Pedaqogika fənnindən imtahan suallarının cavabları. Pedaqogikanın obyekti, predmeti, məqsədi və vəzifələri


Ümumtəhsil məktəblərində idarəetmənin müasir modellərinin tətbiqi



Yüklə 170,13 Kb.
səhifə58/62
tarix01.06.2023
ölçüsü170,13 Kb.
#121796
1   ...   54   55   56   57   58   59   60   61   62
Pedaqogika 1 İmtahan suallarına cavablar (1)

56.Ümumtəhsil məktəblərində idarəetmənin müasir modellərinin tətbiqi
Hazırda dünya təhsil təcrübəsində müxtəlif idarəetmə modelləri mövcuddur. Bunları qısa şəkildə nəzərdən keçirək.

  1. İdarəetmənin xətti təşkili modelində məktəbdə həm şaquli, həm də üfüqi məsləhətvermə bölmələri yaradılır. Bu bölmələrə menecerlər başçılıq edirlər. Direktor, əsasən, məktəbin zəruri ehtiyacları - maliyyə-təsərrüfat təchizatı və xarici əlaqələrlə məşğul olur. Qərarların qəbulu direktor və onun müavinləri tərəfindən həyata keçirilir. Məktəb rəhbərləri müəllimlərə ciddi nəzarət etmir; onlara fəaliyyət və seçim müstəqilliyi verilir. 2. İdarəetmənin kollegial təşkili modelində idarəçilik münasibətləri üfüqi şəkildə aparılır. Fənn metodbirləşmələrinin rolu artır: onlar strategiyanı hazırlayıb, daxili nəzarətlə həyata keçirirlər. İdarəetmə prosesi müəllim - şagird münasibətlərində əməkdaşlığa əsaslanır. Qərarlar kollegial qəbul olunur, ən mühüm məsələlər razılaşma ilə həll edilir. Qəbul edilmiş qərarlar üçün hər kəs məsuliyyət daşıyır. 3. İdarəetmənin siqment tipli təşkili modelində müəllimə böyük müstəqillik verilir; hərə öz üslubu ilə işləyir, tədrisin forma və metodlarını özü seçir. Direktor bu sahəyə çox qarışmır. Müəllimlər məktəb həyatına aid bütün məsələlərin həllində iştirak edə bilərlər. Müəllim-şagird münasibətləri əməkdaşlıq prinsipi əsasında qurulur. Direktor və müavinləri koordinator funksiyalarını yerinə yetirir, tədris prosesinə nəzarət edirlər. Ən səlahiyyətli qurum pedaqoji şuradır; direktor yalnız kollegial qərarlara əsasən əmr və sərəncamlar verir. 4. İdarəetmənin matris tipli (proqram-məqsədli) təşkili modelində məktəb üzrə üzrə iki əsas bölmə fəaliyyət göstərir: tədris və idarəetmə bölmələri.Tədris bölməsində , əsasən, işçi proqramlar, tematik planlar hazırlanır və onların icrasına nəzarət edilir. Təşkilati-idarəetmə bölməsində xüsusi qurumlar (ümumi işlər, peşəyönümü üzrə məsləhətçilər, koordinatorlar, katiblik, maliyyəçilər və s.) yaradılır, bu yolla bütün təşkilatiidarəetmə işləri icra edilir. Bölmələr bir-birilə əlaqəli işləyir.5.İdarəetmənin modul tipli təşkili modelində məktəb işinin müxtəlif sahələri üzrə (təşkilati, fənn mctodbirləşmələri, strateji iş, işçi layihələri qrupu, məsləhətçilər, peşəyönümü, idarəetmə, maliyyə bölmələri) 6-10 nəfərlik kiçik komandalar yaradılır. Komandalar öz işlərində müstəqil olmaqla bir neçə il fəaliyyət göstərir. Bir müəllim 2-3 komandada çalışa bilər. Hər komandada bir nəfər menecer rolunda çıxış edir. Onun vəzifələri əks əlaqə yaratmaqdan, müəllimlərin şəxsi təhsilinin inkişafına qayğı göstərməkdən və işləri koordinasiya etməkdən ibarətdir. Bu modeldə daxili nəzarət daha fəaldır, treninqlər keçirilir, ümumiləşdirmələr aparılır, nəticələr çıxarılır. Bu modelin üstün cəhəti məktəb həyatının hər bir sahəsi üzrə işlərə daha ciddi yanaşılması, müəllimlərin fəallığının artırılması, nəzarətin və müstəqilliyin fərdiləşdirilməsi ilə bağlıdır.


Yüklə 170,13 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin