Vəzifələri. İnformasiya prosesləri. Plan: Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsəd və vəzifələri



Yüklə 191,95 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix24.03.2023
ölçüsü191,95 Kb.
#89478
növüMühazirə
1   2   3
movzu 12.

İnformasiya proseslərinə — informasiyanın toplanması, ötürülməsi, saxlanması, 
emalı və istifadəçiyə çatdırılması aiddir
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti 
haqqında 
məlumatın
 alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi 
halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və sistemlər 
tərəfindən yerinə yetirilir. 
İnformasiyanın ötürülməsi — toplanan informasiyanın emal edilməsi üçün emal 
vasitələri ilə ötürülməni nəzərdə tutur. Adi halda informasiyanın emalı insan 
tərəfindən, avtomatlaşdırılmış halda isə kompüterlər vasitələrlə aparılır. 
İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə 
yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə 
isə rabitə kanallarından (
telefon

teleqraf
, peyk rabitəsi və s.) istifadə edilir. Müasir 
kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və 
ötürülməsi üçün 
modem
 (modulyator - demodulyator) adlanan xüsusi qurğudan 
istifadə edilir. 
İnformasiyanın saxlanması — informasiya emal edilməzdən əvvəl və sonra 
daşıyıcılarda saxlanılmasını nəzərdə tutur. İnformasiya daşıyıcısı kimi kağızdan, 


köhnə kompüterlərdə perfolentdən, perfokartdan, maqnit lentindən, müasir 
kompüterlərdə isə maqnit və lazer disklərindən və kartlardan istifadə olunur. 
İnformasiyanın axtarışı və emalı adi halda insan tərəfindən, avtomatlaşdırılmış 
halda isə kompüter vasitəsilə aparılır. 
İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir. 
Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə olunur. 
İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada istifadəçilərə 
çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompüterlə) emal olunan informasiya 
istifadəçilərə adətən kompüterin xaricetmə qurğuları ilə (monitor, printer, plotter 
və 
s.) 
mətn, 
cədvəl, 
qrafik 
və 
s. 
şəklində 
çatdırılır.
Yüklə 191,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin