881) Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?
A) Uşaqlığın polipi
B) Uşaqlıq boynunun papilloması
C) Uşaqlıq cisminin xərçəngi
D) Beçəxor
E) Endometrioz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
882) Aşağıda süd vəzi xərçənglərinin hansı növü göstərilmişdir?
A) Fibroadenoma
B) Qeyri-infiltrativ paycıq (paycıqdaxili) xərçəngi
C) Bədxassəli epitelioma
D) Filloid şiş
E) Süd vəzinin adenosarkoması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
883) Xorionepitelioma nədir?
A) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş xoşxassəli şiş
B) Uşaqlığın selikli qişasının vəz epitellərindən inkişaf edən bədxassəli şiş
C) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş bədxassəli şiş
D) Cift xovlarının epitellərindən, yəni trofoblast hüceyrələrdən inkişaf etmiş bədxassəli şiş
E) Uşaqlığın daxili qatının örtük epitellərindən inkişaf edən xoşxassəli şiş
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
884) Müayinə zamanı uşaqlıq boynunun vaginal hissəsinin səthində ağımtıl rəngdə çoxlu buynuzlaşma ocaqları aşkar olunur. Bu patologiya necə adlanır?
A) Leykoplagiya
B) Uşaqlıq boynunun vaginal hissəsinin psevdoeroziyası
C) Filatov-Koplik ləkəsi
D) Uşaqlıq boynunun xərçəngi
E) Uşaqlıq boynu kanalının ocaqlı iltihabı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |