Microsoft Word 00 KeyNote Speakers Materiallar


İNNOVASİYA TİPLİ MƏŞĞULLUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİ



Yüklə 22,28 Mb.
Pdf görüntüsü
səhifə98/148
tarix16.02.2017
ölçüsü22,28 Mb.
#8634
1   ...   94   95   96   97   98   99   100   101   ...   148

İNNOVASİYA TİPLİ MƏŞĞULLUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİ 

MEXANİZMLƏRİ 

 

Əlvan SÜLEYMANOVA 

İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu 



el_1723@mail.ru 

AZƏRBAYCAN 



 

Dünya iqtisadiyyatında baş verən qloballaşma prosesi, ölkələrin məhdud resursları, birinin 

digərinə nisbətdə müqayisəli üstünlükləri və  rəqabətqabiliyyətliliklərini yüksəltmək cəhdləri ölkədə 

reallaşdırılan iqtisadi siyasətin qlobal meyllərə uyğun olmasını tələb edir. İnkişaf etmiş ölkələr resurs-

lardan asılılığı azaltmaq məqsədilə texnologiyaların yüksək inkişafına nail olmağa, rəqabətqabiliyyəti 

yüksək olan məhsullar istehsalı ilə çıxış etməyə çalışırlar. Qeyd edilən istiqamətlər üzrə səmərəliliyə 

nail olunması ölkə daxilində innovasiya tipli məşğulluğun formalaşdırılması ilə qarşılıqlı əlaqədədir. 

İnnovasiya tipli məşğulluğu təmin etmək makrosəviyyədə dövlət və mikrosəviyyədə müxtəlif iqtisadi 

fəaliyyət sahələrində dövrün tələbinə çevrilmişdir. Məşğulluğun strukturunda innovasiyaların inkişafı 

ilə  əlaqədar baş vermiş bu dəyişikliklər maliyyələşdirmə mexanizmində  də  ənənəvi tədbirləri yeni 

iqtisadi və sosial tədbirlərlə əvəzləməyi tələb edir. İnnovasiya tipli məşğulluğun maliyyələşdirilməsi 

mexanizmində dövlətin xüsusi çəkisinin üstünlük təşkil etməsini nəzərə alaraq məruzədə məşğulluğun 

tənzimlənməsi tədbirlərinə diqqət edək.  

Məşğulluğun maliyyələşdirilməsinə zərurət işsizliyin artması ilə bağlıdır. İşsizliyi yaradan səbəb-

lər rəqabət şəratində müəssisələrin müflisləşməsi, elmi-texniki tərəqqi şəraitində kapital yığımı, isteh-

lak, yığım və investisiyalarda disproporsionallıq, istehsalın tsiklik səciyyəsi, müasir bazarda, eləcə də, 

əmək bazarında rəqabətin və bazar infrastrukturunun qeyri-təkmilliyi amilləridir. Bazar iqtisadiyya-

tında işsizliyin labüd olmasına uyğun olaraq məşğulluq siyasəti reallaşdırılır. Məşğulluq siyasətinin 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

536



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

iqtisadi  ədəbiyyatlarda iki forması  fərqləndirilir: fəal (aktiv) məşğulluq siyasəti; qeyri-fəal (passiv) 

məşğulluq siyasəti. Fəal məşğulluq siyasəti həyata keçirilən zaman dövlət vergi, kredit güzəştləri

sürətləndirilmiş amortizasiya və büdcə siyasətindən istifadə edərək yeni iş yerlərinin yaradılmasını 

təşviq edir, əmək bazarında tələb və  təklifi tənzimləməyə çalışır. Fəal məşğulluq siyasətinin 

reallaşdırdığı tədbirlər aşağıdakılardır:  

Yeni iş yerlərinin yaradılmasının əsas amili kimi investisiyaların dövlət tərəfindən həvəsləndiril-

məsi; struktur işsizlərin yenidən hazırlanması  və ixtisasının dəyişdirilməsi; işsizliyin azaldılması 

məqsədilə əmək bazarında vasitəçilik funksiyasını yerinə yetirən məşğulluq xidmətinin, əmək birjala-

rının inkişaf etdirilməsi və boş iş yerləri barədə məlumatın verilməsi; məşğulluğu artırmaq məqsədilə 

kiçik və ailə sahibkarlığının dəstəklənməsi; dövlətin sahibkarlara güzəştləri vasitəsilə müəyyən əhali 

qrupuna iş yerlərinin ayrılmasının stimullaşdırılması; işlə  təminat üçün yaşayış yerini dəyişdirməyə 

dövlət dəstəyi; məşğulluq probleminin həllinə dair beynəlxalq əməkdaşlıq, beynəlxalq əmək miqrasi-

yasının həlli; dövlət bölməsində - təhsil, tibbi xidmətlər sahəsində, kommunal təsərrüfatlarda, ictimai 

binalar və qurğuların tikilməsində iş yerlərinin yaradılması; ictimai işlərin təşkili; regional məşğulluq 

proqramlarının hazırlanması; 

Qeyri-fəal məşğulluq siyasəti dövlətin boş (vakant) iş yerlərini işçi ilə  təmin etmək və  işsizliyə 

görə müavinətlərin verilməsini nəzərdə tutur. Yəni işsiz əhali dövlət dəstəyilə müdafiə olunur.  

Həm fəal, həm də qeyri-fəal məşğulluq siyasətinin fərqləndirilməsi ölkədə onların bir istiqmətli 

reallaşdırılması deyil, ölkənin iqtisadi imkanlarına, işsziliyin yaranma səbəbinə müvafiq olaraq hansı-

nın üstünlük təşkil etməsindədir.  

Qeyd edilən məşğulluq siyasəti növlərilə yanaşı hazırda Avropa ölkələrində geniş  tətbiq edilən 

məşğulluğun çevikliyi və  işsizlərin müdafiəsi siyasətinin (flexicurity) birgə  təşkilidir. Bu yanaşma 

Danimarkada məşğulluq siyasətinin əsas tərkib hissəsi olmuşdur. Modelin effektivliyi ənənəvi sosial 

və iqtisadi siyasətdən asılıdır və  məşğulluğun müdafiəsi, işsizlərə müavinət verilməsi və  fəal  əmək 

bazarı siyasətinə  əsaslanır. Son dövrlərdə Avropada, İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatına üzv 

ölkələrdə reallaşdırılan bu iqtisadi siyasət “bazarın iqtisadiyyatının xəstəliyi” olan işsizliyin azaldılma-

sında sosial müdafiə ilə fəal məşğulluq siyasəti arasında orta yolu seçməkdən ibarətdir.  

Məşğulluğu tənzimləmə  tədbirləri innovasiya tipli məşğulluğun təmin edilməsində dövlətin 

iqtisadi və sosial siyasəti sahəsində maliyyələşdirmə tədbirlərini zəruri edir. Eyni zamanda, bazar iqti-

sadiyyatının fəaliyyətilə əlaqədar innovasiya tipli məşğulluğun maliyyələşdirilməsində dövlətin rolu-

nun məhdud olması əhalinin gəlirlərindən və investisiya imkanlarından istifadəni şərtləndirir. Çünki, 

innovasiya tipli məşğulluq hər bir işçidən istehsal prosesində  tətbiq edilən yeniliklərə  və  səmərələş-

dirici tədbirlərə uyğun çeviklik tələb edir. Nəzərə alsaq ki, əmək qabiliyyətli əhali həm öz vəsaitləri, 

həm də dövlətin bu sahədə investisiyaları hesabına yeni bilik və bacarıqları  əldə etmək imkanına 

malikdir, o zaman innovasiya tipli məşğulluğun maliyyələşdirilməsi mexanizmində  həm dövlət 

maliyyəsi, həm də əhali gəlirləri eyni dərəcədə əhəmiyyətlidir. 

Hazırda ölkəmizdə neftin qiymətinin ucuzlaşması və yaranmış devalivasiya bir çox sahələrdə iş 

yerlərini itirənlərin sayını artırmışdır. Həmçinin, qiymətlərin artması  əhalinin gəlirlərinin alıcılıq 

qabiliyyətini xeyli azaltmışdır. Belə olan halda, yeni iş yerlərinin yaradılması  və  əhalinin məşğullu-

ğunun təmin edilməsi dövlət iqtisadi və sosial islahatları ilə həll edilməkdədir. Əhalinin məşğulluğu-

nun təmin edilməsi dövlətin iqtisadi siyasətində  əsas məqsədlərdən birini təşkil etsə  də, innovasiya 

tipli məşğulluğun təmin edilməsi sahibkarlıq subyektlərindən və əmək qabiliyyətli əhalidən istehsalın 

təşkili prosesində innovasiyaların tətbiqini tələb edir. Dövlət fəal məşğulluq siyasəti reallaşdırarkən 

müəyyən güzəştlər tətbiq edir, həmçinin iş yerlərinin yaradılmasına dəstək nümayiş etdirir. Bu zaman 

qeyd edilən güzəştlərdən istifadə etməklə yeni iş yerləri yaradan subyektlər innovasiya tipli məşğullu-

ğu təmin etməklə istehsal nəticələri üzrə səmərəliliyə nail ola bilər. Əks halda, daxili və xarici bazarda 

mövcud olan rəqabət azad bazar iqtisadiyyatının prinsiplərinə uyğun olaraq mövcud sahənin 

fəaliyyətini məhdudlaşdıracaqdır. Qeyd edilən mexanizm sahələrarası və sahədaxili rəqabət formala-

rının əsasını təşkil edir.  

Nəticə olaraq qeyd edə bilərik ki, innovasiya tipli məşğulluğun maliyyələşdirilməsi mexanizminin 

fəaliyyəti bilavasitə iqtisadi fəaliyyət sahələrinin rəqabətqabiliyyətliliyindən, dolayı yolla isə dövlətin 

məşğulluğu tənzimləmə və maliyyələşdirmə tədbirlərindən asılıdır.  

 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

537



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

TRADITIONAL AIMS OF ECONOMIC POLICY IN GERMANY 

 

Akbar HUSEYNOV 

Azerbaijan National Academy Of Sciences



 

akbar-huseynov@hotmail.com 

AZƏRBAYCAN 

 

After the current ones the creation of the basic conditions of the economy is understood by it in a 



land by the state. Besides, the key concerns are mostly: 

1. stability of the prices 

2. as little as possible unemployment, best of all full employment 

3. good growth of the economy 

4. a fair distribution of the incomes in the population 

5. the social security of the citizens 

6. an improvement of the international competitiveness of the land  

Who does, actually, the economic policy purposes? 

 There is for these two different levels. At first once there are different organs or institutions the 

influence on this in the land at national level have. Further there are of course also at international 

level, for instance, in Europe certain institutions which determined there about the suitable regulations 

and laws and help in this:  

National level (in Germany ): 

1. The alliance of the lands  

2. The Bundestag 

3. The Bundesrat ( the Federal Council ) 

4. The Federal Government 

5. The different ministries 

International level (Europe): 

1. The European Union 

2. The European central bank 

3. The international currency ground 

 Economic policy is the totality of all measures, actions and attempts which are designed to 

influence the economic activities of the home economic subjects by the bearers of the economic 

policy, to form, to steer and to order (after Herbert Giersch). Economic policy is understood as a 

decisive-theoretical beginning and between more positive economic (explanation of the economic 

connections), more normative economic and art apprenticeship (for the purposes of practical economic 

policy) is distinguished (J.N.Keynes). Besides, the economic policy falls back at many places on the 

economic theory. Supplement, however, by political economical questions and attempts. 

 Besides, three questions are to be answered: Who decides? How it is decided? What is decided? 

The first question points to the bearers and inspirers of the economic policy and on it, like the bearers 

with goal setting, decision-making process and realization of the economic policy together or mutually 

work. 

 The second question can be circumscribed with the help of the concepts “Rationality of the 



economic policy and optimization of the means-ends relationship” : Central problems are the 

derivation of a purpose function for them and the risk behavior of the bearers of the economic policy. 

 The third question stands in the center: Knowledge of the position and the purposes whose 

gaping tensions causes which lead to economic activities (diagnosis, prediction). Importantly here also 

the analysis of the instruments. Economic policy is split in ordinal policy, structural policy and process 

policy or in quantitative economic policy, qualitative economic policy and reformist policy (J. 

Tinbergen). 

 An important guardrail for economic policy of Germany are certainly international liabilities 

which has come Germany. Just during the years since the outbreak of the US Subprime crisis in 2008 

Germany on EU level has signed a row of new agreements and, besides, has accepted to aim at certain 

quantitative purposes for economic and ecological variables or to keep. Besides, in the area of the 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

538



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

economic policy the following contracts or European regulations are potentially relevant: – The so-

called "Sixpack" to the stronger coordination of fiscal policy and economic policy in the euro-zone: 

Among the rest, within the scope of this EU legislation parcel the Federal Government commits itself 

on the observance narrower fiscal default how to a nearly well-balanced budget and the annual 

dismantling of the debt rate around the value 1/20 in each case which exceeds 60 percent of the BIP. 

In addition, the Six stack contains rules to the avoidance of macroeconomic imbalances. Indeed, there 

is differently than for the fiscal area none firmly defined - to the kidneys limit values whose injury 

would be sanction-afflicted. Instead of this macroeconomic imbalances are valued within the scope of 

a score Board beginning with a huge number by indicators and, indeed, limit values are for the single 

indicators is defined, an injury of the macroecological balance, however, only after whole 

consideration of all indicators can be ascertained and consequently the injury of single indicators 

without consequence remains. 

 The fiscal pact: This contract writes some of the rules of the Six to stack, how the observance of 

a narrow border for the so-called structural public defisit about maximum 0.5 percent of the BIP or the 

speedy dismantling of the debts about the limit value of 60 percent of the BIP (1 / 20th rule) once 

again in an international-law contract 5 – the euro-plus pact: This contract should serve the 

strengthening of the competitiveness. Within the scope of this contract all member countries every 

year should define the purposes which they want to move during the coming twelve months. Besides, 

beside qualitative sighting (possibly of the abolition of wage indexation) quantitative economic 

purposes can be also fixed. 

 Europe in 2020 strategies: Within the scope of this arrangement the EU states have themselves 

for the observance of quantitative purposes in the areas of employment, poverty fight, education, 

support of research and innovation and climate protection liabilities. These purposes are concretized 

within the scope of national strategies once again and are aggravated. In addition, the stability and 

growth pact, the budget defisits on three percent of the BIP restricted counts to Germany further. 

Indeed, this purpose after introduction of the Six has stack and the fiscal pact hardly relevance because 

with observance of the structurally roughly well-balanced budget as a rule no actual defisit from more 

than three percent of the BIP should appear. In addition, Germany has the objectives of the Kyoto 

Protocol obligation to climate protection. 

 Economic, finance-political, ecological and social purpose default by the EU and national right 5 

to the relation of Six stack and fiscal pact. In the protocol the EU had undertaken to reduce the issue 

the most important greenhouse gas till 2012 towards in 1990 about eight percent; Germany had 

promised a reduction about 21 percent. New, internationally obliging obligations for the issue 

reduction for the time after the end of 2012 have not been agreed up to now yet. 

 As shown in the study, a modern affluent concept is much broader to touch than the traditional 

yardsticks to the gross domestic product. Also the limitation of the state indebtedness, as it is 

established now in the basic law with the debt brake as well as foreseeable at EU level with the fiscal 

pact, can guarantee no affluent increase. A social-ecological progress project is aimed at the 

improvement of the general living conditions in a huge number of dimensions by preservation of the 

natural resources, and these dimensions must flow in onto a sensible modern affluent definition. 

Prosperity must be defined not only differently, but this definition must also flow in onto the practical 

government work. 

Besides, must be given for a political success the new prosperity definition actually media to 

indicate the superiority of a social-ecologically straightened economic policy compared with traditional 

economic policy which places on increase of the BIP without taking into consideration distribution 

questions and ecological questions.We have suggested as a solution for this challenge a reform of the 

stability and growth law of 1967, with a new magic quadrangle with the upper sighting material 

prosperity, ecological lastingness, social lastingness and future ability of the state activity and the public 

finances. 

These upper purposes should be concretized in discrete targets and flow in onto concrete, checkable, 

quantitative purpose rates for government action for whose observance the government must justify itself 

in a new "annual prosperity report". We believe that about such a frame economic policy becomes 

aimable in Germany better strategically and lighter normative evaluations and purposes can be discussed. 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

539



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

İQTİSADİ İNKİŞAFIN ƏTRAF MÜHİT TƏSİRLƏRİ:  

AZƏRBAYCAN NÜMUNƏSİ 

 

Musa SÜLEYMANOV 

Qafqaz Universiteti 



musa.suleyman@gmai.com 

AZƏRBAYCAN 

 

Ətraf mühit çirklənməsi problemi cəmiyyətin  ən böyük problemlərindən biridir. Hal-hazırda 



atmosferdə karbon qazının (təxminən 60%) və digər zərərli qazların miqdarının gedərək artması qlobal 

istiləşməyə gətirib çıxarmışdır. Bu səbəbdən bütün dünya ölkələri ekoloji təmiz istehsal vasitələrindən 

istifadə olunması  və ekoloji tarazlığı qorumaq tədbirləri həyata keçirməyə başlamışdır. Bu problemi 

həll etmək üçün 1997-ci ildə Kioto müqaviləsi imzalanmışdır. Kioto müqaviləsinə  İqtisadi  Əmək-

daşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Cooperations and Development- OECD. Qeyd 

edək ki, bu təşkilata dünyanın 34 inkişaf etmiş ölkəsi daxildir) və Şərqi Avropa Ölkələri qatılmışdır. 

Bu müqavilənin əsas məqsədi karbon qazı başda olmaqla ekoloji nöqteyi nəzərdən zərərli olan qazların 

atmosferə buraxılmasına müəyyən limit hədd qoymaqla bu problemi həll etmək hesab edilir. 

XX əsrin 80-ci illərinə qədər İEÖ ətraf mühitin çirklənməsi digər ölkələrə nisbətən daha böyük 

olmuşdur. Amma son bir neçə onillikdə İEÖ-ə məxsus iri şirkətlər xərclərinin azaldılması məqsədilə 

öz istehsal mərkəzlərini işçi qüvvəsinin çox olduğu Cənub-Şərqi Asiya ölkələrinə, Çin və Hindistan 

kimi ölkələrə köçürməyə başlamışdır. Bundan əlavə bir çox çirkli hesab olunan istehsal İEÖ-də 

dayandırılmış (Məsələn Almaniyada kömür istehsalı demək olar ki dayandırılmış  və Çindən kömür 

idxal olunmağa başlamışdır), həmin məhsulların inkişaf etmiş ölkələrdən idxalına başlanmışdır. Bu isə 

həmin ölkələrdə  də bu problemləri meydana gətirmişdir. Hal hazırda atmosferə karbon qazının 

buraxılmasının təxminən 2/3 hissəsindən çoxu İEOÖ-in payına düşür. Bunun əsas səbəbi isə ÜDM-n 

artırılması, iqtisadi inkişafın təmin olunması və iqtisadi rifaha nail olmaq hesab olunur. Araşdırmalara 

əsasən İEOÖ-də ötən əsrin son onilliyindən bu yana atmosferə karbon qazı buraxılmasının miqdarı çox 

sürətlə artmağa başlamışdır (Məs: Türkiyədə atmosferə karbon qazı buraxılmasının həcmi 1990-cı 

ildən 2012-ci ilə qədər 138,3% artmışdır). 

Atmosferdə karbon qazının miqdarının artması dünyada iqlim şəraitinin dəyişməsi kimi prob-

lemləri yaradır. Dünyada isə iqlim şəraitinin qismən belə dəyişməsi çox böyük iqtisadi problemlərə və 

təbii xəstəliklərə  gətirib çıxara bilər. Buna görə  də bütün dünya ölkələrində bu problem üçün bəzi 

addımlar atılmışdır. Hətta bəzi ölkələrdə  (Əsasən,  İEÖ) iqtisadiyyatda enerji sektorunda, nəqliyyat 

sektorunda, istehsal prosesləri və  sənaye və s. sahələrində  zərərli qazların buraxılmasına məhdudiy-

yətlər qoyulmuşdur. Bundan başqa Avropada avtomobillərin atmosferi çirkləndirməsinin qarşısını 

almaq məqsədilə müəyyən normativ standart qəbul olunmuşdur. Bu region ölkələrində köhnəistehsal 

tarixli avtomobillər və atmosferi müəyyən olunmuş  həddən çox çirkləndirən avtomobillərin 

magistrallara çıxarılması qadağan olunmuşdur. Bunlardan əlavə alternativ enerji resursları ətraf mühiti 

çirkləndirmədiyi üçün bu enerji növündən istifadə olunmasının artırılmışdır. Həmçinin bütün istifadə 

edilən məhsulların müəyyən istehsal proseslərindən keçərək yenidən istifadəyə yararlı hala salınması 

kimi tullantısız istehsal bu problemlərin həllində gedərək daha da mühüm rol oynamağa başlayır. 

Əsasən Avropa ölkələrində insanlar ətraf mühitə karbon qazı buraxılmasını azaltmaq məqsədilə 

velosipedlər və ya daha kçik ölçülü maşınlardan istifadə edirlər. Bütün dünyada enerjiyə  qənaət 

edilməsi ilə ətraf mühitin çirklənməsinin azaldıması tədbirləri həyata keçirilir.  

Ətraf mühitin çirklənməsi və iqtisadi inkişaf arasında asılılıq  Ətraf mühit Kuznets Əyrisi 

(Enviromental Kuznets Curve-EKC) ilə göstərilir. Kuznets əyrisinə  əsasən iqtisadi inkişaf  əvvəlcə 

ətraf mühitin çirklənməsinə mənfi təsir göstərir yəni iqtisadi inkişaf artdıqca ətraf mühütin çirklənməsi 

də artır. Amma iqtisadi inkişafın müəyyən həddindən sonra bu vəziyyət dəyişir və gedərək iqtisadi 

inkişaf artdıqca ətraf mühitin çirklənməsi azalır. Bunun əsas səbəbi isə müəyyən iqtisadi inkişaf təmin 

edildikdən sonra insanların mədəni cəhətdən inkişafı ilə ətraf mühitə qayğısının artması hesab olunur. 

Həmçinin, müəyyən inkişaf həddindən sonra insanlar insanlar sağlam həyat kimi daha əhəmiyyətli 

şeylərin fərqinə varırlar. 


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

540



 

Qafqaz University                                                                                          29-30 April 2016, Baku, Azerbaijan 

Azərbaycanda ətraf mühitin mühafizəsinin təşkili məsələsi öz aktuallığını qoruyur. Ətraf mühitin 

qorunması  məsələsi Azərbaycan Respublikasının Qanunu ilə  tənzimlənir.  Ətraf mühitin hüquqi, 

İqtisadi və sosial əsasları bu qanunla müəyyən edilir. Qanunun əsas məqsədi ekoloji təhlükəsizliyin 

təmin edilməsi, təbii ekoloji sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alın-

ması, bioloji müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkili hesab 

olunur. Bu Qanun təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində 

qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə  cəmiyyətlə  təbiətin qarşılıqlı 

əlaqəsini tənzimləyir. Qanunda ətraf mühitin mühafizəsinin  əsas prinsipləri ilə yanaşı  ətraf mühitin 

mühafizəsi sahəsində dövlətin hüquqları  və  ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələri 

ətraflı şəkildə qeyd edilmişdir. Azərbaycan Respublikası ərazisində ekoloji sistemin ayrı-ayrı kompo-

nentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsinə, ekoloji tarazlığın pozulmasına səbəb olan kimyəvi 

və bioloji, zərərli fiziki, texniki, dağ-mədən işlərində texnologiyanın pozulması, təbii resurslardan 

israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət müvafiq qanunla qadağan edilmişdir. 

 

 

 



Yüklə 22,28 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin