799) Mədə xərçəngi zamanı Virxov metastazı hara verilir?
A) Sol körpücüküstü limfa düyünlərinə
B) Regionar limfa düyünlərinə
C) Qara ciyərə
D) Düz bağırsağa
E) Ağ ciyərə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
800) Mədə xərçəngi zamanı Şnitsler metastazı hara verilir?
A) Qara ciyərə
B) Yumurtalıqlara
C) Pararektal limfa düyünlərinə
D) Regionar limfa düyünlərinə
E) Xayalara
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
801) Aşağıda kolorektal xərçənglərin hansı mikroskopik növü göstərilmişdir?
A) Diferensiasiya etməmiş xərçəng
B) Polipoz
C) Xoralı xərçəng
D) Trofoblast xərçəng
E) Ekzofit xərçəng
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
802) Aşağıdakı hansı patologiya yoğun bağırsağın prekanserogen patologiyası ola bilər?
A) Kolorektal adenokarsinoma
B) Xroniki ishal
C) Yoğun (düz) bağırsağın polipozu
D) Yogun bağırsağın melanozu
E) Kəskin dizenteriya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
803) Aşağıdakı hansı morfoloji göstərici mədə xərçəngi zamanı daha mühüm proqnostik əhəmiyyət kəsb edə bilər?
A) Atipik hüceyrələrin diferensiasiya dərəcəsi
B) Xoranın (xora-xərçəng zamanı) kənarlarının hündürlüyü
C) Mədə xərçənginin hansı prekanserogen xəstəlik fonunda baş verməsi
D) Şiş toxumasında ikincili dəyişikliklər
E) Xərçəngin hansı makroskopik formada olması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
804) Mədə divarından götürülmüş biopsiya materialının mikroskopik müayinəsi zamanı doluqanlılıq, ödem, selikli qişada zəif intensivlikdə limfo-leykositar infiltrasiya görünür. Örtük epitelləri öz tamlıqlarını saxlamışlar. Bu hansı patologiyadır?
A) Kataral qastrit
B) Heç bir patologiya yoxdur. Adi, normal histoloji quruluşdur
C) Mədənin xroniki xora xəstəliyi
D) Xroniki atrofik qastrit
E) Limfo-leykositar qastrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |