454) Arterial hipertoniya xəstəliyinin ikinci mərhələsi necə adlanır?
A) Tranzitor mərhələ
B) Funksional mərhələ
C) Yayılmış damar dəyişiklikləri mərhələsi
D) Ürəyin hipertrofiyası mərhələsi
E) Damar patologiyaları ilə əlaqədar üzvlərdə geridönməyən sklerotik dəyişikliklər mərhələsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
455) Aşağıdakı hansı dəyişiklik hipertonik krizin əlamətidir?
A) Arteriolların intima qatının büküşlü şəkil alması
B) Vaskulit
C) Aortada medionekroz
D) Miokardın infarktı
E) Diffuz xırda ocaqlı kardioskleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
456) Ürəyin hipertrofiyası arterial hipertoniya xəstəliyinin hansı mərhələsindən etibarən başlanır?
A) İkinci mərhələnin axırlarından
B) Birinci mərhələdən
C) İkinci mərhələnin əvvəllərindən
D) Üçüncü mərhələnin əvvəllərindən
E) İkinci mərhələnin ortalarından
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
457) Aşağıda göstərilən hansı patoloji proses xarakter olaraq hipertoniya xəstəliyi zamanı inkişaf edir?
A) Mikroangiopatiya
B) Aterosklerotik nefroskleroz
C) Aortanın anevrizması
D) Aterosklerotik kardioskleroz
E) Arteriolosklerotik kardioskleroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
458) Hipertoniya xəstəliyinin ikinci mərhələsində arteriyalarda hansı dəyişiklik baş verir?
A) Flebit və flebotrombozlar
B) Yayılmış vaskulitlər
C) Ateroskleroz və elastofibroz
D) Plazmorragiya və hialinoz
E) Vegener qranulomatozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |