448) Aşağıda göstərilən hansı proses atrofiyanın baş vermə səbəbi ola bilməz?
A) İşemiya
B) Funksiyanın az olması (hipofunksiya)
C) Funksional yüklənmə (üzv və ya toxumanın hiperfunksiyası)
D) Toxumaya kənardan kompression təsir
E) Qocalıq
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
449) Aşağıdakı hansı dəyişiklik hüceyrənin hipertrofiyaya uğramasının morfoloji əlamətidir?
A) Hüceyrə membranının dartılaraq gərilməsi
B) Hüceyrənin ölçülərinin – həcminin böyüməsi
C) Nüvənin kiçilməsi və büzüşməsi (kariopiknoz)
D) Hüceyrədə lipofussin qranullarının toplanması (lipofussinoz)
E) Hüceyrənin şişərək “üzüyəbənzər hüceyrə”yə çevrilməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
450) Dəridə və daxili üzvlərdə epitellərin regenerasiyasının düzgün getməsi və başa çatması üçün hansı toxuma komponentinin olması vacibdir?
A) Sütun hüceyrələr
B) Salamat qalmış epitel hüceyrələri
C) Qan damarları
D) Bazal membran
E) Sinir ucları
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
451) Qaraciyərin bir hissəsi kəsilib götürüldükdən bir neçə ay sonra xəstə mexaniki asfiksiyadan ölmüş və daxili müayinə zamanı aşkar olunmuşdur ki, qara ciyər bütünlüklə bərpa olunmuşdur. Bu, regenerasiyanın hansı növüdür?
A) Fizioloji regenerasiya
B) Amputasion regenerasiya və ya substitusiya
C) Tam reparativ regenerasiya
D) Natamam reparativ regenerasiya
E) Tam patoloji regenerasiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |