IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
499
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
PROCEEDINGS
SECTION III
ECONOMICAL SCIENCES
Economics
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
500
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
ƏRZAQ TƏHLÜKƏSIZLİYİ: ƏRZAQ İTKİSİ PROBLEMİ
Pərviz ƏLİYEV
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
parvizaliyev2016@gmail.com
AZƏRBAYCAN
Ərzaq təhlükəsizliyi ərzaq təchizatı və insanların bu ərzaq məhsullarına çıxışı ilə bağlı
vəziyyətdir. Dünya Ərzaq Sammitinin yanaşmasına görə, ərzaq təhlükəsizliyi o zaman mövcuddur ki,
bütün insanların sağlam və fəal həyat sürə bilməsi üçün kifayət həcmdə, təhlükəsiz və qida dəyəri olan
ərzaq məhsullarına çıxışı olsun. Həmçinin ərzaq məhsullarına çıxış həm fiziki, həm də iqtisadi
cəhətdən təmin olunmalıdır. Ərzaq təhlükəsizliyi üç sütun üzərində qurulmuşdur: ərzaq məhsullarının
əlyetərliyi (davamlı olaraq kifayət həcmdə ərzağın mövcud olması), ərzaq məhsullarına çıxış
(qidalanma məqsədilə uyğun həcmdə ərzağın əldə edilə bilməsi üçün kifayət həcmdə resursun
(maliyyə) olması), ərzaqdan istifadə (yaşayış və qidalanma normalarına uyğun istifadə, habelə sudan
istifadə və sanitariya qaydalarına riayət olunması). Deyilənləri ümumiləşdirərək demək olar ki, ərzaq
təhlükəsizliyi insanların normal həyat sürməsi üçün normal şəkildə qidalanmasını təmin edən sosial-
iqtisadi şərtlər çoxluğunu ifadə edir.
Dünya əhalisinin sürətlə artması, təbii resursların isə sürətlə tükəndiyi müasir dövrdə ərzaq
təhlükəsizliyi xüsusilə əhəmiyyətlidir. Hesablamalar göstərmişdir ki, 2050-ci ildə 9 mlrd. insan üçün
kifayət qədər ərzaq istehsal etmək üçün kənd təsərrüfatı istehsalının hazırkı səviyyəsini 70% artırmaq
və İEOÖ kənd təsərrüfatlarının inkişafı üçün isə hər il 83 mlrd. ABŞ dolları investisiya lazım
gələcəkdir. Odur ki, dünya üzrə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün ən müxtəlif istiqamətlərdə
tədqiqatlar aparılır. Bu tezisdə diqqət ərzaq təhlükəsizliyinin təmin edilməsi yollarından biri kimi,
ərzaq itkilərinin qarşısının alınması üzərində cəmlənmişdir.
Bu gün dünya üzrə 800 milyondan artıq insan az qidalanmadan əziyyət çəkir. Ancaq buna
baxmayaraq, hər il istehsal olunan 1,3 mlrd. ton ərzaq ümumiyyətlə istehlak olunmur. Bu ərzaq
kütləsi, xammalın fermanı tərk etməsindən, hazır məhsulun istehlakçıya çatmasına qədərki yolun hər
hansı mərhələsində korlanır və ya itir. Bu ərzaq məhsullarını iki qrupa bölmək olar: əsasən İEÖ
ölkələrdə təsadüf edilən “ərzaq korlanması” və əsas etibarı ilə İEOÖ-lərdə müşahidə olunan “ərzaq
itkisi”. Ərzaq korlanması istehlak üçün hazır olan, ancaq pərakəndə ticarətçilər və istehlakçıların özləri
tərəfindən korlanan ərzaq məhsullarını ifadə edir. İnkişaf etmiş ölkələrdə yüksək estetik standartlar,
ərzaq məhsullarının təchizatı üzrə çox ciddi tələblər, böyük yemək porsiyaları və həvəsləndirici
satışlar çox vaxt həddən artıq böyük həcmdə ərzaq istehsalına gətirib çıxarır ki, bu məhsulların da
əksər hissəsi sonradan tullantıya çevrilir. Ərzaq itkisi isə İEOÖ-lərdə əsasən, istehsal, emal və
bölüşdürmə mərhələlərində məhsul itkisini ifadə edir və bu itkilər bu ölkələrdə mövcud olan ərzaq
itkisinin 90%-ni təşkil edir. Bu itkilərin əsas səbəbi tədarükat zənciri iştirakçılarının məhsulların
qablaşdırılması, saxlanması və daşınması üzrə kifayət qədər təcrübəyə və müvafiq texnikaya sahib
olmamaları, habelə ölkədaxili logistik sistemin zəifliyi ilə bağlıdır.
İllik ərzaq itkisinin həcminin yarıya qədər ixtisar edilməsi bir milyard insanı ərzaqla təmin
etməyə imkan verərdi. Beləliklə, artan dünya əhalisinin ərzağa olan tələbatının təmin edilməsi
probleminin həlli yollarından biri kimi, istehsal olunmuş ərzaq itkisinin azaldılması və bu məhsulların
yenidən dövriyyəyə qaytarılması çıxış edə bilər.
Ölkəmizdə də itkilər əsas etibarı ilə istehsal, emal və bölüşdürmə mərhələlərinə təsadüf edir.
Dövlət statistika komitəsindən əldə edilən məlumata görə, 2014-cü ildə 5,7 mln. ton bitkiçik
məhsulunun 432 min tonu, yəni 7,6%-i, 3,7 mln ton heyvandarlıq məhsulunun 65 min tonu, yəni
1,7%-i, 3,5 mln. ton ərzaq məhsulunun isə 46 min tonu, yəni 1,3%-i itkiyə getmişdir. Ferma daxilində
baş verən itkilər nəticəsində fermerlər öz məhsullarını gəlirə çevirmək imkanından məhrum olurlar bu
isə onların fəaliyyət rentabelliyini aşağı salır və rəqabətqabiliyyətliliyini zəiflədir. Bu problimin həlli
baxımından aşağıdakı təklifləri irəli sürmək olar:
- Regionlarda fermadaxili, aşağı dəyərli emal və saxlanc texnologiyalarının yaradılması. Misal
üçün, taxılın, tərəvəzin və ya toxumların keyfiyyəti saxlamağa və qiymətlərin yüksək olduğu
mövsümdə bazara çıxarmağa imkan verən hermetik kisələrdən istifadə;
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
501
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- İEOÖ-lərin bazarlarında fəaliyyət göstərən iri ərzaq ticarətçilərinin texnologiya, infrastruktur və
idarəetmə bacarıqlarından istifadə;
- Kənd təsərrüfatı kooperativlərinin yaradılması və məhsulların birgə emalı və daşınmasının təmin
edilməsi.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə bu problemin həlli istiqamətində bir sıra addımlar
atılmışdır. Buraya fermerlər üçün məhsulların cari bazar qiymətləri haqqında vahid informasiya
formalaşdırılmasını, regionlarda soyuducu anbarların yaradılmasını, ixracın stimullaşdırılması
tədbirlərini və s. göstərmək olar.
AZƏRBAYCANDA TURİZM BAZARININ MODELLƏŞDİRİLMƏSİNİN
NƏZƏRİ ƏSASLARI
Samirə QULİYEVA
Azərbaycan Dövlət İqtisad Universiteti
mirka_709@mail.ru
AZƏRBAYCAN
Bu gün Azərbaycan üçün əsas hədəf neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun dinamik
inkişafının təmin olunmasıdır. Neft tükənən,bərpa olunmayan təbii sərvətdir. Bu baxımdan, bu zəngin
təbii sərvətdən son dərəcə səmərəli şəkildə, qənaətlə istifadə olunmalıdır. Ulu öndər Heydər Əliyev
çıxışlarında daim bəyan etmişdir ki, neft təkcə indiki nəsillərə deyil, həm də gələcək nəsillərə
məxsusdur.
Turizm sahəsində rəqabətin yüksək səviyyəsiturizmin funksional sahəsinin bazar elementlərinin ,
turizm bazarının əsaslarını nəzərə alan iqtisadi-riyazi modelləri və optimallaşdırma məsələlərinin
işlənib hazırlanmasına ehtiyac yaranır. Turizmin idarəedilməsinin çətinliyi turizm xidmətlərinin
çoxsahəli olması ilə xarakterizə olunur.
Hal – hazırda turizm fəaliyyətinin müasir iqtisadi meyarlar, informasiya texnologiyaları və elmi
texniki tərəqqinin son nəaliyyətlərinə cavab verən idarəetmə modelləri işlənib hazırlanmışdır.
Turizmin inkişaf modellərinin strukturu və istifadə olunan riyazi aparata görə təsnifləşdirsək bu
modelləri alarıq : ekonometrik, optimallaşdırma, süni intellekt modelləri.
Modelləşdirmənin əsas prinsiplərindən biri adekvatlıq prinsipidir. Turizm biznesində adekvat
modellərin yaradılması prosesini bir sıra amillər mürəkkəbləşdirir. Turizm sahəsi aralarında çox sayda
heterogen əlaqələrin mövcud olduğu, müxtəlif alt sistemlərdən ibarət olan mürəkkəb sistemdir. Turizm
müəssisələrinin fəaliyyəti siyasi, sosial-iqtisadi və hüquqi amillərdən asılı olan çox sayda biznes
proseslərindən ibarətdir. Bu sahədə ən mühüm nəticələr əməliyyatların tədqiqi metodlarının köməyi ilə
əldə edilmişdir.
Turizm sənayesinin əsas məqsədi gəlirin maksimumlaşdırılması, rəqabət mühitində turizmin
fəaliyyətində riskin minimumlaşdırılmasıdır.Turizm sənayesinin siyasəti gəlirin həcminə təsir göstərən
çox sayda amillərin analizi , müxtəlif vəziyyətlərin hərtərəfli qiymətləndirilməsi və simulyasiyası
əsasında qurulmalıdır. Turizm sənayesində risk şəraitində qərarqəbuletmə strategiyası aşağıdakı
prinsip əsasında formalaşır: risk və gəlir bir istiqamətdə dəyişir- gəlir nə qədər yüksəkdirsə , risk də o
qədər yüksəkdir.
Turizm öz aralarında mürəkkəb qarşılıqlı əlaqədə olan , eyni zamanda determinik və həm də
stoxastik proseslər baş verən sistem olduğuna görə turizm sənayesinin modelləşdirilməsi çox
mürəkkəb prosesdir. Baxmayaraq ki, imitasiya modeli bazarın davranışını proqnozlaşdırmır, lakin
praktik olaraq turizm sənayesində modelləşdirmənin nəticəsi üçün tətbiq olunur.
İstənilən bazar, həm klassik və həm də müasir bazar özünün fəaliyyəti zamanı 3 əsas iqtisadi
qanuna əsaslanır: dəyər, tələb və təklif, rəqabət. Burada tələb və təklif qanunu istehlakçıların bazarda
davranışını formalaşdırır, rəqabət qanunu isə bazarın fəaliyyətinin mexanizmi kimi çıxış edir. Dəyər
qanunu 3 funksiyanı yerinə yetirir: stimullaşdırıcı, bölüşdürücü və istehsalçıların fərqləndirilməsi.
Dəyər qanunu turizm bazarı baxımından özünəməxsus “görünməz əl” kimi çıxış edir ki bu da
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
502
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
turoperatorların və turizm agentlərinin gəlir əldə etmək və öz marağının ödənilməsinə yönəldilməsini
nəzərdə tutur.
Turizmin ölkə iqtisadiyyatına təsiri həm turistik xidmətlərin satışından gələn gəlir sayəsində
dövlət büdcəsində onun çəkisinin artması ilə, həm də yeni iş yerlərinin yaranması ilə müşayiət olunan
turizm sənayeinə investisiya qoyuluşunda özünü göstərir.İqtisadiyyata turizmin dolayı təsiri və yaxud
ölkədə turizm xərclərinin dövriyyəsi zamanı qüvvəyə minən turistik multiplikator, yalnız turistlərin
xərclərindən deyil , həm də həmin dövriyyədə iştirak edən əhali və müəssisələrin yığıma olan
meylindən asılıdır.
Qiymət, infrastruktur, ətraf mühit, texnoloji yeniliklər, insan resurslarıvə sosial inkişaf kimi
amillərin müəyyənləşdirdiyi rəqabətqabiliyyətliliyi turizmdə çox önəmli göstəricidir.
Turizmdə baş verən proseslərin modelləşdirilməsi zəruri hal alır. Modelləşdirmənin nəticələri
turizm sahəsində strategiyanın işlənib hazırlanması, qərarın qəbul edilməsi və planlaşdırma üçün çox
vacibdir.
Turizmin modelləşdirilməsinin əsas obyekti kimi ölkəyə gələn xarici turistlərin sayı və möv-
sumiliklə bağlı göstəricilər çıxış edir ki, bu göstərici əsasında sistemdə digər qiymətlər müəyyənləşir.
Dəqiqliyi təmin edən və proqnozlaşdırma keyfiyyətinə malik olan reqressiya modelləri şəklində
olan ekonometrik modellər turizmdə çox istifadə olunur.Azərbaycanda turizmin əsas göstəricisi
mehmanxanaların sayı , inflyasiya və ÜDM –un artım tempidir.
Hal-hazırda bütün dünyada riyazi iqtisadiyyatda yeni sahə olan CGE tipli modellər daha geniş
yayılır.CGE modelini xarakterizə edən 3 əsas aspekt müəyyən etmək olar. 1) ümumilik xassəsi – öz
fəaliyyəti ilə bütünlükdə iqtisadi sistemə təsir göstərən iqtisadi agentləri özündə əks etdirir.Bu
agentlərə ev təsərrüfatı, firmalar, dövlət və xarici mühiti misal göstərmək olar. 2) tarazlılıq xassəsi-
CGE modelləri özündə xətti tənliklər sistemini daxil edir ki, bu sistemin həlli nəticəsində istehsal
amilləri , xidmət və əmtəə bazarında tarazlıq yaranır.3) kəmiyyət xassəsi- modelin nəticəsidir.
CGE model turizm siyasətini təhlil etmək, eləcə də təklif olunmuş turizm üzrə strategiyaların
iqtisadi keyfiyyətini və digər planlaşdırma və investisiya tendensiyalarını araşdırmaq və qiy-
mətləndirmək üçün imkan yaradır. Model həmçinin turizm sənayesinin inkişafının proqnozlaşdırılması
üçün istifadə edilə bilər
CGE modelinin Azərbaycana tətbiqi sayəsində turizmin vergi siyasətini , iqtisadiyyatın hər bir
sahəsinininkişafının proqnozunu və qarşılıqlı təsirinin qiymətləndirilməsini müəyyənləşdirmək olar.
AZƏRBAYCAN RESPUBLİKASININ İQTİSADİ İNKİŞAFINDA EMAL
SƏNAYESİ MÜƏSSİSƏLƏRİNİN ROLUNUN ARTIRILMASI ÜÇÜN
BİR SIRA TƏKLİFLƏR
Sadiq ƏFƏNDİYEV
Azərbaycan Texnologiya Universiteti
sadiqefe@yahoo.com
AZƏRBAYCAN
Respublikada emal sənayesi müəssisələrinin rəqabətədavamlı dayanıqlı və davamlı inkişafının
təmin edilməsinə, investisiya qoyuluşlarının həcm və strukturu birbaşa təsir göstərir. Buna görə də
əsas kapitala investisiya qoyuluşlarının prioritetləşdirilməsi, emal sənayesi müəssisələrinin gələcək
inkişaf istiqamətlərinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir. İnvestisiya
qoyuluşlarının prioritet istiqamətlərini müəyyən edərkən, ilk növbədə, istehsal vasitələrinin emal
sənayesi müəssisələrinə yönəldilməsi və onun digər sahələrin inkişafı üçün əsas olmasını nəzərə almaq
zəruridir. Bununla belə, investisiya qoyuluşlarının istiqamətlərinin müəyyən edilməsilə əlaqədar
sahələrin inkişaf səviyyəsi əhəmiyyətli şəkildə təsir göstərir. Yəni, respublikada iqtisadiyyatın
səmərəli inkişafını təmin etmək üçün yüksək səviyyəli enerji kompleksinin, nəqliyyat sisteminin,
sənaye və kənd təsərrüfatının satışı sisteminin və s. mövcud olması daha vacibdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
503
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Emal sənayesi müəssisələrinin dayanıqlı və davamlı inkişaf etdirilməsində əsas məqsəd ölkədə
elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab
verən emal sənayesi məhsullarının istehsal edilməsinə nail olmaq və ölkənin “neft amili”ndən
asılılığını aradan qaldırmaqdır. Bu isə emal sənayesi müəssisələrində dövlət tənzimlənməsi sisteminin
təkmilləşdirilməsi, investisiya-innovasiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və
artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilərək həyata keçirilməsi mümkün ola
bilər.
Emal sənayesi müəssisələrinin yüksək rəqabətədavamlı məhsullarının istehsalını stimullaşdıran
aşağıdakı digər tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
- yeni və ya təkmilləşdirilmiş məhsul növlərinin yaradılması ilə bağlı aparılan elmi-tədqiqat
işlərinin vergilərdən azad edilməsi;
- vergiqoyma sistemində innovasiya üzrə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinə,
patentləşdirmə xərclərinə məhdudiyyət qoyulmasının aradan qaldırılması;
- innovasiya fəaliyyətinin reallaşdırılması məqsədilə istifadə edilən əsas vəsaitlərin amortizasiya
normalarına güzəştli əmsalların tətbiq olunması;
- emal sənayesi müəssisələrində innovasiya fəaliyyətini həyata keçirmək üçün güzəştli dövlət və
bank kreditlərinin tətbiq olunması;
- innovasiya menecmenti və marketinqinin təşkili, layihələrin idarə edilməsi, müasir texnikanın
layihələndirilməsi və istismarı üzrə ixtisaslı mütəxəssislərin hazırlanmasına dövlət dəstəyinin
reallaşdırılması və s.
Respublikamızın emal sənayesi müəssisələri rəqabətli bazar münasibətlərinin formalaşdığı
qloballaşan dünyada fəaliyyət göstərməyə hələ də tam hazır deyil. Buna görə də dövlətin “sənaye
siyasəti” qanunun qəbul edilməsi məqsədəuyğun hesab etmək olar. Bu qanun çərçivəsində emal
sənayesi kompleksində struktur dəyişikliklərin aparılması, onun istehsal və elmi-texniki potensialının
inkişafını təmin edən maksimal əlverişli şəraitin yaradılması məsələləri öz əksini tapmalıdır.
Ölkəmizin iqtisadi inkişafında emal sənayesi müəssisələrinin təkmilləşdirilməsini
stimullaşdırmaq üçün elmtutumlu məhsulların istehsalının genişlənməsini təmin etmək, elmi-tədqiqat
institutlarının fəaliyyətini genişləndirmək, bütövlükdə isə onların innovasiya yönümlü inkişafına nail
olmaq lazımdır.
Emal sənayesi sahələrində rəqabətədavamlı məhsullar istehsalını stimullaşdırmaq üçün istehsala
yönəldilən investisiyaların həcmini artırmaq, gömrük siyasəti vasitəsilə optimal rəqabət rejimini
yaratmaq, ixrac yönümlü istehsalı genişləndirmək və bunun üçün xüsusi iqtisadi zonalar yaratmaq,
güzəştli kreditlərin verilməsinin idxal-ixrac əməliyyatları üçün inzibati qaydaların asanlaşdırılmasını
həyata keçirmək lazımdır.
Ölkəmizin iqtisadi inkişafında emal sənayesi müəssisələrini təkmilləşdirmək üçün müvafiq dövlət
idarəçilik strukturunun yaradılması, onun ixrac siyasətini iqtisadiyyatın struktur islahatları ilə
əlaqələndirilməsi, kiçik biznesin ixrac aktivliyinin stimullaşdırılması və s. məsələlər həyata
keçirilməlidir.
Emal sənayesi sahələrində şaxələndirilmə prosesi həyata keçirilməlidir. Bu isə ölkə iqtisadiy-
yatının xarici-iqtisadi inkişaf strategiyasına uyğun olaraq aparılmalı, yüksək texnoloji emal
sənayesinin daha yüksək sürətli inkişafı hesabına ölkənin neft sektorundan asılılığını aradan
qaldırmalı, innovasiya sisteminin yaradılması yolu ilə emal sənayesi sahələrini rəqabətədavamlı,
dayanıqlı iqtisadi artımın əsas resursuna çevirmək lazımdır.
Emal sənayesi sahələrinin dayanıqlı və davamlı iqtisadi inkişafda rolunu yüksəltmək və dövlətin
sənaye siyasətini aparmaq üçün bu sahədə pozitiv struktur dəyişikliklər, mülkiyyət hüququnun
qorunması, informasiya aşkarlığı və təbii inhisar məhsullarının qiymətlərinin tənzimlənmə metod və
sistemlərinin yaxşılaşdırılması üçün təşkilati və hüquqi bazanın yaradılması, vergi sistemində
islahatların aparılması, xarici iqtisadi fəaliyyətin dövlət tərəfindən himayə edilməsi, mükəmməl və
səmərəli fəaliyyət göstərən inkişaf institutlarının yaradılması, daxili bazarda yerli emal sənaye
məhsuluna tələbin gücləndirilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsi işləri həyata
keçirilməlidir.
Emal sənayesi müəssisələrinin iqtisadi inkişafda rolunu yüksəltmək və milli iqtisadiyyatın sosial-
iqtisadi inkişaf strategiyasının reallaşdırılması üçün iqtisadiyyatın innovasiya tipli inkişaf yoluna
keçmək, texnologiyaların kommersiyalaşması hesabına elmi-texniki nailiyyətlərin nəticələrinin
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
504
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
əmtəəyə çevrilməsi və sənaye miqyasında onlardan səmərəli realizasiyasına nail olmaq lazımdır. Eyni
zamanda kimya, neft-kimya, maşınqayırma, metallurgiya, və digər emal sənayesi müəssisələrinin
mövcud potensialından istifadənin yaxşılaşdırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması,
innovasiyalı texnologiyalar tətbiq olunmaqla, yerli xammal ehtiyatları əsasında daxili və dünya
bazarlarında rəqabətqabiliyyətli yeni məhsulların, o cümlədən xarici kapitalın iştirakı ilə müştərək
müəssisələrin yaradılması strateji istiqamətlər hesab olunmalıdır.
THE MAIN ECONOMIC
BASICS OF THE WAREHOUSE
MANAGEMENT IN INDUSTRIAL COMPANIES OF AZERBAIJAN
Togrul POLUKHOV
SOCAR
togrul.polukhov@gmail.com
AZƏRBAYCAN
First of all importance of the formation of warehouse management and its action mechanism in
the industrial enterprises operating in Azerbaijan Republic have to be substantiated. Therefor the main
problem experienced by the all the industrial companies of the Azerbaijan in warehouse management
is periodicstock shortages. The inventory and warehouse management system used by the industrial
companies are period based, with orders placed on a monthly basis. There is no alert system to warn
when a certain item stock level has reached a critical level requiring an order for that item to be raised.
A stock out report generated weekly shows a list of items with zero stock balances and is circulated to
the frontline staff to inform them that certain items have gone out of stock. During the monthly order
review, the targeted stock quantities are compared with the quantities available in stock at that time
and the differences taken to be the quantities that are suggested for order. The suggested order is
further subjected to the manager’s judgement, taking into account cash flow, anticipated demand and
stock reservations before a final decision on quantities to order is made. The weakness with this
system is that it does not take into account the stochastic nature of demand and lead time. Also lack of
an alert system to give an indication when items are approaching minimum stocking levels is a major
disadvantage of the system currently being used. The objective of main Azerbaijan industrial
companies is to develop an inventory a package of proposals which will minimise the total inventory
costs through research findings and data analysis while demonstrating how simulation technique can
be effectively used to solve inventory management problems. Out of this necessity this problem has
been studied by me. As well as this thesis is dedicated to the actual theme.
Warehouse management is the process of ensuring that a company always has the products it
needs on hand and that it keeps costs as low as possible. In our industry companies there are mainly
three types of inventory in the warehousing process: raw materials, work-in-progress, and finished
goods. Given the significant costs and benefits associated with inventory, companies spend
considerable amounts of time calculating what the optimal level of inventory should be at any given
time. Because maximizing profits means minimizing inventory expenses, several inventory-control
models, such as the ABC classification method, the economic order quantity (EOQ) model, and just-
in-time management are intended to answer the question of how much to order or produce.
Within the framework of Azerbaijani realities the main economic direction of warehouse management
can be classified as follows by summarizing our research:
1.
Design criteria
2.
Handling technology and improving inbound warehouse processes
3.
Storage plan.
Three principles are relevant and it is required to open coverage these points.
Dostları ilə paylaş: |