Microsoft Word 00 KeyNote Speakers Materiallar


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə103/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   99   100   101   102   103   104   105   106   ...   148

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

560



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

  əməliyyat xərclərini azaldır və bununla da məhsuldarlığı artırır, eləcə  də biznes prosesləri 

optimallaşdırır; 

  ünsiyyət və  əlaqənin daha bahalı vasitələrini  əvəz etməklə  həm müəssisələr arasında, həm də 

beynəlxalq səviyyədə əlaqələrin qurulmasına şərait yaradır; 

  müəssisə daxilində kağız sənədləşmənin olmaması  və  sənədlərin elektron dövriyyəsinin tətbiqi 

nəticəsində müqavilələrin bağlanması və sazişlərə nəzarət xərclərini aşağı səviyyəyə endirir; 

  istehlakçıların ehtiyaclarını daha səmərəli  şəkildə  nəzərdən keçirir və ona müvafiq olaraq 

marketinq strategiyasını qurmağa imkan yaradır; 

  müəssisənin bazar rəqabətinə davam gətirməsinə və iqtisadi artıma səbəb olur və s. 

 

 

 



MALIYYƏ TƏHLÜKƏSIZLIYININ TƏMIN EDILMƏSINDƏ  

MƏRKƏZI BANKIN ƏSAS VƏZIFƏLƏRI 

 

Elxan VƏLİYEV 

Azərbaycan Dövlət İqtisad Universiteti 



e.valiyev@yahoo.com

 

AZƏRBAYCAN 

 

Dünya maliyyə sistemində baş verən dəyişikliklər, dünyanın bir çox ölkəsində qeyri-sabit 



vəziyyətin mövcudluğu iqtisadi sistemlərin, onları destabilləşdirən amillərin vəziyyətinin daimi 

monitorinqinə  və parametrlərinin analizinə (hədələrin, onların indikatorlarının aydınlaşdırılması  və 

risklərin qiymətləndirilməsi) kompleks yanaşma tələb edir. 

Dünya təcrübəsi göstərir ki, maliyyə-iqtisadi böhranından çıxmağın ilkin şərti - makroiqtisadi 

sabitliyin yaradılması, onun əsas göstəriciləri olan inflyasiya tempinin aşağı salınması  və milli 

valyutanın möhkəmləndirilməsidir. Bu məqsədlərə nail olunması isə pul-kredit siyasətinin bazar 

iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən qurulmasını və xüsusi olaraq sərtləşdirilməsini tələb 

edir. Pul-kredit siyasəti başlıca olaraq, dəyər amilləri vasitəsilə makroiqtisadi parametrlərə: iqtisadi 

artıma, məşğulluğa, qiymətə, tədiyə balansına təsir göstərilməsini özündə  əks etdirir. Onun başlıca 

məqsədi kredit verilməsinə və pul tədavülünə təsir etməkdən, o cümlədən inflyasiya ilə fəal mübarizə 

vasitəsilə iqtisadi kəmiyyəti tənzimləməkdən ibarətdir. 

Maliyyə  təhlükəzliyi siyasətin obyekti kimi maliyyə vasitəçiləri, bazarlar, maliyyə bazarının 

infrastrukturu, eləcə  də maliyyə sistemi və real iqtisadiyyat arasında qarşılıqlı  əlaqələr çıxış edir. 

Monetar siyasətin maliyyə təhlükəzliyinin təminatında əsas məqsədləri: 

• tənəzzül və xarici şokları da nəzərə almaqla maliyyə sisteminin məcmu  şoklara qarşı 

dayanıqlığının dəstəkləməsi; 

•  maliyyə sisteminin bütövlükdə üzərinə götürdüyü risklərin məhdudlaşdırılması; 

• maliyyə tsiklinin hamarlaşdırılması: maliyyə sisteminin sabitliyi və ya iqtisadiyyat üçün 

potensial təhlükə ola biləcək “köpüklərin” yaranmasının qarşısının alınması. 

Maliyyə  təhlükəzliyi siyasətə görə  məsuliyyəti mərkəzi bankın üzərinə qoymaqla yanaşı, onun 

monetar siyasəti həyata keçirmək öhdəliyi də nəzərdə tutulmalıdır; 

1. Maliyyə  təhlükəzliyi təmin edən orqan kimi Mərkəzi Bankın sərəncamında müfaviq alətlər 

olmalıdır; 

2. Maliyyə  təhlükəzliyi prosesində  iştirak edən bütün orqanlar mümkün siyasi təzyiqdən və ya 

sahəvi lobbizmdən müdafiə olunmalıdır; 

3. zəruri Maliyyə təhlükəzliyi qərarların səmərəli şəkildə və tezliklə həyata keçirilməsi üçün onun 

formulirovkasında, həyata keçirilməsində, cəmiyyətlə əlaqələrində iştriak edən bütün orqanlar arasında 

rol və səlahiyyətlər dəqiq bölüşdürülməlidir; 

Valyuta bazarında yaranmış qeyri-sabit vəziyyəti nəzərə alaraq AMB–ın idarə heyətinin qərarı ilə 

21 fevral 2015 ci il tarixində ABŞ dolları manata qarşı məzənnəsini 1.05 manat müəyyən etdi. Qərarın 

alınmasında  əsas məqsəd: Milli iqtisadiyyatına  şaxələnməsinə  əlavə avantajlarla təmin etmək; Milli 

iqtisadiyyatın beynəlxalq rəqabət qabilliyyətliyini təmin etmək və milli iqtisadiyyatın ixrac poten-



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

561



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

sialını gücləndirmək olaraq müəyyən olundu. Azərbaycanda devalvasiyadan sonra yaranan ajiotajı 

psixoloji faktorla izah etmək olar. Son aylarda volatilliyin daha da artması nəzərə alınmaqla 2014-cü 

ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür. Bütün 

bunlar xarici valyutaya tələbatı artırmaqla manatın məzənnəsinə güclü təzyiq yaratmış, manatın 

məzənnəsinin dəyişməsi gözləntilərini yüksəltmişdir. Bu proseslərin təsiri altında valyuta bazarında 

kəskin dizbalans yaranmışdır. Mərkəzi Bankın valyuta bazarında satışları 8 mlrd. ABŞ dollarını ötmüş, 

valyuta ehtiyatları isə 5 mlrd.ABŞ dollarınadək düşmüşdür. Bununla da Mərkəzi Bank neftin yüksək 

qiymətlərində iqtisadiyyatdan topladığı xarici valyutanı yenidən iqtisadiyyata qaytarmış, nəticədə 

iqtisadi subyektlərin balanslarının valyuta strukturu dəyişmişdir. Əhalinin xarici valyutada əmanətləri 

(ABŞ dolları ifadəsində) ilin əvvəlindən bəri 50%-dən çox artaraq 5 mlrd.ABŞ dollarını ötmüşdür. 

Yaranmış  şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını 

zəruri etmişdir. Bunu nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində “üzən 

məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Nəticədə manatın bütün tərəfdaş ölkələrin 

valyutalarına nəzərən nominal ikitərəfli məzənnəsi  əhəmiyyətli ucuzlaşmış, onun nominal effektiv 

məzənnəsi 40%-dən çox ucuzlaşmışdır. Effektiv məzənnənin ucuzlaşması idxalı  əvəzləyən və ixrac 

sahələrinin inkişafını stimullaşdıran amildir. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət 

Palatası publik hüquqi şəxsin yaradılması haqqında AR Prezidentinin 03 fevral 2016-ci il Fərmanına 

əsasən Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit 

təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri 

fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul 

vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının 

alınması sahəsində  nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə  nəzarət 

sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi güdür. 

Biz hesab edirik ki, Mərkəzi Bank Pul siyasətinin əsas istiqamətlərini hazırlamadan öncə, xarici 

və daxili iqtisadi mühit, maliyyə bazarlannın durumu və pul siyasətinin ötürücülük qabiliyyətinin 

xüsusiyyətlərini təhlilini hərtərəfli qiymətləndirmə apardıqdan sonra nəzərə almalıdır. Mərkəzi 

Bank valyuta ehtiyatlarını idarə edərkən təhlükəsizlik və likvidlik prinsiplərinə sadiqlik nümayış 

etməlidir. Düşünürük ki, Azərbaycan iqtisadiyyatının müasir durumuna uyğun olaraq Mərkəzi Bank 

sosial rifahın və investisiya aktivliyinin qorunmasında təminatı olaraq manatın məzənnəsinin sabitliyi 

əsaslı oduğunu bilir və fəaliyyətində mühüm prioritet olaraq qalacaqdır.

 

 



 

 

KƏND TƏSƏRRÜFATININ SƏMƏRƏLİLİYİN ARTIRLMASI 



YOLLARI 

 

Şəlalə HƏMZƏZADƏ 

Qafqaz Universiteti 



shamzazada@gmail.com 

AZƏRBAYCAN 

 

İqtisadiyyatda mövcud olan məhdud resursları sonsuz ehtiyyacları təmin edə bilməsi baxımından 



mal və xidmət istehsalında bir sıra problemlər meydana gəlir. Ehtiyyaclar sonsuz və resurslar məhdud 

olduğu üçün istehsal amillərini effektiv və  səmərəli istifadə edərək yüksək rifah səviyyəsinə nail 

olmaq və bu nöqtədə inkişafın davamlı olmasını təmin etmək lazımdır. Məhdud resurslarını səmərəli 

sahələrdə istifadə etməyən ölkələr beynəlxalq inkişafdan geri qalır və həmin ölkələr ilə digər ölkələr 

arasındakı rifah fərqi vaxt keçdikcə daha da dərinləşir. Dolayısı ilə bu qaynaqların səmərəli istifadəsi 

və bu səmərəliliyin davamlı olaraq artması bir iqtisadiyyat üçün zəruridir. 

Kənd təsərrüfatında səmərəlilik ümumi olaraq suvarma, gübrə, dərman, toxum, işgücü, torpaq, 

məhsulların daşınması, saxlanılması, satılması, istehsal faktorları qiymətləri, məhsul qiymətləri, vergi, 

təşviq, sosial struktur, təhsilin səviyyəsi, torpağın strukturu və iqlim şərtləri kimi bir çox faktorun 

təsiri altında formalaşır. 

Kənd təsərrüfatının iqtisadi inkişafa təsirini artırmağın yolu sektorda ən uyğun texnologiyaları 

istifadə edərək istehsalın mümkün olan ən minimum xərclə həyata keçirilməsi ilə mümükündür. Özünə 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

562



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

xas xüsusiyyətləri olan kənd təsərrüfatı sektorunun, sektorlararası münasibətlərdəkidəyişikliklərə 

uyğunlaşması  məhz buna bağlıdır.Çünki səmərəliliyin artmasını  təmin etmək məqsədilə  əmələ 

gələnistehsal faktorları  tələbi, kənd təsərrüfatının digər sektorlar tərəfindən texnologiya transferi 

şəklində  təminini tələb edir. Bu da iqtisadi inkişaf səviyyəsi ilə yaxından  əlaqəlidir. Kənd 

təsərrüfatında istehsal miqdarını artıracaq texnoloji təchizat başda sənaye sektoru olmaqla digər 

sektorlardan təmin olunur. 

İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalını artıracaq texnologiyaları 

ölkələrin milli sənayeləri tərəfindən qarşılana bilməməsi, müvafiq texnologiyaların idxal yolu ilə əldə 

ediləməsini zəruri edir. Bu da öz növbəsində  kənd təsərrüfatında istehsal xərclərini artırır. Ancaq 

bununla birlikdə iqtisadi inkişaf üçün sektorlararası münasibətlərin uyğunluğunun zərurililiyi, iqtisadi 

inkişaf qədər, kənd təsərrüfatı sektoru da inkişaf edən texnologiyalardan öz payına düşəni almalıdır. 

Göründüyü kimi, kənd təsərrüfatında səmərəliliyin artışından danışarkən iqtisadi inkişaf və kənd 

təsərrüfatı - sənaye münasibətlərindən də  bəhs etmək lazımdır. Kənd təsərrüfatı  səmərəliliyini təyin 

edən  ən önəmli faktorlardan olan texnoloji səviyyə  və yeni texnologiyaların tətbiqi, kənd təsərrüfatı 

təhsili kimi məsələlərdə sektorun iqtisadi inkişafa təsirini əsaslandırır.  

Kənd təsərrüfatı istehsalının  əsasən torpaqdan asılılığı, istifadə edilən texnologiyaların da fərqli 

olmasını  tələb edir. Kənd təsərrüfatında texnologiyanın səmərəli istifadəsi, istehsal fəaliyyətinin 

həyata keçirildiyi coğrafı regiona, iqlim şəraitinə və kənd təsərrüfatı müəssisələri arasında resursların 

paylaşım səviyyəsindən asılıdır. Bu baxımdan kənd təsərrüfatında tətbiq olunan texnologiyalar digər 

sektorlardakı texnologiyalardan fərqli və özünə  məxsus xüsusiyyətləri olan texnologiyalardır. 

Şübhəsiz ki, ölkələrin kənd təsərrüfatında istifadə etdikləri texnologiyaları özlərinin istehsal etmələri 

daha uyğundur. Ancaq kənd təsərrüfatında iqtisadi təsir yaradacaq texnologiyaları istehsal etmək 

kapital tutumlu sənayelərin qurulmasını  tələb etdiyindən, iqtisadi inkişaf baxımından bu səviyyədə 

olmayan ölkələr müxtəlif problemlərlə qarşılaşırlar. Kənd təsərrüfatında səmərəliliyi artırmaq üçün 

idxal edilən texnologiyalar sektorda optimal faktor uyğunluğunun meydana gəlməsini təmin edə 

bilmir. Çünki qiymət sabitliyi baxımından tarazsız bir mühitə sahib olan kənd təsərrüfatı sektorunda 

idxal texnologiyalarının istifadəsi faktor xərclərini də artıracaq və dolayısı ilə istehsalın baha başa 

gəlməsinə  səbəb olacaqdır.  İstehsaldakı  gəlir və qiymət tarazsızlıqları aradan qaldırmaq üçün edilən 

dövlət müdaxilələri zamanla iqtisadiyyat üçün əhəmiyyətli dərəcədə yükə çevrilə bilər. 

Kənd təsərrüfatında səmərəliliyi artıran  ən önəmli faktorlardan biri də istehsalçıların təhsil 

səviyyəsidir. Kənd təsərrüfatında texnologiyaların tətbiq olunması hər şeydən öncə bu sahədə müvafiq 

biliklərin və bacarıqların olmasını tələb edir. Bu baxımdan kənd təsərrüfatında təhsil və araşdırmalara 

üstünlün vermək, istehsal ilə texnologiyanın istifadəsinin artırılması istiqamətində məlumat bazasının 

yaradılmasını  təmin etmək önəmli bir problem əmələ  gətirmişdir. Ümumilikdə texnoloji baxımdan 

faktor bolluğuna sahib olmaq istehsalın arzu edilən səviyyədə həyata keçməsinə imkan verməyə bilər. 

Həmçinin istehsalçıların ümumi iqtisadi hədəfləri baxımından kənd təsərrüfatı məhsulları istehsalının 

əhəmiyyətini anlamaları və dolanışıq üçün istehsal etmək yerinə, ticarət məqsədi ilə istehsal etmələri 

qarşıda duran əsas vəzifələrdən biri olmalıdır. Bunun üçün də  kənd təsərrüfatı istehsalı ilə  əlaqədar 

edilən texnoloji və bioloji araşdırma nəticələrinin istehsalçılara çatdırılması, səmərəliliyin artırılmasına 

səbəb olacaq digər kəşflərin istehsal müddətinə  əlavə ediləməsi qaçınılmazdır. Kənd təsərrüfatında 

təhsilin səviyyəsinin inkişafına paralel olaraq ortaya çıxan  ən önəmli problem kənd təsərrüfatı ilə 

əlaqədar nəşrlərin fəaliyyətidir. Kənd təsərrüfatı nəşrləri, bu sahədəki tədqiqatçılar texnologiya istehsal 

edənlər ilə kənd təsərrüfatında istehsal fəaliyyətlərinə qatınlanlar arasındakı münasibəti ortaya qoyan 

və inkişaf elətdirən önəmli bir faktordur. Kənd təsərrüfatında tələb olunan texnologiyaları tapmaq, 

onların istifadəsini öyrənmək özəlliklə pərakəndə şəkildə fəaliyyət göstərən kiçik və orta müəssisələrin 

iqtisadi və sosial imkanlarını artırır. Bu baxımdan müstəqil fəaliyyət göstərən müəssisələr arasındakı 

məlumat axını və ya məlumatın müəssisələrə çatdırılması nəşr fəaliyyətlərinin vəzifələri arasında yer 

alır. Kənd təsərrüfatında mədaxil istehsal edən bəzi firmaların nəşr xidmətləri istehsalçıya qədər 

çatdırılmaqla bərabər, sözü gedən firmaların bu fəaliyyətləri daha çox reklam məqsədilə olduğundan, 

tam sektor baxımından qiymətləndirildiyində əksik qalır. Bu səbəblə texnoloji xidmətlərin tətbiqi və 

bu mövzuda lazımı  məlumatların istehsalçıya çatdırılması dövlət sektorunun vəzifələri arasında yer 

alır. Kənd təsərrüfatında texnoloji məlumat bazasının təmin edilməsini bu sahədəki müəssisələrin 

işləyişinə buraxmaq rasional bir davranış deyil. Çünki sahib olduğu xüsusiyyətlər diqqətə alındığında 

bu sektora dövlət müdaxiləsi qaçılmazdır.  


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

563



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

ELMI TEXNIKI KADR POTENSIALININ FORMALAŞMASI  

 

Vəfa RÜSTƏMOVA

 

AMEA 


İqtisadiyyat İnstitutu 

vefa.rustamova2013@gmail.com. 

AZƏRBAYCAN 



 

Elm həyatın bütün sаhələrinə nüfuz etmiş və bütün ixtisas sаhələrini diferensiallaşmasına səbəb 

olmuşdur. Müasir təhsilin əsasını elmi biliklər təşkil edir. Müаsir dövrdə hər bir dövlətin sosiаl-iqti-

sаdi təhlükəsizliyinin təmin edilməsi, elmi-texniki tərəqqiyə əsаslanаn, iqtisadiyyаtının inkişafından və 

onun kadr potensiаlındаn, insan kapitalından asılıdır. Dünya təcrübəsi göstərir ki, inkişaf 

səviyyəsindən asılı olmadan, hər bir ölkənin iqtisadi inkişafı, elmi-texnologiyanın inkişafına əsaslanan 

insan kapitalıəsasında formalaşır. Məhz bu baxımdan, elmi – texniki kadr potensialı dedikdə, elmi 

yeniliklərə  həssas, nəzəri və metodoloji bilikləri mənimsəmiş, tədqiqatçı-mütəxəssislərin məcmusu 

başa düşülür.  

Yüksək ixtisaslı elmi-texniki kadrlаrın hazırlanmasını təhsil və elmi tədqiqat müəssisələri həyаtа 

keçirir. Bu sahədə  əldə olunan biliklər sistemini üç yerə ayırmаq olar. Bunlardan birincisi, hər bir 

insana məxsus adi bilik və vərdişlərdir ki, bunlar аilə şərаitində öyrədilir. İkincisi, nəzəri biliklərdir ki, 

bu biliklər də məktəb, litsey və kоlleclərdə əldə оlunur. Üçüncüsü isə, müəyyən sahə üzrə tаm biliklər 

əldə etmiş məzunlardır ki, bunların dа əldə etdiyi biliklərin nəzəri hissəsi ali təhsil оcaqlarında, təcrübi 

hissəsi isə istehsal sahələrində  əldə olunur. Bu fəaliyyət sahəsində  məzunlar gələcək həyat və 

fəaliyyətdə lazım  оlаn bilik və  vərdişləri sistemli şəkildə  əldə etmiş edirlər. Bunа görə  də, təhsildə 

elmi biliklərə üstünlük verilir və elmi kаdrların hаzırlanmаsı elmi – tədqiqat müəssisələrində davаm 

etdirilir.  

Elmlə istehsalаtın qarşılıqlı  əlaqəsi, ölkənin elmi-texniki kаdr pоtensialının yüksək səviyyəsi, 

dövlətin surətlə inkişaf etməsinə  səbəb olur. Bütün sahələrdə ETKP-ın tədqiqi və ondan səmərəli 

istifadə olunması mühüm rol oynayır. Azərbaycan Respublikasında sosial - iqtisadi inkişafa nail olmaq 

üçün, kadr potensialının inkişaf etdirilməsi, mövcud imkanlardan səmərəli istifadə olunması  tələb 

olunur.  

Dünya təcrübəsində elmi-texniki kаdrların hazırlanması  və istifadəsi ölkənin ixrac imkanlarını, 

dünya bazarında rəqabət qabiliyyətini, insаn kаpitalının inkişafını müəyyənləşdirən mühüm amil hesab 

olunur. Çünki, ixtisaslı  kаdrlar ölkənin sosial - iqtisadi inkişafının  əsasını  təşkil edir. Bu bаxımdan 

inkişaf etməkdə olan ölkələrdə kаdrlаrdan cəmiyyətin inkişafında səmərəli istifadə olunmаsına xüsusi 

diqqət verilir. Təsаdüfi deyil ki, inkişaf etmiş ölkələrdə milli sərvətin 60-70%-ni məhz insan kapitalı 

təşkil edir. Bunu inkişaf etmiş ölkələrin intellektual potensialın formalaşması və inkişafı istiqamətində 

həyata keçirilən tədbirlərin nəticəsi kimi də qiymətləndirmək оlar.  

Hazırda cəmiyyətin sosial-iqtisadi fəaliyyət sahələrində təhsilin rolu daha da artmadadır. Məhz bu 

baxımdandır ki, Birləşmiş Millətlər Təşkilatı XXI əsri “Təhsil əsri” elan edib. Yüksək intellektə malik 

insan kаpitаlının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında 

təhsilin, xüsusilə ali təhsilin kadr potensialı aktualdır.  

Azərbaycаn Respublikаsının Prezdenti İ.  Əliyev 4 may 2009-cu ildə imzaladığı "Azərbaycan 

Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və onun həyata keçiril-

məsi ilə bağlı dövlət prоqramı elmin genişmiqyaslı, hərtərəfli və köklü islahatlarını nəzərdə tutan çox 

mühüm sənəddir.  

ETKP-dan istifadənin təkmilləşdirilməsi məqsədi ilə, mövcud prоblemləri aşağıdakı ardıcıllıqla 

sıralamaq olar: 

- yaxşı mütəxəssislərin itirilməsi;  

- bəzi sahələrində kadrların çatışmaması;  

- klassik məktəblərin dağılması, elmi və intellektual əməyin nüfuzdan salınması.  

Bu sahədə yaranmış problemlərin aradan qaldırılması  məqsədi ilə  aşağıdakı  vəzifələrin yerinə 

yetirilməsi məqsədə uyğun olardı: 

- elmi - texniki kadr potensialın təhlil; 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

564



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

- ETKP-ın potensialın xüsusiyyətlərinin aşkara çıxarılması və qiymətlədirilməsi; 

- Ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının potensialını açıqlamaq; 

- ETKP–da dünya təcrübələrinin öyrənilməsi; 



- bu sahənin mövcud vəziyyətinin təhlil edilməsi, çatışmazlıqların aşkar edilməsi və mövcud 

imkalarının qiymətləndirilməsi;  

- insan kapitalının formalaşdıran amillərin müəyyən edilməsi. 

Hazırda, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssis hazırlığı üç pilləlidir: 

bаkаlavr, mаgistratura, dоktorantura. Bаkаlavr təhsil pilləsində ayrı-ayrı istiqamətlər üzrə geniş profilli 

ali təhsilli mütəxəssis hazırlığı həyata keçirilir. Təhsil Nazirliyinin tabeliyində оlan оrta ixtisas təhsili 

müəssisələrinin sayı 45, digər dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrin 

sayı 12, özəl orta ixtisas təhsili müəssisələrinin sayı 4 olmaqla, ümumilikdə 61-dir. Bundan əlаvə, 

Respublikada 6 uşаq evi, 39 internat məktəbi, 2 Qeyri Dövlət Uşaq Təşkilatı fəaliyyət göstərir.  

Azərbаycanda  аli təhsilin bakalavriat pilləsini bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas 

dərəcəsinə sahib olurlar. Magistraturatəhsil pilləsində ixtisaslaşmalar üzrə elmi-tədqiqat və ali təhsil 

müəssisələrində elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik olan ali təhsilli mütəxəssislər 

qəbul edilərək hazırlanır və magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır. Məzunlara «magistr» 

ali elmi-ixtisas dərəcəsi və ali təhsilin müvəffəqiyyətlə bitirmiş  məzununa müvafiq qaydada sənəd - 

diplom verilir. Dоktоrantura ali təhsil bazasında, ali təhsil müəssisələrində  və elmi təşkilatlarda 

yaradılan doktoranturalarda həyata keçirilir.  

Аzərbaycan Respublikasının iqtisadi inkişafına xidmət edən elminin inkişaf istiqamətləri, 

aşağıdakı (Sxem 2.) kimi müəyyənləşdirilmişdir: 



Sxem 2. Аzərbaycan Respublikasında elmin inkişaf istiqamətləri 

(Sxem, Аzərbaycan Respublikasının dövlət proqramını əsas götürərək, müəllif tərəfindən hazırlanmışdır) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sxem 1.1.- də göstərilən mərhələlər Azərbaycan Respublikasının dövlət proqramının  əsasını 

təşkil edir. Azərbaycanda ETKP- nın formalaşması və inkişaf etdirilməsi üçün, elmi müəssislərdə və 

ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyəti işin daha da gücləndirilməsi, respublika alimlərinin 

yaradıcılıq potensialının tam aşılanması üçün şəraitin yaradılması, xarici ölkələrdə  təhsil almaq və 

təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların hazırlanması, sahəsində fəaliyyətinin inkişafı əsas 

amillərdən hesab olunur.  

Elmi – texniki kadr potensialına iqtisadiyyatın əsas aparıcı amili kimi baxılarsa, daha doğru olar. 

Elmi – texniki kadr potensialının sosial-iqtisadi mahiyyətinin nəzəri  əsaslarının daha geni açılması 

üçün, elmin inkişafının, onun istiqamət və perspektivlərinin təhlilinin öyrənilməsi üzrə problemlərin 

tədqiqi  əsasında mümkündür. “Elmi – texniki inqilab” prosesini yaradan insan zəkasıdır. Tarixən 

yaranan bu kadr potensialı beş, on il sonra daha yeni tələbələrin olmasını tələb edəcək.  

Azərbaycan Respublikasında ETKP-nın inkişaf problemlərinə aid tədqiqatların çoxalmasına 

baxmayaraq, bu sahə kifayət qədər araşdırılmamış, onun formalaşması və idarə edilməsi üzrə dünya 

təcrübəsi tam ümumiləşdirilməmiş  və vahid yanaşma formalaşmamışdır. Bununla əlaqədar olaraq 

Respublikada aparılan 

fundamental tədqiqatların 

tətbiqinin təmin edilməsi; 

Elmi müəssislərdə və ali məktəblərdə 

aparılan elmi-tədqiqat fəaliyyəti işin 

daha da gücləndirilməsi 

Azərbaycanda elmi-texniki 

potensialın qorunması və 

inkişaf etdirilməsi 

Respublika alimlərinin 

yaradıcılıq potensialının tam 

aşılanması üçün şəraitin 

yaradılması 

AMEA-nın beynəlxalq elmi layihə və 

proqramları həyata keçirən mərkəzə 

çevrilməsi üçün şəraitin yaradılması 

Elmi müəssisələrdə 

kompleks proqramların 

işlənməsi və onların 

maliyyələşdirilməsinin 

müsabiqə əsasında 

Xarici ölkələrdə təhsil almaq və 

təcrübə keçmək yolu ilə yüksək 

ixtisaslı kadrların hazırlanması 

AMEA-da yüksək ixtisaslı elmi 

kadrların hazırlanması sahəsində 

fəaliyyətinin inkişafı 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin