474) Miokardın hipertrofiyası nəyin hesabına baş verir?
A) Kardiomiositlərin həcmcə böyüməsi (hipertrofiyası)
B) Endokardın qalınlaşması
C) Perikardın qalınlaşması
D) Ürək kameralarının genişlənməsi
E) Kardiomiositlərin sayının çoxalması (hiperplaziyası)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
475) Autopsiya zamanı ürəyin sol mədəciyinin yan divarında (miokardda) ölçüləri 3,0 x 2,0 sm sahədə ağımtıl rəngli, bərk konsistensiyalı çapıq toxuması; arxa divarında isə 2,5 x 2,0 sm ölçüdə kənardan qırmızı haşiyə ilə əhatə olunmuş, ağ-bozumtul (və ya sarımtıl) rəngli sahə görünür. Düzgün diaqnoz aşağıdakılardan hansıdır?
A) Miokardın residiv infarktı
B) Miokardın kəskin işemik distrofiyası
C) Miokardın təkrari infarktı
D) Kəskin miokard infarktı
E) İnfarktdan sonrakı iri ocaqlı kardioskleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |