IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
515
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
İNVESTİSİYA MÜHİTİ
Emil QAFAROV
Azərbaycan Texniki Universiteti
qafarov-emil88@mail.ru
AZƏRBAYCAN
Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış”
İnkişaf Konsepsiyasının hazırlanması barəsində sərəncamında ölkə iqtisadiyyatının əsas inkişaf
istiqamələri bir daha bəyan edilmişdir: “Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.
Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaş-
dırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl
beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai
həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır”.
Bu vəzifələr obyektiv zərurəti əks etdirməklə bərabər Azərbaycan iqtisadiyyatının əsas strateji
hədəflərini də müəyyən etmişdir. Bu baxımdan, ölkədə müəssisələri innovativ inkişafa və
investisiyalara meyilləndirən iqtisadi mühitin formalaşdırılması dövlətin əsas vəzifələrindən biri kimi
qəbul oluna bilər.
Dəyişən və artan bazarlarda tələbatların ödənilməsi vasitəsilə fəaliyyətin uzunmüddətli inkişafının
və səmərəliliyinin təmin edilməsi müvafiq investisiya fəaliyyətinin planlaşdırılması və reallaş-
dırılmasını müasir iqtisadi sistemin zəruri elementinə çevirmişdir.
Milli iqtisadiyyatımızda artan sürətlə davam etməkdə olan müsbət meyillər və dünya iqtisadiy-
yatına inteqrasiya prosesləri müəssisələrin fəaliyyət istiqamətlərinin və miqyaslarının artırılması üçün
münbit zəmin yaradır. Digər tərəfdən isə bazarlarda rəqabətin artması, iqtisadiyyatın dövlət tənzim-
lənməsinin təkmilləşməsi və güclənməsi, dünya iqtisadiyyatında qeyri-sabitliyin artması, iqtisadi
ehtiyatların qiymətlərinin sürətlə yüksəlməsi, inflyasiya proseslərinin güclənməsi və digər belə amillər
səmərəli surətdə istifadə edilməsi istiqamətində, mahiyyətcə, yeni problemlər qoyur. Bu problemlərin
yaratdığı təhlükələrdən mümkün qədər az itkilərlə ya keçilməsi üçün müəssisələrdən yeni qabiliyyət
və bacarıqlar tələb olunur.
İntestiya mühitinin iqtisadi subyektlərin investisiya motivasiyasına təsir göstərən amillərin
məcmusu kimi təqdim etmək olar.
Tələb və təklifin qarşılıqlı təsiri, rəqabət və kapitalın sərbəst axını ilə yaranan bazar mexanizmi
dövlət tənzimlənməsi ilə birlikdə qeyd olunan vəzifələrin həllində müəssisələrə istiqamətverici təsir
göstərərək onlatı daxili elementlərini dəyişməyə və xarici təsirlərə uyğunlaşmağa-sistem olaraq
keyfiyyətcə yeni səviyyəyə keçməyə yönəldir.
İnvestisiya mühitini bazar mühitinin tərkib elementlərindən biri olaraq iki hissəyə ayırmaq olar:
makromühit və mikromühit. (Cədvəl 1.)
Təhizatçılar müəssisəyə və onun rəqiblərinə istehsal amillərini təklif edən müəssisələrdir. Satış
kanalları isə müəssisənin məhsullarının bazarda irəliləməsi və satışının təşkilində bilavasitə iştirak
edən müstəqil vasitəçilərin məcmusudur. Səh 82
İstehlakçılar. Müəssisənin təklif etdiyi məhsulun istehlakçılarını aşağıdakı təsnifatlandırmaq
olar:
- məhsullar şəxsi məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslər və ev təsərrüfatları-son
istehlakçəlar;
- məhsulları başqa məhsulların istehsalından istifadə edən təşkilatlar-müəssisələr;
- məhsulları mənfəət qazanmaq məqsədilə başqa alıcılara satmaq üçün alan vasitəçılər;
- məhsullar kommunal öidmətlərin göstərilməsi istifadə edən və ya ehtiyacı olanlara verilməsi üçün
alan dövlət təşkilatları;
- məhsulları öz fəaliyyətini təmin etmək üçün alan dövlət təşkilatları və s.
İstehlakçıların alıcılıq qabiliyyəti, seçmə meyarları, ailə vəziyyəti, mədəni səviyyələri və başqa
belə xüsusiyyətləri investisiyaların yönələcəyi bazar seqmentlərini formalaşdırır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
516
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Cədvəl 1. İnvestisiya fəaliyyətinin mikromühiti.
Rəqiblər. Son dövrlərdə çevik istehsal sistemlərinin yaradılması, yeni süni materialların
mənimsənilməsi, rəqabətin qlobal xarakter alması, kapitalın və işçi qüvvəsinin ölkələrarası axınına
maneələrin azalması istehsal amilləri üzrə üstünleklərin qısaömürlü olmasına gətirmişdir. Belə ki,
transmilli iri korporasiyalar istehsal amillərini dünya bazarlarında axtarır və fəaliyyətlərini beynəlxalq
səviyyədə təşkil edirlər.
İstehsal amillərinin mövcudliğu, onların qiyməti, keyfiyyət səviyyəsi, istismara yararlılıq
dərəcəsi, bu ehtiyatlardan istifadədə məhdudiyyətlər, mövcud rəqabət mühiti və digər belə amillər
müəssisənin iqtisadi mehitibi formalaşdırır.
Daxili tələbatın həcmi iqtisadi imkanların qiymətləndirilməsi üçün əsas göstəricilərdən hesab
olununr.
Daxili tələbatın böyüklüyü və artım templərinin yüksəkliyi yerli və xarıcı investisiyaların cəlb
edilməsi və risklərin azaldılması üçün zəmin yaradır. Bu tələbatın xarıcı bazarlara ötürülməsi
mexanizmləri (turizm, sosial-mədəni əlaqələr,fəal işgüzarlıq mühiti və s.) isə tələbatın daha da
genişlənməsinə və yerli müəssisələrin xarıcı bazarlara çıxışı imkanlarını xeyli artırır.
Köməkçi sahələr-təchizatçılar alıcı-müəssisələrin istehsal səviyyələrinin yüksəldilməsində və
yeniliklərin tətbiqində böyük rol oynayırlar. Onlar öz alıcılarına yeni texnolodiyaların imkanlarını
birinci dərk etməkdə kömək edirlər.
Hər bir müəssisə digəri üçün alıcı və ya təchizatçı rolunda çıxış edə bilər. Müəsssisə güclü və
imkanlı alıcı kimi öz təchizatçılarının inkişafına təkan verir və yaxud öz alıcılarını qabaqcıl
texnologiya və istehsal metodları ilə tanış edir. Buna görə də təchizarçıların seçilməsi zamanı belə
cəhətlərin nəzərə alınması rəqabətqabiliyyətlilik möqteyi-nəzərdən çox mühümdür.
Sosial və
mədəni
amillər
İqtisadi siyasi-
hüquqi və
təbii amillər
Elmi-texniki
tərəqqi və təbii
amillər
Kütləvi informasiya
vasitələri və ictimai
təşkilatlar
Makromühit
Müəssisənin daxili mühiti
Məqsədlər
Texnologiya
Struktur
Vəzifələr
Işçilər
Mikromühit
Təchizatçılar
Rəqiblər
İstehlakçılar
Satış kanalları
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
517
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
THE GLOBAL FINANCIAL CRISIS OF 2008 AND
THE PROBLEMS OF US ECONOMY
Giorgi ROSTIASHVILI
Tbilisi State University
rostiashviligiorgi@gmail.com
GEORGİA
It was apparent that the world was shocked by financial crisis which had started in the end of
2007 in the USA and lasted for several years. Everything started with a “second chance” mortgage
loans and corruption schemes with rating agencies. As a result of financial markets integration
financial crisis became overwhelming and impacted other countries too.
I find the above mentioned research topic to be very significant theoretically as well as
practically, because there is no comprehensive study on this topic in Georgia. I should definitely stress
the practical importance of the paper, as the analysis of the economic problems of Georgia's strategic
partner might be very useful for our own future economic growth. Especially if we take into account
that the USA has a large-scale economy and industry, besides its significance in the world economy.
The most important task of my research is to make parallels between the possible root causes of the
Global Financial Crisis in 2008 originating from the United States to modern reality, and to analyze
the essence of the crisis and response policy. While analyzing the US economic problems, research
will focus on social problems – unemployment, and the unfair treatment of consumers by the financial
industry. It will also examine the institutional changes in US financial industry comparing to economic
policies of three important presidents: Obama, FDR and Reagan.
The aim of research
The research aims at identifying the causes for global financial crisis, comparing modern and old
fashioned ways of crisis management , comprehensively analyzing the crisis with the help of systemic
approach. It also intends to analyze the institutional changes and reforms consequently to the crisis. I am
applying for the scholarship under one out of four main pillars: Governance, institutional change and
political behavior. I would like to underline the importance of institutional reforms and governance
system, because there was a lack of control and monitoring, also there were black holes in a structure of
financial markets : how the rating agencies were depended on the companies while companies
represented the major source of income for rating agencies. So the incorrect structure of the financial
market is something government can regulate by institutional reforms in financial field. So in my opinion
we can focus on institutional changes and government fiscal, economic and other policy changes.
Research questions
Identifying the main causes for the crisis, clarifying internal and external factors of the crisis
Under this direction the author intends to overview the state of US economy and US economic
and fiscal policies in pre-crisis period. The main focus will be on originating external and internal
factors of the crisis. The changes from late 1990s (real GDP increase in the USA =4.1%) to 2001
recession, and later towards 2007 when the giant financial bubble burst started. There has been some
findings also connected to the fiscal policy change in pre-crisis period. Some experts outline economic
and non-economic causes for the crisis. Few of them claim that both had taken equally significant role
in developing crisis.
Comparative analysis of the economic theories in terms of crisis management, focus on
institutional reforms and policy making
The biggest challenge for modern economists has been revealed when crisis went into its
transitional phase. Which economic theory or model could be the best for the crisis, will there be any
different theories that could work better in order to prevent crisis? Those questins arose and scholars
developed their articles, even books on the need of new and feasible methods for eradicating crisis
causes.
I would like to pay more attention to the institutional environment and regulations, monitoring
system to review all those factors from governance (management) perspective. How the state can
develop feasible system according to its socio-economic structure and policy so that avoid the crisis.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
518
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
People’s participation in this case is crucial to a good governance. Developing a successful economic-
fiscal model is difficult enough without high level of engagement of experts, civil society
organizations, professional organizations etc.
Which modern theory should we trust to help people in social problems such as
unemployement caused by crisis?
As I consider any research project ought to be benefit oriented, I should focus on real findings
how our society can get more benefit from developing a “good model” for life. One of the most
significant issue in nowadays Georgia, USA, Europe as well is unemployement. I would like to come
closer to the issue – unemployment during crisis, before crisis and after crisis. This three life cycles
approach to unemployement intends to develop a theory how can we act in different phase of
economic rise, stability or recession regarding unemployment.
Outcome
The global financial cirisis was caused by a complex set of the problems. It spreaded worldwide
due to integrated financial markets. We can’t find an explanation of the causes based on one factor
separately. We ought to discuss all internal and external factors in order to get a clear view of the
problem.
AZƏRBAYCAN BÜDCƏ GƏLİRLƏRİNİN NEFT QİYMƏTLƏRİNDƏN
ELASTİKLİYİNİN MODELLƏŞDİRİLMƏSİ
Xətai ALIYEV
Qafqaz Universiteti
xaliyev@qu.edu.az
AZƏRBAYCAN
Azərbaycan iqtisadiyyatında 2005-ci ildən sonra müşahidə olunan neft bumu əsaslı ciddi iqtisadi
böyümə digər sosial-iqtisadi göstəricilərdə olduğu kimi büdcə gəlirlərinin də əhəmiyyətli dərəcədə
artmasına səbəb oldu. Burada həm “Əsrin Müqaviləsi” çərçivəsində Azəri-Çıraq-Günəşli (AÇG)
yataqlarından neft hasilatının kəskin artması və Bakı-Tblisi-Ceyhan neft boru kəməri vasitəsiylə xam
neft ixracına başlanılmasının, həm də neft qiymətlərindəki ciddi yüksəlişin təsirini nəzərə almaq
lazımdır. Nəticə olaraq neft bumu sonrasında Azərbaycan Respublikası dövlət büdcəsinin xərcləri,
müvafiq olaraq da gəlirləri kəskin şəkildə artırıldı.
Belə ki, neft bumunun başladığı 2005-ci il ilə müqayisədə 2010-cu ilin büdcə gəlirləri 5.6 dəfə,
2013-cü ildə isə 19.5 milyard manat olmaqla 9.6 dəfə artmışdır. Sonrakı illərdə proqnozlaşdırılan
büdcə gəlirləri miqdarında müəyyən dərəcədə azalmalar müşahidə olunmuşdur. Xüsusilə 2016-cı ilin
dövlət büdcəsinin proqnozlaşdırılan gəlirləri 14.5 milyard manata qədər azaldılmışdır. Bu azalmanın
əsas səbəbi isə neft qiymətlərində 2014-cü ilin sonlarından başlayan azalmadan qaynaqlanır. Nəzərə
almaq lazımdır ki, dövlət büdcəsi gəlirlərinin ən böyük maliyyə qaynağı Azərbaycan Respublikası
Dövlət Neft Fondundan (ARDNF) birbaşa transferlərdir. Bu transferlərin 2015-ci ilin iyul ayına olan
məcmu miqdarı 59.3 milyard manat olmuşdur.
Burada nəzərə alınması digər vacib məsələ dövlət büdcəsi gəlirlərinin neftdən (neft qiyməti və
hasilatından) asılılığının ARDNF transferləri ilə bitmədiyidir. Çünki büdcənin transfer xarici gəlirləri
neft sektorunda fəalliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən ödənilən vergiləri, həmçinin də
ARDNF-in ödədiyi mənfəət vergisini əhatə edir. Digər tərəfdən, ölkənin neft sektoru digər sektorlar
üçün də tələb yaradaraq dolayısıyla onların istehsalının artmasına, nəticə olaraq da büdcəyə qeyri-neft
daxilolmaların artmasına səbəb olur. Vurğulanan bu iki faktor Azərbaycan Respublikası üçün büdcə
gəlirlərinin neft qiymətlərindən elastikliyinin ekonometrik olaraq qiymətləndirilməsini zəruri edir.
Mərkəzi Bankdan əldə olunan 2001-ci ilin yanvarından 2015-ci ilin dekabr ayına qədərki aylıq
dövlət büdcəsi gəlirləri, www.tradingeconomics.com məlumat bazasından alınan ölkə üçün aylıq
bazada ortalama olaraq gündəlik neft hasilatı göstəriciləri və www.indexmundi.com verilənlər
bazasından götürülən ortalama aylıq neft qiymətləri istifadə olunmaqla Azərbaycan üçün büdcə
gəlirlərinin neft qiymətləri və hasilatına elastikliyi qiymətləndirilmişdir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
519
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Ekonometrik qiymətləndirilmə aparılmazdan əvvəl dəyişənlərin integrasiya sırası Gücləndirilmiş
Dickey-Fuller (ADF) Vahid Kök Testi vasitəsi ilə yoxlanılmışdır. Qeyd edək ki, bu test verilmiş
zaman sıralarının qeyri-stasionarlığını sıfır hipotezi olaraq götürür. ADF testi nəticələrinə əsasən
dəyişənlərin I(1) olduğu müəyyən olunmuşdur. Bundan sonra qısa və uzun müddət üçün elastiklik
əmsallarının qiymətləndirilməsi məqsədiylə Gecikməsi paylanmış avtoregressiv modelə məhdudiyyət
testi (ARDLBT) yanaşması istifadə olunmuşdur. Bu yanaşma digər bənzəri yanaşmalardan nümü-
nələrin sayının az olması halında tətbiqinin daha əlverişli olması, endogenlik probleminin olmaması,
əmsalların qiymətləndirilməsində Ən Kiçik Kvadratlar (ƏKK) metodunun tətbiqinin mümkün olması
kimi bir sıra üstünlükləri var. Bundan əlavə ARDLBT yanaşması ilə qısa və uzun müddətli dövr
əmsallarını eyni zamanda hesablamaq mümkündür. Həmçinin də bu yanaşma reqressorların I(1) və
I(0) və ya bunların qarışığ olmasından asılı olmayaraq qiymətləndirmələrdə istifadə oluna bilər.
ARDLBT yanaşmasının tətbiqi və uzunmüddətli dövr əmsallarının hesablanılması üçün bütün
mərhələlər keçildikdən sonra aşağıdakı reqressiya tənliyi əldə edilmişdir:
(
) = − .
+ .
∗
(
.
) + .
∗
(
) +
Burada
Azərbaycan dövlət büdcəsi gəlirlərini (milyon manatla),
.
dünya baza-
rında neftin 1 barelinin qiymətini (1 ABŞ dolları ilə),
isə ölkə üzrə ortalama günlük neft
hasilatı miqdarını (min barrel ilə) göstərir. Neft hasilatı burada daha çox kontrol dəyişən olaraq modelə
daxil edilmişdir. Amma nəzərə alsaq ki, Azərbaycanın neft hasilatı da azalan tendensiya yaşamaqdadır
və/ya yaxın gələcək üçün azalacağı gözlənilir, bu faktorun büdcə gəlirləri üzərində təsirinin
qiymətləndirilməsi də faydalıdır.
Model nəticələri neft qiymətlərindəki dəyişmənin dövlət büdcəsi gəlirləri üzərində əhəmiyyətli
təsiri olduğunu sübut edir. Uzun müddətli dövr əmsalı həm statistik, həm də iqtisadi olaraq
əhəmiyyətlidir. Nəticələr göstərir ki, neft qiymətləri ilə büdcə gəlirləri arasında müsbət asılılıq var.
Neft qiymətlərindəki 1%-lik artma/azalma büdcə gəlirlərində 1.42%-lik artma/azalmaya səbəb olur.
Bu isə büdcə gəlirlərinin neft qiymətlərinə olan elastilkiyinin nə qədər ciddi ölçüdə olduğunu göstərir.
Dövlət büdcə gəlirlərinin neft hasilatı miqdarına olan elastikliyi isə 0.46-dır. Yəni, 1%-lik neft
hasilatındakı artış büdcə gəlirlərinin 0.46% artmasına səbəb olacaq. Eyni təsir azalma şərti üçün də
keçərlidir. Yəni, neft hasilatının 1% azalması halında büdcə gəlirlərinin 0.46% azalacağı gözləniləndir.
Neft qiymətlərinin 2014-cü il göstəriciləri ilə müqayisədə 4 dəfə azalması nəzərə alınarsa bu
qiymətləndirmədən əldə olunan nəticələrin nə qədər əhəmiyyətli olduğu görülər. Azərbaycan dövlət
büdcəsinin neft qiymətlərinə elastikliyi hökümətin maliyyə siyasətində lüzumsuz xərcləmələrin
azaldılması və vəsaitlərin istifadəsinə nəzarətin artırılması da daxil olmaqla bir sıra dəyişikliklərə
səbəb olmuşdur. Yaxın gələcək üçün də neft qiymətlərində ciddi artış gözlənilməməsi dövlət büdcəsi
gəlir qaynaqlarının diversifikasiya olunması və effektivliliyinin artırılması şərtiylə büdcə
xərcləmələrinin azaldılması qısa və orta müddətli dövr üçün qaçınılmazdır.
MÜƏSSISƏDƏ MARKETİNQ FƏALİYYƏTİNİN
ANALİZ METODLARI
Gülbəs RÜSTƏMOVA
Sumqayıt Dövlət Universiteti
rrufet1979@mail.ru
AZƏRBAYCAN
Müasir bazar iqtisadiyyatı çox dinamikdir. Ona görə də hər bir müəssisədən rəqabətə dözmək üçün
müasir idarəetmə texnologiyalarından istifadə etmək tələb olunur. İdarəetmənin mühüm komponenti
olan marketinq fəaliyyətini müasir tələblərə uyğun inkişaf etdirmədən müəssisələrin davamlı inkişafını
təmin etmək mümkün deyil. Lakin nəzərə almaq lazımdır ki, bütün müəssisələrdə marketinq fəaliyyətini
həyata keçirmək o qədər də asan deyil. Belə ki, müəssisələrin marketinq fəaliyyəti üçün əlavə xərclərin
edilməsi tələb olunur. Digər tərəfdən, marketinq fəaliyyətinin həyata keçirilməsi üçün kadr potensialı da
vacibdir. Təəssüf ki, Azərbaycanda kiçik və orta müəssisələrin əksəriyyətində səmərəli marketinq
fəaliyyəti həyata keçirmək üçün maliyyə və kadr potensialı kifayət etmir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
520
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Marketinq fəaliyyətinin idarə edilməsinin əsas aspektlərindən biri marketinq fəaliyyətinin
analizinin aparılmasıdır. Belə analizin daha səmərəli aparılması isə analiz metodunun düzgün
seçilməsindən çox asılıdır. Qeyd edək ki, marketinq fəaliyyətinin analizinin aparılması metodları
çoxdur. Elə bu “çoxluq”-dan konkret müəssisə üçün düzgün analiz metodunun seçilməsi mühüm
məsələdir. Konkret analiz metodunun seçilməsi digər faktorlarla yanaşı həm də müəssisənin fəaliyyət
sahəsindən və həcmindən asılıdır. Belə ki, xidmət sahəsində fəaliyyət göstərən müəssisənin marketind
analizi üçün nəzərdə tutulan metod kənd təsərrüfatı sahəsində və ya sənaye sahəsində fəaliyyət
göstərən müəssisə üçün səmərəli olmaya bilər. Lakin marketinq fəaliyyətinin idarə edilməsinin elə
xüsusiyyətləri var ki, hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq bütün müəssisələr üçün
xasdır. Məsələn, marketinq fəaliyyətinin idarə edilməsinin dörd əsas elementi bütün müəssisələrə
aiddir: analiz, planlaşdırma, motivasiya və nəzarət.
Marketinq fəaliyyətinin idarəedilməsinin analiz mərhələsi – müəssisənin fəaliyyətində və əmtəə
bazarınında baş verən proses və hadisələrin iqtisadi, statistik və digər tədqiqat metodları ilə
qiymətləndirilməsi, izah etməsi, modelləşdirilməsi və proqnozlaşdırmasıdır. Marketinq fəaliyyətinin
analiz metodu- müəssisənin fəaliyyətinin nəticələrinə təsir edən müxtəlif faktorların, həmçinin əmtəə
bazarında baş verən proses və hadisələrin öyrənməsi, ölçməsi və ümumiləşdirməsi üsuludur.
Marketinq fəaliyyətinin analiz metodunun düzgün seçilməsi çox mühüm məsələdir. Belə ki, bu
metodun düzgün seçilməsi və düzgün analizin aparılması müəssisənin gələcəkdə marketinq
fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərə bilər. Lakin qeyd edək ki, hər hansı müəssisə üçün
hansı analiz metodunun seçilməsini bir mənalı iddia etmək olmaz. Metodun seçilməsi müxtəlif
amillərdən asılı ola bilər. Məsələn, problemi öyrənən bəzi müəlliflər belə hesab edir ki, analiz
tədqiqatına bazarın, rəqiblərin, istehlakçıların, qiymət və müəssisənin daxili potensialının analizi cəlb
edilməlidir. Bu halda xarici təsir faktorlarını əhatə edən bazarın və rəqiblərin analizi ilə yanaşı 4P
konsepsiyası əsasında əmtəə siyasətinin analizi (product), qiymət siyasətinin analizi (price), satış
siyasətinin analizi (place) və kommunikasiya siyasətinin analizi (promotion) aparılmalıdır.
Qeyd edək ki, analizə cəld edilən iqtiqamətlərin hər biri uyğun analiz metodunun tətbiqini tələb
edir. Belə ki, hər bir istiqamətin özünəməxsus aspektləri var. Məsələn, bazarın analizi iqtiqamətinin
bir neçə aspektini ayırmaq zəruridir: 1) bazarın perspektivliyi və cəlbediciliyi; 2) bazarın həcminin
qiymətləndirilməsi; 3) bazarda əmtəə strukturunun tədqiqi; 4) bazarda əsas iştirakçıların ümumi
analizi; 5) bazarda tələb və təklifin qiymətləndirilməsi; 6) bazar seqmentləşdirilməsi ; 6) bazarın
inkişaf modelini qurmaq və satışı proqnozlaşdırmaq.
Bazarın analizi istiqamətinin reallaşması üçün tələb edilən analiz metodları olaraq aşağıdakı
metodları tətbiq etmək olar : 1)matritsa GE (və yaxud matritsa Mak-Kinzi) 2)bazarın həcminin
proqnozlaşdırılması metodu; 3) “Delfi” ekspert qiymətləndirməsi metodu; 4)əmtəə bazarının
“portretinin” formalaşması metodu; 5) müqayisəli analiz; 6) statistik analiz metodu; 7) SWOT-analiz;
8) PEST-analiz; 9) tələbin proqnozlaşdırılması metodu; 10) çevik seqmentləşdirmə metodu; 11)
komponent seqmentləşdirmə metodu; 12) zaman sıralarının analizi və proqnozlaşdırılması metodu.
Rəqiblərin analizi istiqamətində isə 1) bazarda liderin müəyyən edilməsi; 2) rəqiblərin
üstünlüyünün və çatışmazlığının öyrənilməsi; 3) rəqiblərin biznes –proseslərinin və kompleks
marketinqin müqayisəli analizi; 4) sahənin iqtisadi drayverlərinin (bazarın ölçüsü, inkişaf tempi,
sahədə gəlirlilik dərəcəsi, rəqiblərin və istehlakçıların sayı, bazara girişin asanlığı) müəyyən edilməsi.
Rəqiblərin analizi istiqaməti üzrə tətbiq edilə bilən mümkün analiz metodları olaraq aşağıdakıları
seçmək olar: 1)Porter matritsası; 2) strateji qrupların xəritəsinin qurulması; 3)bençmarkinq; 4)
rəqiblərin çeklərinin analizi; 5) müqayisəli qiymətləndirmə metodu; 6) əsas rəqiblərin SWOT analizi;
7) məhsulların və müəssisələrin rəqabətqabiliyyətliliyinin faktor analizi.
Marketinq fəaliyyətinin əsas iqtiqamətlərindən biri olan əmtəə siyasətinin analizi istiqaməti də bir
neçə aspektdən ibarətdir: 1) satışın ümumi dinamikası; 2) əmtəə assortimentinin tədqiqi; 3) Əmtəənin
həyat tsikli (ƏHT) mərhələlərinin müəyyən edilməsi; 4)mal və xidmətlərin təqdim edilməsi; 4)rəqiblər
arasında brendin tədqiq edilməsi; 5)berndin bazar qiymətinin tədqiq edilməsi; 6) istehlakçıların
məmnunluğu və inamı; 7) istehlakçılara xidmətin keyfiyyəti. Bu istiqamətdə analizlərin aparılması
üçün seçilməsi mükün olan metodlar arasında əsasən 1) BMQ (Boston Məsləhət Qrupu) matritsası; 2)
ABC (firmanın ehtiyatlarının vaciblik nöqteyi-nəzərdən təsnifləşdirilməsinə imkan verən) metod; 3)
XYZ-analiz; 4) təqdimat xəritəsinin qurulması; 5)holl-test ( adətən mənzildə aparılan və malın necə
qavranılmasını tədqiq edən, formalaşdırılmış və ya yarı-formalaşdırılmış sorğu); 6)sərbəst
assosiasiyalar metodu; 7) istehlakçılarla sorğu; 8)Brand Strength metodu geniş yayılıb.
|