84) Ağciyər toxumasında yayılmasından, əhatə etdiyi sahənin ölçüsündən asılı olaraq ocaqlı pnevmoniyaların belə bir forması yoxdur.
A) seqmentar
B) paycıqlı
C) asinar
D) subseqmentar
E) subtotal
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
85) Qalça bağırsağın terminal hissəsindən götürülmüş bioptatın mikroskopik müayinəsi zamanı aşkar edilən hansı morfoloji dəyişiklik Kron xəstəliyi üçün xarakter hesab edilə bilər?
A) sarkoidozabənzər qranulomalar, müxtəlif dərinlikli nekrotik şırımlar
B) örtük epitellərinin və vəz epitellərinin sitoplazmalarında ağır hidropik distrofiya
C) selikli qişanın örtük epitellərinin deskvamasiyası, selikli qişanın atrofiyası
D) fibrinoz ərp
E) limfoid follikullarda “beyinvari şişkinləşmə”
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
86) Tonzillektomiya əməliyyatından sonra damaq badamcıqlarının mikroskopik müayinəsi zamanı limfoid toxumanın sklerozlaşması, bəzi yerlərdə kompensator olaraq hiperplaziyası görünür. Lakunalar genişlənmişdir, epitelləri atrofiyalaşmış, badamcıqların stromasında sklerozla yanaşı limfo-leykositar infiltrasiya da qeyd edilir. Diaqnoz:
A) xronik tonzillit
B) xronik farinqo-laringit
C) kəskin follikulyar tonzillit
D) kəskin lakunar tonzillit
E) kəskin irinli tonzillit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
87) Mədədən götürülmüş bioptatın mikroskopiyası aparılır. Mikroskopik müayinədə mədənin selikli qişasındakı vəzilərin miqdarı azalmışdır, onların yerində birləşdirici toxuma elementlərinin artması qeyd edilir. Örtük epitelinin bağırsaq tipli epitellə əvəz olunması aşkar olunur. Selikli qişanın xüsusi qatı limfo-leykositar infiltrasiyaya uğramışdır. Diaqnoz:
A) xronik fibrinoz qastrit
B) xronik səthi qastrit
C) Menetrie xəstəliyi
D) kəskin irinli qastrit
E) xronik atrofik qastrit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |