24) Meyit müayinəsi zamanı aşağıdakı hansı bədən boşluğunun açılması mütləqdir?
A) Kiçik çanaq boşluğu
B) Virxov boşluğu
C) Qarın boşluğu
D) Duqlas boşluğu
E) Mədə boşluğu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
25) Seliyin təyin edilməsi üçün hansı reaktivdən istifadə edilir?
A) Hematoksilin və eozin
B) Mutsikarmin
C) Pikrofuksin
D) Selikon
E) Konqo üsulu ilə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
26) Biopsiya materiallarının müayinə üçün patoloji-anatomik şöbələrə hansı məhlulda göndərilməsi daha məqsədəuyğun hesab edilir?
A) Dondurulmuş vəziyyətdə
B) Adi suda
C) 40%-li spirtdə
D) Formalində
E) Fizioloji məhlulda
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
27) Pikrofuksinlə (Van Gizon üsulu ilə) hansı toxuma elementləri aşkar edilir?
A) Piy toxuması
B) Sinir lifləri
C) Birləşdirici toxuma (kollagen lifləri)
D) Birləşdirici toxumanın makrofaqları
E) Selik
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |