245) Hialinoz prosesi adətən göstərilən toxumaların hansında meydana çıxır?
A) Hialin toxumasında
B) Qığırdaq toxumasında (xondrohialinoz)
C) Damarların mənfəzində (vazohialinoz və ya angiohialinoz)
D) Damarların divarında
E) Onurğa beyninin ön buynuzlarının neyronlarında (neyrohialinoz)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
246) Damar hialininin aşağıda hansı növü (patogenezindən və histokimyəvi xüsusiyyətlərindən asılı olaraq) göstərilmişdir?
A) Anadangəlmə hialin
B) İnfeksion hialin (səpkili yatalaq zamanı)
C) Onkohialin (məsələn, kapilyar hemangiomalar zamanı)
D) Latent hialin
E) Lipohialin
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |