahədən götürülmüş tоrpaq nümunələri əsa-

sında labоratоriya şəraitində təyin оlunur. 

Hazırda dünya ölkələrində rekultivasiya texnologiyasının konkret bir modeli yoxdur. Konkret 

metodun seçilməsi çirklənmə dərəcəsindən, neftin tərkibindən, çirklənmə müddətindən, torpağın qurulu-

şundan, landşaft və iqlim şəraitindən asılır. 5-10%-dən daha artıq çirklənmə mövcud olan sahələrdə 

rekultivasiya işlərindən  əvvəl, neft məhsullarının sahədən daşınması ilə bağlı  işlər həyata keçirilir. 

Çirklənmə dərəcəsi 10-20% olan ərazilərə isə öncə kanallar çəkilir, kanal arası sahələrə şaquli çəkilmiş 

borulardan yüksək yuyucu qabiliyyətli maddələr yeridilir. Bu maddələr torpağı neftdən yuyur və torpaq 

qatından çıxan tullantılar kanallara axıdılaraq xüsusi tutumlara yığılıb oradan emal məntəqələrinə 

göndərilir. Qalıq neft miqdarı ərazidən çıxarıldıqdan sonra sahədə rekultivasiya tədbirlərinə başlanılır.  

Rekultivasiya işləri həyata keçirilib qurtardıqdan sonra ərazinin məqsədyönlü istifadə edilməsi 

üçün aqrotexniki və meliorativ tədbirlər həyata keçirilməlidir. İlkin mərhələdə görüləcək işin həcmi və 

növü müəyyən edilir və  ərazi tabeçiliyində olduğu müəssisə, idarə  və ya təşkilat tərəfindən planlaş-

dırılıb layihə-smeta sənədi hazırlanır. Aqrotexniki tədbirlərin  əsasını neft və neft məhsullarından 

təmizlənmiş sahələrdə əkiləcək bitki növünün müəyyən olunması tutur. İlkin mərhələdə birillik və ya 

çoxillik yem otlarınn əkilməsi daha məqsədəuyğun hesab olunur. Ətrafı süxurlarla örtülmüş yerlərdə 

işə meşəsalma və rekreasiya tədbirlərinin həyata keçirilməsi tövsiyyə olunur. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

467



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

YUXARI QARABAĞ KANALININ SAHİLYANI ZONALARA TƏSİRİ 

 

Ziya QAZI  

Qafqaz Universiteti 



qazi.ziya017@gmail.com 

AZƏRBAYCAN 

 

Dünyada kifayət qədər su çatışmayan bölgələrdə  kənd təsərrüfatı bitkilərindən yüksək və sabit 



məhsul götürmək üçün suvarma ən vəcib, təxirəsalınmaz amillərdən biri hesab olunur. 

Kənd təsərrüfatı istehsalında torpaqdan müvəffəqiyyətlə istifadə etməkdən ötrü ictimai-iqtisadi 

şəraitdən başqa, iqlim, torpaq, hidrogeoloji şəraitin də olması lazımdır. Göstərilən  şərait bəzi 

torpaqlarda təbii olaraq mövcuddur, digər yerlərin torpaqəarinda isə belə  şərait insanlar tərərfindən 

təmin edilməlidir ki, bu da həmin yerlərin  əlverişli olmayan təbiətinin kökündən dəyişdirilərək 

yaxşılaşdırılması və ya meliorasiyası yolu ilə təmin edilməlidir. Torpaqların münbitliyini yüksəltmək, 

sabit və bol kənd təsrrüfatı  məhsulları götürmək üçün lazım olan rütubətin çatişmadığı müşahidə 

olunan sahələrin torpaqlarında su və bununla əlaqədar olan istilik və qida rejimlərinin nizamlanması 

suvarma meliorasiyasının əsas məsələsi hesab edilir.  

Yeni iqtisadi münasibətlər, azad bazar iqtisadiyyatı  şəraitində müstəqil bir dövlət kimi 

respublikamızda iqtisadiyyatı yüksəltmək,  əhalinin maddi-rifah yaxşılaşdırmaq, sosial-məişət 

xidmətini yüksəltmək, məhsul bolluğu yaratmaq və onların zəminində gələcəkdə inkişafı təmin etmək 

üçün çox ciddi və dəyərli islahatlar aparılır. Bu islahatlardan biri də torpaq islahatıdır. Əsas üç prinsip 

üzrə qurulan bu islahat xüsusi mülkiyyətə istinad edən torpaqların özəlləşdirilməsidir. 

Məlum olduğu kimi torpaqların özəlləşdirilməsi nəticəsində kənd təsərrüfatının quruluşu dəyişilir, 

kolxoz və sovxozlar ləğv edilir və yenifermer təsərrüfatıları, birliklər yaradılır. Böyük təsərrüfat 

sahələri çox kiçik təsərrüfat sahələrinə bölünür. Mövcud suvarma sistemlərinin istismarı, təmiri-bərpa 

işləri mürəkkəbləşir, bu vaxta qədər çətinliklə yerinə yetirilən  əkinçilik sistəmi müşkül məsələyə 

çevrilir. Kənd təsərrüfatı bitkilərinin sabit və yüksək məhsuldarlıq əldə edilməsi əkinçilik sisteminin 

tətbiq olunmasının keyfiyyətindən çox asılıdır. Bir-biri ilə çox sıx bağlı olan aqrotexniki, meliorativ və 

təşkilati-təsərrüfat kompleksindən ibarət müasir əkinçilik sisteminin elementlərindən birinin həyata 

keçirilməsi heç şübhəsiz becərilən kənd təsəsüfatı bitkilərinin məhsuldarlığına öz mənfi təsirini 

göstərir. Təminat məsələlərində çox böyük problemlər meydana gəlir. 

Azərbaycan Respubikası  ərazisində 1946-cı ildən başlayaraq 50 ildən artıq bir dövr ərzində 

əkinçilik sisteminin təkmilləşdirilməsində kompleksi meliorasiya işləri həyata keçirilmişdir. Yerüstü 

və yeraltı suların rejimlərini tənzimləyən suvarma bə kollektor-drenaj şəbəkələri yaradılmış, əkin sahə-

ləri suvarma suyu ilə təmin olunmuş, şoran və şorlaşmış torpaqların əsası və cari yuyulması, şorakət 

və  şorakətləşmiş torpaqların gipsləşdirilməsi aparılmış, eroziyayaqarşı mübarizə  tədbirləri həyata 

keçirilmiş, üzvi və mineral gübrələrin torpağa verilməsi genişləndirilmiş və s. işlər görülmüş, meliora-

tiv cəhətdən yaxşılaşdırılmış torpaq sahələri kənd təsərrüfatı istifadəsinə verilmişdir. Beləliklə, dölət 

əhəmiyyətli kompleksli meliorativ işləri nəticəsində respublikada torpaqlarin intensiv istifadəsini 

təmin edən və bir-birilə qarşılıqlı əlaqədə olan aqrotexniki, meliorativ və təşkilati-təsərrüfat tədbirləri 

kompleksindən ibarət elmi əsaslandırılmış əkinçilik üçün əlverişli şərait yaradılmışdır. 

Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da suvarılan əkin sahələrini artırmaq 

məqsədilə suvarma sistemləri tikintilərinin genişləndirilməsi davam etməkdədir. Bununla yanaşı dənli 

və digər kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul almaq üçün torpaqların meliorativ yolla 

yuyulub  əkin üçün tam yararlı hala salınmasının hərtərəfli və geniş inkişaf etdirilməsi  əsas məsələ-

lərdən biri hesab olunur. Beləliklə meliorasiya dövlət əhəmiyyətli ən vacib xalq təsərrüfatı məsələləri sə-

viyyəsinə qaldırılaraq, dövlətin aqrar siyasəti sahəsindəki baş xətdə ən əhəmiyyətli yerlərdən birini tutur. 

Ölkəmizdə suvarılan torpaqlardan,əsasən pambıq, şəkər çuğunduru, bir sıra texniki bitkilər isteh-

salı, taxıl, düyü, qarğıdalı, dənli-paxlalı, yonca və digər yem bitkiləri, çoxillik bitkilər, yüksək tərəvəz 

məhsulu və həmçinin çoxillik meyvə bağları əkini altında yüksək və sabit miqdarda məhsul alınma-

sında istifadə edilir. 

Hazırda istifadə olunan və gləcəkdə tikilməsi nəzərdə tutulan suvarma sistemlərinin həcmi,yeni 

ehtiyyat su mənbələri yaradılması kimi çox vacib və mühüm bir məsələni qarşıya qoyur. Respub-

likamızda suvarma üçün əlavə ehtiyat su mənbəyi kimi əsasən Kür və Araz çaylarından istifadə edilir. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

468



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Ölkəmizdə torpaqların meliorativ yolla yuyulub əkin üçün yararlı hala salınıb istifadə edilməsinin 

artırılması daim diqqət mərkəzində olmuşdur. Torpaqların meliorasiyası və onlardan kənd təsərrüfatı 

üçün istifadə  məsələləri kompleks qaydada həll edilməsi qarşıya məqsəd qoyulmuşdur. Bunun üçün 

suvarılan və qurudulan torpaqların istifadə səmərəliliyi yüksəldilməli, su təsərrüfatı tikintisinin texniki 

səviyyəsi və keyfiyyəti yaxşılaşdırılmalıdır. Suyu qənaətlə işlədən suvarma texnologiyalarına keçməli, 

su ehtiyatlarından və yararlı torpaq sahələrindən səmərəli istifadə etmək üçün tədbirlər hazırlanmalı və 

həyata keçirilməlidir. 

Suvarma sistemində kənd təsərrüfatı bitkilərinin suvarılması, torpaqların və birkilərin su rejiminə 

müvafiq olaraq, suyun kanallardakı axıntı  vəziyyətindən suvarılan sahələrdə torpaq rütubətinə 

çevrilməsi yolu ilə aparılır.  

Beləliklə, suvarma əkinçiliyi  şəraitində yalnız kənd təsərrüfatının intensivləşdirilməsi, suvarıl-

ması, kimyalaşdırılması və kompleks mexanikləşdirilmənin birgə yüksək səviyyədə tətbiqi sayəsində 

məhsuldarlığı maksimum inkişaf etdirmək olar. Bütün bunlar suvarılan torpaqlardan daha məhsuldar 

istifadə edərək, kənd təsərrüfatı məhsullarının istehsal prosesini artırıb,əkinçiliyin ən adi forması kimi 

qiymətləndirilməsinə imkan verir.

 

 

 



KİÇİK VƏ ORTA SAHİBKARLIQ MÜƏSSİSƏLƏRİNDƏ MARKETİNQ 

PROBLEMLƏRİ VƏ MARKETİNQ SİSTEMİNİN TƏKMİLLƏŞDİRMƏ 

ÜSULLARI 

 

Rahil QURBANOV 

Qafqaz Universiteti 



rahil_qurbanov@bk.ru

 

AZƏRBAYCAN 

 

Bütün dünya iqtisadiyyatlarının aparıcı qüvvəsinə çevrilmiş kiçik və orta sahibkarlıq müəssisələri 



(KOSM) fəaliyyətlərinin müxtəlif mərhələlərində çeşidli inkişaf problemləri ilə qarşılaşırlar. Bunlar-

dan satış və marketinq problemlərinin həll edilməsi müəssisənin ilkin məqsədi olur. Belə ki, kiçik və 

orta sahibkarlıq müəssisələrinin inkişaf etməsi üçün bazarın rəqabət  şərtlərinə davam gətirə bilməsi 

vacibdir. Bunun üçün isə bazar, müştərilər, satış kanalları və rəqiblərlə əlaqəli fəaliyyətlər həyata ke-

çirilməlidir.  

KOSM-nin qarşılaşdıqları satış  və marketinq problemlərinin marketinq sisteminin dörd ünsürü 

olan məhsul, qiymət, stimullaşdırma və bölgü istiqamətləri üzrə nəzərdən keçirmək mümkündür. 

Məhsul  iə  əlaqəli problemlərin yaranmasına sifariş  əsaslı istehsal təsir göstərir. Yəni bir çox 

müəssisələr bütün bazar üçün istehsal etmək əvəzinə, müştərinin sifarişinə uyğun məhsul istehsal edə-

rək təqdim edirlər.  Bu  da  sahə ilə  əlaqəli araşdırma və  tədqiqat işlərinin aparılmasına və  məhsulun 

təkmilləşdirilməsinə mane olur. Digər tərəfdən məhsulun təkmilləşdirilməsinə KOSM-nin maliyyə im-

kanlarının zəif olması, modern texnologiyadan istifadə edə bilməmə və ixtisaslı kadrların azlığı mane 

yaradır. 

KOSM  qiymətqoyma ilə  əlaqəli müxtəlif  əngəllərlə üzləşə bilirlər.  Əksər hallarda bazarda daha 

güclü olduqlarından və maliyyə imkanlarının geniş olması  səbəbi ilə qiymətin formalaşdırılması 

böyük müəssisələr tərəfindən həyata keçirilir. Digər tərəfdən aydındır ki, məhsulun istehsal həcmi 

artdıqca məhsulun istehsal dəyəri azalır və böyük müəssisələr daha ucuz qiymətə bazara məhsul çıxara 

bilirlər. Bu da KOSM-nin inkişafını əngəlləyən əsas faktorlardan hesab edilir. 

KOSM sahibləri marketinq sisteminin əsas ünsürü hesab edilən  stimullaşdırma strategiyalarını 

həyata keçirmək üçün büdcədən yetərincə  vəsait ayırmırlar. Bunu əlavə  xərc hesab edir və reklam, 

ictimaiyyətlə əlaqələr, sərgilərdə iştirak kimi metodlardan istifadə etməyərək qənaət etməyə çalışırlar. 

KOSM maliyyə azlığı  səbəbi ilə istehsal edilən məhsulu tez bir şəkildə satmağa çalışırlar. Bu 

səbəblə vasitəçilərdən geniş istifadə edirlər. Məhsulun irəlilətmə strategiyaları, malların daşınması, 

anbarda saxlanması, zəmanət və satışdan sonrakı xidmətlərin həyata keçirilməsində vasitəçilər əsas rol 

oynayır. Bu da məhsulların bölgü məsələlərində vasitəçilərinin söz sahibi olması ilə nəticələnir. 

Yuxarıda qeyd edilənlərlə əlaqəli KOSM əksər hallarda aşağıdakı çətinliklərlə üzləşə bilirlər: 


Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin