Паша Ибиш оьлу Сяфяров


Elnur  İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə13/98
tarix19.03.2023
ölçüsü1,73 Mb.
#88764
1   ...   9   10   11   12   13   14   15   16   ...   98
Azf-269325

Elnur 
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları 
15 
e) X
əzər çökəkliyi (Şimali Xəzəryanı, Qafqaz, Xəzərarxası və 
Şimali İran ərazilərinin qovuşduğu yerdə əmələ gəlmişdir. Xəzər 
d
ənizi iki çökəklikdən ibarətdir: Orta və Cənubi Xəzər. Onları 
Abşeron-Pribalxan qalxımı ayırır. Cənubi Xəzər çökəkliyi müasir 
dövrd
ə intensiv əyilmə zonasına çevrilmişdir. Burada Pliosen-
Dördüncü dövr çöküntül
ərinin qalınlığı 7 km-dən artıqdır);
ə) Kür dağarası çökəkliyi (Alp qırışıqlıq qurşağının Qafqaz 
seqmentind
ə daxili strukturdur. O, Böyük və Kiçik Qafqaz 
dağları, Dzirül massivi və Xəzər dənizi ilə həmsərhəddir. 
Uzunluğu 450 km., eni isə 170 km.-dir. Kür dağarası çökəkliyin 
tektonikası ilə İ. M. Qubkin, H. Ə. Əhmədov, Ə. V. Məmmədov, 
F. S. 
Əhmədbəyli və b. məşğul olmuşlar. Əsas tektonik struktur 
elementl
əri Orta və Aşağı Kür çökəklikləridir. Orta Kür 
çök
əkliyində Alazan-Əyriçay, Palantökən sinklinoriumu, Daşyüz, 
Çatma-
Göyçay antiklinoriumu, Aşağı Kür sinklinoriumunda 
Kürd
əmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımları mövcuddur).
Respublika 
ərazisində Palçıq vulkanları Ə. Ə. Yaqubov, M. M. 
Zeynalov, A. A. 
Əliyev, F. S. Məhərrəmova və b. tərəfindən 
t
ədqiq edilmişdir. Azərbaycanda fəaliyyətdə olan, yaxud sönmüş 
palçıq vulkanları Abşeron yarımadasında, Qobustanda, Xəzər 
d
ənizində geniş yayılmışdır. Quruda və Xəzər dənizində 40-dan 
artıq palçıq vulkanı məlumdur. Onlar vaxtaşırı fəaliyyət 
göst
ərirlər. Bunların içərisində Böyük Kənizi, Touraqaçay, 
Otmanbozd
ağ, Keyrəki, Qalmas və b. göstərmək olar. Quruda 
yayılmış palçıq vulkanları morfoloji quruluşlarına görə yastı 
konus formasındadırlar. Fəaliyyətləri dövründə püskürmə 
m
əhsulu 300-400 m. hündürlüyə atılır və 3-3,5 km
2
sah
əni əhatə 
edir. 
Palçıq vulkanlarının məhsullarında gil, vulkan brekçiyası, 
d
ərin qatlardan gələn qaymalar, qaz, su və neft axımı müşahidə 
olunur. D
əniz palçıq vulkanları ada və sualtı qalxım formalarda 
m
əlumdur. Bunlardan Xarazirə, Gil, Qarasu, Səngi-Muğan və b. 
göst
ərmək olar. Alimlər belə qənaətə gəlmişlər ki, palçıq 
vulkanlarının əmələ gəlməsi üçün müəyyən şərait olmalıdır. 



Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin