254) Piylənmənin əsas əlaməti hansıdır?
A) “Qaz qara ciyəri”
B) Ksantom hüceyrələrin əmələ gəlməsi
C) Piy depolarında piylərin həddən artıq toplanması
D) Üzv və toxumalarda “üzüyəbənzər hüceyrə”lərin meydana çıxması
E) Miokardın parenximatoz piy distrofiyası
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
255) Hansı bənddə amiloidozun klinik-morfoloji formaları göstərilmişdir?
A) Heç biri düz deyil
B) AA-amiloidoz, kardiopatik amiloidoz
C) Perivaskulyar amiloidoz, perinevral amiloidoz
D) Böyrək amiloidozu, böyrəküstü vəzin amiloidozu
E) İkincili amiloidoz, irsi amiloidoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
256) Mürəkkəb hialin adətən hansı xəstəlik zamanı damarların divarında meydana çıxır?
A) Hipertoniya xəstəliyi və ateroskleroz zamanı
B) Səpkili yatalaq
C) Revmatik xəstəliklər
D) Qarın yatalağı
E) Şəkərli diabet
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
257) Aşağıda amiloidozun inkişaf (əmələ gəlmə) mərhələlərindən biri göstərilmişdir. O, hansıdır?
A) Fibrinoid şişmə
B) Amiloidönü mərhələ
C) Qalıq əlamətləri mərhələsi
D) Funksional mərhələ
E) Oliqouriya mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |