Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Aşağıda göstərilən hansı patoloji proses kəskin qastritlərin bir formasıdır?



Yüklə 1,56 Mb.
səhifə263/369
tarix28.12.2021
ölçüsü1,56 Mb.
#14230
1   ...   259   260   261   262   263   264   265   266   ...   369
783) Aşağıda göstərilən hansı patoloji proses kəskin qastritlərin bir formasıdır?

A) Səthi qastrit

B) Kəskin qastropatiya

C) Yarımkəskin qastrit

D) Kəskin hipoasid qastrit

E) Kəskin fibrinoz qastrit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
784) Aşağıda göstərilən hansı patologiya mədənin simptomatik xoralarına aid deyil?

A) Durğunluq xoraları

B) Xroniki xora xəstəliyi

C) Medikamentoz xora xəstəliyi

D) Endokrin xoralar

E) Stres xoralar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
785) Aşağıdakı hansı patologiya kəskin qastritlər zamanı rast gəlinən xarakter morfoloji dəyişikliklərdən hesab edilə bilər?

A) Mədənin selikli qişa epitellərinin maliqnizasiyası

B) Hiperemiya və leykositar infiltrasiya

C) Selikli qişanın atrofiyası

D) Sklerotik dəyişikliklər və ödem

E) Vəzli strukturlarda atrofik və distrofik dəyişikliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
786) Aşağıdakı hansı proses mədənin xroniki xora xəstəliyinin bir mərhələsi hesab edilir?

A) Xroniki nekrotik qastrit mərhələsi

B) Metaplaziya mərhələsi

C) Deskvamasiya mərhələsi

D) Sağalma mərhələsi

E) Eroziya mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
787) Kəskinləşmə dövründə xroniki xoranın divarında hansı qata rast gəlmək mümkündür?

A) Orta qat

B) Daxili piogen qat

C) Vertikal kapilyarlar qatı

D) Kazeoz nekroz qatı

E) Fibrinoid nekroz qatı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
788) Aşağıdakı hansı patologiya kəskin appendisitin ağırlaşması kimi inkişaf edə bilməz?

A) Peritiflit

B) Peritonit

C) Maliqnizasiya

D) Periappendisit

E) İrinli pileflebit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
789) Mədənin xroniki xora xəstəliyinin patogenezində mühüm rol oynayan hansı yerli amil göstərilmişdir?

A) Həddən artıq isti, yaxud da həddən artıq soyuq qidaların qəbulu

B) Mərkəzi sinir sistemi pozğunluqları

C) Turşu-peptik faktoru

D) Xroniki hipertrofik qastrit

E) Perforasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
790) Makroskopik görünüşünə görə aşağıda mədə xərçənglərinin hansı növü göstərilmişdir?

A) Diffuz xərçəng

B) Yastıepitelli xərçəng

C) Diferensiasiya etməmiş xərçəng

D) Pilorik xərçəng

E) Adenokarsinoma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
791) Mədənin xroniki xorasının inkişaf edərək mədəaltı vəz toxumasına da keçməsi necə adlanır?

A) Xoranın kəskinləşməsi

B) Xoranın penetrasiyası

C) Xoranın metaplaziyası

D) Xoranın perforasiyası

E) Xoranın maliqnizasiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin