902) Aşağıda proliferativ mastopatiyaların hansı növü göstərilmişdir?
A) Fibroepitelial proliferativ mastopatiya
B) Limfogen mastopatiya
C) Mezenximal proliferativ mastopatiya
D) Fibrinoid mastopatiya
E) Dekompensator proliferativ mastopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
903) Natamam abort zamanı qopmamış və uşaqlıqda qalmış xorion xovları tədricən büzüşərək nekrobiotik vəziyyətə keçir, hialinozlaşır və nəhayət əhəngləşir. Əmələ gəlmiş və adətən uşaqlıq qanaxmaları ilə müşaiyət olunan bu kütlə necə adlanır?
A) “Daş döl” (litopedion)
B) Postnatal xorion
C) Xorionepitelioma
D) Beçəxor
E) Plasentar polip
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
904) Orta yaşlı qadında doğuşdan sonra uşaqlıq qanaxmaları baş verir. Müayinə zamanı uşaqlığın mənfəzində çoxlu miqdarda qovuqlar şəklində üzüm salxımına bənzər kütlələr görünür. Mikroskopik müayinədə bu qovuqların mənfəzində seliyəbənzər şəffaf maye görünür, divarları daxildən proliferasiya etmiş trofoblast hüceyrələrlə (xorion xovları ilə) örtülü olur. Bu, hansı patologiyadır?
A) Plasentar polip
B) Beçəxor
C) Xorionepitelioma
D) Uşaqlığın polipozu
E) Uşaqlığın selikli qişasının proliferativ iltihabı (qranulomatoz endometrit)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |