Patoloji anatomiya 15. 12. 2014 cü il tarixində əlavə və dəyişikliklər edilmişdir


) Hansı üzvlərin nekrozu qanqrena adlandırıla bilər?



Yüklə 205,44 Kb.
səhifə6/18
tarix01.01.2017
ölçüsü205,44 Kb.
#4353
1   2   3   4   5   6   7   8   9   ...   18

303) Hansı üzvlərin nekrozu qanqrena adlandırıla bilər?

A) Sağ qulaq seyvanı, ağ ciyər qapısındakı limfa düyünləri

B) Sağ ayağın ikinci barmağı, nazik bağırsağın müsariqəsi, qasıq limfa düyünləri

C) Heç biri

D) Qalxan çənbər bağırsaq, qalça bağırsaq, ayağın baş barmağı

E) Bud-çanaq oynağı, fəqərələrin köndələn çıxıntıları, sol əlin çeçələ barmağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
304) Xəstə miokard infarktından ölmüşdür. Ətraf mühitdə havanın temperaturu 40°C-dir. Meyit soyuması bu şəraitdə neçə dərəcə Selsi olacaqdır?

A) Təxminən 15°C

B) Əksinə, meyit qızacaqdır

C) Bu cavabların heç biri düzgün deyil

D) Təxminən 20°C

E) 5,4°C


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
305) Meyit ləkələrinin üçüncü mərhələsi hansıdır?

A) İnfiltrasiya

B) Hemostaz

C) Demarkasiya

D) Diffuziya

E) İmbibisiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
306) Hansı cavab doğru hesab edilir?

A) Qanqrena gecikmiş meyit əlamətidir

B) Kazeoz nekroz koaqulyasion nekrozun növlərindən biridir

C) Koaqulyasion nekroz toxumanın fermentativ yumşalması və əriməsi nəticəsində inkişaf edir

D) İnfarkt hava ilə təmasda olmayan toxumaların nekrozlaşmasına deyilir

E) Sekvestr toxumanın işemik nekrozuna deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
307) Meyit ləkələrinin ikinci mərhələsi necə adlanır?

A) Hipostaz

B) İnfiltrasiya

C) Diffuziya

D) Profuziya

E) İmbibisiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
308) İnfarkt nədir?

A) Kəskin ürək çatışmazlığına deyilir

B) Nekrozun klinik-morfoloji formalarından biri olub, qan təchizatının kəsilməsi nəticəsində toxumanın ölümünə deyilir

C) Ürək əzələsinin (miokardın) ağır patologiyasına deyilir və çox vaxt ölümlə nəticələnir

D) Qan dövranı patologiyalarının bir növü olub, ağırlaşmış işemik hala deyilir

E) Apoptozun klinik-morfoloji formalarından biri olub, toxumanın ölərək yumşalmasına deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
309) İnfarktın forması nədən asılıdır?

A) Mənfəzi tutulmuş damarın kalibrindən

B) Üzvün angioarxitektonikasından

C) İnfarkt olmuş nahiyənin üzvün səthində və ya dərinliyində yerləşməsindən

D) Üzvün histoarxitektonikasından

E) Mənfəzi tutulmuş damarın tipindən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
310) İnfarktın növü hansıdır?

A) Xroniki infarkt

B) Qanqrenoz infarkt

C) Aseptik infarkt

D) Qırmızı infarkt

E) Angiogen infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
311) Autoliz prosesi nəyin təsirindən baş verir?

A) Anaerob mikroorqanizmlərin təsiri ilə

B) Çürümə bakteriyalarının təsiri ilə

C) Toxuma fermentlərinin təsiri ilə

D) Patogen mikroorqanizmlərin təsiri ilə

E) Saprofit mikroorqanizmlərin təsirindən


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
312) Miokard infarktından ölmüş xəstənin meyiti ölümdən 2 sutka sonra müayinə edilir. Bütün üzv və toxumalarda autoliz prosesi getmişdir. Belə halda miokardda infarkt ocağını autoliz sahələrindən diferensiasiya etmək üçün aşağıdakı hansı əlamətdən istifadə etmək olar?

A) Kariopiknoz

B) Demarkasiya zonası

C) Kardiomiositlərin nüvələrinin boyanmaması

D) Paralitik genişlənmiş damarlar

E) Karioreksis


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
313) Demarkasiya zonası harada əmələ gəlir?

A) Ayrı-ayrı anatomik üzv və toxumaların arasındakı sərhəddə

B) Nekrozun ayrı-ayrı klinik-morfoloji formaları arasında

C) Şiş toxuması ilə onun kapsulası arasında

D) Nekroz və ya digər patoloji (alterativ) ocaqlarla ətraf sağlam toxuma arasında

E) Nekroz ocağının yerində


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
314) Larşe ləkəsi nədir?

A) Meyit üzü üstə qaldıqda göz almasının ön tərəfində əmələ gələn meyit ləkəsinə deyilir

B) Kəskin qanitirmələr (və ya kəskin anemiyalar) zamanı endokardda meydana çıxan qırmızı rəngli xırda qansızma ocaqları

C) Qırmızı qurd eşənəyi zamanı sifətdə əmələ gələn simmetrik qırmızı ləkə

D) Meyit quruması ilə əlaqədar gözün ağlı qişasında meydana çıxır

E) Dəridə perqament ləkələrinin sinonimidir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
315) Aşağıdakı hansı patologiya ölümü təsdiq edən mütləq əlamətlərə aiddir?

A) Nəbzin olmaması

B) Qan dövranının kəsilməsi

C) Bədən temperaturunun 20º C-dən aşağı enməsi

D) Bədənin hərəkətsiz qalması

E) Xəstənin ağrı, termiki və taktil qıcıqlara qarşı hissiyyatının itməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
316) Qanqrenaya məruz qalmış toxumaların qara rəngdə olmasının səbəbi nədir?

A) Qanqrenaya məruz qalmış nahiyədə çoxlu miqdarda hemomelanin (hemozoin) əmələ gəlir

B) Hemoqlobinin dəmiri ilə havadakı hidrogen-sulfid arasında reaksiya nəticəsində burada dəmir-sulfid əmələ gəlir

C) Çünki qanqrena melanin piqmenti ilə zəngin olan toxumalarda baş verir

D) Bu toxumalarda eritrositlərin hemolizə uğraması nəticəsində çoxlu miqdarda hemosiderin piqmenti toplanır

E) Nekrozlaşdıqdan sonra bu nahiyədə böyük sürətlə melanin piqmenti sintezi başlanır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
317) Xarici görünüşünə görə infarktın növü hansıdır?

A) Bərk infarkt

B) Ağ infarkt

C) Hialin infarkt

D) Yumru və ya oval şəkilli (qranulomatoz) infarkt

E) Nekrotik infarkt


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
318) Xroniki ürək çatışmazlığı zamanı ağ ciyərdə nə baş verir?

A) Ağ ciyərdə durğunluq sirrozu

B) “Ağ ciyər ürəyi”

C) Muskat ağ ciyər

D) Durğunluq emfizeması

E) Ağ ciyərin boz bərkiməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
319) Aşağıdakı hallardan hansı toxuma emboliyası hesab edilir?

A) Tromb kütləsinin damar divarından qopması və qanla hərəkət etməsi

B) Dölyanı mayenin qana keçməsi və emboliya törətməsi

C) Sarı sümük iliyindən piy maddələrinin qana keçməsi və emboliya törətməsi

D) Bədxassəli şiş toxumasından şiş hüceyrələrinin qana düşməsi, digər üzv və toxumalarda metastaza səbəb olması

E) Damar daxilində qanın laxtalanması və trombun əmələ gəlməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
320) İşemiya nəyə deyilir?

A) Qan təchizatının kəskin şəkildə pisləşməsi və ya kəsilməsi ilə əlaqədar toxumanın nekrozlaşmasıdır

B) Arterial damarda meydana çıxmış maneə ilə əlaqədar toxumaya gələn qanın ləngiməsinə və miqdarının azalmasına deyilir

C) Venoz damarda meydana çıxmış maneə ilə əlaqədar toxumadan venoz qanın pis getməsinə deyilir

D) Orqanizmdə dövran edən qanın ümumi həcminin azalmasıdır

E) Vahid həcm qanda eritrositlərin sayının azalmasına deyilir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
321) Aşağıda arterial hiperemiyaların hansı növü göstərilmişdir?

A) Qanın yenidən bölüşdürülməsi nəticəsində baş verən hiperemiya

B) İltihabi hiperemiya

C) Kompression hiperemiya

D) İşemik hiperemiya

E) Vikar hiperemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
322) Aşağıdakı hansı patologiya xroniki ümumi venoz hiperemiyanın səbəbi ola bilər?

A) Qara ciyərin postnekrotik sirrozu

B) Qapı venasının trombozu

C) Ürəyin xroniki işemik xəstəliyi

D) Ağ ciyərin qırmızı infarktı

E) Miokardın infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
323) Aşağıda göstərilən hansı patoloji proses işemiyaların (azqanlılıq) bir növüdür?

A) Serebral işemiya

B) İltihabi işemiya

C) Obturasion işemiya

D) Hipertonik işemiya

E) Kardiogen işemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

324) Toxumalara daxili qanaxma baş vermiş (qansızma), damarətrafı toxumalar qanla sıxışdırılaraq kənara itələnmiş, boşluq əmələ gəlmiş və bu boşluq qanla dolmuşdur. Belə qanaxma necə adlanır?

A) İnsult

B) Hemoptoye

C) Hematoma

D) Hemorragik infiltrasiya

E) Endohemorragiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
325) Kəskin ümumi venoz hiperemiyanın səbəbi nədir?

A) Ağ ciyərdə pnevmoskleroz

B) Qapı venasının trombozu

C) Xroniki ürək çatışmazlığı

D) Toxumadan gedən venoz qanın ləngiməsi

E) Heç biri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
326) Qrip zamanı üzv və toxumalarda xırda qansızma ocaqları meydana çıxmışdır. Bu, mexanizminə görə qanaxmanın hansı növüdür?

A) Diapedez qanaxma

B) Kapilyarların divarlarının qrip virusları tərəfəndən yeyilib dağılması nəticəsində baş vermiş qanaxma

C) Diabrozin qanaxma

D) Nöqtəvari qanaxma

E) Rektik qanaxma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
327) Aşağıdakılardan hansı trombun növüdür?

A) Aterosklerotik tromb

B) İltihabi tromb

C) Regenerator tromb

D) Sarı tromb (ksantomatoz)

E) Heç biri


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
328) Ağ ciyərdə piy emboliyasını aşkar etmək üçün hansı boyaqdan istifadə edilir?

A) Hematoksilin və eozin

B) Konqo qırmızı

C) Perls reaksiyası

D) Sudan-3

E) Lipembolin reaktivi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
329) Ağ ciyərin boz bərkiməsi hansı halda inkişaf edir?

A) Ağ ciyərin arterial hiperemiyası

B) Xroniki ümumi venoz hiperemiya

C) Kəskin ümumi venoz hiperemiya

D) Ağ ciyərdə irinli pnevmoniya

E) Miokardın infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
330) Muskat qara ciyər hansı halda inkişaf edir?

A) Qara ciyərin arterial hiperemiyası

B) Qara ciyərin piy distrofiyası

C) Xroniki ümumi venoz hiperemiya

D) Ağ ciyərin vərəmi

E) Miokardın infarktı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
331) Hansı patoloji proses emboliyaların növlərinə aiddir?

A) Döl emboliyası

B) Venoz emboliya

C) Arterial emboliya

D) Cift emboliyası

E) Dölyanı maye emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
332) Piy emboliyasına şübhə zamanı hansı üzvün histoloji müayinəsi daha vacib hesab edilir?

A) Zədələnmiş dərialtı toxumadakı venoz damarlar

B) Ağ ciyər

C) Ürəyin sağ mədəciyi

D) Sınmış borulu sümüyün yaxınlığındakı dərin venoz damarın divarı

E) Sarı sümük iliyi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
333) Meyitdə hava emboliyasını təyin etmək üçün hansı üsuldan istifadə edilir?

A) Suntsov sınağı

B) Strukovun aeroembolik sınağı

C) Perls reaksiyası

D) “Ağ ciyər sınağı”

E) Minakov üsulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
334) Aşağıda göstərilən hansı proseslər qanaxmanın mexanizminə görə növləridir?

A) Diapedez qanaxma, diabrozin qanaxma

B) Patoloji qanaxma, travmatik qanaxma, hemorragik insult

C) Arterial qanaxma, venoz qanaxma, kapilyar qanaxmalar

D) Perrektin qanaxma, daxili qanaxma, xarici qanaxmalar

E) Rektik qanaxma, hematoma, hemorragik infiltrasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
335) Aşağıdakı hansı patologiya kəskin ümumi venoz hiperemiyanın səbəbi ola bilər?

A) Anadangəlmə ürək qüsuru

B) Qara ciyərin piy distrofiyası

C) Kardiosklerozlar

D) Miokardın infarktı

E) Revmatizm mənşəli ürək qüsuru


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
336) Aşağıdakı dəyişikliklərdən hansıları xroniki ümumi venoz hiperemiya nəticəsində inkişaf edə bilir?

A) Ağ ciyərdə boz hepatizasiya, muskat dalaq

B) Baş beynin qırmızı yumşalması, üzv və toxumalarda ödemlər

C) Muskat qara ciyər, ağ ciyərin boz bərkiməsi

D) Dalağın sianotik bərkiməsi, iri ocaqlı kardioskleroz

E) Qara ciyərin massiv nekrozu, böyrəyin sianotik indurasiyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
337) Diabrozin qanaxma hansıdır?

A) Damar divarının hansısa patoloji proses nəticəsində yeyilib-dağılması nəticəsində baş verən qanaxma

B) Portal hipertenziya zamanı yemək borusunun aşağı 1/3-nin varikoz genəlmiş damarlarından qanaxma

C) Damar keçiriciliyinin infeksiya ilə əlaqədar pozulması və yüksəlməsi nəticəsində baş verən qanaxma

D) Şəkərli diabet zamanı baş verən qanaxmalar

E) Diabrozin preparatı ilə zəhərlənmə hallarında damar keçirijiliyinin yüksəlməsi və qanaxmanın baş verməsi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
338) Quruluşundan asılı olaraq aşağıda trombun hansı növü göstərilmişdir?

A) Sklerozlaşan tromb

B) Hialin tromb

C) Autolizə uğramayan tromb

D) Ağ ciyər arteriyasının trombemboliyası

E) Postmortal qan laxtaları


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
339) Hansı patologiya qanaxma deyil?

A) Ekstravazat

B) Hematomezis

C) Qançır

D) Apopleksiya

E) Anevrizma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
340) Aşağıda göstərilən hansı patologiya trombun nəticələrinə aiddir?

A) Trombun qanqrenası

B) Trombun maliqnizasiyası

C) Aseptik çürümə

D) Aseptik autoliz

E) Trombun metaplaziyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
341) Aşağıda emboliyaların hansı növü göstərilmişdir?

A) Toxuma emboliyası

B) Ultrastruktur emboliya

C) Vakat emboliya

D) Karbohidrat emboliyası

E) Aseptik emboliya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
342) Eyni mənbədən çoxlu tromblar qoparaq biri-birinin ardınca trombemboliyalar və infarktlar törədərsə buna nə deyilir?

A) Tromboemboliya xəstəliyi

B) Tromboembolik sindrom

C) Tromboembolik koaqulopatiya

D) Politromboz

E) Politromboemboliya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
343) Qanaxma dedikdə damarlardan və ya ürəkdən nəyin kənara çıxması nəzərdə tutulur?

A) Göstərilənlərin ayrı-ayrılıqda heç birinin

B) Monositlərin

C) Eritrositlərin

D) Qan plazmasının

E) Leykositlərin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
344) Xroniki ürək çatışmazlığı zamanı qara ciyərdə nə baş verir?

A) Qara ciyərin boz bərkiməsi

B) Muskat qara ciyər

C) Metabolik (maddələr mübadiləsinin pozulması ilə əlaqədar) sirroz

D) Hepato-kardial distrofiya

E) Kardiogen hepatit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
345) Emboliyaların hansı növü şişlərin metastaz verməsinin mexanizmidir?

A) Toxuma emboliyası

B) Uşaqlığında xərçəng olan hamilə qadında ağ ciyərə dölyanı maye emboliyası

C) Trombemboliya

D) Yad cisim emboliyası

E) Piy emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
346) Ağ ciyərin boz indurasiyası zamanı ağ ciyər toxuması nə üçün bərkimiş olur?

A) Ağ ciyərdə çoxlu miqdarda Qon ocaqları meydana çıxır

B) Xroniki hipoksiya ilə əlaqədar ağ ciyərdə birləşdirici toxuma inkişaf edir və ağ ciyər sklerozlaşır

C) Ağ ciyərin stromasında (perivaskulyar və peribronxial sahələrdə) diffuz şəkildə sümükləşmə – ossifikasiya prosesi başlanır

D) Qanın az gəlməsi ilə əlaqədar ağ ciyər toxuması quruyur və bərkiyir

E) Ağ ciyər toxumasına diffuz şəkildə kalsium duzları çökür və ağ ciyərdə kalsinoz (əhəngləşmə) baş verir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
347) Aşağıdakı hallardan hansı emboliyaların növü deyildir?

A) Mikrob emboliyası

B) Limfa mayesi emboliyası

C) Dölyanı maye emboliyası

D) Yad cisim emboliyası

E) Toxuma emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

348) Ağ ciyər arteriyasının özünün (şaxələrinin yox) iri trombla trombemboliyası zamanı ölümün səbəbi nə ola bilər?

A) Sağ mədəcik çatışmazlığı nəticəsində qəfləti ölüm

B) Mexaniki asfiksiya

C) Ağ ciyərlərdə çoxlu infarkt ocaqları

D) Ağ ciyərlərdə iri ocaqlı pnevmoniya

E) Xroniki ümumi venoz hiperemiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
349) Hansı adda emboliya növü yoxdur?

A) Trombemboliya

B) Limfa emboliyası

C) Mikrob emboliyası

D) Dölyanı maye emboliyası

E) Yad cisim emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
350) Ağ ciyərin boz indurasiyası zamanı ağ ciyər toxumasında hansı piqment toplanmış olur?

A) Boz piqment

B) Hemosiderin

C) Qızılı piqment

D) Lipofussin

E) Melanin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
351) Ağ ciyər arteriyasının şaxələrinin xırda ölçülü tromblarla emboliyası adətən nə ilə nəticələnir?

A) Ağ ciyərlərdə çoxlu infarkt ocaqları və xəstələrdə asfiksiya

B) Pulmo-koronar refleks nəticəsində qəfləti ölüm

C) Kəskin yerli arterial hiperemiya

D) Kəskin sağ mədəcik çatışmazlığı nəticəsində qəfləti ölüm

E) Xroniki ağ ciyər - ürək çatışmazlığı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
352) Aşağıdakı hansı hal toxuma emboliyasına misal ola bilər?

A) Ürəkdə miokardın infarktı ilə əlaqədar aşağı ətraflarda ödemin meydana çıxması

B) Borulu sümüklərin yerdəyişməli sınıqları zamanı sarı sümük iliyindən piyin dərin venoz damarlara keçməsi və ağ ciyərdə piy emboliyası törətməsi

C) Ağ ciyər vərəminin hematogen yolla proqressivləşərək qara ciyərə yayılması

D) Düz bağırsaq xərçənginin qara ciyərə metastaz verməsi

E) Dərin baldır venasından trombun qoparaq ağ ciyər arteriyasının şaxələrindən birinin mənfəzini tutması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
353) Doğuş zamanı qadında dölyanı maye emboliyasından ölüm baş vermişdir. Histoloji müayinə zamanı bu növ emboliya üçün daha xarakter hansı dəyişiklik aşkar olunacaqdır?

A) Ağ ciyərin boz bərkiməsi

B) Ağ ciyər damarlarında spazm

C) Ağ ciyərdə infarkt ocaqları

D) Miometriumun venalarında trombozlar

E) Göbək ciyəsi venasında amniotik (dölyanı) maye


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
354) Aşağıdakı hansı xəstəlik böyrəkdə ikincili amiloidozun inkişafına gətirib çıxarmır?

A) Qarın yatalağı

B) Vərəm

C) Mielom xəstəliyi

D) Bronxoektaziya

E) Ağ ciyərlərin xroniki absesi


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
355) Hava emboliyasına şübhə hallarında meyit müayinəsi haradan başlanır?

A) Aşağı ətraflardan

B) Kəllədən

C) Qarın boşluğundan

D) Döş boşluğundan

E) Yuxarı ətraflardan


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
356) Aşağıdakı hansı halda qırmızı infarkt əmələ gəlmir?

A) Üzvə gələn arterial damarın trombozu

B) Üzvdən gedən venoz damarın trombemboliyası

C) Venoz durğunluq nahiyələrində

D) Üzvdən gedən venoz damarın trombozu

E) İkili tipə malik qan təchizatı olan üzv və toxumalarda


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
357) Hansı patologiya hemorragiya deyil?

A) Purpura

B) Melanoz

C) Epistaksis

D) Ekximoz

E) Melena


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
358) Dərialtı toxumaların travmatik əzilib-dağılması hansı emboliyanın inkişafına gətirib çıxara bilər?

A) Trombemboliya

B) Dərialtı toxuma emboliyası

C) Dəri emboliyası

D) Piy emboliyası

E) Hava emboliyası


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
359) Piy emboliyası zamanı hansı üzvlərin kapilyarlarının piylə tutulması daha çox rast gəlinir və daha çox klinik əhəmiyyət kəsb edir?

A) Ürək və böyrək

B) Baş beyin və ürək

C) Ağ ciyər və dalaq

D) Sümük iliyi və qara ciyər

E) Ağ ciyər və baş beyin


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
360) Aşağıda göstərilənlərdən hansı trombun nəticələrinə aid deyildir?

A) Orqanizasiya

B) Sekvestrasiya

C) Aseptik autoliz

D) Kanalizasiya

E) Vaskulyarizasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
361) İltihab nə deməkdir?

A) Toxumada qan dövranının kəskin pozğunluqları

B) Patogen amillərin təsirinə qarşı orqanizmin damar-mezenximal xarakterli cavab reaksiyası

C) Toxumanın hansısa bir nahiyəsində ödemin əmələ gəlməsi

D) Mərkəzində nekrotik kütlələr olan hüceyrə reaksiyası

E) Patogen amillərin təsiri ilə toxumada müxtəlif xarakterli zədələnmələrin meydana çıxması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
362) Natamam faqositoz nə deməkdir?

A) Makrofaqların sayı azdır

B) Makrofaq mikrobu sitoplazmasına salır, öldürür, lakin əridə bilmir

C) Makrofaq mikrobu udur, lakin sitoplazmasına saldıqdan sonra öldürə bilmir

D) Makrofaq mikrobu uda bilmir

E) Makrofaq toxumanın nekrozlaşmış hissəciklərini faqositoza uğrada bilmir


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
363) Aşağıda göstərilən hansı proses iltihabın mərhələlərindən biridir?

A) İmbibisiya

B) İnfiltrasiya

C) Algid mərhələ

D) Proliferasiya

E) Qranulyasiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
364) Aşağıda göstərilən hansı proses iltihabın bir növüdür?

A) İmmun iltihab

B) Heç biri

C) Allergik iltihab

D) Qranulyasion iltihab

E) Alterativ iltihab


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
365) Aşağıdakı proseslərdən hansını iltihabın növü hesab etmək olar?

A) Parenximatoz iltihab

B) Mezenximal iltihab

C) İnfeksion iltihab

D) Alterativ iltihab

E) Proliferativ iltihab


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
366) Aşağıdakı hansı xəstəlik zamanı qranulomatoz iltihab inkişaf edir?

A) Vərəm

B) Dizenteriya

C) Difteriyanın qranulomatoz forması

D) Poliomielit

E) Qranulomatoz qrip


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
367) Aşağıdakı proseslərdən hansını iltihab hesab etmək olar?

A) Qranulyasiya

B) Fleqmona

C) Metaplaziya

D) Leykositoz

E) Faqositoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Yüklə 205,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin