Patoloji anatomiya


) Mukovissidoz hansı qrup xəstəliklərə aid edilir?



Yüklə 0,87 Mb.
səhifə318/324
tarix02.01.2022
ölçüsü0,87 Mb.
#2699
1   ...   314   315   316   317   318   319   320   321   ...   324
984) Mukovissidoz hansı qrup xəstəliklərə aid edilir?

A) Helmintozlar

B) Perinatal infeksion patologiyalar

C) İbtidai infeksiyaları (protozoylar)

D) Qeyri-infeksion fetopatiyalar

E) Zöhrəvi xəstəliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
985) Lokalizasiyasından və klinik xüsusiyyətlərindən asılı olaraq aşağıda mukovissidoz xəstəliyinin hansı forması göstərilmişdir?

A) Tuberkuloid forma

B) Sadə mukovissidoz

C) Beyin forması

D) Poliartritik forma

E) Bağırsaq forması


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
986) Tam yetişmiş dölün çəkisi nə qədər olur?

A) 2500 qram

B) 1700 qram

C) 3500 qram

D) 2000 qram

E) 1000 qram


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
987) Perinatal dövr özü də 3 dövrdən ibarətdir. Aşağıda onlardan hansı biri göstərilmişdir?

A) Hamiləliyin birinci yarısı

B) Ontogenez

C) Doğuşdan sonrakı zahılıq dövrü

D) Erkən fetogenez

E) Antenatal dövr


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

988) Ağciyərlərdə havanın olub-olmaması makroskopik olaraq hansı üsulla təyin edilir?

A) Breslau sınağı

B) Perls reaksiyası

C) Suntsov sınağı

D) Qalen sınağı

E) Minakov sınağı


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
989) İnkişaf xarakterindən asılı olaraq dölün asfiksiyasının aşağıdakı hansı növü ayırd edilir?

A) Göy asfiksiya

B) Hipertonik asfiksiya

C) Serebral anoksiya

D) Fizioloji asfiksiya

E) Sarı asfiksiya


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
990) Bətndaxili dövrün 29-cu həftəsinə çatmış (həyat qabiliyyətlilik əldə etmiş) dölün çəkisi nə qədər olur?

A) 2500 qram

B) 2000 qram

C) 1000 qram

D) 750 qram

E) 3000 qram


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
991) Yenidoğulmuşlarda pnevmopatiyalar qrupuna 3 xəstəlik aid edilir. Aşağıda bu xəstəliklərdən hansı göstərilmişdir?

A) İntranatal pnevmoniya

B) İrsi pnevmopatiya

C) Hialin membranlar xəstəliyi

D) Yenidoğulmuşların sətəlcəmi

E) Xroniki bronxit


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
992) Çəkisi 1000 qrama qədər olan ölüdoğulmuş döl (29-cu həftəyə qədər) patoloji-anatomik şöbələrdə hansı müayinədən keçirilir?

A) Patoloji-anatomik müayinə

B) Antropometrik müayinə

C) Autopsiya

D) Məhkəmə-tibbi müayinə

E) Belə meyitlərə heç bir müayinə aparılmır


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   314   315   316   317   318   319   320   321   ...   324




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin