468) Aşağıdakı hansı patologiya hipertonik kriz üçün xarakter hesab edilə bilər?
A) Arteriolların divarında sklerotik dəyişikliklər (arterioloskleroz)
B) Ürəyin sol mədəjiyinin kompensator hipertrofiyası
C) Kəskin böyrək çatışmazlığı və anuriya
D) Arteriolların divarında hialinoz (arteriolohialinoz)
E) Arteriolların divarında fibrinoid nekroz və intimada büküşlülük
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
469) Arterial hipertoniya xəstəliyinin üçüncü mərhələsi necə adlanır?
A) Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönən dəyişikliklər mərhələsi
B) Ürəyin hipertrofiyası mərhələsi
C) Funksional hipertoniya mərhələsi
D) Geridönməyən hipertoniya mərhələsi
E) Damar dəyişiklikləri ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
470) Ürəyin ekssentrik hipertrofiyası arterial hipertoniya xəstəliyinin hansı mərhələsində inkişaf edir?
A) Birinci mərhələdə
B) İkinci mərhələnin birinci yarısında
C) Üçüncü mərhələdə
D) Heç birində
E) İkinci mərhələnin ikinci yarısında
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
471) Arteriolosklerotik nefroskleroz hipertoniya xəstəliyinin (böyrək forması) hansı mərhələsində meydana çıxır?
A) Heç birində
B) İkinci mərhələnin birinci yarısında
C) İkinci mərhələnin ikinci yarısında
D) Birinci mərhələdən etibarən
E) Üçüncü mərhələdən etibarən
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |