Microsoft Word 00 KeyNote Speakers Materiallar


MƏNZİL TİKİNTİSİ BİZNESİ STRATEGİYASININ SƏMƏRƏLİLİYİ



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə93/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   89   90   91   92   93   94   95   96   ...   148

MƏNZİL TİKİNTİSİ BİZNESİ STRATEGİYASININ SƏMƏRƏLİLİYİ 

VƏ RƏQABƏT MÜHİTİ 

 

Mehmethan BAYRAKTAR  

Sumqayıt Dövlət Universiteti 



mehmethanbayraktar@hotmail.com

 

AZƏRBAYCAN 



 

Tikinti biznesinin idarə edilməsinin  əsasında strategiyanın işlənib hazırlanması, onun tikinti 

şirkətinin spesifikliyinə adaptasiyası  və reallaşdırılması durur. Tikinti şirkətinin strategiyası onun 

bazardakı mövqeyini möhkəmləndirməli və  səylərin koordinasiyasını, istehlakçıların cəlb və  təmin 

edilməsini, uğurlu rəqabəti və qlobal məqsədə nail olunmasını təmin etməli olan kompleks idarəetmə 

planıdır. Strategiyanın işlənib hazırlanması prosesi inkişafın və  fəaliyyətin bütün mümkün 

istiqamətlərinin dəqiq öyrənilməsinə  əsaslanır və  mənimsənilən bazarların, xidmət göstərilən 

istehlakçıların, rəqabət metodlarının, cəlb olunan resursların və biznes modellərinin ümumi 

istiqamətlərinin seçilməsindən ibarətdir. Bir sözlə, strategiya kompaniya tərəfindən inkişaf yolunun, 

bazarların, rəqabət və biznes metodlarının seçilməsini ifadə edir.  

Tikinti prosesinin iqtisadi mahiyyəti onun həyata keçirilməsi üzrə xərclərlə ifadə olunur. Tikinti 

təşkilatının tikinti obyektinin ucaldılması üzrə istehsal-təsərrüfat fəaliyyəti ilə bağlı  xərcləri 

aşağıdakılara bölünür: birdəfəlik və cari. Birdəfəlik xərclərə tikinti təşkilatının  əsas fondlarının 

yaradılması  və ya əldə edilməsi üzrə  xərclər, dövriyyə  vəsaitlərində olan materialların dəyəri və 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

510



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

tamamlanmamış tikinti üzrə  xərclər daxildir. Cari xərclər tikinti müəssisəsinin tikinti obyektinin 

yaradılması ilə birbaşa və ya dolayı yolla əlaqəli olan bütün xərcləridir:  əmək haqqı, tikinti 

materialları, amortizasiya ayırmaları və s. Cari xərclərin ümumi məbləği tikinti-montaj işlərinin maya 

dəyərini təşkil edir.  

Tikinti müəssisəsinin fəaliyyətinin effektiv şəkildə idarə edilməsi cari iqtisadi situasiya, əsas 

istehsal-iqtisadi göstəricilərin dəyişmə tendensiyası haqqında informasiyaya, istehsal və maliyyə 

resurslarından istifadənin kompleks təhlilinə  əsaslanır. Kompleks təhlilinə  vəzifələrinə ayrı-ayrı 

amillərin tikinti fəaliyyətinin gedişatına təsirinin sistematik şəkildə öyrənilməsi və onun nəticələrinin 

qiymətləndirilməsi, situasiya olunmayan resursların aşkar olunması  və tikintidə yaranan itkilər 

haqqında xəbərdarlıqların edilməsi, investisiya qərarlarının effektivliyinin təhlili və qiymətləndiriləsi 

aiddir.  

Tikinti təşkilatının investisiya potensialının effektiv idarə edilməsi yalnız onun formalaşdırılması 

və inkişaf prosesinə kompleks yanaşma halında mümkündür. Buna görə  də tikinti təşkilatlarının 

investisiya fəallıqlarının infrastrukturunun müfəssəl  şəkildə öyrənilməsi, habelə qloballaşma və 

diversifikasiyanın müasir tendensiyalarını  nəzərə alan investisiya inkişafı strategiyasının işlənib 

hazırlanması  zəruridir. Bu fəaliyyətlərin nəticəsi kimi tikinti təşkilatının investisiya fəaliyyətinin 

effektiv şəkildə idarə edilməsi üzrə tədbirlər kompleksi çıxış etməlidir.  

Ttikintidə istehsalın təşkili prosesində  əməyin mühafizəsi sferasında bir sıra spesifik prinsiplər 

mövcuddur və bunlara aşağıdakıları aid etmək olar: 

-   normalaşdırma prinsipi, ondan ibarətdir ki, bütün mümkün hallar üçün müəyyən son hədd 

qiymətləri təyin olunur, bu qiymətlərə riayət olunması insanın tikinti işləri zamanı təhlükələrdən 

mühafizəsini təmin edir; 

-   kateqoriyalaşdırma prinsipi, ondan ibarətdir ki, obyekt və proseslər təhlükəli olmaları 

səviyyəsindən asılı olaraq sinif və ya kateqoriyalara bölünürlər;  

-   zəif haqla prinsipi, ondan ibarətdir ki, texniki sistemə  təhlükəli istiqamətlərdə situasiyanın 

inkişafına yol verməyən, sistemin işçi parametrlərinin dəyişməsinə reaksiya verən elementlər 

daxil edilir; 

-   məsafə ilə müdafiə prinsipi – operator təhlükəsiz məsafəyə uzaqlaşır; 

-   zamanın müdafiəsi prinsipi – təhlükəli zonada qalma müddəti ixtisar olunur; 

-   möhkəmlik, məsuliyyətlilik, nəzarət, əks əlaqə, sistem informasiyası və s. prinsipləri.  

P.Drukerin fikrincə, strategiyanın işlənib hazırlanması  və reallaşdırılması prosesi beş qarşılıqlı 

əlaqəli idarəetmə qərarından ibarətdir  

-   kompaniyanın gələcəyinin strateji ön görüşünün formalaşdırılması; inkişafın uzunmüddətli 

perspektivinin müəyyən edilməsi, kompaniyanın gələcək obrazının və  təşkilatın məqsədlərinin 

ifadə olunması; 

-   məqsədlərin qoyulması; strateji ön görüşün praktiki müstəviyə çıxarılması; 

-   strategiyanın işlənib hazırlanması;  

-   strategiyanın reallaşdırılması; 

-   nəticələrin qiymətləndirilməsi və strateji ön görüşə, qlobal məqsədlərə, strategiyaya düzəlişlər 

edilməsi və  əldə edilmiş  təcrübənin, dəyişən  şəraitin, yeni ideya və imkanların yaranmasının 

nəzərə alınması ilə onun reallaşdırılması.  

P.Drukerin fikrincə, istənilən kompaniyanın vəzifələri fundamental biznes-strategiyadır.   

Vəzifələr əməliyyat yönümlü olmalıdırlar, yəni elə olmalıdırlar ki, onları konkret içi tapşırıq və 

məqsəd  şəklində  təsvir etmək mümkün olsun. Lazımdır ki, onlar effektiv əmək və yüksək  əmək 

nailiyyətləri üçün baza və motiv kimi çıxış edə bilsinlər; 

-    Vəzifələr resurs və səylərin konsentrasiyasına imkan yaratmalıdır. Onlar biznesin məqsədi üçün 

onlardan  əsaslarını seçməlidirlər ki, əsas resurslar olan insanlar, pul və kapital gücləri 

mərkəzləşsinlər, yəni hər şeyi əhatə etməyə çalışmamalı, seçici olmalıdırlar.  

-   Vəzifələr çox olmalıdırlar. Idarəetmənin effektivliyinin qiymətləndirilməsi üzə bugünkü 

mübahisələrin çoxu vahid düzgün vəzifənin axtarışı üzərində cəmlənmişdir. Belə axtarışlar fəlsəfə 

daşının axtarışı qədər müfəssəldir, onlar yalnız zərər gətirir və bizi yoldan azdırır. Biznesin idarə 

edilməsi müxtəlif tələbat və məqsədlərin tarazlaşdırılmasını ifadə edir, bu isə öz növbəsinə çoxlu 

sayda müxtəlif məsələlərin həllini tələb edir.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

511



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Mənzil sferasında böhrandan çıxmağa çalışan tikinti təşkilatlarının rəhbərləri öz fəaliyyətlərinin 

məntiqini aydın  şəkildə  təsəvvür etməli, daha doğrusu, böhranın qarşısını almağa, böhran şəraitində 

idarəetməyə hazırlaşmağa, situasiyanın təhlilini aparmağa və böhranın nəticələrini dəf etməyə 

çalışırlar. 

Strateji menecment sistemində tikinti təşkilatlarının strukturunun strategiya ilə uzlaşdırılması 

məsələlərinə xüsusi yer ayrılır. Müasir şəraitdə tikinti kompaniyalarının  əksəriyyəti özündə 

mərkəzləşmiş  və qeyri-mərkəzləşmiş biznes-vahidlərin mürəkkəb məcmusunu  əks etdirir, burada 

korporasiyaların rəhbərləri müxtəlif bölmələrin fəaliyyətlərinin koordinasiyası  və sinerji yaradılması 

üsullarını axtarırlar.  

Regional səviyyədən olan strategiyanın və  mənzil sferasında tikinti müəssisəsinin adaptasiyanı 

nəzərdə tutan tikinti təşkilatının strategiyasının işlənib hazırlanması alqoritmi dörd mərhələnin 

reallaşdırılmasını nəzərdə tutur. 

Birinci mərhələdə  təşkilatın fəaliyyətinin strateji oriyentirlərinin regionun, təsir qrupunun, 

ümumən uzaq və yaxın xarici mühitin fəaliyyətinin məqsədli göstəriciləri ilə uzlaşması baş verir.  

İkinci mərhələ  təşkilatın strategiyasının işlənib hazırlanmasını,  ən yaxşı strateji alternativin 

seçilməsini və onun strateji məqsədlərə uyğunluq baxımından yoxlanılmasını nəzərdə tutur.  

Üçüncü mərhələdə strateji fəaliyyət proqramının reallaşdırılması vasitəsilə yeni vəziyyətə keçid 

həyata keçirilir.  

Dördüncü mərhələ  dəyərlərin yaradılmasının hər bir mərhələsində  təşkilatın strategiyasının 

reallaşdırılmasının  əldə edilmiş  nəticələrinin qiymətləndirilməsinə  və düzəliş edici fəaliyyətlərin 

həyata keçirilməsinə həsr olunmuşdur.  

 

 

İŞƏ QƏBUL PROSESİNİN OPTİMALLAŞDIRILMASINDA  



“İKİQAT SƏMƏRƏ” EFFEKTİ 

 

Aysel NOVRUZOVA 

Azərbaycan Dövlət İqtisad Universiteti 



aysel.akram@gmail.com 

AZƏRBAYCAN 

 

 

İşə  qəbul prosesi müəssisənin inkişafında, qarşıya qoyduğu məqsədlərə çatmaqda mühüm 



əhəmiyyət kəsb edən bir mərhələdir.Namizədlərin bilik və bacarıqlarının düzgün qiymətləndirilməsi 

uyğun zamanda, uyğun pozisiyaya, uyğun namizədin təyin edilməsi müəssisənin fəaliyyətinin 

effevtivliyini təmin edir. 

Əvvəlcə, müasir dövrdə  əksəriyyət  şirkətlərin işə  qəbul prosesində istifadə etdikləri  ənənəvi 

mərhələləri təhlil edək.Adətən standart kimi qəbul edilmiş mərhələlərə aşağıdakılar daxil edilir: 

-   vakansiyanın müəyyən edilməsi ( kadr tələbatının ümumi analizi ) 

-   vakansiyaya  qoyulan  tələblərin müəyyən edilməsi ( işi, iş yerini və  vəzifələri təhlil etməklə 

şirkətə kimin lazım olduğunu müəyyən etmək, işin təsvirinin hazırlanması,müddətlərin və 

şərtlərin müəyyən edilməsi ) 

-   işə qəbul mənbələrinin müəyyən edilməsi  (daxili yoxsa  xarici mənbədən işçilərin işə qəbulu ) 

-   vakansiya  haqqında məlumatın verilməsi (onlayn vasitələrdən istifadə etməklə,  əmək 

yarmarkalarında iştirak etməklə, vakansiyaların qəzet və jurnallarda dərc edilməsi ilə və.s) 

-   işə qəbul prosesində istifadə ediləcək metodların müəyyən edilməsi 

-   Və nəhayət müraciət edən namizədlərin dəyərləndirilməsi və işə qəbul edilməsi prosesi  

Müasir dövrdə namizədlər dəyərləndirilərkən standart olaraq 2 mərhələdən:test və intervyu 

mərhələsindən istifadə edilir.Burada belə bir sual yaranır: “Bəs necə ola bilərki müxtəlif vakansiyalara 

eyni cür seçim tətbiq edilə bilər?” 

Doğrudur, namizədin mütləq məntiqi- riyazi biliklərə malik olması çox vacib məsələdir.Lakin bir 

mühasib üçün bu daha vacibdir nəinki, bir marketoloq üçün. Həm də test mərhələsi ilə bağlı bir 

problem də ondan ibarətdir ki, potensial namizədin test vasitəsilə bilik və bacarıqlarının dəqiqliklə 

qiymətləndirilməsi bir qədər çətindir. Çünki ola bilərki namizəd  həftənin bazar ertəsi ona təqdim 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

512



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

edilən testdən mümkün 100 baldan 75 bal, çərşəmbə günü təqdim olunan analoji testdən 50 bal, tutaq 

ki, növbəti həftə 95 bal yığsın. Bəs belə olan halda potensial namizədin bilik və bacarığını dəqiqliklə 

nümayiş etdirən nəticə hansıdır? Hansı  nəticəyə  əsasən qərar qəbul edilməlidir ki, namizəd növbəti 

mərhələyə keçsin yoxsa uğursuz hesab edilsin? 

Buna görə  də namizədlərin qiymətləndirilməsi prosesi həyata keçirilərkən hər vakansiya üçün 

mütləq lazım olan tələblər irəli sürülməli və hər vakansiyaya uyğun olan ayri-ayri sınaq mərhələləri ( 

biznes keyslər,namizədə problemli situasiyanın təqdim edilməsi və.s.) keçirilməlidir.Bir çox şirkətlər 

öz kadrlarına yüksək dəyər verdikləri üçün bu prosesləri tətbiq edirlər.Bu adətən xarici şirkətlər üçün 

xarakterikdir.Amma  şirkətlərin  əksəriyyəti vaxt itirmək istəmədikləri üçün sadəcə “primitiv” 

suallardan ibarət olan intervyu və test mərhələlərini tətbiq edilər ki, bu da şirkətin sonrakı inkişafına 

zərbə vura bilər və yaxud da potensial peşəkar işçi şirkət tərəfindən seçilməyərək itirilə bilər. İstifadə 

olunan işə  qəbul metodları özü-özlüyündə  ən yaxşı metod ola bilər. Lakin əsas məsələ seçilən 

metodunun mövcud situasiyaya uyğun gəlməsidir. 

İndi isə təklif edəcəyim “İkiqat Səmərə” effekti haqqında məlumat vermək istəyirəm.Bu effektin 

mahiyyəti ondan ibarətdir ki,müəyyən vakansiya üçün müraciət edən namizəd təkcə o vakansiyanın 

tələbləri üzrə yox, digər vakansiyaların tələbləri üzrə də yoxlanılsın. 

Tutaq ki, bir şəxs mühasib vakansiyasına müraciət edib, lakin onun bilik və bacarıqları 

dəyərləndirilən zaman kommisiya belə  qərara gəlir ki, namizəd qoyulan tələblərə lazımınca  cavab 

vermir.Lakin həmin namizəd ideal idarəetmə qabiliyyətinə malikdir.Ənənəvi qaydalara əsasən şirkətə 

mövcud vəziyyətdə bir menecer lazım olmadığı üçün şirkət həmin namizədə “yox” cavabı 

verməlidir.Lakin mənim təklif etdiyim “İkiqat Səmərə” effektinə əsasən şirkət həmin namizədə “yox” 

demək  əvəzinə onu menecerlik üzrə imtahana dəvət edir.Həmin dövrdə  şirkətdə  fəaliyyət göstərən 

menecerə  və potensial namizədə müxtəlif problemli situasiyalar, biznes keyslər təqdim olunur 

ki,onlardan hansının daha peşəkar olduğunu, problemi nə dərəcədə optimal həll etdiklərini müəyyən 

etsinlər.Üstünlüyü qazanan namizəd işlə təmin olunacaqdır.Onların bilikləri eyni olduğu halda da, biri 

mütləq sınaqdan çıxmamış hesab edilməlidir, axı müasir menecmentin prisiplərindən biri belədir : “ 

Bir şirkətdə iki eyni cür düşünən əməkdaş varsa onda onlardan biri işdən çıxmalıdır.” 

Bütün metodlarda olduğu kimi  “ İkiqat Səmərə” effekti metodunun da özünəməxsus üstünlükləri 

və çatışmayan cəhətləri vardır.  Metodun üstünlüklərinə aşağıdakıları aid etmək olar : 

-  Potensial peşəkar  bilik və bacarıqlara malik namizədin düzgün qiymətləndirilməsi, onun 

bacarığına uyğun işlə təmin edilməsi 

-  Peşəkar işçinin itirilməməsi 

-  Əgər hər hansı bir şirkətdə bu metoddan istifade edilərsə, o zaman həmin şirkətin işçiləri daim 

özünütəkmilləşdirməyə meylli olacaqlar, öz pozisiyalarını “sığorta altına almaq” üçün mütəmadi 

olaraq öz bilik və bacarıqlarını artırmağa çalışacaqlar. Bu da öz növbəsində  şirkətin inkişafı,  

rəqabətqabiliyyətliliyinin artması və gələcək uğuru deməkdir. 

“İkiqat Səmərə” effektinin çatışmayan cəhətlərinə aşağıdakılar misal ola bilər : 

-  Vaxt itkisi 

-  Mövcud işçilərin imtahan prosesinə  cəlb edilməsi zamanı onun psixoloji cəhətdən həvəsdən 

düşməsi (özünəinamının azalması) 

-  Şirkətdə psixoloji gərginliyin yaranması 

-  Bu metod elan olunmuş vakansiyaya namizədin seçilməsi prosesini kölgədə qoya bilər 

Düzdür bu proseslər vaxt itkisinə səbəb ola bilər, lakin  bu vaxt itkisi  potensial peşəkar namizəd 

itkisindən dəyərli deyildir. Düşünürəm ki, bu çatışmazlıqlar məqsədlərin dəqiq məlum olduğu,işçilərin 

motivasiya sisteminin, metodun planlaşdırılmasının və  təşkilinin düzgün həyata keçirilməsi halında 

aradan qaldırıla bilər. Gələcəkdə  həmin namizədin peşəkarlığı ilə verdiyi qərarlar  şirkətin inkişafına 

səbəb ola bilər. 

İdarəetmədə  təkcə mövcud vəziyyəti araşdırmaq, mövcud situasiyaları  təhlil etmək və mövcud 

fəaliyyəti optimallaşdırmaq vacib deyil. Burada əsas məsələlərdən biri həm də  gələcək fəaliyyəti 

proqnozlaşdırmaq, yarana  biləcək problemlemləri əvvəlcədən görmək və gələcək fəaliyyətin səmərəli 

təşkilini təmin etməkdən ibarətdir. Məhz gələcəyini düşünən  şirkətlər “İkiqat Səmərə” effektindən 

istifadə etməlidirlər. Çünki bu effekt özündə firmanın gələcək uğuruna səbəb ola biləcək  ən ideal 

namizədin seçilməsini əks etdirir.

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

513



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

  AZƏRBAYCANDA MƏŞĞULLUQ SAHƏSINDƏ GENDER   

BƏRABƏRLIYININ YAXŞILAŞDIRILMASI PERSPEKTIVLƏRI 

   

 

Sevinc RZAYEVA 

 

Azərbaycan Texniki Universitetinin  



 

seva127@rambler.ru 

 

AZƏRBAYCAN 



 

Qloballaşan dünyada gender bərabərliyinin təmin edilməsi istiqamətində qadınlar arasında 

işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması, qadınların təhsil səviyyəsinin yüksəldilməsi 

beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən həyata keçirilən tədbirlərin əsasını  təşkil edir. 

Müasir dünyanın əksər ölkələrində gender bərabərliyi hüququ baxımdan təmin edilmişdir. Lakin real 

həyatda gender bərabərliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlar və inkişaf etmiş 

ölkələrin fəaliyyəti (o cümlədən hər iki cinsdən olan insanların potensial imkanlarını tam açmağa, 

bərabər formada resurslardan istifadə etməyə  və  gəlir  əldə etməyə  və s. sosial-iqtisadi proseslərdə 

gender bərabərliyinin təmin edilməsinə yönəldilmiş  fəaliyyəti) yalnız XX əsrin son onilliyindən 

başlayaraq müşahidə olumaqdadır.  

 XX  əsrin sonu XXI əsrin  əvvəlini  əhatə edən dövrdə Azərbaycanda bazar münasibətlərinin 

yaranması, qloballaşma prosesinin güclənməsi ilə yanaşı  dərin sosial-iqtisadi dəyişikliklər baş 

vermişdir. Belə ki, əhalinin demoqrafik davranışında, onun həyat dəyər sistemində,  əmək və  ərazi 

mobilliyində  və s. köklü dəyişikliklər baş vermişdir. Məşğulluq sahəsində kiçik və orta biznesin 

genişlənməsi, qadın sahibkarlığının güclənməsi, kişi və qadınların  əmək miqrasiyasının artması, 

iqtisadiyyatın qeyri-dövlət, qeyri-formal və  əsas iş yerindən başqa  əlavə  iş yerlərində  məşğulluğun 

artması baş vermişdir.  

 Azərbaycanda keçmişdən qalan stereotiplərin milli adət-ənənələr kimi əhalinin həyatına 

əvvəllərdə olduğu təsiri zəifləmiş  və yeni sosial-iqtisadi şərait  əhalinin həyat stereotiplərinin 

dəyişməsinə  səbəb olmuşdur. Qadınların evdən kənarda məşğulluğuna, onların yüksək səviyyədə 

təhsil almasına, vəzifə pillələri ilə irəliləməsinə, ailənin ümumi gəlirlərinin tərkibində qadının xüsusi 

çəkisinin yüksək olmasına, qadının maaşının kişinin maaşından yüksək olmasına, analığın peşəkar 

fəaliyyətilə uyğunlaşdırılmasına, ailə  gəlirlərinin bölgüsündə qadının iştirak etməsinə  və s. olan 

münasibətdə əhalinin düşüncəsində kök salmış fikirlər dəyişməyə başlayır.  

 Azərbaycanda gender bərabərliyinə nail olmağa yönəlmiş ideya və  tədbirlərin gələcək inkişafı 

üçün bir sıra tövsiyələrin ən mühümləri arasında aşağıdakıları qeyd edək: 

1. 

Gender bərabərliyi Azərbaycanın sürətli iqtisadi inkişafı  və yoxsulluğun azaldılması üçün 



mühüm amildir. Bu səbəbdən gender bərabərliyinin təkamülü daim və vaxtlı-vaxtında müşahidə 

altında olmalıdır. Məsələn, ölkədə yoxsulluğun azaldılması haqqında beynəlxalq təşkilatların dəstəyi 

ilə hökumətin hazırladığı illik hesabata gender bərabərliyinin təkamülü haqqında ayrıca bir bölmə 

daxil edilməlidir. Digər tərəfdən Dövlət Statistika Komitəsi gender xarakteristikalarını nəzərə almaqla 

hər il heç olmazsa bir neçə  bərabərsizlik indeksini dərc edə bilər və bununla da uyğun təhlili təmin 

etmiş olar.  

2. 

Təhsil sisteminin bazar iqtisadiyyatının tələblərinə uyğun  şəkilə  gətirilməsi üçün təcili 



islahatlara ehtiyacı vardır. Təhsil sistemi ilə  əmək bazarı arasında  əlaqələndirici mexanizmin 

yaradılmasına xüsusilə böyük ehtiyac duyulur. Bu problem təcrübə  və internatura proqramlarının 

yaradılması vasitəsilə  həll edilməlidir. Bu proqramlar gələcək diplomlu mütəxəssislərə müasir əmək 

bazarında zəruri bilik və  iş  təcrübəsi  əldə etmək imkanı verməlidir. Təhsil müəssisələrində istifadə 

olunan tədris planı, dərsliklər, metodoloji materiallar əmək bazarının hazırkı tələblərinə uyğun olaraq 

dəyişdirilməlidir. O cümlədən nəzərə alınmalıdır ki, hal-hazırda məşğulluq özəl sektorda, xidmət 

sferasında, kənd təsərrüfatında üstünlük təşkil edir və qeyri-tipik, mövsümü və kontrakt əsaslı  iş 

növlərinin çoxluğu ilə xarakterizə olunur. Faktların yadda saxlanılmasına köklənən təhsildən, alınan 

biliklərin təcrübədə istifadəsinə keçilməsinə çalışılmalıdır. Bundan başqa  əmək bazarı daim və 

hərtərəfli müşahidə edilməlidir ki, onun tələbatları müəyyən edilsin və bunun əsasında yeni və 

modifikasiya olunmuş uyğun tədris proqramları yaradılsın. Bu proqramların başlıca xüsusiyyəti 

təhsildə gender tarazlığı ideyası olmalıdır. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

514



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

3. 


Erkən yaşda olan uşaqlar üçün tədris müəssisələri dövlətin diqqət mərkəzində olmalıdır. 

Təhsil xərcləri sahəsində artmaqda olan bərabərsizliyin qarşısında alınması üçün yoxsul ev 

təsərrüfatının dəstəklənməsinə yönəlmiş xüsusi dövlət proqramları olmalıdır. Bu proqramlar yoxsul 

ailələrin uşaqlarını pulsuz dərsliklərlə, digər məktəb ləvazimatları ilə, səhər yeməyi ilə, eləcə  də 

məktəbli geyimi və ayaqqabı ilə təmin etməlidir.  

4. 


İşçilərin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə  qısa müddətli sistemin inkişafına xüsusi 

diqqət yetirilməlidir. İxtisasın yüksəldilməsi sistemi xarici dillərin öyrədilməsinə, kompüterlərdən və 

internetdən istifadənin  əsaslarına, eləcə  də  əmək bazarında tələb olunan digər bilik və  vərdişlər 

öyrədilməsinə yönəldilməlidir. Öz işçilərini ixtisasın yüksəldilməsinə göndərən firmalar üçün dövlət 

vergi stimulları  tətbiq etməklə ixtisasın yüksəldilməsi sisteminin inkişafını  təşviq edə bilər. Dövlət 

həmçinin aktiv əmək siyasəti çərçivəsində qeydiyyatdan keçmiş  işsizlər üçün tədris kurslarının 

təşkilini bilavasitə maliyyələşdirə bilər. Bu zaman işsiz qadınlara xüsusi diqqət yetirilməlidir.  

5. 


Azərbaycan qanunvericiliyində məşğulluq sferasında qadın və kişilər üçün bərabər imkanların 

təminatları biyan edilir. Ancaq ölkədə bu təminatların həyata keçirilməsinin real mexanizmi yoxdur. 

Bunu nəzər alaraq hökumət məşğulluq sahəsində bərabər imkanların yaradılmasına nəzarət edə biləcək 

dövlət idarəsini müəyyən etməlidir. Belə idarə uyğun səlahiyyətlərlə və resurslarla təmin edilməlidir, o 

cümlədən insan və maliyyə resursları ilə. Digər tədbirlər sırasında aşağıdakılar daxil edilməlidir: 

qadınların dövlət sektorunda aparıcı postlara təyin edilməsi üzrə kvotalar, özəl sektordakı 

müəssisələrdə gender probleminin daha yaxşı anlaşılması üçün xüsusi kompaniyalar, qadın 

auditoriyası üçün nəzərdə tutulmuş ayrıca ixtisasın yenilənməsi proqramları və işgüzar xüsusilə kənd 

rayonlarına kredit almağa yardım edilməsi. 

6. 


Yoxsulluğun Azaldılması  və  İqtisadi  İnkişaf Proqramının gender ölçmələrinə ehtiyac vardır. 

Proqram yoxsulluq, bərabərsizlik, təhsil, səhiyyə,  əmək bazarı, sahibkarlıq və sosial müdafiə üzrə 

gender ölçülərindəki dəyişiklikləri dəyərləndirməlidir. Azərbaycanda gender bərabərsizliyinin 

hərtərəfli təhlili yoxsulluğun azaldılması və iqtisadi inkişaf siyasətinin ayrılmaz hissəsi olmalıdır. Bu 

təhlilə  əsaslanaraq gender bərabərsizliyi ilə bağlı olan konkret problemləri identifikasiyalaşdırmaq 

mümkün olardı.  

7. 

Azərbaycanda sosial müdafiə proqramları post-keçid dövrü şəraitinə uyğunlaşdırılmalıdır. 



Sosial yardım proqramları müavinətlərin bölgüsünü artan dinamikada aparmalıdır. Bərabərsizliyin və 

yoxsulluğun azaldılması  məqsədilə sosial yardım müavinətləri alanların  əksəriyyəti yoxsul ev 

təsərrüfatlarında olanların payına düşməlidir və müavinətlərin böyük hissəsi, məhz onlara verilməlidir. 

Yoxsul ev təsərrüfatlarına aidiyyəti olmayan çoxlu sayda kiçik müavinətlərdən ibarət olan mövcud 

sosial müavinətlər sistemi bir xüsusi proqramın xeyrinə demontaj olunmalıdır. Bu proqram 

müavinətlərin böyük hissəsini yoxsul ev təsərrüfatlarına yönəltməlidir və digər keçid ölkələrində 

sınaqdan keçmiş beynəlxalq təcrübəyə əsaslana bilər. 

8. 


Baxmayaraq ki, müstəqillik dövründə  bərabərsizliyin, o cümlədən gender bərabərsizliyinin 

azaldılmasında torpaq islahatı  əsas amillərdən biri olmuşdur, kənd təsərrüfatı sektorunda yeni 

islahatların aparılmasına hələ  də ehtiyac duyulur. Fermerlərin kredit resursları, seleksiyalaşdırılmış 

mal-qara və toxumlar, yanacaq, gübrə, irriqasiya, kənd təsərrüfatı maşınları  və avadanlıq sarıdan 

yardıma ehtiyacları vardır. Onların kənd təsərrüfatında qabaqcıl metodların, mühasibat uçotunun və 

marketinqin öyrədilməsinə yönəlmiş konsultasiya dəstəyi də ehtiyacları vardır. Kənd təsərrüfatı 

sahəsində elmi-tədqiqat və  sınaq-konstruktor işlərinin dəstəklənməsinin də fermerlərə böyük faydası 

olardı.  

9. 

İnfrastrukturun keyfiyyətinin aşağı olması-regional bərabərsizliyi müəyyən edən başlıca 



amildir. Ona görə  də yolların inkişafı, yeni bazarlar, suyun təmizlənməsi, su təchizatının və 

irriqasiyanın yaxşılaşdırılması, telekommunikasiya xətlərinin modernizasiyası, təhsil, səhiyyə  və 

mədəniyyət obyektlərinin bərpası regional bərabərsizliyin azaldılmasında mühüm rol oynaya bilər və 

nəticə etibarı ilə  əhalinin məşğulluğu sahəsində gender bərabərliyinə nail olmağa bilavasitə  təsir 

göstərə bilər.  

 

 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin