707) Göstərilən patologiyalardan hansı zobun növü deyildir?
A) Düyünlü zob
B) Parenximatoz zob
C) Endemik zob
D) Epidemik zob
E) Kolloid zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
708) Histoloji (mikroskopik) quruluşuna görə zobun hansı növü göstərilmişdir?
A) Endemik zob
B) Sklerozlaşan zob
C) Ridel zobu
D) Kolloid zob
E) Epidemik zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
709) Şəkərli diabet zamanı kiçik kalibrli damarlarda baş verən dəyişikliklər necə adlanır?
A) Vazopatiya
B) Diabetik makroangiopatiya
C) Vazoparalitik şəkərli diabet
D) Diabetik mikroangiopatiya
E) Şəkərli kapilyaropatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
710) Şəkərli diabet zamanı toxumalarda baş verən ən xarakter morfoloji dəyişiklik hansıdır?
A) Arteriolların divarında hialinoz
B) Kapilyarların divarında hialinoz və skleroz
C) Bütün toxumalarda diapedez qansızma ocaqlarının olması
D) Parenximatoz üzvlərdə piy distrofiyasının inkişafı
E) Bütün toxumalarda hüceyrələrin sitoplazmalarında qlükozanın toplanması
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
711) Aşağıda tireotoksikozun (Bazedov zobu) xarakter mikroskopik əlamətlərindən hansı göstərilmişdir?
A) Follikulların mənfəzinin limfo-leykositar elementlərlə dolması
B) Follikulların həcmcə böyüməsi
C) Vəz epitellərinin hiperfunksiyası
D) Follikulların mənfəzində birləşdirici toxumanın inkişafı
E) Vəz epitellərinin proliferasiyası və follikulların mənfəzinə doğru məməcikli çıxıntıların əmələ gəlməsi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
712) Aşağıda göstərilən hansı zob həm də I qrup (həqiqi) autoimmun xəstəliklərə aid edilir?
A) Bazedov zobu
B) Xasimoto zobu
C) Kolloid zob
D) Endemik zob
E) Ridel zobu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
713) Şəkərli diabet zamanı iri kalibrli damarlarda – arteriyalarda baş verən dəyişikliklər necə adlanır?
A) Şəkərli aortopatiya
B) Diabetik mikroangiopatiya
C) Diabetik vazopatiya
D) Vazoparalitik şəkərli diabet
E) Diabetik makroangiopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |