437) Aşağıda göstərilən hansı proses hipertrofiya adlandırıla bilər?
A) Hüceyrənin, toxumanın və ya üzvün həcmcə böyüməsi
B) Şiş hüceyrələrinin sürətlə artıb çoxalması
C) Toxumanın ödem hesabına şişməsi
D) Hüceyrənin, toxumanın və ya üzvün alimentar piylənməsi
E) Proliferativ iltihab ocağının həcmcə böyüməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
438) “Öküz ürək” nə deməkdir?
A) Hipertoniya xəstəliyi zamanı ürəyin sol mədəciyinin böyüməsi və ürəyin hipertrofiyası
B) Miokardın parenximatoz piy distrofiyası ilə əlaqədar ürəyin böyüməsi
C) Miokardın parenximatoz piy distrofiyası ilə əlaqədar endokardda piy zolaqlarının əmələ gəlməsi və öküz dərisini xatırlatması
D) Miokardın mezenximal piy distrofiyası ilə əlaqədar kardiomiositlər arası sahələrdə çoxlu miqdarda piy toxumasının meydana çıxması
E) Fibrinoz perikardit zamanı öküz dərisinə bənzər “tüklü ürəyin” inkişaf etməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |