5
tərcüməçiyə ehtiyac olur. Belə qurğulara EHM–ləri misal gətirmək olar. Onları idarə etmək üçün
insan üçün sadə olan, onun dilinə yaxın olan bir giriş dilinə ehtiyac olur.
Qeyd edək ki, EHM -lər insan tərəfindən yaradılmış obyektlər sırasında ən çətin idarə
olunanlardandır. Bu məsələ o qədər obeyktin mürəkkəbliyindən yox, daha çox onun dilinin ( maşın
dili – 2-lik kodlar) insan dilindən uzaq olmasıdır. Ona görə də istehsalçıların və proqramçılarin
maraqlarını nəzərə alaraq bir ünsiyyət vasitəsinə ehtiyac yaranır.
Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına
və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan
formallaşmış dillərə
proqramlaşdırma dilləri deyilir.
Istənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və
semantikası.
Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
Sintaksis- əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların,
operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini
proqramlaşdırmağa imkan verir.
Semantika- dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir. Məsələn, əgər
proqramın bu yerində
y =a*(b+c) ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları maşına
“göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra həmin cəmi
a
-ya vursun.
Beləliklə, hər hansı verilənlərin emalı prosesini birbaşa həyata keçirməyə imkan verən
proqramlar, dili təyin edən sintaksis qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi
nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib hazırlanır.
Dostları ilə paylaş: