1075) Aşağıdakı hansı adda ikincili vərəm forması yoxdur?
A) Kəskin ocaqlı vərəm
B) Fibroz–kavernoz vərəm
C) İnfiltrativ vərəm
D) Kəskin ikincili vərəm
E) Tuberkuloma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1076) İlkin vərəmin hematogen generalizasiyası zamanı xəstəlik sağalsa da, ağ ciyər zirvəsində bəzi belə sklerozlaşmış ocaqlarda vərəm çöpləri uzun müddət qalaraq, sonradan əlverişli şərait yarandıqda yenidən vərəm xəstəliyinə səbəb ola bilir. Belə ocaq necə adlanır?
A) İlkin vərəm affekti
B) Abrikosov ocağı
C) Simon ocağı
D) Qon ocağı
E) İlkin hematogen vərəm ocağı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.