728) Aşağıdakı hansı patologiya uşaqlığın trofoblast xəstəliklərinə aiddir?
A) Endometrioz
B) Beçəxor
C) Uşaqlığın polipi
D) Uşaqlıq boynunun papilloması
E) Uşaqlıq cisminin xərçəngi
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
729) Aşağıda süd vəzi xərçənglərinin hansı növü göstərilmişdir?
A) Qeyri-infiltrativ paycıq (paycıqdaxili) xərçəngi
B) Fibroadenoma
C) Süd vəzinin adenosarkoması
D) Filloid şiş
E) Bədxassəli epitelioma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
730) Xorionepitelioma nədir?
A) Cift xovlarının epitellərindən, yəni trofoblast hüceyrələrdən inkişaf etmiş bədxassəli şiş
B) Uşaqlığın daxili qatının örtük epitellərindən inkişaf edən xoşxassəli şiş
C) Uşaqlığın selikli qişasının vəz epitellərindən inkişaf edən bədxassəli şiş
D) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş bədxassəli şiş
E) Beyin mədəciklərinin damar kələfinin xorioid epitellərindən inkişaf etmiş xoşxassəli şiş
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
731) Müayinə zamanı uşaqlıq boynunun vaginal hissəsinin səthində ağımtıl rəngdə çoxlu buynuzlaşma ocaqları aşkar olunur. Bu patologiya necə adlanır?
A) Uşaqlıq boynu kanalının ocaqlı iltihabı
B) Filatov-Koplik ləkəsi
C) Uşaqlıq boynunun xərçəngi
D) Uşaqlıq boynunun vaginal hissəsinin psevdoeroziyası
E) Leykoplagiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |