849) Aşağıdakı hansı xəstəlik qeyri-iltihabi qlomerulopatiyalar qrupuna aiddir?
A) Lipoidli nefroz
B) Berje xəstəliyi
C) Ekssudativ intrakapilyar qlomerulonefrit
D) Yarımkəskin qlomerulonefrit
E) Xroniki qlomerulonefrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
850) İmmun kompleks mexanizmli kəskin qlomerulonefritlər zamanı (məsələn, poststreptokok qlomerulonefrit) əsas morfoloji dəyişiklik kimi bu immun komplekslərlə ilk növbədə böyrəyin hansı struktur hissəsi zədələnmiş olur?
A) Mezangium (mezangial hüceyrələr və mezangial matriks)
B) Böyrəyin ara maddəsi (interstitsiya)
C) Böyrəyin proksimal və distal qıvrım kanalcıqları (tubulyar bazal membran və kanalcıq epitelləri)
D) Yumaqcıq kapilyarlarının divarı (xüsusilə də bazal membran)
E) Yumaqcıq kapsulası (xüsusilə də bazal membran)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
851) Aşağıdakı hansı qlomerulonefrit klinikada adətən yarımkəskin gedişə malik olur?
A) Ekssudativ intrakapilyar qlomerulonefrit
B) Fibroplastik qlomerulonefrit
C) Mezangial qlomerulonefrit
D) Mezangio-proliferativ qlomerulonefrit
E) Ekstrakapilyar proliferativ qlomerulonefrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |