1045) Hansı patoloji proses taun xəstəliyinin formalarından biridir?
A) Göz forması
B) Abortiv forma
C) Anadangəlmə (bətndaxili) forma
D) İlkin ağ ciyər forması
E) İkincili taun
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1046) Taun xəstəliyinin törədicisi hansı mikroorqanizmdir?
A) Cersinia pestis
B) Bordetella pertussis
C) Treponema pallidum
D) Taun vibrionları
E) Mycobakterium leprae
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1047) Aşağıdakı hansı xəstəlik qranulomatoz xəstəliklər qrupuna daxildir?
A) Difteriya
B) Paraqrip
C) Listerioz
D) Dizenteriya
E) Skarlatina
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1048) Hansı patoloji proses listerioz xəstəliyinin formalarından biridir?
A) Septiko-qranulomatoz forma
B) Zöhrəvi forma
C) Kataral forma
D) Qızdırmasız forma
E) Tropik forma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1049) Listeriozun hansı forması adətən perinatal dövrdə (döldə və yenidoğulmuşlarda) rast gəlinır?
A) Sarılıqlı forma
B) Qızdırmalı forma
C) Sarılıqsız forma
D) Qızdırmasız forma
E) Septiko-qranulomatoz forma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |