Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Təhsilin məzmununu əks etdirən sənədlər



Yüklə 170,13 Kb.
səhifə22/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   18   19   20   21   22   23   24   25   ...   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

20.Təhsilin məzmununu əks etdirən sənədlər.
Tədris planı.Məktəbin fəaliyyətini istiqamətləndirən normativ sənəddir.
Tədris planı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilən sənədddir. Bu sənəddə tədris ilinin və tətillərin müddəti, tədris müəssisələrində öyrənilən fənlərin ardıcıl siyahısı, hər fənnə siniflər üzrə nəzərdə tutulan həftəlik və illik saatların miqdarı öz əksini tapır.
Tədris planina daxil edilən fənlər məcburi və fakültativ (seçmə) fənlərə ayrılır.
Tədris planının tərtibinə verilən tələblərə nəzər salaq:

  1. Fənlər onların arasındakı əlaqəyə və məktəblilərin səviyyəsinə uyğun şəkildə sıralanır, nisbətən çətin fənlər yuxarı siniflərdə tədris olunur.

  2. Fənlər arasındakı nisbətə diqqət yetirilir (elmlərdən bir qisminə, məsələn, təbiət elmlərinə üstünlük vermək və başqa qismini arxa plana çəkmək olmaz;

  3. Şagirdlərin yaş xüsusiyyətləri diqqət mərkəzində dayanır və s.

Tədris planı direktor müavinində olur.
Tədris proqramları. Tədris planı əsasında bütün fənlər üzrə tədris proqramları tərtib edilir. Tədris proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən sənəd olub bu və ya digər sinifdə hər bir fənn üzrə təhsilin məzmununu və quruluşunu müyyənləşdirir, elmi biliklərin, dünyagörüş və mənəvi etik ideyaların, həmçinin şagirdlər tərəfindən mənimsənilməsi vacib bilinən praktik bacarıq və vərdişlərin sistemini özündə birləşdirir. Tədris proqramına aiddir:

  1. fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər, təlimin tövsiyə olunan forma və metodları;

  2. öyrənilən materialın tematik məzmunu;

  3. fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı;

  4. dünyagörüşünün əsas elementlərinin siyahısı;

  5. fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər;

  6. tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;

  7. tövsiyə edilən ədəbiyyat.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin