Parodontoz



Yüklə 18,92 Kb.
tarix25.01.2017
ölçüsü18,92 Kb.
#6357
Parodontoz

Parodontoz – parodontun distrofik xarakterli xroniki gedişli xəstəliyinə deyilir. Adətən generalizə olunmuş şəkildə inkişaf edir, əsas dəyişikliklər isə ən çox aşağı, yaxud da hər iki çənənin kəsici və köpək dişləri nahiyələrində baş verir.

Parodontozun etiologiyası dəqiq məlum deyildir. Lakin onun baş verməsində eyni ilə gingvitdə və parodontitdə olan və xəstəliyin inkişafında fon rolu oynayan xəstəliklər – ümumi amillər mühüm əhəmiyyətə malikdirlər. Məsələn, uzun müddətli əsəb gərginlikləri və ürək-damar sistemi xəstəlikləri, metabolik pozğunluqlar, şəkərli diabet başda olmaqla bəzi endokrin xəstəliklər, revmatik xəstəliklər, cinsiyyət sisteminin dishormonal pozğunluqları və s.

Bu xəstəlik üçün parodont toxumalarında nə əvvəldən, nə də xəstəliyin gedişi dövründə iltihabi dəyişikliklər, diş ərpi, diş daşları, mikroblar, infeksion proseslər xarakter deyildir. Parodontoz çox vaxt qeyri-karioz mənşəli diş xəstəlikləri ( pazvari defekt, hiperesteziya, minanın eroziyası və s.) ilə birgə rast gəlinir. Bəzi xarici ölkələrdə isə parodontozu ümumiyyətlə parodontitdən ayırmır və onları eyni bir proses kimi qəbul edərək “parodontit və ya parodontoz” adlandırırlar.

Parodontoz zamanı dişlərarası sümük alveolunda qeyri-aktiv formada rezorbsiya baş verir, sümük strukturlarının, xüsusilə də süngəri maddənin yeniləşməsi prosesi ləngidiyi üçün trabekulları qalınlaşır, onun normal histoloji quruluşu pozulur (eburneasiya), çoxlu osteoporoz, osteonekroz və osteoskleroz ocaqları meydana çıxır. Sümük alveollarının rezorbsiyası dərinləşdikcə periodontal yarıq genişlənir, diş ətinin də həcmcə azalması və geriyə doğru sürüşməsi – retraksiyası baş verir. Əvvəlcə dişin boyun hissəsi, sonra isə tədricən kök hissəsinin üzəri açılır. Xəstələrdə estetik defekt meydana çıxır. Sümük alveollarının hətta III-IV dərəcəli rezorbsiyaları zaman belə bu proses diş ətinin retraksiyası ilə sinxron şəkildə baş verdiyi üçün dişlər diş yuvalarından qopub düşmürlər. Rezorbsiyaya baxmayaraq alveolyar çıxıntıların zirvəsi bərk olur. Sümük iliyində mezenximal distrofik dəyişikliklər, xırda kalibrli damarlarda mukoid şişmə, fibrinoid dəyişikliklər hialinoz və skleroz, mənfəzlərinin daralması və hətta obliterasiyası müşahidə edilir, kapilyarların sayı azalır. Mezenximal disproteinoz və damar dəyişiklikləri həmçinin diş əti toxumasında da aşkar olunur. Parodontoza ikincili iltihabi proseslər də (gingvit, parodontit) qoşulduqda isə onun həm morfoloji, həm də klinik əlamətlərində müvafiq dəyişikliklər baş verir.

Klinik-morfoloji əlamətlərin intensivliyindən asılı olaraq klinikada parodontozun 3 ağırlıq dərəcəsi ayırd edilir: yüngül parodontoz, orta parodontoz və ağır parodontoz.
Parodontoz zamanı patoloji proses qeyri-ilrihabi xarakter daşıyır, və diş ətrafı toxumaların dağılması nəticəsində diş boynunun açılmasıyla təzahür edir. Buna baxmayaraq dişlər uzun müddət yaxşı fiksasiya saxlayırlar (o daha sonra, diş çox sıyrılanda, dağılır), cüzi diş çöküntüləri olur, dişin rəngi solğunlaşır, damaq cibləri və irin ifrazatı mövcud olmur. Pasiyenti diş boyununun yüksək həssaslığı və dişin qaşınması hissi narahat edir. Tədricən proqressivləşərək, xəstəlik dişlərin itirilməsiylə nəticələnə bilər. Təəsüf ki, parodontoz tədricən inkişaf edir. İlkin mərhələlərdə parodontoz ağrı və ya digər hisslər yaratmır.

Xəstəlik simptomsuz inkişaf edir, parodontu tədricən dağıdır. Ona görə də xəstələr adətən həkimə müraciət etməyə tələsmirlər. Müalicəsiz, proses daha dərinə keçir və parodontal bağı dağıdır, padorontal cib əmələ gəlir, hansına ki, öz növbəsində, ərp və daş yığılır və prosesin sonrakı inkişafı artır. Parodnotal toxumalar (dişi əhatə edən damaq, sümük toxuması) dağılır, və diş çənədaxili dayağını itirərək tərpənməyə başlayır. Bu mərhələdə həmçinin dişin yerləşməsidə dəyişə bilər, onların patoloji hərəkətliliyi, aralarında boşluqların əmələ gəlməsi, çeynəmə funksiyasının pozulması, travmatik artikulyasiya müşahidə oluna bilər.



Müalicə komplekslidir, patoloji prosesi stabilləşməsinə yönləndirilir. Parodontun qan dövranını və bərpa proseslərini yaxşılaşdıran vasitələr təyin olunur (damağın massajı, damaq duşu, darsonvalizasiya və digər fizioterapevtik prosedurlar), əsas xəstəliyin müalicəsini aparırlar. Parodontozu düzgün və vaxtında müalicə etdikdə, dişləri saxlamaq və həyat keyfiyəətini artırmaq mümkündür. Lakin problemlə məşğul olmadıqda, dişləri artlq cavan yaşlarda itirmə riski var.

Yalnız stomatoloq və gigiyenist sadə müayinəylə parodont xəstəliyinin mövcud olub olmamasını müəyyən edə bilərlər. Müayinənin mahiyyəti diş-damaq cibinin (parodontit zamanı) xüsusi zondla ölçülməsindən ibarətdir. Bu üsul həkimə Sizin damaqlarınızın tez və ağrısız qiymətləndirilməsinə imkan verir, xəstəliyin sonrakı inkişafının qarşısını almaq üçün müalicə planını təklif etməyə, konkret situasiyaya cavab verən sərbəst gigiyenanın xüsusi rejimini hazırlamağa kömək edir.
Yüklə 18,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin