45) Hansı bənd patoloji-anatomik diaqnoza daxil deyil?
A) Yanaşı xəstəlik
B) Fon xəstəliyi
C) Əsas xəstəliyin ağırlaşmaları
D) Əsas xəstəlik
E) Mərhumun soyadı, adı və atasının adı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
46) Aşağıdakı hansı patoloji proses ağırlaşma deyil, xəstəlikdir?
A) Perifokal qastrit
B) Parenximatoz sarılıq
C) Viruslu hepatit
D) Nəcis peritoniti
E) Kaxeksiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
47) Xəstə xəstəxanaya rayondan göndəriş vərəqəsi ilə daxil olmuşdur. Göndəriş vərəqəsində göstərilən diaqnoz səhv qoyulmuşdur. Xəstəxanada tam müayinədən hələ keçə bilməyən xəstə bir saatdan sonra ölmüşdür. Meyitin müayinəsi zamanı klinik və patanatomik diaqnozlar arasında uyğunsuzluq aşkar edilmişdir. Bu, hansı kateqoriya uyğunsuzluqdur?
A) I kateqoriya
B) V kateqoriya
C) III kateqoriya
D) II kateqoriya
E) IV kateqoriya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |