714) Zob nəyə deyilir?
A) Qalxanabənzər vəzin xoşxassəli şişinə
B) Qalxanabənzər vəzin distrofiya və nekrozuna
C) Qalxanabənzər vəzin həcmcə böyüməsinə
D) Qalxanabənzər vəzin adenomasına
E) Qalxanabənzər vəzin hiperplaziyasına
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
715) Aşağıda zobun histoloji quruluşuna görə hansı növü göstərilmişdir?
A) Mezenximal zob
B) Retrosternal zob
C) Diffuz zob
D) Endemik zob
E) Parenximatoz zob
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
716) Hansı zob zamanı qalxanabənzər vəz sklerozlaşmış, atrofiyalaşmış və büzüşmüş olur?
A) Kolloid zob
B) Bazedov zobu
C) Tireotoksikoz
D) Xasimoto zobu
E) Ridel zobu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
717) Uşaqlığın selikli qişasından götürülmüş sıyrıntı materiallarında hamiləlik üçün xarakter olan desidual toxuma ilə yanaşı xorion xovları da görünür. Bu, hamiləliyin harada yerləşməsini göstərir?
A) Endometriumda xorion xovlarının görünməsi hamiləliyin olmamasını göstərir
B) Yalnız boruda
C) Yalnız peritonda
D) Bu, bütün hamiləlik hallarında mümkündür
E) Yalnız uşaqlıqda
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
718) Histoloji xüsusiyyətlərindən asılı olaraq aşağıda mastopatiyaların hansı forması göstərilmişdir?
A) Metaplastik mastopatiya
B) İnfiltrativ mastopatiya
C) Qeyri-infiltrativ mastopatiya
D) Proliferativ mastopatiya
E) Parenximatoz mastopatiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
719) Aşağıda prostat vəzin dishormonal (nodulyar) hiperplaziyasının ən çox rast gəlinən bir forması göstərilmişdir. O, hansıdır?
A) Sirrotik hiperplaziya
B) Karsinomatoz hiperplaziya
C) Adenomatoz hiperplaziya
D) Xorionepitelioma
E) Bədxassəli hiperplaziya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |