Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə95/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   91   92   93   94   95   96   97   98   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

521



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Marketinq fəaliyyətinin  əsas iqtiqamətlərindən biri olan qiymət siyasətinin analizi istiqaməti də 

bir neçə aspektdən ibarətdir: 1) bazarın növünün analizi; 2) bazarda qiymət səviyyəsinin 

dəyərləndirilməsi; 3) qiymətin elastikliyinin ölçülməsi; 4) təklif edilən qiymətdən məmnunluğun 

analizi. Bu istiqamətdə analizlərin aparılması üçün seçilməsi mükün olan metodlar arasında  əsasən 

1)orta qiymətin hesablanması metodu; 2) qövsi elsatiklik metodu; 3) töqtəvi elastiklik metodu; 4) 

sorğu; 5) müsahibə metodları geniş tətbiq edilir. 

Marketinq fəaliyyətinin əsas iqtiqamətlərindən biri olan satış siyasətinin analizi istiqaməti də bir 

neçə aspektdən ibarətdir: 1) satış bazarının analizi; 2) tədarükçülərin analizi; 3) daşıma siyasətinin 

analizi. Bu istiqamətdə analizlərin aparılması üçün seçilməsi mükün olan metodlar arasında əsasən 1) 

bazarın seqmentasiyası (müxtəlif amillərə  və meyarlara görə istənilən bazarın ayrı-ayrı hissələrə-

seqmentlərə bölünməsi); 2) tədarükçülərin müqayisəli analızı; 3) anbar və nəqliyyat xərclərinin riyasi-

statistik üsulla optimallaşdırılması metodları geniş tətbiq edilir. 

Marketinq fəaliyyətinin  əsas iqtiqamətlərindən biri olan kommunikasiya siyasətinin analizi 

istiqaməti də bir neçə aspektdən ibarətdir: 1) proma aksiyaların səmərəliliyi (proma aksiyalar zamanı 

mal haqqında hər hansı bir mənbədən deyil, birbaşa məlumat alınır. Məsələn, malın dequstasiyasında 

və ya malın reklam nümunələrinin paylanmasında iştirak edilir) və ya reklam kampaniyalarının 

səmərəliliyi; 2)marketinq eksperimentlərinin aparılması (məhsulun tesdən keçirilməsi, qablaşdırma 

konsepsiyası, reklam ideyaları  və formaları). Bu istiqamətdə analizlərin aparılması üçün seçilməsi 

mükün olan metodlar arasında əsasən 1) kommunikasiya üçün xərclər və gəlirlər arasındakı nisbətin 

analizi metodu; 2) sınaq satın alma metodu; 3) holl-test metodu; 4)sorğu metodları geniş tətbiq edilir. 

Qeyd etdiyimiz kimi hansı iqtisadi sahədə  fəaliyyət göstərməyindən asılı olaraq, müəssisənin 

marketinq fəaliyyətinin idarəedilməsi üçün tətbiq etdiyi metodlar müxtəlif olur. Məsələn, 4P 

konsepsiyası daha çox istehsal müəssisələri üçün tətbiq edilir. Müasir marketinq nəzəriyyələrinə görə 

ticarət müəssisələri ümün 4P konsepsiyası  əvəzinə 4C konsepsiyası (Customer needs & wants, 

Customer Cost, Convenience, Communication) daha uyğundur. 

 

 

AZƏRBAYCANDA TURİZM VƏ ONUN GƏLƏCƏK İNKİŞAF 



İSTİQAMƏTLƏRİ 

 

Ülvi KAZIMLI 

Azərbaycan Dövlət İqtisad Universiteti 



ulvikazimli@gmail.com

 

AZƏRBAYCAN 

 

Qlobal məkanda neft ehtiyatlarının tükənməsi təhlükəsinin yaranması alternativ enerji 



mənbələrinə  və qeyri-neft sektoruna marağı xeyli artırmışdır. Azərbaycanda ixracın 90 faizindən 

çoxunun neft və neft məhsullarının tutması ölkəmizin neftdən asılılığının bariz göstəricisidir. Son illər 

qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyətli addımlar atılmışdır. Bu sahənin gələcək vəd edən 

qollarından biri də turizm sektorudur. Azərbaycanın  əlverişli coğrafi mühitdə, Avropa-Asiya 

qovşağında yerləşməsi turizmin burada inkişaf etdirilməsi üçün geniş perspektivlər vəd edir. 

 21-ci  əsrin  əvvəllərindən turizmin inkişafı üçün xeyli tədbirlər görülmüşdür. Bunun nəticəsi 

olaraq Azərbaycan Turizm İnstitutu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25.08.2006-cı 

il sərəncamına əsasən yaradıldı. Hazırda ölkəmizdə 500-dən çox hotel fəaliyyət göstərir. Əgər 2002-ci 

ildə Azərbaycanda 32 turizm şirkəti var idisə, artıq 2015-ci ildə bu şirkətlərin sayı 150-ni keçmişdir. 

21-ci əsrin ilk 15 ili ərzində Azərbaycana gələn əcnəbi turistlərin sayı 3 dəfə armışdır, belə ki, 2001-ci 

ildə Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 767 min nəfər olduğu halda, 2005-ci ildə 1 milyon 

177 min, 2010-cu ildə 1 milyon 963 min nəfər, 2015-ci ildə isə 3 milyondan çox olmuşdur. Turizm 

ehtiyatlarından səmərəli istifadə etmək üçün, ölkəmizin maddi-mədəni irsini daha çox tanıtmaq üçün 

Prezidentin qərarı ilə 2011-ci il “Turizm ili” elan edilmişdir.  

2009-cu ilin aprel ayında Azərbaycanda 8-ci dəfə Beynəlxalq Turizm Sərgisi keçirildi. Sərgidə 20 

ölkədən 78 turizm müəssisəsi iştirak etmişdir. 

“2009-2018-ci illərdə Azərbaycan Respublikasında 

kurortların inkişafı üzrə Dövlət Proqramı” ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı 

surətdə inkişaf etdirilməsinə  və  səmərəli istifadəsinə  zəmin yaradır. Hazırda Azərbaycan turist 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

522



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

axınının artım tempinə görə MDB ölkələri arasında birinci yeri tutur. 

2015-ci ildə turistlərin  əksə-

riyyəti Bolqarıstan, Estoniya, Finlandiya, Çexiya, Yaponiya, Belçika, Polşa, Türkiyə, Moldova, Çin, 

Almaniya və Rumuniyadan gəlmişdir. Azərbaycan iqtisadiyyatında turizmin təsiri ildən-ilə artmaq-

dadır. 2013-cü ildə ÜDM-ə 1,343.1 mln manat birbaşa turizm və  səyahətdən qazanılmışdır. Bu isə 

ümumi ÜDM-in 2.4%-i təşkil edir. Bu göstəricinin 2024-cü ilə qədər 5.5%-ə qədər artması gözlənilir. 

2013-cü ildə  sırf turizm sahəsində çalışan  əhalinin sayı 95.000 nəfərə çatmışdır. Ümumi çalışan 

əhalinin 2.2%-i deməkdir. Azərbaycan səyahət və turizm investisiyaların həcmi isə 311.7 milyon 

manat, ümumi investisiyaların 2.3%-i olmuşdur. 2024-cü ilə  qədər bu göstəricinin 597.2 milyon 

manata qədər artımı gözlənilir.Azərbaycan Respublikası 16 dövlətlə (Türkiyə, Çin, Polşa,  İtaliya, 

Bolqarıstan, Yunanıstan və s.) turizm sahəsində  əməkdaşlıq haqqında hökümətlərarası saziş imza-

lamışdır. 

Yuxarıda qeyd etdiklərimiz turizm sahəsində görülən,turizmin inkişafına təkan verən  əsas 

amillərdir,lakin bunlarla bərabər turizmin inkişafına mənfi təsir göstərən xeyli sayda faktorlar da var: 

-  Ərazimizin 20 faizindən çoxunun Ermənistanın işğalı altında olması( işğal olunan ərazilərin 

turizm potensialı olduqca yüksəkdir). 

- Bölgələrə turist marşrutlarının qənaətbəxş olmaması. 

- Qiymətlərin qonşu Türkiyə və Gürcüstandan baha olması. 

- Xəzər dənizində yerləşən çimərliklərin sanitariya vəziyyətinin ürəkaçan olmaması. 

Hazırda  əsas problem ölkə sakinlərinin ölkə daxilində deyil daha çox qonşu Türkiyə  və 

Gürcüstanda istirahətə getməsidir baxmayaraq ki potensial baxımından onlardan heçdə geri qalmırıq. 

Məsələn: Xəzərin Nabran sahillərində günəşli günlərin sayı Batumi,Soçi,Suxumidən 1,5 dəfə çoxdur. 

Digər bir üstünlük isə Batumi çimərliklərinin sahili daşla örtülüdür Xəzərsahili çimərliklər isə qumla. 

2015-ci ilin məlumatına əsasən Azərbaycandan 1 milyondan çox turist Gürcüstana istirahətə getmişdir. 

Bunun başlıca səbəbi isə qiymət fərqindədir. Azərbaycan otel və mehmanxanalarında qiymət 

Gürcüstana nisbətən bahadır və bu səbəbə görə əhalinin çoxu qonşu ölkəyə üz tutur istirahət üçün.  

Turizmin daha çox inkişaf etdirilməsi və ölkəmizə daha çox turist cəlb etmək üçün bir sıra 

mühüm islahatlar keçirilməlidir və bunlar aşağıdakılardır:  

- Qiymətlərin daha əlverişli olması.( Qonşu ölkələrdəki qiymət ortalamsını hesablayıb daha 

uyğununu tətbiq etmək) 

- VİSA sisteminin asanlaşdırılması( Bu ölkəyə daha çox turistin gəlməsini təmin edəcək). 

- Turizm 

bölgələrinə gedən nəqliyyat sisteminin təkmilləşdirilməsi( Bununla mənzil başına daha 

tez və  təhlükəsiz çatma təmin olunacaq, hətta turizm mərkəzlərinə alternativ yollar da çəkilə 

bilər). 


- Otellərdə və mehmanxanalarda təhlükəsizlik xidmətinin gücləndirilməsi. 

- Çimərliklərin təmizliyinə ciddi riayət edilməsi.  

- Mədəni-tarixi abidələrin tanıtdırılması üçün xüsusi videoçarxlar hazırlanmalı vaxtaşırı olaraq 

reklam edilməlidir. 

-  Ən əsası da qabaqcıl turizm ölkələrinin( İspaniya,Fransa,Yunanıstan,İtaliya, Türkiyə) təcrübələri 

mənimsənilməli və tətbiq edilməlidir. 

- Azərbaycan turizminin tanıdılması üçün turizm şirkətləri tərəfindən turizm sərgilərinin 

keçirilməsi. 

-  İnformasiya texnologiyalarının turizm sahəsinə  tətbiqi( Bunun əsas  əhəmiyyəti turizmdə yeni 

xidmət növlərinin yaranması və turizm sahəsinin beynəlxalq səviyyədə tanınmasıdır). 

Turizm siyasətinin prioritet istiqamətlərindən birinin məhz beynəlxalq  əməkdaşlıq münasi-

bətlərinin qurulması  və inkişafı olduğunu ön planda tutaraq Mədəniyyət və Turizm Nazirliyi 

Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası,  İslam Konfransı  Təşkilatı, Müstəqil Dövlətlər 

Birliyinin Turizm Şurası, GUAM, Qara Dəniz  İqtisadi  Əməkdaşlıq Təşkilatı,  İqtisadi  Əməkdaşlıq 

təşkilatı  və.s beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli münasibətlərin qurulması, turizmin 

inkişafı üçün proqramlarda iştirak, beynəxalq səviyyəli tədbirlərdə  fəal iştirak, təklif və layihələrin 

hazırlanmasına dair fəaliyyətini davam etdirməlidir.

 Hazırda qeyri-neft sektorunun Azərbaycanda 4 

əsas inkişafda olan sahəsi var: Kənd təsərrüfatı, informasiya texnologiyaları, kimya sənayesi və 

turizm. Bunlardan əsas öndə olanı  kənd təsərrüfatıdır.Əgər bundan sonrakı 5 ildə yuxarıda 

sadaladığımız təkliflər davamlı olaraq həyata keçirilsə,turizm sektoru həcminə  və  gəlirliliyinə görə 

kənd təsərrüfatından sonra 2-ci yerə çıxa bilər.  



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

523



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

РОЛЬ РАЗВИТИЯ АГРОПРОМЫШЛЕННОГО КОМПЛЕКСА В 

РОСТЕ ЭКОНОМИКИ АЗЕРБАЙДЖАНА 

 

Жаля ЭФЕНДИЕВА 

Азербайджанский Государственный Экономический Университет 



efendiyeva.jala@gmail.com

 

АЗЕРБАЙДЖАН 

 

Как известно, человеческое общество наряду с борьбой за выживание старается улучшить 



потребительский  спрос.  В  обеспечении  этого  спроса  на  передний  план  встает  вопрос  о 

продовольственной  безопасности.  Сегодня  это  также  актуально  и  его  значимость  никогда  не 

уменьшается. 

Говоря  о  продовольственной  безопасности  прежде  всего  речь  идет  о  продуктах  произ-

веденных  в  аграрной  отрасли.  Создание  понятия  избыток  продуктов  еще  не  заканчивается 

производством  этих  продуктов.  Так  как  население  не  воспринимает  большинство  продуктов 

как  сырье  и  в  период  сезона.  Для  получения  большинства  продуктов  в  течении  всего  года 

наряду с их производством должны быть решены и вопросы упаковки, логистики, переработки, 

сохранения  в  складах-холодильниках  и  другие  важные  вопросы.  Поэтому  рассмотрение  в 

отдельности  сельскохозяйственного  сектора  не  дает  возможность  полностью  определить 

потенциал  этой  отрасли.  Правильнее  относиться  к  этому  сектору  как  к  агропромышленному 

комплексу. 

С  этой  точки  зрения  тема  считается  актуальной.  С  другой  стороны  в  связи  с  тем,  что  в 

условиях рыночной экономики большинство производителей представители частного сектора. 

Естественно  успех  агропромышленного  комплекса  немыслим  без  привлечения  частного 

сектора. И с этой точки зрения данная тема очень актуальна. 

Следует отметить, что реализация сельхозпродукции в форме сырья вызывает определен-

ные  трудности  и  часто  ограничивает  возможности  увеличения  доходности  производителя.  В 

связи с этим возможность целостного сохранения сельхозпродуктов после их сезонного сбора, 

а также их переработка имеют большое значение для предпринимателей. 

Как  известно  растениеводством  и  животноводством  в  республике  занимаются  с  самых 

древних  времен.  При  бывшем  Советском  Союзе  так  же  было  доказано,  что  в  Республике 

имеется большой потенциал сельскохозяйственного производства а также переработки. 

Первые  годы  независимости  для  Азербайджана  были  серьезным  испытанием,  так  как, 

разрыв  экономических  связей  между  предприятиями,  вынужденное  оставление  своих  домов 

миллионом наших сограждан в результате армянской агрессии и оккупацией 20% территории 

,экономическая, политическая и информационная блокада социальной и экономической жизни 

страны привело к упадку ее экономики. 

В 1994 году с ведущими мировыми нефтяными компаниями был подписан "Контракт века" и 

с этим был заложен прочный фундамент для обеспечения энергетической безопасности страны.  

В  целях  перехода  от  плановой  к  либеральной  рыночной  экономике,  были  начаты  широ-

комасштабные  реформы. В  результате  сформирования  соответствующего  законодательства 

реформирования  рыночной  экономики,  бюджетных,  налоговых  и  банковских  систем, 

претворения  в  жизнь  аграрной  реформы,  приватизации  государственного  имущества,  были 

созданы благоприятные условия для бизнес среды, сформирован предпринимательский слой. 

Развитию  п

редпринимательской  деятельности  в  области  сельского  хозяйства  послужили 

меры по реализации в следующих мероприятий: 

Для  развития  предпринимательской  деятельности  был  принят  ряд  законов,  государствен-

ных  программ  и  указов  Президента  Азербайджанской  Республики,  распоряжение  и  других 

нормативных правовых актов Кабинета Министров Республики. 

 Были  предоставлены  налоговые  льготы  для  производителей  сельхозпродукции.  За 

исключением земельного налога они были освобождены от всех видов налогов.  

 Сельхозпроизводителям  были  предоставлены  субсидии.  В  настоящее  время  производи-

телям  сельскохозяйственной  продукции  выделяются  субсидии  при  покупке  топлива  и 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

524



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

смазочных  материалов,  производстве  зерна  и  риса,  приобретении  минеральных  удобрений, 

качественной, первой и второй репродукции семян (саженцев). 

 В результате проведения аграрных реформ, свыше 1390 тыс. га земель было безвозмездно 

передано проживающим в сельской местности 850 тыс. семей..  

 В общем объеме сельскохозяйственного производства 95% производится фермерскими и 

домашними хозяйствами, 5% – сельскохозяйственными предприятиями. 

 В  экономике  страны  сельское  хозяйства  занимает  третье  место  после  нефтегазового  и 

строительных отраслей и имеет самую высокую долю в обеспеченности рабочими местами. 47 

%  населения  проживают  в  сельской  местности,  в  то  же  время 37 % рабочей  силы  занято  в 

сельском хозяйстве . 

 В  настоящее  время  стране 

осуществляется  диверсификация  экономики,  принимаются 

меры  по  развитию  не  нефтяного  сектора,  обеспечивается  надежность  банковской  системы, 

усиливается государственная поддержка предпринимательству. 

 Полное  и  эффективное  использование  существующего  потенциала  регионов  страны, 

улучшение  социально-экономической  ситуации  и  обеспечение  сбалансированного  развития 

экономики,  восстановление  инфраструктурных  отраслей  послужило  вводу  новых  производст-

венных и перерабатывающих предприятий, объектов образования, здравоохранения, культуры, 

спорта и отдыха.  

 В  результате  развития  предпринимательства,  улучшение  делового  и  инвестиционного 

климата,  привлечения  отечественных  и  иностранных  инвестиций,  динамичного  развития  не 

нефтяного сектора доля частного сектора в экономике страны составило более 80%. 

 При этом создание более эффективного механизма льготного кредитования инвестицион-

ных  проектов  за  счет  Национального  Фонда  Поддержки  Предпринимательства  облегчило 

доступ сельхозпроизводителей к финансированию. 

 Надо  отметить,  что  обеспечение  продовольственной  безопасности  страны  и  его 

благополучное претворение в жизнь требуют развития не только сельского хозяйства, а в целом 

агропромышленного комплекса.  

 В настоящее время также остро стоят вопросы развития кооперации в сельском хозяйстве, 

подготовка стратегии развития агропромышленного комплекса в современных условиях. 

 Развитие  стоимостной  цепочки  обеспечивает  более  эффективную  работу  аграрного 

бизнеса  и  продовольственного  рынка.  Продовольственная  цепочка  охватывает  все  звенья  от 

производства,  логистики,  переработки,  реализации  до  потребления.  Организация  связи  между 

этими звеньями очень важно. 

 

 



KƏND TƏSƏRRÜFATININ PERSPEKTİV SAHƏSİ – 

TÜTÜNÇÜLÜYÜN İNKİŞAFI 

 

Jalə ƏFƏNDİYEVA 

Azərbaycan Dövlət İqtisad Universiteti 



Efendiyeva.jala@gmail.com 

AZƏRBAYCAN 



 

İqtisadiyyatın diversifikasiyası Azərbaycan hökumətinin  əsas prioritetdir. Son dövrlərdə neft 

sektorundan  əldə edilən gəlirlərin qeyri-neft sektoruna investisiya edilməsi yolu ilə  həmin sahələrin 

inkişafına nail olmaq üçün müxtəlif dövlət proqramları hazırlanıb həyata keçirilib. Lakin hələ də bəzi 

perspektivli sahələrin inkişafına nail olunmamışdır.  

 Belə sahələrdən biri də tütünçülükdür.Məlumdur ki, tütünçülük aqrar sektorun ən gəlirli 

sahələrindən biridir. Azərbaycanda bu sektorda keyfiyyətli məhsul istehsal etmək üçün həm təbii 

şərait, həm böyük ənənə  və  təcrübə, həm də keçmiş strukturdan qalma mütəxəssis bazası, emal 

fabrikləri, ucuz və yerli xammal əldə etmək və nəhayət, daxili və xarici bazara çıxış imkanı vardır. 

Əldə olunan məlumatlara görə Sovetlər dönəmində respublikamızda tütünçülük güclü inkişaf 

edib, 26 rayonda bəzi illərdə 10-15 min hektar sahədə məhsul istehsal olunaraq bu sahədən yaxşı gəlir 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

525



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

əldə edilib.1970-ci illərdə Azərbaycanda təxminən ildə 25 min ton tütün istehsal olunub. 1980-ci 

illərdə isə tütün istehsalı 60 min tona çatdırılıb. Tütün iqtisadi əhəmiyyətinə görə, Azərbaycanda 

pambıqçılıqdan sonra 2-ci texniki bitki sayılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra 

pambıqçılıq, çayçılıq, üzümçülük, ipəkçilik kimi yüksək gəlir gətirən sahələrlə yanaşı, tütünçülükdə də 

tənəzzül başladı. Son 20 ildə tütün istehsalı 50 min ton azalaraq 2010-cu ildə  cəmi 3.2 min tona 

düşdü,getdikcə  də azalır. Hazırda Azərbaycanda  Şəki-Zaqatala zonasında az həcmdə tütün əkilir. 

Lakin istehsal və satış prosesi ,habelə tütün sektorunun idarə edilməsi tələb olunan səviyyədə  təşkil 

olunmadığından tütün xammal kimi ucuz qiymətə qonşu ölkələrə satılır. 

Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 noyabr 2002-ci il tarixli qərarla “Qiymətli və 

keyfiyyətli tütün istehsalı üzrə Dövlət Proqramı”nı, “Tütün istehsalçılarına dövlət himayəsinin, habelə 

qiymətli və keyfiyyətli tütün istehsalının stimullaşdırılmasının digər forma və  şərtləri haqqında 

Əsasnamə”ni və “Tütünün və tütün məmulatının keyfiyyətinə  və dövriyyəsinə dövlət nəzarətinin 

həyata keçirilməsi Qaydaları”nı  təsdiq etsə  də ötən müddət  ərzində bu sahədə ciddi irəliləyişlər 

yoxdur.  

Doğrudur tütünçülüyün əvvəlki şöhrətinin qaytarılması məqsədilə bir sıra işlər görülmüş, cəhdlər 

edilmişdir. 

2010-cu il İyulun 8-də Zaqatala rayonunda müasir texnologiya əsasında "İnter Tobacco" MMC-

nin tütün emalı zavodu tikilərək istifadəyə verilmişdir. 

Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük mühüm yer tutur.  

Zavod həm Zakatalada, həm də  ətrafda olan Balakən,Şəki,Qax və  Oğuz rayonlarında kənd 

təsərrüfatının bu sahəsinin sürətli inkişafına şərait yarada bilər. 

Müəssisənin  əsas istehsal sexində Amerikanın və  İtaliyanın  şirkətlərindən alınmış, müasir 

texnologiyalarla işləyən avadanlıqlar quraşdırılıb. 

Bundan əlavə, “İnter Tobacco” MMC Zaqatala , Şəki və Qax rayonları ərazisində Bolqarıstandan 

alınıb quraşdırılmış 180 tütünqurutma kamerasından ibarət 3 tütün qəbulu-qurudulması məntəqəsi inşa 

edib.  

Həmçinin, tütün şitillərinin yetişdirilməsi üçün Amerika texnologiyası ilə işləyən 14 istixana da 



quraşdırılıb istifadəyə verilib.  

Hazırda müəssisədə köhnə illərdən hazır məhsul qalığı mövcuddur və yəqin ki,cari ildə istehsal 

olunacaq məhsul da müəyyən müddət anbarda qalacaqdır. 

Təəssüf ki, istehsal olunmuş az miqdarda məhsulun satışında çətinliklər vardır. 

Elə bu səbəbdən də müəssisə  fəaliyyətə başladığı vaxtdan hər il fəaliyyətini zərərlə başa 

vurmuşdur. 

Yaranmış  vəziyyət bir tərəfdən alınmış böyük məbləğdə kreditin qaytarılmasında çətinlik 

yaradır,digər tərəfdən isə tütünçülüyün inkişafı üşün atılan ilk addımdan uğursuzluğa yol açır. 

Torpaq islahatı ilə əlaqədar əkinə yararlı torpaqların əsasən xırda pay torpaqlarına bölünməsi və 

torpaq sahiblərinin ya ondan səmərəsiz, ya da öz arzusuna uyğun bitki əkməsi,suvarma suyunda olan 

qıtlıq,böyük massiv torpaq sahələrinin yalnız çox bahalı meliorativ tədbirlərdən sonra istifadə 

olunmasının mümkünlüyü, habelə digər infrastruktur layihələrinin həyata keçirilməsinə ciddi ehtiyac 

olması böyük həcmdə tütün istehsalına imkan vermir. 

Halbuki,əkinə yararlı, iri suvarma aqreqatları ilə suvarılan torpaq sahələri olsa idi,“İnter 

Tobacco”MMC-nin torpağı  şumlamaq üçün güclü müasir texnikası ,tütün şitilini basdırmaq,əkinə 

qulluq(kultivasiya) işlərini aparmaq üçün mexanizmləri və tütün yarpaqlarını  yığmaq üçün xüsusi 

kombaynları işlək haldadır. Onların əksəri ya heç işləməyib, ya da az istifadə olunub. 

Tütün xarici valyuta ilə ixrac olunduğu üçün devalvasiya nəzərə alınmaqla tütünün yetişdi-

rilməsində fermerlərin maddi maraqlarının təmin edilməsi məqsədi ilə yaşıl tütünün tədarük qiy-

mətlərinin nisbətən artırılması məqsədəuyğundur.  

Qeyd olunanlar deməyə əsas verir ki,tütünçülüyün inkişafında hər şeydən əvvəl dövlət özəl sektor 

partnyorluğunun təmin edilməsi bu işə müsbət təsir edə bilər. Bu sahənin inkişafı üçün ilk növbədə 

yeni Dövlət Proqramının qəbul olunması məqsədəuyğundur. 

Aşağıdakı məsələlərin həlli də bu sahənin inkişafına təkan verə bilər: 

- Tütün əkini sahəsini genişləndirərək, məhsulun  əkini, becərilməsi və  yığılması  işlərinin mexa-

nikləşdirilmiş qaydada aparılması üçün iri massiv torpaq sahələrinin ayrılması, həmin sahələrin 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin