Marinad altında balıq. Bu xörək nər cür balıqdan hazırlana bilər. Burada nərə balığı 1 qayda olaraq
suda bişirilmiş şəkildə süfəyə verilir.xırda balıqlar bütöv şəkildə hazırlanır, yerdə
qalan balıq növlərinin yumşaq əti porsluq tikələrə doğranıb, üstünə duz, istiot
səpilir, un içində urvalanır və qazmaq tutunca əsas üsul üzrə yağ içində
qızardılaraq qızdırıcı şkafa qoyulur və orada hazır vəziyyətə gətirilir.
Bütöv balıq yaxud porsluq tikələr çini qaba qoyulub üstünə marinad tökülüb
3-5 saat soyuq yerdə saxlanır. Süfrəyə verilən zaman balıq tikəsi buluda qoyulub
üstünə marinad tökülür və narın doğranmış göy soğan yaxud cəfəri
göyərtisiyaxudda şüyüd səpilir.
Hər pors üçün 150q çapaq balığı, 150q çəki balığı, 15q göy soğan, 75q hazır
marinad. 5q buğda unu və 4q bitki yagı götürülür.
Marinadın hazırlanması.Burada cəfəri, kərəviz və baş soğan çöp şəklində
doğranıb 25-30 dəq bitki yağında qızardılır və içinə tomat-püre vurulub.
Qızardılması davam etdirilir. Sonra bunun içinə sirkə, istiot, dəfnə yarpağı, duz,
darçın, müxək qatılıb 20 dəqiqə qaynadılır. hazır marinad sous qabına tökülür.
Soyudulur, bu marinad soyuq halqa balıq xörəyi üçün sərf edilir.
Norma: 1kq marinad üçün 440q yerkökü, 70q cəfəri.75q kərəviz. 290q baş
soğan,300q tomat-püre. 100q bitki yaği. 30q 3% sirkə, 1q istiot, 20q duz. Dəfnə
yarpağı, müxək götürülür.
46
MÜHAZİRƏ 10. MÖVZU: КЯСМИКДЯН, ЙУМУРТАДАН ВЯ ЙУМУРТА
МЯЩСУЛЛАРЫНДАН ЩАЗЫРЛАНАН ЙАРЫМФАБРИKАТЛАР,
КЕЙФИЙЙЯТИНЯ ОЛАН ТЯЛЯБЛЯР Plan: 1. Yumurtadan və yumurta məhsullarından hazırlanan xörəklərin əhəmiyyəti və rolu.