401) Aşağıda göstərilən patologiyalardan hansı kəskin leykozlara aid deyildir?
A) Kəskin meqakarioblast leykoz
B) Kəskin plazmoblast leykoz
C) Xloroz
D) Kəskin eritromieloblast leykoz (kəskin eritremiya)
E) Kəskin mielom xəstəliyi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
402) Hansı patologiya leykozlar üçün xarakter ağırlaşma hesab edilmir?
A) Sepsis
B) Burundan qanaxma
C) Sümük iliyində leykoz infiltratları
D) Pnevmoniya
E) Baş beynə qansızma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
403) Göstərilən bütün dəyişikliklər leykozların əsas əlamətlərindən hesab edilir, birindən başqa. O, hansıdır?
A) Hepatomeqaliya
B) Splenomeqaliya
C) Böyrəklərdə leykemik infiltratlar
D) Sümük iliyinin leykoz infiltrasiyası
E) Baş beynin infarktı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |