231) Aşağıdakı hansı pnevmoniya proliferativ iltihablara aid edilə bilər?
A) Krupoz və ya lobar pnevmoniya
B) Produktiv seroz pnevmoniya
C) Xroniki irinli pnevmoniya
D) Ara və ya interstitsial pnevmoniya
E) Ocaqlı və ya bronxopnevmoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
232) İrinli iltihabın mikroskopik göstəricisi nədir?
A) Preparatdan üfunətli irin qoxusunun gəlməsi və göy irin çöplərinin görünməsi
B) İltihab ocağında cüzi miqdarda da olsa nekroz kütlələrinin görünməsi
C) Ekssudatın tərkibində polimorf nüvəli leykositlərin – neytrofillərin olması
D) Klinik məlumatlara əsasən antibiotikoterapiyanın aparılmaması
E) İltihabi hüceyrə infiltrasiyasının tərkibində T-killer limfositlərin olması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |