Patoloji anatomiya 15. 12. 2014 cü il tarixində əlavə və dəyişikliklər edilmişdir


) Septiki endokarditin periferik əlamətlərinə aiddir



Yüklə 205,44 Kb.
səhifə4/18
tarix01.01.2017
ölçüsü205,44 Kb.
#4353
1   2   3   4   5   6   7   8   9   ...   18

171) Septiki endokarditin periferik əlamətlərinə aiddir:

1. Cejnuey ləkələri.

2. Perqament ləkələri.

3. Muzer hüceyrələri.

4. Osler düyünləri.

5. Popov düyünləri.

6. Lukin-Libman ləkələri.

7. Larşe ləkələri.

8. “Baraban çubuqları” əlaməti.
A) 1, 2, 6, 8

B) 3, 4, 5, 8

C) 1, 2, 4, 6

D) 2, 4, 5, 7

E) 1, 4, 6, 8
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
172) Septiki dalağa xas xüsusiyyət deyil:
A) xronik sepsisdə müşahidə olunmur

B) tünd qırmızı-moruğu rəng alır

C) dalaq kiçilir

D) dalağın ölçüləri böyümüş olur

E) dalaq pulpası qaşıntı verir
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
173) Orqanların boz atrofiyası sepsisin bu formasında baş verir:
A) sepsisemiya

B) xronik sepsis

C) septik endokardit

D) septikopiemiya

E) kəskin sepsis
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
174) Septiki endokarditin xarakterik morfoloji xüsusiyyətlərinə aid deyil:
A) Septiki endokardit zamanı qapaqlarda və ya endokardin digər iltihablaşmış sahələrində mikroskopik müayinədə mikrob koloniyaları aşkar edilir

B) Septiki endokardit zamanı aypara qapaqlarda müxtəlif ölçülərdə və dərinliklərdə defektlər – yaralar əmələ gəlir (polipoz-xoralı endokardit)

C) Septiki endokarditlər adətən aortanın aypara qapaqlarında patomorfoloji dəyişikliklər törədir

D) Septiki endokardit zamanı qapaqların birləşdirici toxumasında proliferativ-qranulomatoz iltihab ocaqları qeyd edilir

E) Qeyd edilən morfoloji dəyişikliklərin hamısı septik endokardit üçün xarakterikdir
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
175) Septiki endokardit zamanı miokardda gedən patomorfoloji dəyişikliklərdən biri:
A) Proliferativ qranulomatoz miokardit

B) Ekssudativ kəskin miokardit

C) Diffuz ekssudativ miokardit

D) Ocaqlı ekssudativ miokardit

E) Proliferativ interstitsial miokardit
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
176) Revmatik endokarditlərdən fərqli olaraq septiki endokardit zamanı:
A) adətən ürəyin ikitaylı qapaqları, həmçinin divarönü endokard zədələnir

B) ürək qapaqlarının birləşdirici toxumasında xarakterik qranulomatoz iltihab inkişaf edir

C) ürək qapaqlarında və ya endokardın digər iltihablaşmış nahiyələrində mikroskopik müayinə zamanı mikrob koloniyaları aşkar edilmir

D) aortal aypara qapaqlarda kobud destruktiv dəyişikliklər: nekroz, yaralar, perforasiya, qapaq taylarının parçalanıb dağılması baş verir

E) xronik dalğavarı gedişlə xarakterizə olunur
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
177) Bu xəstəlik qeyri-infeksion fetopatiyalara aiddir:
A) döldə damardaxili yayılmış laxtalanma sindromu

B) endokardın fibroelastozu

C) eozinofiliyalı fibroplastik endokardit

D) ödemli-hemorragik sindrom

E) gecikmiş fetopatiya dövründə ornitoz
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
178) Mukovissidozun mekonial ileus formasına xas əlamətləri ayırd edin:

1. Koprostaz.

2. Divertikul.

3. Mekonial bağırsaq keçməməzliyi.

4. Peritonit.

5. Perforasiya.

6. S-ə bənzər və düz bağırsağın əzələ qatında Auerbax kələfinin olmaması.

7. Yoğun bağırsaqların yaprıxması.
A) 2, 3, 4, 5, 7

B) 1, 3, 4, 5, 6

C) 3, 4, 5, 6, 7

D) 1, 2, 3, 4, 5

E) 1, 3, 4, 5, 7
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
179) Beklar nüvəsi (bud sümüyünün aşağı epifizində sümükləşmə nüvəsi) nə zaman yaranır və böyüməyə başlayır?
A) hamiləliyin 7-ci ayından etibarən

B) erkən fetogenez dövründə

C) normal doğuşdan 40 gün sonra

D) hamiləliyin 39-40-cı həftələrində

E) hamiləliyin 29-cu həftəsindən etibarən
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
180) Hişprunq xəstəliyi hansı patologiyalar qrupuna daxildir:
A) embriopatiyala.

B) qametopatiyalar.

C) erkən fetopatiyalar.

D) gecikmiş fetopatiyalar.

E) blastopatiyalar.
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
181) Postnatal dövrdə baş verən infeksion proseslərdən fərqli olaraq infeksion fetopatiyalar zamanı bu toxuma dəyişiklikləri daha üstünlük təşkil edir:
A) blastomatoz toxuma dəyişiklikləri

B) proliferativ toxuma dəyişiklikləri (qranulomatoz)

C) ekssudativ toxuma dəyişiklikləri (irinli ekssudativ iltihab)

D) alterativ toxuma dəyişiklikləri (areaktiv nekrozlar)

E) atrofik toxuma dəyişiklikləri
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
182) Bətndaxili dövrün bu müddətindən etibarən döl həyat qabiliyyətlililiyi əldə edir:
A) hamiləliyin bətndaxili dövrün 84-cü günündən etibarən (12-ci həftə, 3-cü ay)

B) hamiləliyin 39-cu həftəsindən etibarən

C) bətndaxili dövrün 197-ci günündən etibarən (29-cu həftə, 7-ci ay)

D) döl doğulan andan etibarən

E) hamiləliyin 28-ci günündən etibarən (4-cü həftə, 1-ci ay)
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
183) Həddən artıq yetişmiş döl:
A) 28-39-cu həftələrdə doğulmuş uşaq

B) 14-28-ci həftələrdə doğulmuş uşaq

C) 39-41-ci həftələrdə doğulmuş uşaq

D) çəkisi 1000 qramdan, uzunluğu 48 sm-dən çox olan uşaq

E) 41 həftədən gec (42 və daha çox) doğulmuş uşaq
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
184) Yenidoğulmuşlarda beyincik çadırının cırılması adətən hansı qrup patologiyalar zamanı rast gəlinir?
A) doğuş zədələnmələri

B) mama travmaları

C) doğuş travmaları

D) bədxassəli hipertoniya xəstəliyi

E) ginekoloq travmaları
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
185) Yenidoğulmuşlarda pnevmopatiyalar qrupuna aid edilən 3 xəstəlikdən biri:
A) ağciyərlərin atelektazı

B) lobar pnevmoniya

C) simptomatik pnevmopatiya

D) anadangəlmə emfizema

E) prenatal pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
186) Yenidoğulmuşlarda mədədə havanın olub-olmamasının təyini üsulu:
A) Suntsov sınağı

B) mədənin divarında Perls reaksiyası

C) “hidrostatik mədə-bağırsaq sınağı”

D) Minakov sınağı

E) “hidrostatik ağciyər sınağı”
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
187) Bu əlamət “yetişməmiş döl” üçün xarakterdir:
A) dölün çəkisinin 2700 qram olması

B) oğlan uşaqlarında xayaların hələ xayalığa enməməsi

C) dölün uzunluğunun 49 sm olması

D) dölün hamiləliyin 39-cu həftəsində doğulması

E) bud sümüyünün distal epifizində sümükləşmə nöqtəsinin (Beklar nüvəsinin) diametrinin 8 mm olması
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
188) Yetişməmiş dölü təyin edin:
A) hamiləliyin 42-ci həftəsində doğulmuş, uzunluğu 53 sm, çəkisi 2900 qram olan döl.

B) hamiləliyin 17-ci həftəsində doğulmuş, uzunluğu 35 sm, çəkisi 950 qram olan döl.

C) hamiləliyin 40-cı həftəsində doğulmuş, uzunluğu 50 sm, çəkisi 2550 qram olan döl.

D) hamiləliyin 18-ci həftəsində doğulmuş, uzunluğu 22 sm, çəkisi 420 qram olan döl.

E) hamiləliyin 35-ci həftəsində doğulmuş, uzunluğu 43 sm, çəkisi 1500 qram olan döl.
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
189) Hamiləliyin 28-37-ci həftəsində doğulan və ya ana bətnindən xaric edilən, uzunluğu 38-47 sm, çəkisi 1000-2499 qram olan döl necə adlanır?
A) həddən artıq yetişmiş döl

B) yetişmiş döl

C) düşük

D) yetişməmiş döl

E) gecikmiş abort
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
190) Hamiləliyin 28-ci həftəsindən sonra (197-ci gündən etibarən), 40-cı həftəyə qədər (28–39-cu həftələr) hamiləliyin pozulması, yəni dölün ana bətnindən xaric olması belə adlanır:
A) gecikmiş abort

B) abort


C) erkən abort

D) süni abort

E) vaxtından əvvəl doğuş
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
191) Etiopatogenetik xüsusiyyətlərindən asılı olaraq “Yenidoğulmuşların hemorragik xəstəliyi” 3 qrupa bölünür. Onlardan biri:
A) meqakarioblastozlar

B) HELLP-sindrom

C) trombositopatiyalar

D) teleangioektaziyalar

E) damardaxili yayılmış laxtalanma sindromu
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
192) Bu patoloji proses “Yenidoğulmuşların hemolitik xəstəliyi”nin formalarından biridir:
A) koaqulopatiya forması

B) embriopatik forma

C) yüngül forma

D) anemik forma

E) postnatal sarılıqsız forma
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
193) Bətndaxili dövrün 29-cu həftəsinə çatmış (həyat qabiliyyətlilik əldə etmiş) dölün uzunluğu:
A) 40 sm

B) 30 sm


C) 50 sm

D) 25 sm


E) 35 sm
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
194) Bətndaxili dövrün 29-cu həftəsinə çatmış (həyat qabiliyyətlilik əldə etmiş) dölün çəkisi:
A) 500 qram

B) 1000 qram

C) 3200 qram

D) 1500 qram

E) 2500 qram
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
195) Hansı patoloji proses doğuş travmalarına aiddir?
A) doğuş zamanı mama-ginekoloqun kobud texniki səhvi nəticəsində yenidoğulmuşun kəllə sümüklərində sınıq

B) kəskin hipoksiya ilə əlaqədar baş beyin maddəsində ocaqlı qansızmalar və nekroz ocaqları

C) hialin membranlar xəstəliyi

D) anada uşaqlıq sepsisi

E) kefalohematoma
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
196) Antenatal dövrdə çəkisi 1000 qram və daha artıq olan döl doğulmuş və ya xaric edilmiş, ən azı bir dəfə nəfəs almışdır. Belə döl necə adlanır?
A) düşük

B) antenatal döl

C) ölüdoğulmuş

D) diridoğulmuş

E) abort
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
197) Yenidoğulmuş uşaq meyitlərində ağciyərlərdə havanın olub-olmaması makroskopik olaraq bu üsulla təyin edilir:
A) Breslau sınağı

B) Qalen sınağı

C) Minakov ləkələri ilə

D) Qmelin reaksiyası

E) Suntsov sınağı
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
198) Yenidoğulmuş uşaq meyitlərində mədədə havanın olub-olmaması makroskopik olaraq bu üsulla təyin edilir:
A) Qalen sınağı

B) Qmelin reaksiyası

C) Breslau sınağı

D) Suntsov sınağı

E) Minakov ləkələri ilə
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
199) Yenidoğulmuşlarda rast gəlinən doğuş şişinin mahiyyəti və tərkibi:
A) dölün ənsə nahiyəsində xoşxassəli epitelial şiş

B) doğuşdan sonra uşaqda aşkar edilən hər hansı şiş toxuması (istər xoş, istərsə də bədxassəli)

C) yenidoğulmuş uşaqlarda sağrı nahiyəsində irinli ekssudat

D) ananın doğuş yollarında inkişaf edən ödem

E) dölün gəliş hissəsində toxumalara hopmuş seroz qanlı kütlə
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
200) İntranatal dövr hansıdır?
A) dölün ana bətnində olduğu müddət

B) ananın doğuşla əlaqədar doğum evində olduğu müddət

C) hamiləliyin 197-ci günündən doğuş prosesi başlanana qədər olan müddət

D) dölün ana bətnindən xaric olmasından sonrakı 1 həftə (168 saat)

E) doğuş prosesinin başlandığı andan doğuşun başa çatması anına qədər olan müddət
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
201) Tam yetişmiş dölün uzunluğu:
A) 50 sm

B) 55 sm


C) 60 sm

D) 65 sm


E) 35 sm
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
202) Hamiləliyin 28-ci həftəsinə (0–196-cı günlər) qədər hamiləliyin pozulması, yəni dölün ana bətnindən xaric olması belə adlanır:
A) erkən abort

B) vaxtından əvvəl doğuş

C) düşük

D) patoloji doğuş

E) kritminal abort
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
203) Çəkisi 500 qrama qədər olan ölüdoğulmuş döl patoloji-anatomik şöbələrdə hansı müayinədən keçirilir?
A) antenatal müayinə

B) patoloji-anatomik müayinə

C) təşrih

D) autopsiya

E) antropometrik müayinə
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
204) Bu patoloji proses doğuş travması kimi tez-tez rast gəlinə bilir:
A) hidrosefaliya

B) ağciyərlərin atelektazı

C) beyincik çadırının cırılması

D) yenidoğulmuşların hemorragik xəstəliyi

E) anadangəlmə bronxoektaziya
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
205) Tam yetişmiş dölün çəkisi:
A) 1000 qram

B) 2500 qram

C) 2000 qram

D) 1700 qram

E) 3500 qram
Ədəbiyyat: Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Distrofiyalar. Parenximatoz distrofiyalar

206) Hansı patologiya parenximatoz zülal distrofiyalarına misal ola bilər?

A) Selik distrofiyası

B) Vilson xəstəliyi

C) Heç biri

D) Dənəvər (danəli) zülal distrofiyası

E) Tey-Saks xəstəliyi (III tip)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
207) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?

A) İrsi kalsinoz

B) İrsi Fankoni xəstəliyi

C) Hers xəstəliyi

D) Qoşe xəstəliyi

E) İrsi piylənmə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
208) “Pələng ürək” nə deməkdir?

A) Hipertrofiyaya uğramış ürək

B) Parenximatoz piy distrofiyasına məruz qalmış ürək

C) Xarici qatında pələng dərisi kimi zolaqları olan ürək

D) Hipertoniya xəstəliyi zamanı böyümüş ürək

E) Mezenximal piy distrofiyasına məruz qalmış ürək


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
209) Qara ciyərin steatozu xarakter olaraq aşağıda göstərilən hansı xəstəlik zamanı rast gəlinə bilər?

A) Mədə-bağırsaq traktının steatozu

B) Qara ciyərin piy distrofiyası

C) İrsi steatozun axırıncı mərhələsində

D) B12-defisitli anemiya

E) Xroniki alkoqolizm


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
210) Toxumaların hansı strukturlarında baş verməsindən asılı olaraq aşağıda distrofiyaların hansı növü göstərilmişdir?

A) Membranoz distrofiyalar

B) Zülal distrofiyaları (və ya disproteinozlar)

C) Parenximatoz və ya hüceyrədaxili distrofiyalar

D) Selikaltı distrofiyalar

E) Piy distrofiyaları (və ya lipidozlar)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
211) Aşağıda toxumaların hansı strukturlarında baş verməsindən asılı olaraq distrofiyaların bir növü göstərilmişdir?

A) Piy distrofiyaları (və ya lipidozlar)

B) Bətndaxili distrofiyalar

C) Böyrək distrofiyaları

D) Tənəffüs sistemində baş verən distrofiyalar

E) Qarışıq distrofiyalar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
212) Distrofiya hansı prosesə deyilir?

A) Digər müxtəlif səbəblərdən toxumanın qan təchizatının pozulmasına

B) Trofikanın pozulması ilə əlaqədar hər hansı bir üzvün yerli, yaxud da orqanizmin ümumi atrofiyasına

C) Damar patologiyaları ilə əlaqədar toxumalara gələn arterial qanın azalmasına

D) Qida maddələrinin çatışmazlığına

E) Toxumada maddələr mübadiləsinin kəskin şəkildə pozulması nəticəsində baş verən struktur-morfoloji dəyişikliklərə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
213) Distrofiyaların morfogenetik mexanizmlərinə hansılar aiddirlər?

A) Metaxromaziya, infiltrasiya, metaplaziya, displaziya

B) Dekompozisiya, transformasiya, dəyişilmiş sintez, infiltrasiya

C) Dekompozisiya, transformasiya, plazmorragiya, metaplaziya

D) Faneroz, maliqnizasiya, demarkasiya, orqanizasiya

E) İrsi-genetik mexanizmlər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
214) Piylərin (lipidlərin) mikroskopik təyinində hansı boyaqdan istifadə edilir?

A) Konqo qırmızı

B) Sudan-3

C) Hematoksilin və eozin

D) Sudan-14

E) Lipidopsin reaktivi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
215) “Qaz qara ciyəri” hansı patologiyanın xarakter makroskopik görünüşüdür?

A) Qara ciyərin parenximatoz piy distrofiyası

B) Qara ciyərin parenximatoz zülal distrofiyası

C) Xroniki ümumi venoz hiperemiya

D) Mədə xərçənginin qara ciyərə metastazı

E) Qara ciyərin postnekrotik sirrozu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
216) Hansı ürək miokardın parenximatoz piy distrofiyası nəticəsində ikişaf edir?

A) “Öküz ürəyi”

B) “Pələng ürək”

C) “Muskat ürək”

D) “Tüklü ürək”

E) “Ağ ciyər ürəyi”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
217) Aşağıdakı hansı xəstəlik irsi parenximatoz lipidozlara aiddir?

A) Anadangəlmə həddən artıq yetişmiş döl

B) İrsi Fankoni xəstəliyi

C) Tey-Saks xəstəliyi

D) Alimentar piylənmə

E) İrsi piylənmə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
218) Leykoplagiya hansı növ distrofiyalara misaldır?

A) Parenximatoz zülal distrofiyaları

B) Mineral distrofiyalar

C) Mezenximal zülal distrofiyaları

D) Leykositar distrofiyalar

E) Qarışıq distrofiyalar (proteinogen leykopiqment mübadiləsi pozğunluqları)


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
219) Aşağıda göstərilən hansı patologiya parenximatoz zülal distrofiyalarına aiddir?

A) Podaqra xəstəliyi

B) Metabolik kalsinoz

C) Hemoxromatoz

D) Fibrinoid şişmə

E) Hidropik distrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
220) Balon distrofiya nə deməkdir?

A) Tibbi bankalar qoyulan nahiyədə şişkinliyin və dərialtı toxumada distrofik dəyişikliklərin baş verməsi

B) Piy depolarında piyin miqdarının yüksəlməsi

C) Hüceyrələrin sitoplazmalarında su vakuollarının meydana çıxması və hidropik distrofiya

D) Hüceyrələrin sitoplazmalarında piy qovuqcuqlarının əmələ gəlməsi

E) Plazmorragiya və toxumalarda ödemin əmələ gəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

221) Distrofiya aşağıda göstərilən hansı patologiyalar qrupuna aid edilir?

A) Qan dövranı pozğunluqları

B) Kompensator-mühafizə prosesləri

C) Nekroz

D) İltihab

E) Alterasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
222) “Üzüyəbənzər hüceyrə” nəyə deyilir?

A) Üzük formasında olan epitel hüceyrəsinə

B) Patologiya nəticəsində sitoplazmasında böyük piy damlası meydana çıxmış hüceyrəyə

C) Talassemiya xəstəliyi zamanı oraqvari şəkil almış eritrositlərə

D) Qara ciyər hüceyrələrinə

E) Sitoplazmasında çoxlu qlikogen dənələri olan hüceyrələrə


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
223) Lipidlərin parenximatoz hüceyrələrin sitoplazmalarında toplanması patologiyası necə adlanır?

A) Hialinoz

B) Piylənmə

C) Apoptoz

D) Steatoz

E) Kaxeksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
224) Aşağıdakı hansı patologiya parenximatoz zülal distrofiyası hesab edilir?

A) Qoşe xəstəliyi (I tip)

B) Danəli zülal distrofiyası

C) Leykoplagiya

D) Pfaundler-Qurler xəstəliyi

E) Selik distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
225) “Pələng ürək” hansı patoloji prosesin təzahürüdür?

A) Miokardda parenximatoz piy distrofiyası

B) Miokardda mezenximal zülal distrofiyası

C) Miokardın boz atrofiyası

D) Miokardın hipertrofiyası

E) Miokardda parenximatoz zülal distrofiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
226) Buynuz distrofiyaya misal olaraq hansı patologiyanı göstərmək olar?

A) Dəridə buynuz maddənin miqdarının azalması

B) Tüklərin tökülməsi

C) Dəridə buynuz maddənin meydana çıxması

D) Hiperpiqmentasiya

E) Hiperkeratoz və ya ixtioz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
227) Aşağıdakı hansı maddə piqment deyil?

A) Lipoxrom

B) Melanoblast

C) Lipofussin

D) Ferritin

E) Melanin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
228) Miokardın parenximatoz piy distrofiyası zamanı ürək “pələng ürək” adlanır. Nə üçün?

A) Gözlə baxdıqda sol mədəciyin endokardı altında ağ-sarı zolaqlar görünür

B) Ürəyin üzəri pələng dərisi kimi zolaqlı olur

C) Mikroskopla baxdıqda kardiomiositlər pələng sifətini xatırladır

D) Ürək hipertrofiyaya uğrayır və həcmcə böyüyür

E) Ürəyin üzəri pələng dərisi kimi tüklü olur


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
229) Diffuz steatoz zamanı qara ciyər necə adlanır?

A) “Öküz qara ciyəri”

B) “Üzüyəbənzər qara ciyər”

C) “Pələng qara ciyəri”

D) “Piyli qara ciyər”

E) “Qaz qara ciyəri”


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
230) Miokardda parenximatoz piy distrofiyası ilə əlaqədar ürəyin yığılma qabiliyyəti necə dəyişilir?

A) Ürəyin yığılma qabiliyyəti azalır

B) Heç bir dəyişiklik baş vermir

C) Ürəyin yığılma qabiliyyəti az dərəcədə artır

D) Ürəyin yığılma qabiliyyəti həddən artıq artır

E) Ürəkdə konsentrik hipertrofiya baş verir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
231) Parenximatoz disproteinozlar hansılardır?

A) Mukoid şişmə, fibrinoid şişmə, hialinoz, amiloidoz

B) Danəli zülal distrofiyası, hialin damlalı distrofiya, fibrinoid nekroz.

C) Proteinogen piqmentlərin mübadilə pozğunluqları

D) Hialin damlalı distrofiya, hidropik distrofiya, buynuz distrofiya

E) İlkin affekt, limfangit, limfadenit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
232) Aşağıda göstərilən hansı patologiya parenximatoz disproteinozlara aiddir?

A) Yerli hemosideroz

B) Buynuz distrofiya

C) Aterokalsinoz

D) Hialinoz

E) Selikli distrofiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
233) Aşağıdakı hansı maddə ekzogen piqmentdir?

A) Ferritin

B) Kömür piqmenti

C) Qızılı piqment

D) Qocalıq piqmenti

E) Hemosiderin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
234) Aşağıdakı hansı xəstəlik irsi qlikogenozlara aiddir?

A) İrsi proteinoz

B) Erlixin irsi qlikogeniti

C) Nimann-Pik xəstəliyi

D) Pompe xəstəliyi

E) Tey-Saks xəstəliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 205,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin