Elnur
İbiş oğlu Səfərov -Kiçik Qafqazın faydalı qazıntı yataqları
68
Qaraıxçay təzahürü
Şimal-şərq və qərb istiqamətli qırılmalarının
kəsişmə
sah
ələrində, Qaraıxçayın yuxarı axın hissəsində yerləşir.
Burada
süxurlar qırılma xətti boyu intensiv kvarslaşmış, kaolinləşmiş və
limonitl
əşmiş, törəmə kvarsitlərə keçmişdir. Dəyişmə zonasının
qalınlığı 200 m, izlənən uzunluğu isə 600 m-ə qədərdir. Zonanın
mineralaşmış hissəsində qızıl 1,4-2,8 q/t, gümüş 0,4-6,4 q/t.
arasında dəyişir. 15 m. orta qalınlığa qızıl 1,86 q/t, gümüş 2-6 q/t.
t
əyin edilmişdir.
Çobansığnaq təzahürü
Z
əyəmçayın sağ yamacında, 1030,0 m. yüksəkliyindən 1200 m.
c
ənub-şərqdə yerləşir. Diorit-porfirit
tərkibli intruzivlərin
t
əmasında alt bayos yaşlı orta və əsasi tərkibli
süxurlar intensiv
kvarslaşmış, brekçiyalaşmış, parçalanmış,
törəmə kvarsitlərə
keçmiş, kaolinləşmiş və limonitləşmişdir. Zonanın qalınlığı 70-80
m, izl
ənən uzunluğu 200 m. və 65-70
0
il
ə cənub-şərqdə yatır.
Burada qızıl 0,2-3,6 q/t, gümüş isə 0,4-41,8 q/t. arasında dəyişir.
Lakin götürül
ən sınaqlar ardıcıl olmamış, zonanı tam xarakterizə
etm
əmişdir. Sadəcə olaraq 14 m. qalınlığa (bir kəsiliş üzrə) 0,95
q/t.
qızıl, 36,3 q/t . gümüş olduğu göstərilmişdir.
Kils
əlisu təzahürü
Kils
əlisuyun yuxarı axın sahələrində Sığnaqdağ (1472,2 m.)
yüks
əkliyindən 1300 m. şimal-şərqdə yerləşir. Zona iki kəsilişdə
sınaqlaşdırılmışdır. Bir kəsiliş üzrə 15 qalınlığa 2,42 q/t. qızıl,
3,72 q/t.
gümüş aşkar olunmuşdur. İkinci kəsiliş üzrə isə 12,5 m.
qalınlığa 1,78 q/t. qızıl, 3,2 q/t. gümüş təyin olunmuşdur.
Dostları ilə paylaş: