1061) Vərəm çöplərinin təsirindən əmələ gələn nekroz necə adlanır?
A) Qummoz nekroz (yapışqanabənzər nekroz)
B) Fibrinoid nekroz
C) Kazeoz nekroz
D) Mukoid nekroz
E) Kollikvasion nekroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1062) Aşağıdakı hansı patologiya ikincili vərəmin formalarına aiddir?
A) Kəskin ümumi miliar vərəm
B) Hematogen vərəm
C) Xroniki iriocaqlı vərəm
D) Sirrotik vərəm
E) Simon ocağı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
1063) Aşağıdakı hansı morfoloji struktur vərəm qranulomasının bir komponenti deyildir və onun tərkibində rast gəlinmir?
A) Epitelioid hüceyrələr
B) Kazeoz nekroz kütləsi
C) Makrofaqlar
D) Plazmatik hüceyrələr və divarlarında proliferativ vaskulit əlamətləri olan damarlar
E) Lanqhans hüceyrələri
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |