679) İltihabi prosesin xarakterindən asılı olaraq aşağıda vaskulitlərin hansı növü göstərilmişdir?
A) Perivaskulit
B) Qranulomatoz vaskulit
C) Flebit
D) Sistem vaskulitlər
E) İkincili vaskulitlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
680) İltihabi prosesin xarakterindən asılı olaraq aşağıda vaskulitlərin hansı növü göstərilmişdir?
A) Proliferativ vaskulit
B) Arteriit
C) Mezaortit
D) Birincili vaskulit
E) Yerli vaskulit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
681) Aşağıda göstərilən patoloji proseslərin hamısı iltihabi prosesin xarakterindən asılı olaraq vaskulitlərin növləridir, birindən başqa. O, hansıdır?
A) Qranulomatoz vaskulit
B) Tromboendovaskulit
C) Nekrotik vaskulit
D) Destruktiv-produktiv vaskulit
E) Proliferativ vaskulit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
682) Aşağıda göstərilən patoloji proseslər damar divarının hansı qatında baş verməsindən vaskulitlərin növləridir, birindən başqa. O, hansıdır?
A) Panvaskulit
B) Perivaskulit
C) Endovaskulit
D) Proliferativ vaskulit
E) Endomezovaskulit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.