Patoloji anatomiya 1 Meyitlərin patoloji-anatomik müayinəsi azərbaycan dilində necə adlanır?


) Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?



Yüklə 1,56 Mb.
səhifə300/369
tarix28.12.2021
ölçüsü1,56 Mb.
#14230
1   ...   296   297   298   299   300   301   302   303   ...   369
909) Orqanizmdə infeksiyanın giriş qapısı hara ola bilər?

A) Selikli qişa

B) Limfa düyünləri

C) Baş beynin yumşaq qişası

D) Qara ciyər

E) Seroz qişa


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
910) Göstərilən hansı patologiya İİV-infeksiya xəstəliyinin (QİÇS) mərhələlərindən biridir?

A) Üzv və toxumalarda sklerotik dəyişikliklər dövrü

B) Funksional dəyişikliklər mərhələsi

C) QİÇS mərhələsi

D) Homoseksualizm mərhələsi

E) Virusların transkripsiyası mərhələsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
911) Mikrobların orqanizmə patogen təsir mexanizmi hansıdır?

A) Ümumi təsir

B) Nefropatik təsir

C) Letal təsir

D) İmmunparalitik təsir

E) Lizosomal təsir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
912) Aşağıda İİV-infeksiyanın hansı klinik forması (variantı) göstərilmişdir?

A) Kardio-vaskulyar forma (ürək forması)

B) Oynaq forması

C) Leykopenik variant

D) Mədə-bağırsaq sindromu variantı

E) Bəd xassəli variant (məsələn, Kapoşi sarkomasının meydana çıxması ilə)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
913) Qrip xəstəliyinin ilk dövrlərindən etibarən yuxarı tənəffüs yollarının selikli qişa epitellərində 2 növ spesifik sitoplazmatik yığıntılar əmələ gəlir. Onlar hansılardır?

A) Premortal və postmortal substansiyalar

B) Oksifil və bazofil substansiyalar

C) Səthi və dərin substansiyalar

D) Nekrotik və distrofik substansiyalar

E) Parenximatoz və mezenximal yığıntılar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
914) Uşaqda qızılca xəstəliyi başlanır. Yanağın selikli qişasında alt kiçik azı dişləri bərabərliyində ağımtıl rəngdə ləkələr əmələ gəlmişdir. Bu ləkənin adı nədir?

A) Filatov-Koplik ləkəsi

B) Perqament ləkə

C) Enantematoz ləkə

D) Vortin-Finkeldey ləkəsi

E) Lukin-Libman ləkəsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
915) İİV-infeksiya (QİÇS) zamanı ilkin xarakter patogenetik əlamət kimi immun sistemin əsasən hansı komponenti zədələnir və sıradan çıxır?

A) Bütün limfa düyünləri (generalizə olunmuş limfadenopatiya)

B) Tənəffüs yollarının və düz bağırsağın divarındakı limfoid follikullar

C) T-helper limfositlər (T4)

D) T-supressor limfositlər (T8)

E) Plazmositlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   369




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin