37) Meyitin patoloji-anatomik müayinə protokolunda hansı hissə olmur?
A) Daxili müayinə hissəsi
B) Anamnez hissəsi
C) Xəstəlik tarixindən qısa çıxarış
D) Pasport hissə
E) Klinik-anatomik epikriz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
38) Göstərilən patologiyalardan 4-ü ağırlaşma, biri isə sərbəst nozoloji xəstəlikdir. O, hansıdır?
A) Mədə qanaxması
B) Orqanizmin ümumi intoksikasiyası
C) Kəskin ürək-damar çatışmazlığı
D) Miokardın kəskin işemik distrofiyası
E) Xroniki ağ ciyər çatışmazlığı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
39) Göstərilən hansı bənd patoloji-anatomik xidmətin əsas vəzifələrinə aid deyildir?
A) Xəstəliklərin həyati diaqnostikası
B) Xəstəliklərin ölümdən sonrakı diaqnostikası
C) Klinik diaqnostitka və müalijə işlərinin aparılmasının keyfiyyətinə nəzarət
D) Xəstənin ölümünün səbəbinin və mexanizminin təyin edilməsi, xəstəliyin mənşəyinin və məzmununun aşkarlanması
E) Kimsəsiz (sahibsiz) uşaq meyitlərinin müayinəsi zamanı atalığın təyini
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |