905) Aşağıdakı hansı patoloji proses beçəxorun formalarına aiddir?
A) Bədxassəli beçəxor
B) Proliferativ beçəxor
C) Uşaqlıq boynunun beçəxoru (Mola hydatidosa cervicalis)
D) Dekompensator beçəxor (buna həm də beçəxorun sonuncu – III mərhələsi deyilir)
E) Hipertrofik beçəxor
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
906) Beçəxor latınca necə adlanır?
A) Anthrax
B) Pestis
C) Comedocarcinoma
D) Paget’s disease
E) Mola hydatidosa
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
907) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma aşkar edilir. Bu, hansı hamiləliyi göstərir?
A) Normal uşaqlıq hamiləliyi
B) Uşaqlıqdan kənar boru hamiləliyi
C) Desidual toxumanın görünməsi hamiləliyin artıq başa çatmasını göstərir
D) Uşaqlıqdan kənar periton hamiləliyi
E) Yerləşməsindən asılı olmayaraq bütün hamiləliklər zamanı uşaqlıqda desidual toxuma meydana çıxır
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |